Müxalıflərlə rəftar

پرسش: 

Müxalıflərlə rəftar

پاسخ:

♦♦♦ Məkarimul-əxlaq duasında əvvəlcə belə deyilir: “Mənə, zülm edənə qarşı qüvvət, düşmənlik edənə qarşı kəsərli dil və qələbə, hiylə edənə qarşı çarə, qələbə çalmağ istəyənə qarşı qüvvət, eybimi axtarıb, barəmdə pis danışmaq istəyənə qarşı təkzib, hədələyənlərə qarşı əmniyyət ver.” Daha sonra isə duada belə deyilir:” İlahi tövfiq ver ki, pislik edənə qarşı yaxşılıq edəm, məndən uzaq qaçanlarla gözəl rəftar edəm, məni məhrum edənlərə bəxşiş verəm, mənlə əlaqəni qıranları münasibət saxlamaqla mükafatlandıram, və qeybətimi edənlər barədə yaxşı sözlər danışam.”
Bu duanın uyğun iki hissəsi arasında ziddiyyət yoxdurmu? Düşmənlərə qarşı mübarizə, yoxsa onlara yaxşılıq etmək gözəldir?

◊◊◊ Birinci hissədə bilərəkdən və inadkarlıqla düşmənlik edənlər nəzərdə tutulur. Duanın ikinci hissəsində isə bilməyərəkdən və çaşqınlıq üzündən xəta edənlər, yaxşı münasibət görəcəyləri halda islah olmaları mümkün olanlar nəzərdə tutulur.