İnsitut tələbələrinin sualları

Bir qrup insitut tələbəsinin Əllamə Misbah Yəzdiyə sualları

88/10/10

Tələbələrdən birinin sualı:
Sizdən faydalanmaq üçün bizə vaxt ayırdığınıza görə çox minnətdarıq. Biz özümüzü sizin şagirdiniz həddində bilirik. Sizin ortaya qoyduğunuz islami düşüncələrin ardıcılı olmağımızla fəxr edirik. Biz çox açıq söhbət etmək istəyirik. Buradakı az saylı səmimi topludan məqsəd budur.
Seçkilərdən öncə zehnimizdə formalaşan və son fitnə zamanı güclənən mühüm sual belədir: Bir tərəfdən hadisələrin arxasında müəyyən bir şəxs durduğu üçün bir çox açıq dəlillərin olmasını görürük; digər bir tərəfdən isə rəhbərliyin könüllülərin arasında, yaxud cümə namazında həmin şəxsi himayə etməsini müşahidə edirik. Bu barədə bizim vəzifəmiz nədir?

Cənab Ustad:

Rəhman və rəhim Allahın adı ilə
Həmd olsun aləmlərin Rrəbbinə və salam olsun Mməhəmmədə və onun pak ailəsinə, salam olsun Hüseynə və Əli ibn Hüseyinə və Hüseynin övladlarına və səhabələrinə.
Siz əzizlərə xoşgəldin deyir və sizlərin və sizin kimilərin gələcəkdə İslam və inqilab üçün ehtiyatc qüvvəsi olacağınıza ümid edirəm. Özünüzü İinqilabın ağır yüklərini gələcəkdə çiyinlərinizə götürməyə və kifayət qədər qüdrət və agahlıqla öz borcunuzu İislama, inqiılaba və şəhidlər ağasına ödəməyə hazırlaşın.

İslami hakimin vəzifəsinin başqalarının vəzifəsindən fərqli olması


Bəzi şəxslərin rəftarlarının, tutduğu yolların, göstərdikləri münasibətlərin əzəmətli rəhbərlik məqamı ilə fərqli olmasında heç bir şübhə yoxdur; şəxsi, ailəvi rəftarlarda, fiqhi, siyasi düşüncələrdə və həmin düşüncədən qaynaqlanan siyasi baxışlarda fərq! Bu barədə müəyyən suallar olunur. O cümlədən: Nə üçün fərq və ixtilaf, müxaliflik var? Nə üçün şəxslərin nəzərləri bir-birləri ilə fərqlidir? Əgər onların rəftarları səhvdirsə bu halda üzürlüdürlər, yoxsa cəzalanmalıdırlar? Əgər bu şəxslər düz hərəkət etmirlərsə rəhbərlik onlara qarşı necə münasibət göstərməlidir? Sonuncu sual isə belədir: Biz bu şəxslərə qarşı necə münasibət göstərməliyik?
Əlbəttə, mən indi hansısa bir şəxsin üzərində dayanmır, ümumi söhbət edirəm. Qeyd edək ki, uyğun şəxslər arasında da fərqlər movcuddur. Bəziləri idarəçilik, siyasi, yaxud fiqhi meydanların heç birində araşdırma aparıb düzgün dərk etmək üçün kifayət qədər bacarıqlı deyil. Bu gün sözü gedən şəxslər arasında belə şəxslərin olması mümkündür. İslam maarifi və İslam fiqhi barəsində o qədər də məlumatlı deyillər; bu şəxslər ruhani libasında da ola bilərlər; lakin onlara, düzgün dini baxış verə biləcək məlumat əldə edə bilmirlər. Uyğun şəxslərin həyat tarixçəsi siyasi anlayış baxımından da dərin düşüncəli olmadıqlarını göstərir. Belə şəxslər daha çox dostların və yaxınların təsiri altında olurlar. Bütün bunlara görə bizim onların fikirlərini qəbul etməməyimiz, rəftarlarını təsdiqləməməyimiz və onları himayə etməməyimiz üçün dəlilimiz var.
Lakin onların düzgün niyyətdə olmamalarını, məsələn, İinqilabın əleyhinə olduqlarını deyə bilərikmi bilərikmi? - sualına gəldikdə isə, bəlkə də əllərində daha çox dəlilləri olan bəziləri üçün onların doğru niyyətdə olmaması barədə arxayınlıq hasil ola bilər. Lakin bizim onların hansı niyyətdə olmaları ilə maraqlanmığımız zərurət daşımır. Bizi maraqlandıran rəftar və əməldir. Onlarla əməli baxımdan necə rəftar etməyin lazımlı olduğunu öyrənmək istəyirik. Niyyətlərinin açıqlanması Allaha aiddir, hər bir şəxs qiyamət günü Allaha cavab verməlidir. Hər halda bizim onları himayə etməyə haqqımız yoxdur. Çünki nə İslamı düzgün tanımışlar, nə İslamın siyasətini nə də cəmiyyətin xeyrinin nədə olduğunu dərk etmişlər. Onları himayə etmək üçün heç bir dəlil yoxdur. Əəgər elə bir səhnə yaranarsa ki, onların tutduğu yolla rəhbərliyin yolu arasında təzad yaransın, bu halda heç bir şübhəsiz rəhbərliyin yolunu təsdiqləyib, onların qarşısında durmalıyıqdayanımalıyıq. Bacardığımız qədər məqsədlərində irəliləməyə mane olmalıyıq.
Lakin rəhbərliyin bu şəxslərlə nə üçün tünd rəftar etməməsinə gəldikdə isə, bu suala cavab vermək üçün cəmiyyətin üumumi idarəçiliyi baxımından bəs qədər məlumatlı olmaq, yetişmək lazımdır. Bəlkə İinqilabdan sonra prezidentliyin ilk dövrü yadınıza gəlmir, bəlkə də bəziləriniz həmin zaman doğulmamışdınız. Bilirsiniz ki, həmin prezident nisbətən yüksək səslə seçildi. İmamın öz evində də onun hamiləri var idi. İmamın övladlarından bəziləri (qız və oğlan övladlarından) o şəxsi himayə edirdilər. Cəmiyyətin də müxtəlif siniflərindən, hətta ruhanilərdən onu himayə edənlər var idi. Bu şəxs sonra prezident oldu. İmamın rəftarı elə bir formada idi ki, xalq imamında onun da bu şəxslə müuvafiq olduğunu güuman edirdi. İImamın bu şəxslə rəftarında qəlb genişliyi o qədər gözə dəyirdi ki, mərhum doktor Behişti kimi bəzi şəxslər etiraz etdilər. Doktor Behişti çox yetkin, dərin, səbirli, helimli, geniş qəlbə sahib bir müdir idi. Lakin İmam hələ də öz mətanətini, aramlığını qoruyurdu.
Bir gün gəldi bütün millət bu şəxsin prezidentlik üçün yararsız olduğunu anladı. Uyğun şəxs qadın paltarı geyib ölkədən qaçmağa məcbur qaldı. Sonradan İmam buyurdu:“ Mən əvvəldən bu şəxslə muxalif idim.” İmam uyğun şəxsin prezidentliyini təsdiqlədiyi hökmdə də bu barədə işarə etmişdi; lakin işin əvvəlləri olduğu üçün bu məsələyə (İmamın işarəsinə) o qədər də diqqət verilmədi.
Demək istəyirəm ki, səthi mühakimə aparanlar elə fikirləşirdilər ki, İmamın övladlarından bəziləri və yaxınları bu şəxsi himayə edirlərsə, demək, İmam da onunla müxalif deyil. Uyğun şəxs hamı kimi İmamın yanına gedib-gəlirdi. İmam elə bir yüksəklikdə idi ki, onun başa düşdüyü məsləhətləri bizim kimilər görə bilmirdi. Lakin İmam nə etmək lazım olduğunu başqalarından çox yaxşı anladığını sübut etdi. Əlbəttə, başqalarını öz vəzifələrini yerinə yetirməkdən çəkindirmirdi. Uyğun şəxsin ətrafına yığışanların işlərini, danışdıqları sözləri tənqid edirdi, lakin prezidentin özünə “ssən prezidentliyə layiq deyilsən”, yaxud “gərək kənarlaşasan” kimi sözlər deyəcək həddə münasibət göstərmirdi.
Bu nöqtələrə diqqət yetirməklə siz suallarınızdan bəzilərinin cavabını ala bilərsiniz. Əzəmətli rəhbərlik məqamının, saleh olmadığına yəqinliyimiz olan hansısa bir şəxsi himayə etməsinin səbəbi budur ki, o daha yüksək üfüqü müşahidə etdiyinə görə uyğun işdə din üçün çox əhəmiyyətli bir xeyir olduğunu görür. Bu məsələ elə bir həddə çatmalıdır ki, bütün xalq həqiqəti bilsinlər. Xalqın Osman əleyhinə qiyamı zamanı Əmirəl-möminindən (s) olan bir cümlə yadıma düşdü. Nəhcül-Bəlağədə ümümi məzmunu belə olan bir ibarə var: “ Mən Osmanın öldürülməsini əmr etmədim, həmçinin qadağa da qoymadım. Əgər əmr etsəydim, onun qatili olardım.”
Nəticə belədir ki, bəzən eyni bir rəftara bir şəxs tərəfindən bir növ, digər şəxs tərəfindən ayrı növ məna verilir. Belə bir rəftar o şəxs tərəfindən tamamilə düzgün və yerlidir. Lakin başqaları uyğun məsələdə bu şəxsdən təqlid etməməlidirlər. Burada təqlid məqamı deyil. Bu şəxsin hazırkıi məqamı belə bir rəftar etməsini tələb edir. Yoxsaəks halda uyğun şəxsin haqqı deyil ki, haqqı deyilki, onunla bu şəkildə rəftar olunsun.
O (Rəhbər) sahib olduğu məqam və dayandığı yüksəkliyi nəzərə alıb ətraf üfüqləri görməlidir. Məsələləri nizamlamalı, faydalarla ziyanları ölçməli, nisbətən uzun arada məsləhətləri müqayisə etməlidir.
Lakin başqalarının öhdəsində belə bir məsuliyyət yoxdur. Onlar rəhbərin rəhbərlərinin məsləhət bildiyini həyata keçirməsi üçün zəmin yaratmalıdırlar. Əəzəmətli rəhbərlik məqamı buyurur: “Hər kəs hər nə deyirsə bilirsə deməlidir, baş verənləri aşkarlayın; əlbəttdə çalışın ki, bildikləriniz, aşkarladıqlarınız doğru olsun.” Əəgər bizr ondan soruşsaq ki, məgər siz hər nə bilirsinizsə deyirsiniz? Şübhəsiz belə cavab verəcək:” Xeyryox, mən bir çox şeyləri bilirəm, lakin demirəm və deməməliyəm; lakin sizin vəzifəniz mənim vəzifəmlə fərq edir.” Hər halda bizim fəqihin vilayəti pirinsipinə, həm də vəliyyi-fəqihin (rəhbərin) özünə olan inmamnımız onun düzgün rəftar etməyinə inanmağımızı tələb edir. Həmçinin 20 illik təcrübə (onun imam zamanın canişinliyinin öhdəsinə götürdüyü 20 ildən çoxdur) göstərir ki, onun nəzəri və rəftarı düzgündür.
Bir çox yerlərdə biz başqa şəkildə rəftar etmək lazım olduğunu düşünürdük. Lakin sonradan onunrəhbərin düzgün deməsi fikirdə olması məlum oldu. Fəqihin mütləq vilayətini qəbul etməyin mənası budur. Lakin mümkündüir ki, insan üçün sual yaransın. Bunun heç bir eybi yoxdur, sual edilsin, daha aydın və ətraflı cavab alınsın. Lakin onun vəzifəsi budur ki, fitnəni alovlandırmasın və fitnə yaradanların əlinə bəhanə verməsin; amma başqalarının isəda özlərinə məxsus vəzifələri vardır. Onlar lazım olanda vəzifələrinə əməl etməlidirlər. Mühüm vəzifələrdən biri də Rəhbərin son bəyanatlarında buyurduğu aşkarlamaq məsələsidir. Hamımız bacardığımız qədər bu vəzifəyə əməl etməliyik. Əəgər aşkarlayıb üzə çıxaracağımız halda daha böyük fitnələr baş verməyəcəksəa bu işi görməliyik. Bu, sualınıza olan cavabım idi.

Tələbələrdən birinin sualı:

Sözsüz ki, biz öz vəzifələrimiz haqqında danışırıq. Uyğun işləri görsək fitnə daha da alovlanmayacaqmı?

Cənab Ustad:

Zahirən, baş vermiş son hadisələr özündən yalnız qara iz bıraxır və qaradan da o yana rəng yoxdur.

Tələbələrin birinin sualı:

Cənab Haşimi ilə bağlı cərəyanla baş vermiş son cərəyanlar arasında fərq qoymaqğla bağlı vəzifəmiz nədir?

Cənab Ustad:

Qeyd etdiyim kimi, aaşura günü hadisəsindən və göstərilən münasibətlərdən sonra heç bir şübhə qalmadı.

Tələbələrdən birinin sualı:

Əəhəmiyyətli olan ikinci sual həqiqətdə Qqum şəhərində fəaliyyət göstərən mərcəi-təqlidlərlə bağlıdır. Bəzi vaxtlar belə müşahidə olunur ki, baş verən cərəyanlar və hadisələr qarşısında mərcələr süküt edirlər; lakin biz elə belə fikirləşirik ki, mərcəi-təqlidlər müəyyən məsələləri üzə çıxarmalı, söhbət etməli və işin o həddə gəlib çatmasına qoymamalıdırlar ki, rəhbər özünü qurban etsin, yalnız o danışsın və nəticədə düşmənin bütün ittihamları, hücumları ona yönəlsin. Cənab Nuri Həmədanidən başqa (şükür olsun a
Allaha ki, yaxşı münasibət göstərir, vaxtında mövqe tutur) digər mərcəi-təqlidlər ya tam sükut edirlər, ya da bir müddət keçəndən sonra ikibaşlı bəyanatlar verirlər. Onların belə rəftarı nəyin təsiridir? Onlar öz evlərində, ətrafda baş verənlərdən təsirlənirlərmi? Əəgər mümkünsə bizim üçün açıqlayın və deyin ki, bu qəbil mərcəi-təqlidlərə qarşı necə rəftar etməliyik?


Cənab Ustad:

Hörmətli mərcəi-təqlidlərin fərqli münasibətlərinin səbəbi

MMərcəi-təqlid kimi tanıdığımız və bitərəf nəzər sahiblərinin qəbul etdiyi şəxslər tərəfindən müxtəlif siyasi və ictimai hadisələr qarşısında üç növ münasibət görürük. Əlbəttdə müəyyən qrurupların öz hədəflərinə çatmaları üçün tanıtdırdıqları, mərcəliyə salahiyyətli olmayan şəxslərdən söhbət getdmir. Söhbət həqiqətən mərcəliyə səlahiyyətli olan, qəbul olunan, və hörmətli, lakin siyasi məsələlərdə bir-birindən fərqli münasibətlər göstərən şəxslərdən gedir.
Onlardan bəziləri həm fəqihlik, həm təqva, həm də ədalət baxımından yüksək səviyyədədirlər. Lakin müxtəlif səbəblərə görə siyasi işlərə müdaxilə etməyi vəzifə bilmirlər. Onların ən mühüm dəlili budur ki, siyasi məsələlərdə olan xırdalıqlar və incəliklər, bu barədə söz demək üçün mütəxəssis olmağı tələb edir. Söz demək üçün, kifayət qədər vaxt ayırmaq, hadisələri öyrənmək, məlumat əldə etmək, həmçinin məsələləri araşdırıb ayırmaq qüvvəsinə malik olmaq və faydaları ziyanlardan ayırmağı bacarmaq lazımdır. Qısası, siyasi anlayış və siyasi məsələlərdə düzgün mühakimə aparmaq vaxt tələb edir.
Bəziləri deyir ki, bizim bütün bu işlər üçün nə imakanımız var, nə də fürsətimiz. Fiqhi məsələlərlə bağlı xalqın müraciətləri və elmi məsuliyyətlər səbəbindən biz siyasi məsələlər barədə mütəxəssis olub fikir bildirmək üçün araşdırma apara bilmirik; bu sahədə fikir bildirmək üçün mütəxəssis olmaq lazımdır, əgər mütəxəssis olmadan fikir bildirmək istəsək başqalarına təqlid etməyə çarəsizik. Yəni məlumatları başqalarından götürməliyik. Əəgər hansısa bir məsələdə özümüz söz sahibi deyiliksə, başqalarının nə dediyinə baxmalıyıq və onların sözlərini qəbul etməliyik. Buelə halda isə bir çox xətalar ola bilər. Necə ki, tarix boyu belə hadisələr çox olub. Biz uyğun xətalar və təhlükələrdən uzaqğ qalmaq üçün siyasi məsələlərə qatışmırıq.
Bizim mərcəei-təqlidlər arasında elələri var ki, nə televizora baxırlar, nə də qəzet oxuyurlar. Uyğun məsələlərdən özlərini azad ediblər və yalnız fiqhi işlərlə məşğul olurlar. Özləridir, dərsləridir, bir də ki onlara olan müraciətlər.
Onların bəziləri müxtəlif qruplarla görüşürlər. Qapıları açıqdır, kim gəlir-gəlsin! Kimsəni qəbul etmək həmin şəxsi təsdiqləmək mənasını daşımır. Bəziləri isə siyasi şəxslərlə qəti şəkildə əlaqə saxlamırlar. Qəti şəkildə əlaqə saxlamayanların sayı azdır. Bu onların öz üslubudur. Bu qrup bilərəkdən siyasi məsələlərdən uzaq qalanlardır; onlar siyasi məsələlərdəki mövcud təhlükələrdən uzaq qalmaq üçün belə edirlər. Onlar belə deyirlər: “Uyğun məsələlərlə maraqlanmaq üçün vaxta və bizim əlimizdə olmayan imkanlara ehtiyac var. Biz xəta edə bilərik və xətamız cəmiyyət üçün böyük təhlükə ola bilər. Biz bu böyük şəxslərə təşəkkür etməliyik; çünki siz hansısa məsələdə fikir bildirməyə səlahiyyətiniz olmadığını bilib, fikir bildirmirsinizsə, bu təhlükə yaratmır. Təhlükə yaradan fikir bildirməyə səlahiyyəti olmayıb, fikir bildirənlər tərəfindən yaranır. Belə şəxslər arasında nümuünələrimiz var, inqilab yönlü münasibətlər göstərsələr, inqilaba xidmət etsələr də, baxışları səthi idi. Çünki digər məsələlərdə inqılabın zərərinə tamamlanacaq münasibətlər göstərdilər.
Demək, bu məsələlərə qəti şəkildə qatışmayanların üzürlü səbəbi belədir: “Bbiz bu məsələlərdə mütəxəssis və söz sahibi deyilik, səhv edib cəmiyyət üçün təhlükə yaradacağımızdan qorxuruq.”
Biz bu şəxslərə mütəxəssis olduqlarığu sahələrdə müraciət etməliyik; onlardan şəri məsələlər soruşmalı, dərs tələb etməliyik. Lakin siyasi məsələlərdə onlara müraciət etməməliyik.
Başqa bir qurup isə xalqın işləri ilə maraqlanmaqla, həmçinin elmi və fiqhi fəaliyyətləri ilə yanaşı siyasi məsələlər üçün də vaxt ayrırlar. Ya güclü siyasi duyumları var, ya uyğun məsələrlə maraqlanmaq üçün başqalarında olmayan istedada malikdirlər, yaxud da uyğun işlərə müudaxilə etməyi öz vəzifələri bilirlər. Sözsüz ki, bu halda siyasətə də kifayət qədər vaxt ayırmalıdırlar. Müxtəlif qəzetləri oxuyurlar, daxili və xarici radiyoları dinləyirlər, müxtəlif şəxs və quruplarla ünsiyyət saxlayırlar, söhbətləşirlər, məlumat əldə edirlər. Məlumat əldə etmək və əlaqə saxlamaq üçün müxtəlif vasitələri var; yəni bütün bunlar elə bir həddədir ki, özlərini uyğun məsələlərdə söz sahibi olmaları üçün özlərinə haqq verirlər. Allahın tövfiqi ilə elə bir şərayit yaranıbdır ki, ilahi dostlar onlara kömək edirlər, müxtəlif quruplar barəsində məlumat verirlər. Bu şəxslərdə pakıtəmizi çirkindən ayırmaq üçün lazım olan xüsusi fərasət və zirənglik zirəklik müşahidə olunur. Bu Aallahın bir nemətidir. Nəql olunur ki, cənab İmam (r) buyurmuşdur:” Kim mənimlə iki cümlə danışırsa, onun qəlbinin dərinliyini oxuyuram.”
Bu Allahın verdiyi bir istedaddır. Mümkündür ki, bir şəxs başqa birisi ilə saatlarla uzun müddət əlaqə saxlaya, lakin sonda onun nəçi olmasını anlamaya; Lakin İmam (r) belə deyirdi:” Hər kəs mənimlə iki cümlə danışırsa onun nəçi olduğunu bilirəm.”
Hər kimdə ilahi vergi olan bu cür istedad olsa və bu şəxs lazımı qədər vaxt ayırıb, müəyyən imkanlara malik olsa, onun siyasi məsələlərlə bağlı göstərdiyi münasibətlər və tutduğu mövqelər müsbət olasıdır.
Uyğun şəxslər həm elmlid, həm təqvalı, həm də İslam üçün ürək yandıranlardır. Siyasi sahədə çalışırlar, eyni zamanda istedadları da var, fərasətlidirlər. Bu halda nəticə müsbət olasıdır. Bəzi mərcəi-təqlidlərin vaxtında münasibət bildirmələrini, şücaətli, fədakar olduqlarını və isar etdiklərini görürük. Adətən bir adətən bir mmərcəi-təqlidin başqa mərcəi-təqlidə qarşı atmayacağı addımları atırlar. Bunlar doğurudan da çox bəyəniləsi fədakarlıqlardandır.
Bütün bunlar xüususi şərayit və əldə olunmuş yüksək təcrübənin nəticəsidir; yəni uyğun məsələlər üçün çox vaxt ayırmışlar,dırlar müxtəlif quruplarla əlaqə saxlayırlar, yalnız müəyyən bir qrup tərəfindən yox, müxtəlif qruplar vasitəsi ilə məlumat əldə edirlər, bütün bunlara görə də yaxşı mühakimə apara bilirlər.
Başqa bir qrup isə orta vəziyyətdədir. Ya əlaqə vasitələri zəifdir, ya da siyasi-ictimai məsələlərdə lazım olan ilahi istedada malik deyil. Belə şəxslər həmişə qəti mövqe göstərmirlər və adətən xəta edirlər. Beləliklə, uyğun şəxslərin bir-birləri ilə olan fikir ayrılıqlarının səbəbi dediyim nöqtələrdədir.
Biz nə etməliyik? Biz lazım olan bütün şərtlərə malik, səlahiyyətli, istedadlı, müxtəlif vasitələrlə məlumat ala bilən, ictimai şərtlərə malik və mütaliə edib araşdırma aparmaq üçün kifayət qədər fürsəti olan şəxslərə təşəkkür etməliyik və hər yerdə onları himayə edib, gücləndirməliyik; çünki bu şəxslərin güclənməsi haqqın, rəhbərliyin, İnqilabın və İslamın güclənməsidir. Siyasi məsələlərə qəti şəkildə müdaxilə etməyənlərdən isə yalnız özləri üçün təyin etdikləri hüdüdlarda nəsə tələb etməliyik. Onlar siyasətçi olmadıqlarını və siyasi baxımdan bacarıqlı olmadıqlarını deyirlər. Biz də onlardan artıq nəsə istəməməliyik. Lakin üçüncü qrupa münasibətdə, onlara mümükün qədər düzgün məlumat çatdırmağa çalışmalıyıq. Onlarla daha çox əlaqə saxlamalıyıq və zəif cəhətləri olarsa, bunu aradan qaldırmağa cəhd etməliyik.

Mərcəi-təqlidliyin əhəmiyyəti

Əlbəttə, unutmamalıyıq ki, cəmiyyətimizdə mərcəliyin qorunması böyük dəyərdir. Allah göstərməsin, əgər bu məqam təhlükə altına düşərsə başqa heç nə onu əvəz edə bilməz. Siz bu hərəkatın, inqilabın və onun tarixinin əsasına nəzər salın; ordunun qarşısında qiyam etməyə hazır olanların əksər hissəsini namaz qılan, dinə bağlı, məscid əhli və dindar küçə-bazar camaatı təşkil edirdi. Onlar deyirdilər: “Mərcəi-təqlidimiz göstəriş verdiyi üçün belə edirik.”
Mən bunun şahidi olmuşam və əvvəldən onlarla ilə əlaqə saxlamışam. Tehranın tacirləri, və istənilən bir iş görmək istəyərkən hansısa bir şəkildə mərcəi-təqlidlərindən bu iş üçün icazə olub-olmadığını soruşan müxtəlif şəxsiyyətlər. İcazə alandan sonra son nəfəsədək davam etməyə hazır olurdular və çox rahatcasına şah ordusunun güllələrinin qarşısına gedirdilər. Sinələrini qabağa verib deyirdilər: ” Vurun..” İstənilən bir problem yarandıqda narahat olmurdular; çünki bütün bunların şəri vəzifələri olduğuna inanırdılar və mərcəi-təqlidlərinin göstəriş verdiyini bilirdilər.
Bu məqam və dəyər heç nə ilə müqayisə olunası deyil. Kimsə bu dəyəri nə ilə isə əvəz edə bilərmi?! Əgər mərcələrdən hansısa biri, yanlış məlumatlar əsrində bir səhv edərsə ( əlbəttəki, o məsum deyil ) və biz buna görə mərcəliyi zəiflətsək, böyük bir sərmayənimayanı havayı əldən vermiş olarıq. Bu məqamın, dəyərin qorunmasına çalışmalıyıq. Onların hörməti tapdanmamalıdır, bacardığımız qədər səhvini düzəltməyəsinə çalışmalıyıq. Ən azından onun səhvini açıb-ağartmamalı,yıq və bu barədə səs-küy salmamalıyıq. Elə etməməliyik ki, ümumi kütlə arasında mərcəliyin məqamı ensin.
Yaxşı bilirsiniz ki, insanların hamısı məsələləri ayırd etməyi bacarmırlar. Bir şəxs səhv edəndə “bu onun səhvidir və başqalarına aid deyil”- deyə düşünə bilmirlər. Odur ki, bir ruhani səhv edən kimi deyirlər: “Axundlar belədir.” Əgər mərcəi-təqlidlərdən hansısa biri haradasa səhv edərsə onun bu səhvi aləmə yayılsa, bu barədə səs-küy salınsa, sabah bütün mərcəi-təqlidlər haqqında şübhə yaranacaq. Daha heç kəs heç bir mərcəi-təqlidin sözünə güvənməyəcək. Xalqda bir mərcəi-təqlidlə digər mərcəi-təqlid arasındakıi fərqi öyrənmək üçüm lazım olanyə imkan yoxdur. Odur ki, imanları süstləşir.
Biz ictimai hərəkət üçün əlimizdə olan sərmayənimayanı havayı əldən verməməliyik. Bu məsələ onların xalqın imanlarının imanının süstləşməsinə səbəb olur. Buna görə də nəzərə almalıyıq ki, mərcələrə hörmət qoyaq, onların mövqelərin asanlıqla zəiflətməyək. Əlbəttə, düzgün, inqilabın, quruluşun və rəhbərliyin mənafeyinə uyğun mövqe tutduqlarına əmin olduğumuz şəxsləri hər an himayə etməliyik. Lakin çalışmalıyıq ki , o birilərini zəiflədib, məhv etməyək, əks halda tezliklə əldə olunmayacaq böyük bir neməti itirmiş olarıq.

Tələbələrdən birinin sualı:

Rəhman və rəhim Allahın adı ilə
Bura gəlməkdə ilk məqsəd sizi görüb söhbətlərinizdən istifadə etməkdir. Bir hədisdə buyrulur: “Alimlə görüş ibadətdir.” Elə fikirləşirəm ki, biz indiyədək alimlərdən çox istifadə etmişik və inşaallah bu ibadətin savabı bizə yazılar.
Əzəmətli rəhbərlik məqamı (sayəsi üzərimizdə davamlı olsun) son fitnələrdə belə bir dua etdi (duanın ümumi məzmununu deyirəm): “Qarşıdakı daha çətin və daha həssas fitnələrdə bizi də qoru!” Bu dua bir qədər ağırdır. Ötən fitnələr zamanı xüsüsi ilə İmam (r) və aşuraya hörmətsizlik olandan sonra haqq və batil bir qədər çox aşkar oldu. Lakin cənab Rəhbərin uyğun duasından sonra elə fikirləşirəm ki, qarşıda haqqın batildən asanlıqla ayırd olmayacağı fitnələr var. Bu isə bizdə gələcəklə bağlı nigarançılıq yaradıbanıb. əlbəttdə, bu ümidsizlik mənasında deyil, lakin özümüzdən nigaranıq. Təəssüf ki, bBaş vermiş son hadisələr zamanı təəssufki böyük və seüçilmiş şəxslərdən bir çoxunun (azğınlıq kəlməsini işlətmək istəmirəm) öz əvvəlki hədəflərindənamallarından uzaqğ düşdüklərini görürük.


Cənab Ustad:

Bu şəxslər barəsində Aağanın öz ibarəsindən istifadə edinirik: “ Kkənara çəkilmişlər.”


Tələbələrdən birinin sualının davamı:

Bbəli, düzdür kənar durmuşlar. Bir çoxları bu quruluşun əldən çıxdığını düşündülər. Bbir çox şeyləri deyib, fəryad çəkəedə bilmirik. Gərək ürəyimizdə saxlayaq. Həmin mərcələr barəsində siz dediniz:” Mmərcələrin bir hissəsi fəqihin vilayətini qəbul edirlər. Bunun İislamın əsaslarından olduğunu anlayırlar. Bəziləri isə bu prinsipi qəbul etmirlər. Bir guşəyə çəkilib, islami hökmətlə qəti şəkildə maraqlanmayan mərcənin sonu Qum xalqının şüarı idi: “Agahlığı olmayan mərcə istəmirik.”
Belədir. Belə mərcəni neynirik?! İslami hökümət olmayan halda da özünü islami mərcə kimi bilən şəxsi neynirik?
Xahiş edirik cənab rəhbərin buyurduqları bəsirət və aşkarlama haqqında, həmçinin ümumi kütləyə tövsiyə etdikləri Əmmar Yasir rolu və institut tələbələrinə tapşırdıqları cavan sərkərdələr rolu barəsində bir qədər izah verəsiniz. Bütün bunların düzgün dərk olunması üçün tələbələrin böyüklərin buyurduqlarına ehtiyacları var. Həmçinin sonrakı fitnələr və bizim gələcəklə bağlı nigarançılığımız haqda bir qədər izah veriniz.
Başqa bir sualımız institutlarda rəvac tapmış bir məsələ ilə bağlıdır. Bu məsələ (təəssüflər olsun) insitutda dəyərli şəxslər kimi tanınanların qırmızı xətti
tapdamasıdır. şBu qırmızı xətti keçmə hadisəsi 78-ci il tir ayının 18-ində də baş verdi. Cənab Rəhbərin şəkilini yandırdılar, hörmətsizlik etdilər. Cənab Rəhbər buyurdu ki, qəlb genişliyiniz olsun, səbr ediniz. Lakin məsələlər elə bir formadadır ki, elə bir şəkildə hörmətsizlik oldu ki, əgər bir az da həddi aşsalar biz səbir və helmi bir qədər əldən verəcəyik. Dua edin ki, səbirli olaq. Əlbəttə, qırmızı xətlərin tapdanması bir qədər bizim tənbəlliyimiz, fəal olmamağımıza qayıdır. Biz öz işimizi düzgün yerinə yetirə bilməmişik. İnsitututdakı tələbələri İslami dəyərlərə doğru yönəldib, fəqihin vilayəti məsələsini onlara çatdıra bilməmişik. Bu bizim zəifliyimiz olub. Lakin indi nə etməliyik? Hal-hazırda təəssüflər olsun ki, tələbələr arasında açıq-aşkarcasına cənab Rəhbərə və cənab İmama (r) hörmətsizlik edənlər var. Həmçinin qırmızı xətlərin tapdanması ilə bağlı necə rəftar etməli olduğumuzu söyləyin.

 

Cənab Ustad:

İmtahan dünya həyatının zərurəti

Fitnələr, haqla batilin bir-birinə qatışacağı və onların çətinliklə ayırd olacağı hallar və bu səbəbdən bəzilərinin açıq-aşkarcasına haqq əleyhinə qalxıb cəmiyyət üçün problemlər yaratması (nümünəsi aşura günündə göründü) dünya həyatının zərurətlərindəndir. Tarixdə heç bir zaman olmayıb ki, bəşər üçün bu növ problemlər olmasın. O vaxta qədər ki, uca Allah məsləhət bilir və İmam Zamanın (ə) zühuru üçün ictimai şərait yaranacağı, o həzrətin son işi gerçəkləşdirəcəyi və ilahi vədin gerçəkləşəcəyi (yəni insanların hər yerdən naümid olub sonda haqqa təslim olacağı) zamanadək uyğun hallar olasıdır. Məna baxımından imtahan kəlməsi ilə yaxın olan fitnə bu dünyanın zərurətidir. Bir sözlə, deyək ki, insan yaranışındakı hədəfə yaxın bir hədəf budur: “ O kəs ki, hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı...” (“Mulk”, 2) Bu imtahan müxtəlif sahələrdə özünü göstərir. Siyasi və ictimai səhnələrdə isə dediklərinizdir. Fərdi sahələrdə hər gün imtahan olunuruq. Öhdəmizə hansısa bir vəzifənin düşməsinə zəmin yaradan hər bir şey imtahandır. Ailənin, nisbətən kiüçiük mühitlərin, instiıtutun, dərs sinfinin, ictimai və beynəlmiləl səhnələrin və hər bir şeyin özünə məxsus imtahanları vardır. Biz daim imtahan olunuruq və imtahan olunacağıq.
İImtahan üçün yaradılmış insan məsuliyyətli olub, öz gələcəyinə qarşı həssas olmaq istəyərsə, onda uyğun nigarançılıq və həyəcan olmalıdır. Bəzən imtahanın öhdəsindən yaxşı gəlirik, bəzən isə yox. Allahın mütləq, tam rüububiyyətinə, idarəçiliyinə əqidəli olduğumuzüçüna görə bizi qoruması üçün əllərimizi dərgahına açıb yalvarmalıyıq.
Cənab Rrəhbərin buyurduğu dua həmin islami baxışdan, yəni bizim hər an imtahan olunmağımızdan və Allahın bizi qorumasına ehtiyaclı olduğumuzdan qaynaqlanır. Biz də həmişə bu halda olmalı və öyrənməliyik ki, daim Allahdan müxtəlif imtahanlar zamanı bizi qorumasını istəyək.


Yuxarı mərhələlərdəki imtahanların daha çətin olması

İmtahanların hər gün əvvəlkindən daha çətin olması təbiidir. Eynilə təhsil dövründəki imtahanlar kimi. Birinci il imtahan daha asan olur, ikinci il isə bir az çətinləşir və üçüncü il də eynən belə. Nəhayət, son imtahan ən çətin imtahan olur. Bu təbii bir işdir.
Əgər qarşıda daha çətin imtahanların olması deyilirsə bu ona görədir ki, imtahan təbii olaraq belə olur. İmtahanın bir mərhələsindən keçib qəbul olanlar daha yüksək mərhələlərə qəbul olub, olmamalarının məlum olması üçün yenidən imtahan verməlidirlər. Bu, ümumiyyətlə dünya həyatımızın necəliyi və “nə üçün fitnələr yaranır”, “nə üçün uyğun təhlükələr mövcuddur”, “nə üçün Allaha pənah aparmalıyıq” sualları barəsində bir açıqlama idi.

Elm əhlinin vəzifəsi

Bəs cəmiyyətdə elmi məsələlərə daha çox bağlı olan şəxslər kimi bizim vəzifəmiz nədir? - deyə sual olunur. İstər biz hövzə tələbələri, istər siz institut tələbələrinin cəmiyyətdə olan məsuliyyəti daha çox uyğun yöndədir. Buna görə də eyni sahədə vəzifəmiz daha ağırdır. Gərək daha çox fikirləşək. Daha yaxşı fikirləşməli və aldığımız nəticələri başqalarına ötürməliyik. Bizim qədər bilik, agahlıq əldə etməyə fürsəti olmayanlara kömək etməliyik. Biz zəhmət çəkib nəticəsini sair insanlara verə bilərik. Bu özü elmli şəxslərin başqaları üçün qaranlıq məsələləri aydınlaşdırmasıdır. Uyğun sahədə, xüsusi ilə inqilabdan sonra yaranmış hazırkı vəziyyətlə və bəzi nümünələri zahir olan, (dediyiniz qırmızı xətləri keçmələr kimi) qarşılaşa biləcəyimiz təhlükələlrlə bağlı iki mühüm vəzifəmiz var:
1. Həqiqətləri daha yaxşı tanımağa çalışmalıyıq;
2. Vəzifələrimizi yerinə yetirmək üçün daha hazırlıqlı olmalıyıq.
Öyrənməli olduğumuz həqiqətlər iki yöndədir: Hökm yönlü və mövzu yönlü. Yəni ilk öncə şəri vəzifənin və ilahi hökmün nə olduğunu öyrənməliyik. Daha sonra isə ilahi hökmü necə həyata keçirmək barədə düşünməliyik. Fiqhi hökmlərdən əlavə islami maarifi öyrənmək üçün də islami maarif və din həqiqətləri ilə tanışlıq sahəsində daha çox mütaliəyə ehtiyac var. Dini maarifin müxtəlif yönlərini, əqidələrdən tutmuş dəyərlərədək və daha sonra ictimai vəzifələr və hökmləri öyrənməyə ehtiyac duyulur.
Heç zaman məsələləri öyrənməyə ehtiyaclı olmadığımızı və İslam maarifi ilə kifayət qədər tanış olduğumuzu düşünməməliyik. Bu şeytanın ilk tələsidir. Hər zaman öyrənməyə ehtiyacsız olduğumuzu hiss etsək, bu büdrəmək və süqutun əvvəlidir.
İkinci iş isə mövzunu ayırd etməkdir. Əzəmətli rəhbərlik məqamının adətən bəsirət barəsində tövsiyə etdiyi, bu yönə aid olur. Hamı bilir ki, İslam hökmlərinin qorunması üçün, yaxşıya dəvət, pisdən çəkindirmək, islami quruluşun qorunması və s... vacibdir. Lakin Bəs bu gün uyğun hökmləri necə gerçəkləşdirmək lazımdır?. Bu xususi qurupun görduyu işin İislam üçün nə qədər zərərli olduğunu və bu quruplarla necə rəftar etməyi bilmək üçün bəsirətə, agahlığa ehtiyac var. Şeytançılıların müxtəlif hiylə və fəndləri bacarıqlı şəxsləri də aldadacaq dərəcədə incə və həssas olduğu zaman bəsirətə ehtiyac çoxalır. Yenə də həmin günlərdə bunun nümunələrini görürük. Məsələləri ayırd edərkən belə səhvlər etməyini gözləmədiyimiz şəxslərin dəyişildiyini, səhvə düçar olduqlarını görürük. Bu tələlərə düşməmək üçün bəsirət, agahlıq əldə etməliyik. Lakin bu bəsirətin necə əldə olunmasının ayrı hekayəsi var. Ümid edirik (inşaallah) bu sahədə həm əzəmətli rəhbərlik məqamının, həm onunla eyni fikirdə olan sair şəxslərin çıxışlarından, söhbətlərindən istifadə edək.
Söhbətimizin yekunu belədir: Biz islami maarifi və onun tətbiqi yolunu öyrənmək üçün çalışaq. Bu könüllü (bəsici) tələbənin öhdəsinə götürdüyü bir işdir. Biz institut mühitinə təhsilli cavanlar üçün uyğun baxışları daha ətraflı çatdırmalıyıq. Həm özümüz yaxşı anlayaq, həm də başqalarına daha çox anladaq. Bu çox əzəmətli bir işdir. Cəmiyyətimizin düzgün istiqamətdə olan bütün inkişafı həmin fəaliyyətlərin sayəsindədir.
Lakin məsələnin ikinci tərəfi var: Bir çox hallarda insan nəyi isə anlayır və vəzifəsi olduğunu bilir, lakin əməl zamanı iradəsiz, himmətsiz olur. bəzi şəxslərin yaxşı dərk etmələrinə, vəzifələrinin nə olduqlarını anlamalarına baxmayaraq əməl etmədiklərinə şahid ola bilərik. Bəlkə indi sizin fikrinizdə nümünələr var, dəqiq bilirsiniz ki, uyğun hadisələr zamanı nə etməli olduqlarını bilirdilər, lakin heç nə etmədilər. Olmaya Ggələcəkdə biz də belə ola bilərik -q, deyə nigaran olmalıyıq. Çalışıb, ilahi hökmü öyrəndik və onun icra olunma yolunu da tapdıq; lakin, bunu bildikdən sonra icra zamanı tənbəllik edib, özümüz üçün maneələr yaratmış olmayaq!
Bunun üçün özünütərbiyəyə düzəltməyə ehtiyac var. Daha çox bilik, agahlıq və bəsirət əldə etmək üçün olan proqramlarımızla yanaşı özümüzü düzəltmək üçün də proqramımız olmalıdır. Bir sözlə, dünyaya aldanmayaq. “Ey insanlar, həqiqətən Allahın vədi haqdır, odur ki, dünya həyatı sizi aldatmasın... “(“Fatir”,5) Yolundan büdrəyən bütün şəxslər dünyaya bağlılıq səbəbindən büdrədilər, ya pul, ya məqam, ya da şəhvət! Biz bu tələlərə düşməmək istəyiriksə gərək dünya bər-bəzəyinə və dünyaya aid olanlara qarşı mənfi münasibət göstərək. Onlardan qaçmaq, onlara bağlanmamağa çalışmalıyıq. Dünyanın aldadıcı şeyləriları əsas bu üç şeydir. Biz özümüzü düzəltməyə çalışmalıyıq və heyvani ləzzətlərlə mübarizə aparmalıyıq. Bunların tələsinə düşməməliyik. Pul, sərvət, vəzifə və məqam dalinyca olmayaq. Əəgər bu ruhiyəni özümüzdə gücləndirməsək nə zamansa hal-hazırda nifrət etdiyimz şəxslərin düşdükləri tələlərə nə zamansabir vaxtlar bizim də düşməyəcəyimizə heç bir zəmanət yoxdur. Hal-hazırda bu qədər nifrət etdiyimiz şəxslər uyğun tələlərə düşmüşlər. Cavanları daha çox şəhvətlər, qocaları isə məqam və vəzifə dalinyca idilər. Onlar deyirdilər: “Ffərman bizim fərman olmalıdır. Hər nə əmr etsək yerinə yetirilsin.” Bu bir növ cüunun, dəlilikdir. Sonda isə var-dövlət toplamaq. Biz indidən bu üç şeytani amillə mübarizə aparmaqğ üçün qərara gəlməliyik. Var-dövlət toplamaq fikrində olmayaq. Şeytan adamı aldlladır, belə vəsvəsə edir: “ Aadamın pulu olmasa İislama xidmət edə bilməz.” Var-dövlət toplamaq isəda yavaş- yavaş elə bir həddə gəlib çatır ki, “gərək ölkənin bütün sərvəti bizim, uşaqğlarımızın, bandamızın ixtiyarında olsun ki, İislama xidmət edə bilək!”- deyirlər. Bu məsələ mənim bu gün istənilən mümkün yolla hüuququmun, gəlirimin artması fikrində olmağımndan başlayır. Bu isə yəni haqq olmayana bağlılıq! Əəlbəttə, insan maddi baxımdan təmin olunmalıdır. Lakin daha çox pulumun olmasını, daha yaxşı yemək və geyinmək, daha yaxşı ev və daha gözəl maşın istəyirəmsə, yaxud şəhvət və məqam fikrindəyəmsə, bütün bunlaarın insanı, hər bir pəhləvanı çökdürdüyünü bilməliyəm.
Bir yerə çata bilən və İslama ı xidmət etməyi bacaranlar bu üç şey və onların zərurətlərindən qurtula bilənlərdir. Uyğun tələlərə düşməmək üçün cavanlıqdan öz üzərlərində işləmişlər. Bizim vəzifəmiz nədir - deyə soruşduğunuz sualın cavabı belədir: Əvvəl din həqiqətlərini daha yaxşı öyrənək və öyrəndiyimizi başqalarına çatdıraq. Daha sonra isə dünya tələlərinə düşməmək üçün öz üzərimizdə işləyək. Dünya isə daha çox bu üç şeydə cəmləşib.
Hamını Allaha tapşırıram və sizin də bizi dualarınızda unutmayacağınıza ümid edirəm; biz də Allahın istəyi ilə dua vəzifəmizi yerinə yetirəcəyik.
Və səlləllahu əla Muhəmməd və alihit-tahirin
( Məhəmməd və onun pak ailəsinə Allahın salamı olsun )