Sərhədlərdən kənarda vəliyi-fəqihin səlahiyyətləri

Rəhman və rəhim Allahın adı ilə
Sərhədlərdən kənarda vəliyi-fəqihin səlahiyyətləri

-Müqəddimə
-Ölkələr arasında vəhdət
-Fiqhi baxımdan vəhdət
-Vilayəti-fəqihin əsasları
-Vilayəti fəqihin dəlilləri
-Nəticə
-Mənbələr

 

Müqəddimə

Vəliyye-fəqihin onun vilayətinə daxil olan ölkədən xaricdə ixtiyarları mövzusu İslam hökuməti mövzuları arasında əsas mövzulardandır. Bu sualı cavablandırmaq üçün müqəddimə mövzular aydınlaşdırılmalıdır.
Mövzu ilə bağlı ehtiyac duyulan nöqtələrin şərhi üçün bu məqalənin adını əsas götürürük. Məqalənin adından görünür ki, vilayəti-fəqih adlanan hökumət sisteminin xüsusi sərhədləri mövcuddur. Vəliyyi-fəqihin hakimiyyəti göstərilən sərhədlər daxilində yaşayan və bu hökuməti qəbul edən insanlara təsirlidir. Yenə də müəyyən məsələləri araşdırmaq lazım gəlir:
1.Əgər müsəlman bir fərd və ya qrup qeyri-müsəlman ölkəsində yaşayırsa fəqihin hökümlərinə tabe olmalıdırmı? Burada iki nöqtə nəzərə alınmalıdır: Həmin müsəlman şəxs vəliyyi-fəqihə beyət edə bilər və ya əksinə.
2.Əgər iki müsəlman ölkəsindən birinə vilayəti-fəqih üsuli-idarəsi hakimsə, həmin üsuli-idarə ilə idarə edilməyən müsəlman ölkəsinin əhalisi vəliyyi-fəqihə tabe olmalıdırmı?
3.Əgər iki müsəlman ölkəsində iki vilayəti-fəqih nizamı varsa hər fəqih öz ölkəsində hökm sahibidir, yoxsa o biri ökənin müsəlmanları üzərində də hakimiyyəti var? Adətən belə qəbul edilir ki, hər ölkənin əhalisi öz fəqihinə itaət etsin. Amma ola bilər ki, bir ölkənin müsəlmanları o biri ölkədəkinə bəyət etsinlər.
4.Əgər bir ölkə daxilində müsəlmanların bir hissəsi vəliyyi-fəqihə beyət etməyibsə, onun əmrlərini yerinə yetirməlidirmi?
Bu sualı cavablandırmaq üçün İslam ölkəsinin sərhədlərinin təyini məsələsi həllini tapmalıdır. Bir qrup islam ölkəsi təsəvvür edək. Digər tərəfdən əhalinin vəliyyi-fəqihə tabeçiliyinin hüququ gücü müəyyənləşdirilməlidir.

Ölkələr arasında vəhdət

Millətlər, ölkələr, irqlərin yaranması ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma mövzuları müxtəlif baxımlardan araşdırılıb. Qısaca bunu deyə bilərik ki, torpaqların biləşdirilməsi və dil birliyi kimi amillər heç vaxt vəhdət göstəricisi deyil. Eyni zamanda dağlar və çaylar, fərqli dillər millətlər və məmləkətləri parçalaya bilməz. Torpağı və dili bir olan millətin ikiyə bölünməsi, əksinə fərqli ərazisi və dili olan iki millətin bir olması mümkündür. Bugünkü dünyamızda deyilənlərin nümunəsi çoxdur. Şübhəsiz ki, sadalanan amillərin insanların rabitələrinə təsiri var. Amma hər şeydən çox təsirli olan insanların baxışlarıdır. Dil və torpaq kimi amillər isə yalnız ikinci dərəcəli təsirə malik ola bilər.
İslam nəzərincə, vəhdət üçün əsas amil əqidə birliyidir. Amma şübhəsiz ki, coğrafi amillər xalqların birliyinə təsirsiz ötüşmür. Xüsusi sərhədlərə malik Darul-İslam fiqhdə xüsusi hökmlərə malikdir. Müəyyən şəraitlərdə bu əraziyə mühacirət vacibdir. Məsələn, zimmə hökmlərini yerinə yetirməyənlər bu ərazidən xaric edilir. Əqidə fərqi vilayətin tərki üçün səbəb ola bilməz. İslam qanunlarına hörmət göstərən qeyri-müsəlmanlar İslam dövlətinin himayəsində yaşaya bilər.
Nəticə alırıq ki, İslam cəmiyyəti İslamı könüllü olaraq qəbul edənlərin cəmiyyətidir. Xüsusi ictimai-siyasi və məhkəmə qanunlarının hakim olduğu bu cəmiyyət Darul-İslam adlanır. Amma başqa dindən olanlarda müəyyən şərtlər daxilində bu məmləkətdə müsəlmanlarla birlikdə yaşaya bilərlər.
Beləcə, İslam məmləkətinin sərhədləri təyin edilir. Yəni İslam hökumətinin vətəndaşları yaşayan torpaqlar Darul-İslam adlanır və onların torpaqlarının sərhədi hökumətin sərhədləridir. Bu sərhədlər dəniz və dağlarla da əhatələnə bilər.
Deyilənlərdən aydın olur ki, Ölkələr arasında vəhdət hökumətlər arasında vəhdətdən ibarətdir. Yəni bir üsuli-idarə altında yaşayanlar bir ölkənin vətəndaşlarıdır. Ərazi baxımından ayrı olan torpaqların vahid müdiriyyət altında idarə edilməsi də mümkündür. Bu halda yerli və mərkəzi hökumətlər fəaliyyətdə olur. Xarici siyasət məsələlərini, müdafiə məsələlərini mərkəzi hökumət həll edir. Federal hökümətləri buna misal göstərmək olar. Belə bir modeldə hökumətlərin çoxluğu ümumi vəhdətə zərər vurmur. Amma praktiki olaraq mühüm budur ki, sərhədlərin və dövlətlərin təyinində adətən güc amili mühüm rol oynamışdır. Təəssüf ki, İslam dünyasında da belədir. Daxili müharibələr nəticəsində hökumətlər süquta uğramış, sərhədlər dəyişdirilmişdir. Bizim məqsədimiz mövzunu fiqhi baxımdan araşdırmaqdır. Ona görə də mövzuya münasibətdə fəqihlərin rəyini nəzərdən keçirməliyik.

Fiqhi baxımdan dövlətlərin çoxluğu

Qeyd etdik ki, Darul-İslam dedikdə İslam ümmətinin yaşadığı və qeyri müsəlmanların şərtlər daxilində yerləşdiyi ərazilər nəzərdə tutulur. Bu torpaqların təbii və ya şərti sərhədləri Darul-İslamın sərhədləri sayılır.
Sual olunur ki, Darul-İslam müstəqil dövlətlərə bölünə bilərmi? Keçmiş dövrdə vahid məmləkətə vahid imamın rəhbərliyindən danışılsa da mövzu araşdırılmayıb. Amma qeyd etməliyik ki, fəqihlər bu qəbil hökumətləri istisnasız olaraq qeyri-qanuni saymayıblar. Hökumətlər müəyyən şərtlərə cavab verdikdə qanuni hesab ediliblər. Hətta sunnə böyüklərindən olan Əhməd ibn Hənbəl zorla hakimiyyətə gələnlərə itaəti vacib sayıb!
Amma şiə fəqihləri yekdil olaraq İslam peyğəmbərinin rehlətindən sonra hakimiyyəti məsum imamların haqqı bilirlər. Şiə fiqhinə görə hətta ayrı-ayrı məntəqələrdə eyni zamanda iki məsum imam ola bilməz. Başqa sözlə, başdan-başa Darul-İslamda vahid məsum imam rəhbər olmalıdır. Bütün məntəqələrin hakimləri, qanun icraçıları məsum imam tərəfindən təyin edilməlidir. Ola bilər ki, məsum imam İslam qanunları çərçivəsində, xalqın xeyrinə müəyyən səlahiyyətlər versin. Beləcə Darul-İslamın müxtəlif məntəqələrində muxtar vilayətlər olsun. Əlbəttə ki, bütün bunlar o zaman baş verir ki, imam zahiri qüdrətə malik olsun. Belə bir hökumətin xalq tərəfindən qəbulu lazımdır. Amma qeyd etdiyimiz kimi, nəzərdə tutulan hökumət şəraiti qısa müddətlərdə həzrət Əli (ə) və İmam Həsən (ə) üçün mövcud olub. Digər imamlar nəinki hakimiyyətə malik olmayıb, hətta hökumət işləri ilə bağlı fikir bildirmək səlahiyyətindən mərhum edilib. Məsum imamlar adətən nəzarət altında saxlanılır, ömürləri sürgün və həbsdə keçib. Onlar hökumətlə bağlı qərarlarını yalnız yaxın ətraflarına bildiriblər. Eyni zamanda bu tövsiyələrin sirr saxlanılmasını istəyiblər. Beləcə, Əhli-beyt (ə) imamlarının hakimiyyət bərəkətindən məhrum olan müsəlmanlar mövcud hakimiyyətləri qeyri-qanuni sayırlar. Onlar öz hakimiyyət ehtiyaclarını Ömər ibn Hənzələ və Məşhurə Əbi Xədicədən nəql olunmuş rəvayətlər əsasında fəqihlər vasitəsilə təmin ediblər. Bəzi rəvayətlərə əsasən, zəruri şərtlərə malik fəqihə qarşı müxalifət məsum imama qarşı müxalifətdir və Allaha qarşı şirk sayılır.
Şiə azlıqlarının hökumət ehtiyacları qeyb dövründə fəqihlərə məxfi müraciətlə təmin edilib. Sonradan bəzi fəqihlər qüdrətə çatıb. Məsələn, Fatimilər Misirdə hakimiyyətə gəlib. İranın bəzi məntəqələrində Deyləmi və Ali-Buyə hakim olub, hətta zəifləməkdə olan Abbasi xilafətini təsir altında saxlayıb. Sonda İranda Səfəvilər hakimiyyəti qurulub və bu hakimiyyətlə Osmanlı xilafəti arasında rəqabət yaşanıb.
Belə bir şəraitdə şiə fəqihləri İslam hökuməti ilə bağlı fiqhi mövzunu ortaya qoyublar. Onlar açıq şəkildə sünnə əhli fəqihlərinin baxışlarını tənqid edib, Vilayəti-fəqih üsuli-idarəsinin müdafiəsinə qalxıblar.
Biz hazırkı söhbətimizdə vilayəti-fəqih nəzəriyyəsi, onun prinsip və normativlərini şərh etmək fikrində deyilik. Amma söhbətin əvvəlində qeyd etdiyimiz kimi irəli sürülmüş sualları cavablandırmaq üçün mövzu ilə bağlı fiqhi dəlilləri yada salmalı oluruq. Bu mövzu hazırkı yazının əsas hissəsini təşkil edir.

Vilayəti-fəqihin əsasları

Qeyd olunduğu kimi, şiələr hökumət qurmağa umid etmədikləri dövrə qədər, Ömər ibn Hənzələ və Əbu Xədicənin rəvayətlərindən, eləcə də müqəddəs nahiyənin sənədlərindən ilhamlanaraq hakimiyyət ehtiyaclarını fəqihlərə müraciətlə aradan qaldırıblar. Belə ki, zəruri şərtlərə malik fəqihlər İmam Mehdinin (ə) naibləri sayılıb. Kiçik qeyb dövründə xüsusi nümayəndələrin mövcudluğu qeyd edilir. Amma bəzi şiə fəqihləri iqtidar imkanı əldə etdiyindən böyük qeyb dövründə vilayəti-fəqih mövzusu gündəmə gəlib. Bu mövzu genişləndikcə hakimlər və sultanlar fəqihlərin razılığını qazanmaqla hakimiyyətlərini qanuniləşdirmək istəyiblər. Onların bəziləri rəsmi şəkildə fəqihdən hakimiyət icazəsi alıblar. Fəqihlər də öz növbəsində dini maarifin yayılması üçün fürsəti qənimət sayaraq razılıq veriblər. Əlbəttə ki, sultanlar heç vaxt fəqihləri həqiqi hakim saymayıblar. Fəqihlərin özündə də belə bir ümid olmayıb. Yalnız İran İslam inqilabı qalib gəldikdən sonra vilayəti-fəqih real olaraq hakimiyyət kürsüsünə qalxıb. Yalnız bundan sonra vilayəti-fəqihin əsasları və normativləri dəqiq araşdırılıb.
Ən mühüm mövzu budur ki, vilayəti-fəqihin qanunilik meyarı nədir? Yalnız bu sualı dəqiq cavablandırdıqdan sonra haşiyə mövzuları aydınlaşdırmaq olar.
Burada iki əsasa işarə edirik:
1.Vilayət və fəqih hökumətinin qanuniliyi ilahi hökumətdən qaynaqlanır. Əslində Allahın icazə və təyinatı olmadan heç bir hakimiyyət qanuni deyil. İlahi təsdiqdən fərqli bir yolla hakimiyyəti qanuni saymaq şirk sayılır. Allah-taala hökumət və vilayət məqamını məsum imama əta etmişdir. İstər hüzur, istərsə də qeyb dövründə hakimi Allah təyin edir və fəqihə itaət məsum imama itaət sayılır. Zəruri şərtlərə malik fəqihə qarşı müxalifət məsum imama qarşı müxalifətdir və ilahi hakimiyyətin inkarı kimi dəyərləndirilir.
2.Müqəddəs şəriət yalnız məsum imama vilayət haqqı verir. İmam həyatda olduğu dövrdə bu hakimiyyəti həyata keçirir. Amma imam qeyibdə olduğu dövrdə insanlar ilahi göstərişlər çərçivəsində hakimiyyətə layiq insanı seçib ona beyət etməlidirlər. Sünnə əhlinin peyğəmbərdən sonrakı beyəti bunun oxşarıdır. Şəriət saleh hakimin şərtlərini bəyan edir. Beyət edənlər hakim qarşısında şərt qoyur ki, hakim İslam qanunları əsasında hərəkət etməlidir. Bu çərçivədən çıxan hakim öz etibarını itirir. Deyilənlərə əsasən vilayəti-fəqihi qanuni edən xalqın onunla beyətidir. Vilayəti fəqihin qanuniliyində beyət aparıcı rol oynayır. Belə görünür ki, şiə fəqihlərinin əsası birinci əsasdır. Nəql olunmuş mötəbər rəvayətlər də birinci əsası təsdiqləyir. İkinci baxış isə daha çox qərb demokratiyasına uyğun gəlir. Təəssüf ki, müsəlman ölkələrində də belə bir üsuli-idarə rəvac tapmışdır. Bu baxışın sübutu üçün uydurma bir dəlil də göstərilib. Əmirəl-mömininin (ə) bəyanatlarında müaviyəyə ünvanlanmış xitab əslində belə bir beyəti etbarsız edir.
İstənilən bir halda biz mövzu ilə bağlı hər iki əsası araşdırırıq. Amma bu araşdırmadan öncə vilayəti-fəqih nəzəriyyəsinin prinsiplərini nəzərdən keçiririk.

 

 

Vilayəti-fəqihin dəlilləri
Zəruri şərtlərə malik fəqih üçün vilayətin isbat dəlilləri iki ümumi hissəyə bölünür: Əqli dəlillər və nəqli dəlillər.
Əqli dəlillər
İctimai ehtiyacların təmini üçün, cəmiyətdə hərc-mərcliyin qarşısını almaq məqsədilə, islamın ictimai hökmlərinin yerinə yetirilməsi məqsədilə hökumətin zəruriliyini nəzərə alaraq vilayəti-fəqihin zərurətini iki bəyanla isbat etmək olar. Bu zərurətləri nəzərə aldıqda aydın olur ki, vilayəti-fəqih təkcə peyğəmbər və imamların dövrünə aid deyil.
Həmin bəyanlardan biri budur ki, ideal həddə ədalətli cəmiyyət qurmaq mümkün olmadıqda ona ən yaxın həddə bir cəmiyyət qurulmalıdır. Demək, cəmiyyət məsum imamın hakimiyyətindən məhrum olduqda onun kiçik bir modeli üçün çalışmalıdır. Yəni məsum imama ən yaxın insanın hökuməti qurulmalıdır. Bu yaxınlıq üç istiqamətdə müəyyən edilir: Fəqihlik ( İslamın ümumi hökümlərindən xəbərdarlıq), ruhi və əxlaqi baxımdan ləyaqət (nəfs istəklərinə qul olmamaq ), ictimai-siyasi şüur (cəmiyyətə müdiriyyət bacarığı).
Bu insan düşmənlər və günahkarlarla rəftar edə bilməli, cəmiyyət üçün daha gərəkli addımı müəyyənləşdirməyi bacarmalıdır.
Demək, kimdə bu xüsusiyyətlər başqaları ilə müqaisədə daha çoxdursa, cəmiyyətə o rəhbərlik etməlidir. Məsum imama oxşar bir şəxs cəmiyyəti kamilliyə doğru aparmalıdır. Şübhəsiz ki, belə bir insanı xibrə əhli - seçim aparmağı bacaranlar təyin etməlidir.
İkinci bəyan budur ki, insanların malı, mülkü, canı üzərində hakimiyyət Allahın şənlərindəndir. Yalnız Allah-taalanın icazəsi ilə bir insan bu hakimiyyətə sahib dura bilər. Biz bu əqidədəyik ki, həzrət peyğəmbər və məsum imamlara belə bir səlahiyyət verilmişdir. Amma cəmiyyət məsum imamın rəhbərliyindən məhrum olduqda ictimai hökmlərin icrasını saxlamaq olmaz. Belə bir vəziyyətdə öz xüsusiyyətləri ilə imama daha çox oxşar, daha ləyaqətli insan cəmiyyətə rəhbərlik etməlidir. Belə bir hakimin olmasını olmamasından daha üstün qəbul etmək lazım gəlir. Yəni ağıl yolu ilə müəyyənləşdiririk ki, Allah-taala və Allahın məsum övliyaları tərəfindən belə bir icazə verilmişdir. Hətta nəqli baxımdan, yəni tarixi məlumatlara əsasən dəlil əldə olmazsa, ağıl yolu ilə aydınlaşır ki, zəruri şərtlərə malik olan fəqih cəmiyyətə rəhbərlik etməlidir. Belə bir şəxs həm əxlaqi baxımdan ləyaqətlidir, həm də cəmiyyətin ehtiyaclarından xəbərdardır. Demək, belə bir vilayətin qanuniliyini ağıl yolu ilə kəşf etmək mümkündür. Bir çox başqa fiqhi hökmlərdə ( xüsusiylə ictimai hökmlər ) elə bu yolla əldə edilir.
Nəqli dəlillər
Nəqli dəlillər dedikdə fəqihin xalq üzərində hakimiyyətini təsdiqləyəcək rəvayətlər nəzərdə tutulur. Bu qəbil rəvayətlərdə fəqihlər ən əmanətdar şəxslər, peyğəmbərlərin varisləri kimi tanıtdırılır. Uyğun rəvayətlərin araşdırılması və ortaya çıxarılması üçün çox səylər göstərilib. Həmin rəvayətləri burada nəzərdən keçirmək imkanımız yoxdur. Onlarla tanış olmaq üçün həmin mövzudakı kitablara və risalələrə müraciət edilməlidir. Bu rəvayətlər arasında ömər ibn Hənzələ və Məşhurə Əbu Xədicəinin rəvayətləri, o cümlədən imamın naiblərindən nəql olunmuş hədislər daha çox məşhurdur. Bu rəvayətlər mötəbər rəvayətlərdir və fiqhi mötəbərlik baxımından qəbul edilir. Onlara əsasən qeyb dövründə fəqihin hakimiyyəti qanunidir. Hakimin xalq tərəfindən seçilməsi məsələsini təsdiqləyəcək heç bir dini sənəd yoxdur və son dövrlərədək heç bir şiə fəqihi belə bir iddia ilə çıxış etməyib. Hər halda fəqihin hakimiyyətini təsdiqləyəcək rəvayətlərin olması əqli dəlillər üçün də bir təsdiqdir. Aydın olur ki, həmin mənbələrə əsasən, vilayəti-fəqihin qanuniliyində beyətin heç bir rolu yoxdur. Xalqın beyəti sadəcə vilayəti-fəqihin hakimiyyətinin gerçəkləşməsi üçündür. Əgər xalq beyət edirsə şəri hakim ictimai işlərdən kənara çəkilə bilməz.
İndi belə bir sual yaranır ki, Allah-taala tərəfindən və məsum imamların göstərişi ilə fəqihin təyinatı hansı şəkildə həyata keçir? Zəruri şərtlərə malik hər bir fəqih hakim ola bilər, yoxsa hər dövrdə xüsusi bir şəxs hakim olmalıdır? Cavab olaraq deməliyik ki, əgər əqli dəlilə müraciət etsək, təqva, əxlaq və digər baxımlardan məsum imama daha yaxın olan bir şəxsin hakimiyyəti imamların hakimiyyətinə daha çox uyğundur. Belə bir hakimiyyət İslam ümmətinin vəhdətini də təmin edib. Amma vahid bir dövlət yaratmaq mümkün olmadıqda nəzərdə tutulmuş məqsədi başqa formalarda həyata keçirmək lazımdır. Amma dəlil olaraq rəvayətləri əsas götürdükdə zəruri şərtlərə malik hər bir fəqih hakim ola bilər və müəyyən rəvayətlərdə daha elmli və təqvalı fəqihin hakimiyyətinə önəm verilir.
Burada başqa bir sual da yaranır. Əgər bütün baxımlardan üstün olan şəxs tapılmasa nə etmək lazımdır? Sualın ümumi cavabı budur ki, nisbi üstünlük prinspinə əsasən kimsə məsuliyyəti öz üzərinə götürməlidir. Belə bir seçimdə xalq da həmin vilayəti qəbul etməlidir. Əlbəttə ki, bu mövzuda mübahisəli nöqtələr çoxdur. Onları aydınlaşdırmaq üçün daha geniş fürsətə ehtiyac var.
Nəticə
İndi yenə də öncə qeyd olunmuş sualların cavablandırılmasına qayıdırıq.
İlk sual bu oldu ki, vahid bir məmləkətdə vilayəti-fəqihin hakimiyyəti qurularsa başqa ölkələrdəki müsəlmanlar onun əmrlərinə itaət etməlidirlərmi? (Əlbəttə ki, əmrlər onlara da aiddirsə)
Sualın cavabı bu oldu ki, məsum imamın icazəsilə təyinat prinsipinə əsasən, vilayət məqamına təyinat üçün fəqih daha ləyaqətlidir. Əqli və nəqli dəlillərə əsasən, belə bir şəxsin xalq üzərində hakimiyyət haqqı var. Bu dəlillərə əsasən bu şəxsin verdiyi hökmləri hər bir müsəlman yerinə yetirməlidir. Demək, uyğun hökmlərə başqa ölkələrdəki müsəlmanlar da əməl etməlidir.
Amma ikinci prinsipə əsasən, hakim seçki və beyətlə təyin olunduqda, əksəriyyətin seçimi azlıq üçün də qanuni olur. Bu prinsipə əsasən də başqa ölkələrdə yaşayan müsəlmanlar İslam dövlətindəki hakimin hökmlərinə tabe olmalıdır.
Amma deyilə bilər ki, seçki və beyətlə olan hakimiyyətdə hakimin hökmü ona beyət edənlər üçün zəruri sayılır və digər ölkələrdə yaşayan müsəlmanlar ona itaət etməyə vəzifəli deyillər.
İkinci sual bu idi ki, əgər iki İslam dövləti mövcud olsa və onlardan biri vilayəti-fəqihin hakimiyyəti altında olsa, o biri ölkədəki müsəlmanlar vəliyyi-fəqihə tabedirmi?
Bu sualın da cavabı öncəki sualın cavabına bənzəyir. Fərq budur ki, burada başqa bir fərziyə orataya çıxır. Başqa məmləkətdəki müsəlmanlar ictihad və ya təqlid yolu ilə öz hökumətlərini qanuni sayarlarsa, o biri dövlətdəki vəliyyi-fəqihə itaət etməyə borclu deyillər.
Bəyan olunan üçüncü sual budur ki, iki və ya daha artıq ölkədə vilayəti-fəqih qurularsa, bir hakimin hökmü o biri dövlətdə qüvvədədirmi?
Bu sualı cavablandırmaq üçün daha çox araşdırmaya ehtiyac var. Birinci halda fərz edilə bilər ki, iki və ya daha artıq fəqihin qanuni hökmləri yalnız öz dövlətində qüvvədədir. Qeyd etmişdik ki, vahid hökumət yaratmaq mümkün olmadıqda iki dövlətdə fəqihin hakimiyyəti qurula bilər. Amma bir fəqihin hər iki dövlətdə qüvvədə olması təhlil edilməlidir.
İkincisi, fərz etməliyik ki, iki fəqihdən heç olmaya birinin hökmü müsəlmanlar tərəfindən icra edilməlidir. Əgər vəliyyi-fəqih qonşu dövlətdə yaşayan müsəlmanlara da aid olası hökm verərsə, üç hal yaranır. O biri hakim bu hökmü ya təsdiqləməlidir, ya inkar etməlidir ya da sükutla qarşılamalıdır. Əgər bu hakim o biri hakimin hökmünü təsdiqləsə mübahisəyə yer qalmır. Bu halda verilmiş hökm hər iki hakimin hökmü yerindədir. Əgər hakimlərdən biri o birinin hökmünü inkar etsə, bu inkarın əsassiz olduğu sübuta yetənədək öz ölkəsində qüvvədədir.
Amma hakimlərdən biri susub, o biri hakimin hökmünə münasibət bildirməsə, bu hökmə başqa fəqihlərin də itaət etməsi zərurifir.
Amma ikinci prinsipə əsasən deməliyik ki, hər fəqihin hökmü öz ölkəsində qüvvədədir. Yəni yalnız fəqihə beyət edənlər onun hökmünü yerinə yetirməyə vəzifəlidir. Bu yanaşmada artıq əqli dəlillərin də iraəli sürülməsinə ehtiyac qalmır.
Amma bir ölkədə yaşayan müsəlmanlar o biri ölkədəki hakim fəqihə beyət etsələr, öz ölkələrində vətəndaşlıqdan çıxmış kimidirlər. Bu mövzu hazırda bizim üçün mübahisə yeri deyil.
Mənbə: İslam hökuməti jurnalı, birinci il, birinci say, 1375-ci il, payız, s. 81-86