Ayətullah Misbah Yəzdi: İslamı himayə edənləri himayə edəcək, yolunu azanlara əvvəlcə xatırladacağıq - təsirsiz qalacağı halda ayrı şəkildə rəftar olunacaq.

Xəbər:247, tarix:1389/05/20

Xəbər:247, tarix:1389/05/20


Rəhbərlik Xibrə Məclisinin üzvü dedi: “Kimsəni himayə ediriksə, bunun səbəbi onun İslam xəttində olmasıdır. Eyni şəxsin ozündə yaxud ətrafındakılarda azğınlıq müşahidə etdikdə ilk öncə xatırlatma verir, təsirsiz qaldıqda digər şəkildə rəftar edirik.”
Cənab Ayətullah Misbah Yəzdinin elmi portalının verdiyi məlumata görə, İmam Xomeyni adına Təhsil və Araşdırma institutunun rəisi İslam inqilabı keşikçiləri ordusunun komandirlərinin  toplantısında Qurani-Kərimdə istiqamət anlayışı və onun çoxsaylı digər nümunələrinə işarə edərək, “Hud” surəsinin 112-ci ayəsini açıqlamağa başladı: “Allah-Taala həzrət Məhəmmədin (s) xalqın hidayəti ücün ürək yanğısı, ciddiyyət və əzmlə çalışmasına baxmayaraq onu da bu yolda davamlı olmağa çağırırdı.”
O, girami peyğəmbərdən  bir rəvayətə işarə edərək sabitqədəm, ardıcıl, istiqamətli olmağın əhəmiyyətini açıqlamağa başladı: “Bütün peyğəmbərlər, məsum imamlar və onların ardıcıllarının başına gələn tarixi hadisələrə diqqət yetirməklə bu məsələnin nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq olar. Peyğəmbərlərin dəvətini qəbul etmiş, iman gətirmiş, ibadi vəzifələrini yerinə yetirmiş, hətta Allah yolunda cihad etmiş, lakin bu yola sonadək davam edə bilməyən, yarıyolda ilişib qalan, hətta geri dönüb düşmən cəbhəsinə qoşulanların sayı az olmayıb.
İnsan bütün bunları gördükcə uca Allahın nə üçün istiqamətli olmağa bu qədər təkid etdiyini anlayır, əgər hansısa bir haqq yola qədəm qoydunuzsa,  bunun kifayət etdiyini düşünməyin. Gərək sonadək yola davam edəsiniz, kənara çəkilməyəsiniz, uzaq düşməyəsiniz və yanlış addım atmayasınız.”
Əllamə Misbah Yəzdi Qurani- Kərimin dəfələrlə Bəni-İsrail qövmünün əhvalatına işarə etməsini qeyd edib, bu əhvalatlardan ibrət almağın lazımlı olduğunu bildirdi. O, sözunə belə davam etdi: “Uzun illər Fironun qulları olmuş Bəni-İsrail qövmü həzrət Musa vasitəsilə nicat tapdı. Peyğəmbərlərin möcüzələrini, Fironçuların məğlubiyyətini və suda qərq olmalarını öz gözlərilə görmələrinə baxmayaraq bir qrup bütpərəstin cəlbedici mərasimlərinə uyub, həzrət Musadan bütpərəstlərin tanrısı kimi bir məbud istədilər. Onların bu bəsirətsizliyi və nadanlığı yollarını azmalarına səbəb oldu və Allah da bu səbəbdən alınlarına əbədi zillət və xarlıq möhürü vurdu.”
Rəhbərlik Xibrə Məclisinin üzvü İslam inqilabının qələbəsi ilə müsəlman İran xalqının Amerikanın buxovu altından çıxmasına işarə edərək belə dedi: “İslam inqilabı İran xalqına elə bir izzət verdi ki, bu gün Amerika İranla olan düşmənçiliyinə baxmayaraq bir çox millətlərarası problemlərin İranın müdaxiləsi olmadan həll olmayacağını etiraf edir, hətta İraq və Əfqanıstanda yaranmiş bataqlıqdan nicat tapmaq üçün İrandan kömək istəyir. Lakin bir vaxtlar Amerika İrana elə bir şəkildə hakim olmuşdu ki, iranlı əsgərlər Amerikanın hədəfləri naminə digər ölkələrdə döyüşüb can verirdilər. Bugünkü izzət İslam sayəsində əldə olundu.”
Ayətullah Misbah Yəzdi dedi: “Əgər bir gün İran xalqı azğınlığa doğru gedərsə, bu izzət də aradan gedəcəkdir, eynilə Bəni- İsrail qövmü kimi - onlar Allaha iman sayəsində Fironun buxovundan qurtulsalar da sonrakı azğınlıqlarına xatir yenidən zillətə, xarlığa qərq oldular. Demək, bugünkü izzətin qorunması üçün istiqamət, davamlılıq lazımdır.”
Əllamə Misbah Yəzdi söhbətinin davamında İslamın başlanğıc dövründə baş vermiş hadisələri xatırladaraq dedi: “Bir ölkədə və ya ümmət arasında baş verən azğınlıqların kökü xalqın özündədir. Tarix boyu təcrübə ğöstərib ki, bir çox azğınlıqların başçıları bir vaxtlar ümmətə bayraqdarlıq etmiş, məsuliyyət daşımış və ali rütbəli şəxslər olmuşlar. Bu şəxslər sonradan ümmətin xarlıq və çarəsizliyinə zəmin yaratmışlar! Bütün bunlara görə uca Allah istiqamətli və davamlı olmağı bu qədər çox təkid etmişdir.”
Hövzənin böyük ustadı son fitnə vasitəsilə İslama və İslam Respublikasına yönəlmiş təhlükənin nə dərəcədə dərin və böyük olmasını anlamaq üçün illərin ötməsinin lazımlı olduğuna işarə edərək xatırlatdı: “Son fitnədə də (Allah onun təhlükəsini xalqdan uzaqlaşdırdı) fitnə başçıları bir zamanlar ölkədə mühüm vəzifələrə sahib olmuş şəxslər idilər.”
Əllamə Misbah Yəzdi belə davam etdi: “Bu gün son fitnənin dəf olamsına baxmayaraq, uyğun şəxslərin saytları və informasiya vasitələri hələ də öz fəaliyyətlərini davam etdirir, hətta İmamın (r) hökumətini diktator hökumət adlandırır, plüralizmə tərəfdarlıq edir və İslam respublikası yerinə açıq-aşkar İran respublikası istəyirlər.”
O, fitnələrin ilahi imtahan olmasına, bir fitnə qarşısında müvəffəq olarkən daha çətin imtahanın gəlməsinə işarə edərək dedi: “Növbəti fitnə asanlıqla müəyyən olunası deyıl, çünki  bir imtahanda suallar əvvəlcədən məlum olarsa bu imtahan sayılmaz. Lakin əvvəlki bütün fitnələr arasında olan eyni bir nöqtəyə diqqət yetirməklə bilmək olar ki, növbəti fitnə də fəqihin vilayəti və rəhbərliklə müxalifətdən ibarətdir.”
Qum Elm Hövzəsinin əxlaq müəllimi bu hökumətin dunyada fəqihin vilayəti adi ilə tanınmasına işarə edərək dedi: “İslam hökuməti binasının sütunu fəqihin vilayətidir. İnqilabın əvvəlindən bu günədək baş vermiş bütün fitnələr rəhbərliklə müxalifət yönlü olmuşdur. Demək, ilk mərhələdə daha yaxşı və daha ətraflı cavab vermək üçün özümüzü hazırlamalı, agahlıq və elmimizi artırmaliyıq. İkinci mərhələdə isə ətrafımızdakiların İslam xəttindən çıxmamaları üçün onlara nəzarət etməliyik.”
Əllamə Misbah Yəzdi sözünə belə davam etdi: “Utanmadan, İslamı İranla dəyişənlər bizdən deyillər. Əgər İmamın (r) yolunun ardıcılı olsaydılar onun bütün söhbətlərdə dəfələrlə İslamı yada salmasından xəbərdar olardılar.”
O, İmamın (r) cəmiyyətdə İslam ruhunu tapa bilməsini ona ardıcıllıq səbəbi kimi qiymətləndirərək dedi: “Bu gün bizi izzətə çatdıran İslamdır. Əgər bu gün kimisə himayə ediriksə bunun səbəbi həmin şəxsin İslamı himayə etməsi və rəhbərə tabe olmasıdır (rəhbər də İmam Zamanın  (əc.) naibi, nümayəndəsidir), bir gün həmin şəxs İslam və rəhbərlik xəttindən azarsa bizim üçün dəyərsiz olar.”
O əlavə etdi: “İslamı himayə edənləri himayə edəcək, yolunu azanlara əvvəlcə xatırladacağıq - təsirsiz qalacağı halda ayrı şəkildə rəftar olunacaq.”
Bu mərasim Mordad ayının 18-i İmam Xomeyni adına Təhsil və Araşdırma institutunda  keçirlib.

آخرین محتوای سایت

تحصیلات دینی خواهران؛ ضرورت‌ها و موانع
بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و صلّی الله علی سیّدنا محمّد وآله الطّاهرین...
القرآن الكريم دواء أصعب الأمراض
بسم الله الرحمن الرحيم الحمد لله ربّ العالمين وصلّى الله على سيّدنا محمّد وآله الطاهرين. اللهُمّ...
کتاب صوتی «بدرود بهار» منتشر شد.
در واپسین روزهای ماه مبارک رمضان، کتاب صوتی «بدرود بهار» در پایگاه اطلاع‌رسانی آثار حضرت‌آیت‌الله...