Üçüncü dərs

Şiələrin siması


Bismillahir-Rəhmanir-Rəhim
Şiələrin siması
Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1387/08/08 tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çırağ olacaq.
Məhək
Qurani-kərimdə olduğu kimi rəvayətlərdə də möminlərin sifətləri sadalanır. Hətta əlavə adlar və sifətlər də qeyd edilir. Bu adlar məqam, mərifət və sifətləri bəyan edir. Rəvayətlərdə şiə adına xüsusi yer verilir. Şiə kəlməsinin Əhli-beytin (ə) nəzərində özünəməxsus xüsusiyyətləri var. Əhli-beytə (ə) məhəbbət iddiasında çoxları olub və doğrudan da onların Əhli-beytə (ə) məhəbbətləri var idi. Amma Əhli-beyt (ə) onlara buyururdu: Siz şiə deyilsiniz; deyin ki, möminik və yaxud Əhli-beytə (ə) məhəbbətimiz var; amma deməyin ki, şiəyik. Bəzən rəvayətlər bu iddianı cəzası olacaq bir yalan kimi təqdim edir. Şiə adının xüsusi müqəddəsliyi var. Əhli-beyt (ə) kalamlarında təkid olur ki, özünü şiə sayan kəs seçilmiş sifətlərə malik olmalıdır. Bu münasibətlə xəbərdarlıq olsun deyə şiənin sifətlərini bəyan edən bəzi rəvayətləri oxuyuruq. Bilək ki, Əhli-beytin (ə) nəzərində həiqi şiə necə insandır və özümüzü məhək daşına çəkib görək ki, şiəlik iddiası edə bilərik ya yox?!
Allahın şiələri hifz etməsinin üç şərti
دَخَلَ سَدِیرٌ الصَّیْرَفِیُّ عَلَى أَبِی عَبْدِ اللَّهِ(ع) وَ عِنْدَهُ جَمَاعَةٌ مِنْ أَصْحَابِهِ
Sədir İmam Sadiqin məclisinə daxil oldu. Həmin vaxt böyük bir dəstə orada idi. Həzrət üzünü Sədirə tutub buyurdu:
فَقَالَ یَا سَدِیرُ لَا تَزَالُ شِیعَتُنَا مَرْعِیِّینَ، مَحْفُوظِینَ، مَسْتُورِینَ، مَعْصُومِینَ
بحارالأنوار، ج 65، ص 153، باب 19، «صفات الشیعة و أصنافهم و ذم الإغترار
Bizim şiələrimiz üç nöqtəyə riayət etsələr Allahın pənahında olası, düşmənin gözündən gizli qalası və onlara heç bir zərər yetişməyəsidir. Bu üç nöqtəyə əməl etsələr şiə kimi qəbul olunarlar və Allah-taalanın onlara xüsusi diqqəti olar. Bundan əlavə Allah onları bəlalardan qoruyar. Birinci budur ki, Allahla rabitələrin islah edələr.
مَا أَحْسَنُوا النَّظَرَ لِأَنْفُسِهِمْ فِیمَا بَیْنَهُمْ وَ بَیْنَ خَالِقِهِمْ
Yaxşı fikirləşib görsünlər ki, Allahla rabitələri necədir? Allaha bəndəliyin haqqını əda edirlərmi?
İkincisi budur ki, İmamları ilə əlaqələrini islah etsinlər. Görəsən hər halda İmamlarına mütidirlərmi? Gərək “nasihun lil-İmam” olsunlar. Ərəb dilində “nasih” saf, xalis, riayasız və ürəyiyanan mənalarında işlədilir. “Ənnəsihətun liəimmətil-muslimin” Yəni İmamı ilə riyasız, ürəkyandıran və tam itaətkar olalar.
Üçüncü şərt digər şiələrlə necə rabitədə olmasıdır. Şiələr digər şiələrə köməyi özlərinə vəzifə bilməlidirlər - əllərindən gələn hər bir kömək. Bu işi özlərinə ilahi, əxlaqi və insani vəzifə kimi qəbul etsinlər.
Deməli, birinci: Yəni Allahla rabitələrinə yaxşı diqqət yetirirlər;
اول مَا أَحْسَنُوا النَّظَرَ فِیمَا بَیْنَهُمْ وَ بَیْنَ خَالِقِهِمْ
İkinci: İmamlarının qarşısında niyyətləri düz olsun. Qəlbi saf və tam itaətkar olsunlar. İmamın əmrlərinə itaət etmək fikrində olsun və əmrlərdən boyun qaçırmasınlar.
صَحَّتْ نِیَّاتُهُمْ لِأَئِمَّتِهِمْ
Üçüncü: İman qardaşları ilə əlaqələrini gücləndirə və imkansız şiələrə diqqətli ola. Maddi ehtiyacı olanlara ehsan edib onlara xidmət göstərə.
وَ بَرُّوا إِخْوَانَهُمْ فَعَطَفُوا عَلَى ضَعِیفِهِمْ وَ تَصَدَّقُوا عَلَى ذَوِی الْفَاقَةِ مِنْهُمْ
“Vərə və məvasat”
İmam (ə) sonra buyurdu:
إِنَّا لَا نَأْمُرُ بِظُلْمٍ وَ لَكِنَّا نَأْمُرُكُمْ بِالْوَرَعِ الْوَرَعِ الْوَرَعِ
Biz heç vaxt sizdən istəmirik ki, zülm edəsiniz və yaxud düzgün olmayan iş görəsiniz. Bizim sizdən istədiyimiz “Vərə, vərə, vərədir!” Üç dəfə bu sözü təkararladı. Günahlardan pəhriz edin.
وَ الْمُوَاسَاةِ الْمُوَاسَاةِ لِإِخْوَانِكُمْ
Yenə iki dəfə təkrarladı ki, qardaşlarınıza münasibətdə “məvasat”ınız olsun. Yəni onları öz həyatınıza şərik bilin. Sonra buyurdular: Biz buna görə bir bu qədər təkidlə digər şiələrə kömək etməyinizi istəyirik ki, sizin qardaşlarınız Allahın dostlarldır. Həmişə cəmiyyətlərdə az və digərlərinin zülmü altında olublar. Başqaları onları zəif sayır və onlara zülm edir. Sonra da belə olasıdır. Bizim şiələrimiz zəif və azlıqda olduqları üçün onların köməyə ehtiyacları var. Əgər bir-birinizə kömək etməsəniz həyatınızı davam etdirib vəzifələrinizə əməl edə bilməzsiniz.
. فَإِنَّ أَوْلِیَاءَ اللَّهِ لَمْ یَزَالُوا مُسْتَضْعَفِینَ قَلِیلِینَ مُنْذُ خَلَقَ اللَّهُ آدَمَ(ع)
Həzrət Adəm (ə) yer üzündə xəlq olan gündən həmişə Allah övliyaları azlıqda və zəiflədilmiş olublar. Gələcəkdə də belə olasıdır.
Ən təqvalı
عَنْ أَبِی زَیْدٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لَیْسَ مِنْ شِیعَتِنَا مَنْ یَكُونُ فِی مِصْرٍ یَكُونُ فِیهِ آلَافٌ وَ یَكُونُ فِی الْمِصْرِ أَوْرَعُ مِنْهُ
بحارالأنوار، ج 65، ص 153، باب 19، «صفات الشیعة و أصنافهم و ذم الإغترار
Minlərlə əhalisi olan bir şəhərdə kimsə şiəlik iddiası edərsə və o şəhərdə ondan təqvalı insanlar olarsa, demək onun şiəlik iddiası yalandır. Yəni bizim şiəmiz hər şəhərin ən təqvalı şəxsidir.

Salman iddialı şiələrin nəzərində

عَنْ جَابِرٍ عَنْ أَبِی جَعْفَرٍ(ع) قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ بْنِ حِزَامٍ الْأَنْصَارِیَّ یَقُولُ: لَوْ نَشَرَ سَلْمَانُ وَ أَبُوذَرٍّ رَحِمَهُمَا اللَّهُ لِهَؤُلَاءِ الَّذِینَ یَنْتَحِلُونَ مَوَدَّتَكُمْ أَهْلَ الْبَیْتِ لَقَالُوا مجانین
بحارالأنوار، ج 65، ص 153، باب 19، «صفات الشیعة و أصنافهم و ذم الإغترار
Salman və Əbuzər, şiəlik və Əhli-beytə məhəbbət (ə) iddiasında olan uyğun şəxslərə görə o dünyadan bu dünyayaqaytarılıb, ikinci dəfə dirilsəydilər, Salman və Əbuzəri görən camaat deyərdi: Bunlar dəlidir, ağlı olan insan belə yaşamaz.

313 nəfərin sifətləri
عنْ أَبِی عَبْدِ اللَّهِ(ع) أَنَّهُ دَخَلَ عَلَیْهِ بَعْضُ أَصْحَابِهِ فَقَالَ لَهُ جُعِلْتُ فِدَاكَ إِنِّی وَ اللَّهِ أُحِبُّكَ وَ أُحِبُّ مَنْ یُحِبُّكَ
بحارالأنوار، ج 65، ص 153، باب 19، «صفات الشیعة و أصنافهم و ذم الإغترار
Bir şəxs birinci dəfə idi İmamın xidmətinə yetişmişdi. Əvvəlcə çox təkidlə bildirdi ki, mən həm sizi, həm də sizin dostlarınızı çox sevirəm. Sonra əlavə etdi: Mənim ağam, sizin şiələriniz necə də çoxdur! Həzrət buyurdu: De, nə qədərdirlər? Kişi söylədi: Çoxdurlar. Həzrət buyurdu: Saylarını bilirsən? Kişi cavab verdi: Sayları mən saya biləcəyimdən coxdur. Həzrət buyurdu: Əgər onların sayı 313 nəfərə çatsa, axürüz-zamanda həyata kecəsi hadisə həyata keçər. (Deyəsən bu kişi həzrəti qiyam etməyə təşviq üçün gəlmişdi) Amma bil ki, bu şiə dediklərin həqiqətdə şiə deyillər. Bizim şiələrin sifətləri bunlardır: Səsləri qulaqlarından uzağa getməz. Yəni elə danışarlar ki, özləri eşitsinlər, qışqırmazlar. Yükü bədənini aşmaz. Yəni calışmaz ki, yükünü başqasının ciyninə qoysun. Bizim barəməzdə ifratçı, şişirdib danışanları tərif etməz və ümumiyyətlə ifratçı və şişirdib danışan insanları sevməzlər. Şiə nə ifratçı olar, nə də təfritçi. Kimlərsə həddi aşıb Allahın sifətlərini (Allaha pənah) Əhli-beytə (s) aid edərsə onlar razı qalmaz. Şiə şəxs İmamları (ə) olduğu kimi qəbul etməlidir. Şiələr bizim dostumuzla düşmənlik etməz və bizim dostlarımızla sülh ilə davranarlar. Bizim eyblərimizi axtaranlarla oturub-durmazlar. Çünki yolun azmışlarla otur-dur etmək insanı azdırar, imanı tədricən məhv edər. Bizim bərəmizdə pis danışan insanla heç zaman kəlmə kəsməzlar. Bizim düşmənimizi dost bilməzlar. Həmçinin bunun əksi, dostumuzu da düşmən bilməzlar.
Burada izah olunmalı bir məsələ var. Bir cox rəvayətlərimizdə bildirilir ki, bir dəstə zatən yaxşı insanlardır. Əhli-beytə (ə) həqiqi məhəbbəti olan kəslərin zatı pakdır. Onlar günah edərsə özlərini yox, günahlarını düşmən bilək. Bu şərtlə ki, Əhli-beytə (ə) həqiqi məhəbbətləri olsun. Bunun əksi, əgər bir kəs Əhli-beytin (ə) düşmənidirsə, zatı pak deyil və əgər yaxşı iş görürsə insan onun bu əməlini sevə bilər, özünü yox. Bu məfhuma uyğun rəvayətlər var. Allahın sevdiyi kəs günah edərsə Allah onun özünü heç vaxt düşmən saymır, yəni Allah-taala onun etdiyi günahı düşmən bilir, özünü, onun zatını yox. Əgər Allah bir kəsi düşmən saysa heç vaxt onu sevməyəcək və əgər o şəxs yaxşı iş görsə onun gördüyü işi cevəcək, özünü yox.
عَنْ صَفْوَانَ عَنِ ابْنِ حَازِمٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ خَلَقَ السَّعَادَةَ وَ الشَّقَاوَةَ قَبْلَ أَنْ یَخْلُقَ خَلْقَهُ فَمَنْ عَلِمَهُ اللَّهُ سَعِیداً لَمْ یُبْغِضْهُ أَبَداً وَ إِنْ عَمِلَ شَرّاً أَبْغَضَ عَمَلَهُ وَ لَمْ یُبْغِضْهُ وَ إِنْ عَلِمَهُ شَقِیّاً لَمْ یُحِبَّهُ أَبَداً وَ إِنْ عَمِلَ صَالِحاً أَحَبَّ عَمَلَهُ وَ أَبْغَضَهُ لِمَا یَصِیرُ إِلَیْهِ فَإِذَا أَحَبَّ اللَّهُ شَیْئاً لَمْ یُبْغِضْهُ أَبَداً وَ إِذَا أَبْغَضَ شَیْئاً لَمْ یُحِبَّهُ أَبَداً.
ر.ك: بحارالأنوار، ج 5، ص 157، باب 6، «السعادة و الشقاوة»
İddiaçıların sonu
Rəvayətin davamında rəvayətçi sual verir: Mən şiəlik iddiası edən kəslərlə necə rəftar edim? Bunların işi necə olacaq? Həzrət buyurdu: Şiəlik iddiasında olan, amma dediyim siftələrə malik olmayanların qarşısına çətinliklər çıxacaq. Onların nöqsanlarının müqabilində qarşılarına problemlər çıxacaq ki, paklanalar.
فَقَالَ فِیهِمُ التَّمْیِیزُ وَ فِیهِمُ التَّمْحِیصُ وَ فِیهِمُ التَّبْدِیلُ یَأْتِی عَلَیْهِمْ سِنُونَ تُفْنِیهِمْ وَ سُیُوفٌ تَقْتُلُهُمْ وَ اخْتِلَافٌ یُبَدِّدُهُمْ
Qarşılarına qıtlıq və kasıbçılıq cıxar. Düşmənlər onları təqib edər ki, öldürələr və yaxud onlara əziyyət verələr. Onlar agah olsunlar ki, bu bəlalar və çətinliklər nöqsanların cazasıdır. Özlərini islah etmədikləri üçün bu vasitə ilə paklanırlar. Bəzi rəvayətlər günahkar şiələrin bu dünyada, ölüm zamanı və qiyamətdə necə paklanacağını dəqiqliklə və ayrı-ayrılıqda bəyan edib. Birinci dünyəvi problemlərə işarə olunub. Əgər bunlarla paklanmasa can verən zaman və sonra bərzəx aləmində qiyamətin əvvəlinədək paklanarlar. Bundan əlavə bəzi rəvayətlərdə gəlib ki, bir müddət cəhənnəmin üst təbəqəsində paklanmaq üçün qalarlar. Sonra isə bizim şəfaətimiz onlara nəsib olar və nicat tapar.
İt kimi hürən qarğa kimi tanagir
İmam (ə) şiənin səfətlərini sadalamaqda davam edir:
إِنَّمَا شِیعَتُنَا مَنْ لَا یَهِرُّ هَرِیرَ الْكَلْبِ وَ لَا یَطْمَعُ طَمَعَ الْغُرَابِ
Ərəb dilinin keyfiyyətlərindən biri də budur ki, camaatı hər hansı bir pis sifətdən çəkindirmək üçün o sifəti heyvanlarla əlaqələndirir. Quranda da bu üsuldan istifadə olunub:
فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ؛
اعراف / 176
مَثَلُ الَّذِینَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ یَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ
جمعه / 5

Bu rəvayətdə pis sifətlərə mailk iki heyvana işarə olunub. Hamı dərk edir ki, bizim şiələr bələ deyillər. Biri itdir. İt tanımadığı fərd daxil olsa ona hürər və hücum edər. Başqalarına hücüm, hamıya bədbin olmaq və başqalarına əziyyət vermək xüsusiyyəti bizim şiələrdə olmaz. Bəlkə söyüş söyməylə çörək qazananları görmüş, yaxud eşitmiş olarsız. Həqiqətən həyatları bununla idarə olunur. Xalqla pis danışırlar ki, xalq bu danışıqından amanda qalmaq üçün onların istəylərin həyata keçirsin. Bu itdə olan sifətdir. Bizim şiələrimiz belə deyillər. Bəli əgər kafirlər istəsə ki, dinə zərbə vursunlar, öz vəzifələrinə əməl edirlər.
أَشِدَّاء عَلَى الْكُفَّارِ
فتح / 29
Digər sifət isə qarğanın sifətidir. Qarğa çox həris, tamahkaq quş kimi tanınıb. Bir yeyiləsi şey,xüsusən meyvə ya girdəkan görən kimi onu götürüb istədiyi yerdə torpağın altında basdırır. Ehtiyacı qədər, yəni məqsədi doyacağı həddə yemək deyil. Əksər heyvanlar ehtiyacları həddində yeyir. Amma qarğa yox, o öz xəyalları ilə gələcək günlər üçün ehtiyat saxlayır. İmam (ə) buyurur: Bizim şiələr belə deyil. O qədər də tamahkar deyillər ki, gələcək on, iyirmi və yüz il üçün ailələrinə və özlərindən sonrakı yeddi nəsilə ehtiyat toplayalar. Onlar ehtiyacları həddində çalışırlar. Fikir-zikirlərini ilahi və mənəvi məsələlərə sərf edirlər. Onlar Allaha yaxınlaşmaq və xalqa xidmət barəsində düşünürlər.
Nəfsin izzəti
Başqa bir nötə isə şiələrin üstün izzəti-nəfsə sahib olmasıdır. Xüsusilə bizim düşmənlərimizə qarşı.
وَ لَا یَسْأَلُ النَّاسَ بِكَفِّهِ وَ إِنْ مَاتَ جُوعاً
Əgər acından ölsələr də, camaatdan bir şey istəməzlər. Bu aşağıdakı gözəl ayənin təfsiridir. Ayədə buyurulur:
یَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِیَاء مِنَ التَّعَفُّفِ ... لاَ یَسْأَلُونَ النَّاسَ إِلْحَافًا
بقره / 273
Möminlər öz üzlərini sillə ilə qızardarlar ki, başqaları elə bilsin onlar varlıdır. İnsanın digərlərinin qarşısında aşkar yaxud işarə ilə ehtiyaclı olduğunu bildirməsi, bizim şiələrin əxlaqına aid deyil. Bizim şiələrin abırları var və onlar öz abırların qoruyur. Öz davranışları ilə bizim də abrımızı hifz edirlər.
Söhbət bura çatan zaman rəvayətçi İmamın söhbətinin davamına dözə bilmədi. O yenə İmamın sözünü kəsib dedi:
قُلْتُ جُعِلْتُ فِدَاكَ فَأَیْنَ أَطْلُبُ هَؤُلَاءِ الْمَوْصُوفِینَ بِهَذِهِ الصِّفَةِ
Sizə fəda olum, bəs mən belə bir fərdi haradan tapa bilərəm? Sizin bu dedikləriniz tapılmaz!
فَقَالَ اطْلُبْهُمْ فِی أَطْرَافِ الْأَرْضِ
İmam dedi: Bunlar künc-bucaqda və kənarlarda pərakəndədirlər. Yəni bu intizarda olma ki, getdiyin yerdə hamı belə olsun. Hər hansı bir şəhərin yaxşılar şəhəri və şiələr şəhəri olması intizarinda olma. Belə insanlar orada-burada pərakəndədir.
Çətinlik və qürbət
Yenə də həzrət şiənin bəzi sifətlərini saymağa başlayır:
أُولَئِكَ الْخَشِنُ عَیْشُهُمُ
Bu kimi şiələrin həyatı çətinlikdə keçir. Çətinliklə yaşayır və güzəran keçirirlər. Onların paltarı o qədər də yumşaq deyil. Digər yaşayış vasitələri isə gözəl, əla və kamil deyil.
الْمُنْتَقِلَةُ دَارُهُمُ
Onlar köçəridir. Hökmən bir şəhərdə böyük və yaxşı evlərinin olmasını arzulamırlar. Bu gün bu evi icarə edirlər, sabah başqa bir evdə icarəçi olurlar. Bu şəhər olmasın, başqası olsun!
الَّذِینَ إِنْ شَهِدُوا لَمْ یُعْرَفُوا
Şiələrin həmişə ürək ağrısı bu olub ki, yaşadığımız şəhərdə bizi qəbul etmirlər. Bəzi vaxtlar təhqir kimi deyirlər: Bunlar Cəfəri və yaxud Rafizidirlər. Bizi xalqdan ayırıb bir küncdə tənhalığa düçar edirlər. Şiələr bu məsələdən əziyyət çəkir. Şəhərin əksər cəmiyyətini başqa məzhəblər təşkil edən zaman, şiələr çox çətinlikdə idi və həqarət hiss edirdilər. Sanki bu yerdə həzrət onların qəlbinə təsəlli verərək buyurur: Bundan nigaran olmayın ki, xalq sizi tanımır və qəbul etmir. Siz gərək bu fikirdə olasınız ki, Allah sizdən razı olsun. Bizim şiələr bir məclisdə olsalar onlar tanınmır və kimsə onlara diqqət yetirib etina göstərmir.
إِنْ شَهِدُوا لَمْ یُعْرَفُوا وَ إِنْ غَابُوا لَمْ یُفْتَقَدُوا
Əgər bir gün məscidə gəlməsələr heç vaxt kimsə onların halını sormaz. Kimsə deməz ki, o kim idi hər gün məscidə gəlirdi.
إِنْ غَابُوا لَمْ یُفْتَقَدُو
Bu şiənin guşənişin edilməsinin əlamətidir.
إِنْ مَرِضُوا لَمْ یُعَادُوا
Xəstələnən zaman kimsə onlara dəyməyə gəlməz.
إِنْ خَطَبُوا لَمْ یُزَوَّجُوا
Elçiliyə gedən zaman rədd cavabı eşidər.
وَ إِنْ مَاتُوا لَمْ یُشْهَدُوا
Əgər dünyadan göçsə kimsə onun dəfninə gəlməz.
أُولَئِكَ الَّذِینَ فِی أَمْوَالِهِمْ یَتَوَاسَوْنَ وَ فِی قُبُورِهِمْ یَتَزَاوَرُونَ
Onların xüsusiyyəti budur ki, öz mallarında din qardaşlarına “məvasat”lıdırlar. Yəni onları öz mallarına şərik bilirlər. Əvvəlkilərin qəbir ziyarətinə gedir və onları unutmurlar. O qədər vəfalıdırlar ki, din qardaşlarına xidmətləri yalnız bu dünya ilə məhdudlaşmır.
وَ لَا یَخْتَلِفُ أَهْوَاؤُهُمْ وَ إِنِ اخْتَلَفَتْ بِهِمُ الْبُلْدَانُ
Özləri müxtəlif şəhərlərdə olsalar da, qəlbləri birdir. Münafiqlərdə isə bunun əksidir. Quran onların bu nöqsanını xüsusi qeyd edir. Əgər onların hamısı bir məclisdə olsalar belə ikisinin qəlbi bir deyil. Çünki onların hər biri o birisinin dünyasına mane olan dünya istəyir. Onlar bir-birinə pislik edirlər. Bir-birinin canına daraşırlar ki, daha çox fayda əldə etsinlər. Allahın razı qalması üçün bir-birlərinə kömək etmirlər. Münafiqlərin dostluğu bir-birlərindən sui-istifadə etmək üçündür. Yaxud bir-birlərinin olanlarından faydalanmaq üçün dostluq edirlər. Amma bizim şiələrimiz bir-birlərini cox istəyir və qəlbləri birdir. Baxmayaraq ki, rəngləri və irqləri fərqlidir.