İxlasın maneələri və bu maneələri dəfetmə yolu

پرسش: 

İxlasın maneələri və bu maneələri dəfetmə yolu

پاسخ:

♦♦♦ Cənab ustad niyətim özümü tərifləmək deyil, lakin rəftarımı keçmişdəki ilə ( iki ya üç il əvvəllərlə) müqayisə edərkən ötən illərdə nisbətən daha yaxşı halda və niyyətimin daha xalis olmasını görürəm. Bəzən mömin qardaşları məsciddə və sayir bu kimi məkanlarda ibadət edərkən müşahidə edir, onlara qibtə edirəm və vücudumda ibadətə olan şövq artır. Fikrimcə hətta qıldığım camaat namazları da yaxşı keyfiyyətə malik deyil.
Cənab üstad, məhəlləmizin məscidinə gəlib, dostlarla tanış olduqdan bir il sonra bəzi qardaşlar mənə, yaxşı namaz qıldığımı və sayir bu kimi sözlər deyirdilər. Bu sözlərdən sonra fikrim indiyədək uzaq qaldığı bir məsələyə yönəldi. Yəni həmin vaxtdan sonra camaat içində namaz qılanda bütün diqqətim ibadətdə olmur. Daha namaz zamanı yaxşı hal əldə edə bilmirəm. Buna görə də bəzən evdə namaz qılmağa məcbur qalıram. Öz tövsiyənizlə mənə bu problemi həll etməkdə kömək edin.

◊◊◊ Təhsil dövründə dərslər getdikcə çətinləşir; mənəvi təkamül zamanı da eynilə belədir. İnsan şeytanın yeni tələlərinə düşməmək üçün ehtiyatlı olmalıdır. Lakin, ibadətlərdə ixlasla bağlı, bir tərəfdən şeytanın vəsvəsəsi üçün zəmin yaranmamasına, digər tərəfdən isə bu işimizin camaat namazı kimi böyük ibadətlərin tərkinə səbəb olmamasına çalışmalıyıq. Bəlkə, bəzi mərhələlərdə namazları və sayir şəxsi ibadətləri tənhalıqda yerinə yetirməyimiz daha yaxşı olar, lakin vacib namazları camaatla qılaq. Camaat namazında insanın özünü göstərməsi üçün elə bir fürsət olmadığı üçün, namazda yaranan xoş halı başqalarının diqqətini çəkməyəcək formada gizlədə bilərik. Hər halda xatırladıram ki, riyadan uzaqlaşmaq bəhanəsi ilə camaat namzını tərk etmək şeytan üçün göz aydınlığıdər, bu onun böyük tələlərindən hesab olunur.