İspaniya və Latın Amerikası

Məlumatın xülasəsi

76/5/28 tarixindən 76/6/29-u tarixinədək davam edən bu  bərəkətli səfər İspaniyadan başlayıb, Argentinada sona çatdı. Səfər müddətində aşağıda sadalayacağımız ölkələrə ardıcıl olaraq baş çəkildi və hər bir ölkədə proqramlar icra olundu:
İspaniya, Meksika, Kuba, Kolumbiya, Braziliya, Çili, Argentina.
Biz uyğun ardıcıllığa riayət edərək bu ölkələrdə icra olunmuş proqramları, söhbətləri, görüşləri və... addım-addım diqqətinizə çatdırmağa çalışacağıq.
Hər şeydən əvvəl bir neçə nöqtəni xatırlatmağı zəruri bilirik:
1.    Əvvəldə deyildiyi kimi cənab höccətül-islam vəl-müslimin  Rəbbani bu səfərin bütün səhnələrində, görüşlər və söhbətlər zamanı cənab Ayətullah Misbahla birlikdə olmuşdur. Biz əksər məlumatları onun dilindən nəql edirik.
2.    Xülasələşdirmə səbəbindən əksər yerlərdə cənab Ayətullah Misbah Yəzdini, “ustad” yaxud “cənab ustad” adı ilə yad edirik. Bu məsələyə görə həmçinin cənab Ayətullah Misbah Yəzdi və hörmətli oxuculardan üzür diləyirik.
3.    Cənab ustadın bəzi söhbətlərinin bu vaxtadək əlimizə çatmaması mümkündür. Hər  növ yeni mətn, yaxud lent əldə etdiyimiz halda sizlərə təqdim edəcəyik.

İspaniya ilə tanışlıq

İspaniya ölkəsi 504,782  kv.km ərazi genişliyi ilə (dünyanın 52-ci ölkəsi) Avropa qitəsinin cənub-qərbində yerləşir. Bu ölkə İberiya yarımadasının 85 faizindən çoxunu əhatə edir. Yarımada şimal yarımkürəsində yerləşir, Qrinviç meridian xətti onun şərqindən keçir.
İspaniya qərbdən Portuqaliya, şimal şərqdən Fransa, Andorra, cənubdan Cəbəlutariq məntəqəsi, şərq və cənub şərqdən Aralıq dənizi, şimal və şimal qərbdən isə Biskay körfəzi ilə qonşudur.
İspaniyanın paytaxtı Madrid təqribən ölkənin coğrafi mərkəzində yerləşir. 1991-ci il mart ayının əvvəlindəki statiskanın nəticəsinə əsasən İspaniya xalqının 38/872/268 -indən 19/036/446-sı kişi, 19/835/822- si qadındır. Uyğun statiskaya əsasən orta hesabla hər bir  kv.km əraziyə 77 nəfər düşür. Əhalinin 91 faizi şəhərlər və böyük şəhərciklərdə, digər hissəsi isə kəndlərdə yaşayır.
İspaniya xalqı irq baxımından ağ dərilidir. Əhalinin 73 faizi Kastil, 18 faizi Katalon, 6 faizi Qalisin, 1/5 faizi Bask 1-dən az faizi Valens, və 1-dən az faizi Əndəlus tayfalarındandırlar. Bütün ölkədə yayılmış ən mühüm dil, başqa dillə desək ölkənin rəsmi dili müasir və standart Kastil dilidir. Əhalinin 70 faizindən çoxu bu dildə danışır və latın hərfləri ilə yazırlar.
İspaniya Avropanın qədim ölkələrindən biri olaraq 15-ci əsrin axırlarından 19-cu əsrədək öz dövrünün ən güclü imperatorluğu tərəfindən idarə edilirdi. Bu gün 18 latın Amerikası ölkəsində İspaniya dilində danışılır və İspaniya mədəniyyəti bu ölkələrə öz təsirini göstərir. İspaniya coğrafi mövqe baxımından Afrika ilə Avropa arasında qalmasına, Atlantik okeanı vasitəsi ilə Aralıq dənizi sularına bütün giriş yollarına sahib olmasına və Cəbəlüt-tariq məntəqəsilə yaxınlığına görə xüsusi strateji əhəmiyyət daşiyır.
 Bu ölkə coğrafi mövqesinə və müxtəlif milliyyətlərin məntəqəyə daxil olmasına görə uyğun milliyətlərin mədəniyyətlərindən, xüsusi ilə dinlərindən təsirlənmişdir. İspaniyanın rumlular tərəfindən fəth olunması qədim Rumun əfsanəvi məzhəbini İspaniyaya gətirdi; impratorun məsihi olması ilə məsihilik imperatorluğun ən uzaq nöqtələrinədək yayıldı.
Miladi 711-ci ildə müsəlmanlarin Cəbəlüttariq məntəqəsindən keçməsi ilə Avropanın qərbində İslam üçün zəmin yarandı. Bu səbəbdən İslam çox tez bir zamanda təqribən  İberiya yarımadasının bütün ərazisinə yayıldı. Bu məntəqədə müsəlmanların hakimiyyətinin nişanələri  hələ də görünməkdədir.

İslam məsihilikdən sonra İspaniyadaki ən böyük dini azlıqdır. İslamın ardıcıllarının sayının 450 minə qədər olduğu elan olunub. Bunların 10 faizi ispaniyalılar qalanları isə Afrika, orta və cənub-şərqi Asiyadan gəlmiş mühacirlərdir. Ümumilikdə müsəlmanlar bütün İspanya cəmiyyətinin 1 faizini təşkil edirlər. Onlar, 19 əhli-sünnə və bir şiə qrupu olaraq fəaliyyət göstərirlər.

İspaniyada müsəlman təşkilatları

Miladi 1975-ci ildən əvvəl İspaniyada müsəlmanlar və onların fəaliyyətləri nəzərəçarpmaz dərəcədə idi. Frankonun ölümü,  İspaniyaya hakim rejimin dəyişilməsi, həmçinin ərəb tələbələrin bu ölkəyə gəlişi və digər müsəlman ölkələrin vətəndaşlarının mühacirəti nəticəsində İspaniyadakı müsəlmanların mövqeyi tədricən dəyişdi, inkişaf etdi. Bu illərdə İslami ölkələrin xüsusilə Ərəb ölkələrinin vətəndaşlarının bir hissəsi fəaliyyətlərinin mərkəzlərini İspaniyaya köçürdülər. Bu mərkəzlərin sayı təqribən 300-ə çatır. Onların ən mühümləri aşağdakılardır:
1.    İspaniya İslam cəmiyyəti
Bu cəmiyyətin əsas dəftərxanası Madriddə yerləşir, Qrenada, Sevilya, Malaqa, Valensiya, Zaraqoza, Obideo və Kordoba şəhərlərində isə şöbələri vardır.
Mərkəz, Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşir və düşüncə baxımdan İxvanul-müsliminə meyllidir.
2.    Əndəlus müsəlmanlar cəmiyyəti
Bu cəmiyyətin mərkəz dəftərxanası Qranada şəhərində yerləşir.
3.    Sevilya müsəlmanlar cəmiyyəti
Bu cəmiyyətin də mərkəz dəftərxanası Sevilya şəhəri, muxtar Andalosiya  ştatının mərkəzində yerləşir. Cəmiyyət ispaniyalı Əbdul-həqq Espinoza tərəfindən idarə olunur.
4.    Qrenadada Əl-bəyyinə məscidi
5.    Pilar məscidi
Bu məscidin icra  layihəsi 1985-ci il oktyabr ayında Madridin icra hakimiyyətinin ali şurası tərəfindən təsdiqlənmiş, ibadətgah 3000 kıvadrat metr sahədə mərakeşli vətəndaşların səyləri ilə tikilmişdir.
6.    Madrid İslam mədəniyyət mərkəzi
13000 kvadrat metr əraziyə malik olan bu mərkəz 1000 nəfərlik tutuma malikdir. Qərbi Avropanın ən böyük məscidi burada yerləşir. Məscid şahzadə Xuan Karlos, İspaniya kraliçası Sofiya və Ərəbistan şahzadəsi Salman bin Əbdul-Əziz tərəfindən tikilmişdir.

İspaniyada şiələrin toplandığı məkanlar və mərkəzlər:
1.    İmam Əli (ə) mədəniyyət mərkəzi
İspaniyanın əksər mühüm şəhərlərində bu mərkəzin şöbələri vardır.
2.    İslami Ümmət mərkəzi
Livanlı, iranlı və iraqlı müsəlmanlar tərəfindən idarə olunan  islami şiə mərkəzlərinin fəaliyyətləri onların inqilab yönlü olması, İspaniya dövlətinin həssaslığı və maliyyə çatışmazlığı səbəbindən məhduddur.

İspaniyada elmi hövzə təşkili zərurəti və bu işdəki hədəflər

İspaniya cəmiyyətində İslam təlimlərinə maraq iki cəhətdən müşahidə olunur:
1.    Allaha bağlı bir həqiqət kimi İslam inqilabının qələbəsi böyük siyasi hadisə kimi cilvələndi, insanların şərq və qərbdəki diktator, hegemon güclərin qarşısında dayanıb onlarla mübarizə aparmasında böyük təsir qoydu.
2.    İslamın bir əfsanə, yaxud 1400 il əvvələ aid  tarixi hadisə olaraq yox, insanların və cəmiyyətlərin bütün ruhi, maddi, əxlaqi və metafizik ehtiyaclarına cavab verə bilən bir məktəb kimi tanınması!
İslama, xüsusilə şiəliyə yönəlmə, İslam inqilabının qələbəsinin siyasi təsiri baxımından daha çox Afrikanın şimalında, mühacirlər arasında (fəhlədən tutmuş tələbəyədək) və metafizik aləmə, İslami dəyərlərə meyillənmə baxımından isə daha çox İspaniyanın şimalında müşahidə olunur, bunun səbəbi ispaniyalı ziyalıların şimal vasitəsi ilə avropa ilə ünsiyyətdə olmalarındadır. Onlar bu yolla Rene Genon və Hanri Korbon kimi alimlər tərəfindən  Molla Sədra, Söhrəvərdi, Əbu Əli, Nasir Xosrov və sair alimlərin fikirləri ilə tanış olurlar.

Səfərin başlanğıcı


1376-ci il, mordad ayının 28-i sübh saat 4:30-da İran İslam Respublikasının təyyarəsi ilə Madridə yollandıq. Saat 10:30-da Madrid hava limanında yerə endik və İslam respublikasının məsul şəxsləri tərəfindən qarşılandıq. Daha sonra cənab ustad mədəniyət mərkəzində
dini şəxslər, mədəniyyət işçiləri, həmçinin islam respublikasının hörmətli qonağını qarşılamağa gəlmiş rəsmilər arasında, səmimi bir mühitdə ilk söhbətinə başladı.
Söhbətdən sonra cənab Ayətullah Misbah Yəzdinin imamlığı (pişnamaz olması) ilə cəm halda şam və xüftən namazları qılındı. Daha sonra səmimi və səfalı bir mühitdə, iştirak edənlərlə birlikdə şam yeməyinə başlandı. Bir qədər sonra isə hazır olanlarla müxtəlif fiqhi, əqidəvi, ictimai və şəxsi məsələlər barəsində söhbət olundu, bunun ardıyca cənab ustad söhbətə başladı.
Proqramda olan ikinci iş cənab Ustadın, bugünkü Sevilya, qədim İşbiliyyəyə səfəri oldu. O, Qəsrul-həmraya və oradakı, bu gün tarixi abidəyə çevirilmiş məscidə baxış keçirdi.
İslamın nişanələri hər yerdə müşahidə olunurdu. Hələ də divarlarda qalmaqda olan şüarlar İslamın əvvəllərində olan müsəlmanların qələbə rəmzlərini göstərirdi. “La ğalib illəllah” (qələbə çalan yalnız Allahdır) şüarı onların ixlaslı olduqlarını çox gözəl göstərirdi, onlar özlərinin yox, Allahın qələbə çaldığını düşünürdülər. Qrenadada olan bu kimi şüarlar bizim üçün bir dərs idi; ölkəmiz islami ölkə olsa da əsərlərimiz və tikdiyimiz binalarda dini şüarlar və əlamətlərdən çox az istifadə olunur, və qərb üslubuna üstünlük veririk.
Sevilyada bir qrup Əhli-beyt tərəfdarlarına aid olan islami mərkəz mövcuddur. Həmin mərkəzin fəal üzvləri toplandılar və cənab ustad onların arasında qısa söhbətlər etdi. Sevilyadan sonra Qrenadaya, yəni Qərnate şəhərinə getdik. Ustad oradakı islami mərkəzdə də çıxış etdi.
Uyğun məntəqələr və Qəsrul-həmraya səfərimiz bir gün davam etdi. Təxminən iki saata kimi qəsrə baxış keçirdik. Orada da islami şüarlar diqqəti çəkirdi.
Ora daxil olan hər bir müsəlman  “la ğalib illəllah, ənnemətu-lillah, əlhəmdu-lillah və bismillahir-rəhmanir-rəhim” (qələbə çalan yalnız Allahdır, nemət Allaha məxsusdur, həmd olsun Allaha və Rəhman və Rəhim Allahın adı ilə) şüarlarını gördükdə müsəlmanların bu yerlərdə necə də böyük əzəmətə sahib olduqlarını düşünərək qürur hissi keçirir. Əlbəttə, digər bir tərəfdən, insan, islami hökmlərdən uzaq düşüb, onlara əməl etməmək səbəbindən bu qüdrət və əzəmətin əldən çıxması üçün təəssüflənir, narahat olur.
Daha sonra Kordova şəhərinə getdik. Cənab ustad cənab professor Roje Qarodinin əzəmətli mədəniyyət mərkəzində oldu. Bu böyük mədəniyyət mərkəzində cənab professor Roje Qarodi həqiqətən də zaman və məkanla tam uyğunlaşan gözəl bir iş görmüşdü. Onun təsis etdiyi mərkəz Kordova məscidinin yaxınlığındaydı; 999 sütunu olan məscid. Orada söhbətləri ispan, fransız, ingilis, alman, ərəb, fars və sair dillərə tərcümə edən qulaqlıqlar qoyulmuşdu. Bu qulaqlıqlar vasitəsi ilə uyğun məkana baxış keçirənlər üçün müəyyən söhbətlər tərcümə olunur. Məsələn İbn Ərəbi, onun kitabları, ondan nəql olunan irfani hədislər, yaxud İbn Rüşd və başqaları gözəl layihə əsasında baxış keçirənlərə tanıtdırılır. Bu proqram vasitəsi ilə adətən müsəlmanlardan ibarət olmayan baxış keçirənlər İslam ilə tanış olurlar. Professorun həyat yoldaşı tərəfindən günorta yeməyinə dəvət oldunduq. Onun mənzilində bütün islami əsərlər, o cümlədən kəşf olunmuş qədim dini əsərlər, Quran ayələri, hədislərdən ibarət parçalar, tikələr və müsəlmanların nişanəsi olan sənət əsərləri gözə dəyirdi. Həyətin ortasında müsəlman ölkələrdə mövcud olan hovuzlar kimi bir hovuz var idi. Onlar burada dəstamaz alırdılar. Bu ev elə bir formada düzəlmişdi ki, ora daxil olan hər bir şəxs qədim Əndəluslu bir müsəlmanın evinə daxil olduğunu yaxşıca hiss edir və özündən aslı olmayaraq İslamı xatırlayırdı.
Daha maraqlısı budur ki, cənab Roje Qarodi əvvəllər Fransa kommunist partiyasının sədri olmuşdur. O yoldaşı ilə birlikdə, İslama gəldikdən sonra bu dinə o qədər maraq göstərmişlər ki, radio, televizor və sair bütün maddi imkanların olmasına baxmayaraq evlərini, hər bir tərəfi həqiqi bir müsəlman evinin göstəricisi olan bir ev formasında bəzəmişdilər. Bu şəxs dini tanıtdırmaq və yaymaqdan ötəri bütün qüvvəsi ilə çalışır.
Kordovadan sonra Barselonaya getdik. İmam Riza (ə) mədəniyyət mərkəzi bu şəhərdə yerləşir. Mərkəz Qum elmi hövzəsinin ruhanilərindən biri tərəfindən idarə olunur. Bu şəxs də həmçinin mərkəzin divarlarını İmamın (r) və inqilabın əzəmətli rəhbərinin kəlamları ilə bəzəmişdir. Belə ki, mərkəz İrandakı mövcud elmi və mədəni mərkəzləri xatırladır. Uyğun mədəniyyət mərkəzində əvvəlcədən elan olunmuş bir məclisdə pakistanlılar, mərakeşlilər və digər ölkələrdən olan müsəlmanlar toplanmışdılar. Cənab ustad burada ərəb dilində nitq söyləyib, iştirak edənlərin suallarını cavablandırdı.