Humanitar elmlər və təməl prinsipləri

Humanitar elmlər və təməl prinsipləri

Oxuduqlarınız İmam Xomeyni (r) Elm və Təhsil İnstitutunun məzunları cəmiyyətinin 19-cu konfransında cənab Ayətullah Misbah Yəzdinin (bərəkəti davamlı olsun) çıxışıdır. Bu çıxış (04.04.1389) 25.06.2005-ci il tarixində baş tutmuşdur.
Rəhman və Rəhim Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Peyğəmbərlərin və rəsulların ağası, aləmləri yaradanın sevimlisi Əbülqasim Məhəmməd və onun pak-pakizə və məsum ailəsinə salam və salavat olsun. İlahi, Sənin vəlin olan Höccət ibn Həsənə (Ona və onun əcdadına indi və hər zaman Sənin salavatın olsun) hami, mühafizəçi, rəhbər, yardımçı, yol göstərən və gözətçi ol. O qədər ki, cəmiyyətin rəğbətilə yer üzündə sakin edəsən və onu orada uzun müddət nemətdə qərar verəsən.
Həzrət İmam Əlinin (ə) mübarək təvəllüd günü münasibətilə Həzrət İmam Zamana (əc), uca məqamlı rəhbər Ayətullah Xameneiyə, mərcəi-təqlidlərə və bütün Əhli-beyt (ə) aşiqlərinə təbrik deyirəm. Allah-taaladan istəyirəm ki, dünya və axirətdə bizi o həzrətin vilayətindən ayrı salmasın.
Uzaq və yaxın yerlərdən zəhmət çəkərək bu möhtəşəm konfransa qatılan şəxslərə təşəkkür etməyi özümə vəzifə sayıram. Əminəm ki, onların məqsədi yalnız Allahın razılığı və İmam Mehdinin (əc) xüsusi diqqətini cəlb etməkdir. Belə bir hadisə o qədər dəyərlidir ki, uzaq yolun səfər zəhmətini qəbul etməyə dəyər. Bu ümidlə ki, İmam Zaman (əc) zərrəcə ona nəzər salsın. Bizim yeganə ümidimiz də budur. Bu ümidlə uzun illəri geridə qoymuşuq. Özümüzü bu ailəyə bağlamışıq. Əhli-beyti (ə) sevmək iddiasındayıq. Bunu özümüzün yeganə fəxrimiz və nicat vasitəmiz bilirik. İllərlə ümidlə yaşaqdıqdan sonra bizi öz lütflərindən məhrum etmələri bu cür alicənab və kəramətli şəxslərdən gözlənilməzdir.

Humanitar elmlərin təməl prinsipləri

Hüzurunuzda olduğum ötən illərdə bizim (kimilər) üçün daha əhəmiyyətli olan mövzular barədə söhbət edirdim. Bu fürsətlərdən yaxşı istifadə etməklə yanaşı, öz vəzifələrimizə qarşı daha diqqətli olmağımız və həmkarlıqla vəzifələrə əməl etmək üçün daha təsirli yol tapaq. Ötən il mən və digər həmkarlar tərəfindən müzakirə edilən mövzuların əksəriyyətini humanitar elmlər, bu elmlərin islamlaşdırılması, onları İslam nöqteyi-nəzərdən araşdırma təşkil edirdi. Sözü gedən məsələni təkmilləşdirmək üçün bu konfransda bir məqama toxunmaq istəyirəm. Siz də bu barədə düşünün. Görün qəbul ediləsidir, ya yox? O məqam belədir: Humanitar elmlərin çox geniş əhatə dairəsi var. Onun bir bölməsi bəzi praktik məsələlərə aiddir. Bu məsələ hətta bizim və ümumi kütlənin gündəlik həyatında da rol oynayır. Psixologiya, əxlaq elmləri, ailə məsələləri və bu kimi sair şeylərə aid olan məsələlər. Bunlar demək olar ki, ümumidir və heç kəs bundan istisna deyil. Əgər İslamın bu məsələlərə baxışı aydınlaşsa, bunun çox müsbət təsiri olacaq. Amma Allah göstərməsin, əgər burada təhrif olsa və bəziləri İslama müxalif nəzərlər yürütsələr, onun zərərini hamı görəcək.
Digər bölmə isə, daha xüsusi səviyyədə olan, görkəmli şəxsləri əhatə edən elmlərdir. O şəxslər ki, müxtəlif dövlət orqanlarında və bu kimi yerlərdə qərar qəbul etmə və qanun layihəsi təklif etmək kimi işlərdə fəaliyyət göstərirlər. Bu şəxslər humanitar elmlərin bir sıra üsullarından istifadə edirlər. Allah göstərməsin, əgər burada azğınlıq baş versə, əvvəlcə bunun zərərini xüsusi təbəqə görür. Amma sonda zərər xalqın digər təbəqələrinə də sirayət edir. Misal olaraq, iqtisadiyyat, hüquq, siyasət və s. göstərmək olar. Əgər bizim iqtisadiyyatımız sözün əsil mənasında İslam iqtisadiyyatı olmasa və bəzi şəxslər dünyada məşhur olan Qərb iqtisadiyyatı nəzəriyyələri əsasında qərar qəbul etsələr, əlaqədar sistemlərdə pozuntu baş verəcək. Təbii olaraq bunun nöqsanları dolayısı ilə xalqa da təsir göstərəcək. Misal olaraq, əgər bəzi iqtisadi məsələlərdə dünyada rəvac tapmış iqtisadiyyat və ya liberal iqtisadiyyat əsasında qərar qəbul edilsə, bizim qanunların bəzisinin riba (faiz) ilə aludə olması ehtimalı qarşıya çıxır. Bu irad, əvvəlcə qanunverici orqanda, icraçı dövlətdə, iqtisadiyyat nazirliyində və ya digər əlaqədar nazirliklərdə qərar qəbul etməkdə təsirli olan görkəmli şəxslərə yönəlir. Amma hər halda bunun fəsadı bütün cəmiyyətə sirayət edir. Bu da, humanitar elmlərin bir hissəsidir və birbaşa olaraq xalqla əlaqədə deyil. Lakin önəmli, qərar qəbul edən, proqramlaşdıran və qanuniləşdirən şəxslər vasitəsilə xalqa da çatır.
Humanitar elmlərə aid prinsiplərindən bir qismi daha ümumi və özüldür. Onun praktik tərəfi zəifdir. Lakin əsas prinsiplərdəndir. Bu prinsipləri araşdırmaq üçün könüllü şəxslər azdır. Çünki insan təbii olaraq bir işin ardınca getdikdə, bir layihəni icra etdikdə, bir araşdırma apardıqda, onun nəticəsini görmək istəyir. Nəticəsini gördükdə, işi davam etdirməyə şövqlənir. Deyir ki, çəkdiyim zəhmət bəhrə verdi. Praktik araşdırma o zaman aparılır ki, onun reallaşma imkanı çoxdur və insan da bunun nəticəsini görə bilir. Nəticənin faydasını gördükdə işi davam etdirməyə və onu genişləndirməyə şövqlənir. Amma təməl prinsiplər təcrübədən (reallıqdan) uzaq olduğu üçün az adam bunlar haqqında düşünməyə və müzakirə aparmağa maraq göstərir. Bəzi şəxslər isə belə zənn edirlər ki, bunlar lazımsız məsələlərdir. Mən bu gün sizə demək istəyirəm ki, biz təməl prinsiplərə qarşı laqeyd olmamalıyıq. Bu məsələnin ümumi səbəbi budur ki, praktik fəaliyyətlərin nəticələri məntiqə əsasən təməl prinsiplərinə köklənir.

Sadə bir misal

Təcrübi mövzular bir kökdən qidalanan budaqlara bənzəyir. Təməl prinsiplər isə, bu ağacın qida maddələrini cəzb edən və budaqlara, yarpaqlara, güllərə, çiçəklərə və meyvələrə çatdıran köklərə bənzəyir. Əgər kök xarab olsa, başqa üzvlərə düzgün qida çatmayacaq. Əgər kök zəhər cəzb etsə, ağac sağlam meyvə əvəzinə, zəhərli, xarab və xəstə meyvələr verəcək. Yerin altını görə bilməyən şəxslər ağacın gövdə, budaq və yarpaqlarını görürlər. Lakin dərin düşüncəli və diqqətli şəxslər görürlər ki, bütün bunlar kökdən qidalanır. Bu misalda bənzətmə nöqtəsi yalnız kökün gövdə, budaq və yarpaqlara olan təsirləridir. Yoxsa bəzi qidalar işıq, hava və s. bu kimi şeylərdən də hasil ola bilər. Yaxud kök və digər əzalarla qarşılıqlı təsir mövcud ola bilər. Təməl prinsiplər humanitar elmlərdə kök rolunu oynayır. Əgər bu köklər öz yerində möhkəmlənsə, ondan əmələ gələn budaq və yarpaqlar da yaxşı nəticə verəcəkdir. Lakin bu köklər xarab olsa, yaxud kökə çatan qida zəhərli olsa, budaqlar, yarpaqlar və son olaraq meyvələrdə arzuolunmaz əsər qoyacaqdır. Bir çox hallarda isə meyvənin zərərli və təhlükəli olmasını göstərmək və demək mümkün olmayacaq; Ağac sağlamdır və heç bir problem yoxdur. Lakin o vaxt aydın olacaq ki, bu zəhərli meyvələr istifadə olunacaq və öz təsirini göstərəcək. Bu zaman artıq iş işdən keçmiş olacaq.
Humanitar elmlərin təməl prinsipləri kök hökmündədirlər. Lakin bu məsələləri araşdırmaq üçün könüllü şəxs azdır. Çünki dərin diqqət, xüsusi istedad və çoxlu hövsələ tələb edən işdir. İnsan bir əsası, bir təməl prinsipini aydınlaşdırmaq üçün illərlə zəhmət çəkməlidir. Baxmayaraq ki, zahirdə elə də praktik təsiri yoxdur. Yəni praktikada hansı nəticəyə malik olması aydın deyil. Bu dəlilə əsasən, bəzi cəmiyyətlərdə, xüsusilə də mədəni inkişafı zəif olan ölkələrdə, təməl prinsiplərə adətən az diqqət yetirilir. Hətta dediyim kimi, bəziləri soyuq yanaşaraq deyirlər: “Bunlar vaxt itirməkdir. Gərək elə bir mövzuya toxunasınız ki, bir nəticəsi olsun! Onlar bundan qəflətdədirlər ki, əgər kök xarab olsa, digər mövzular havaya ayaq qoymaq kimidir”. (وَ مَثَلُ كَلِمَةٍ خَبیثَةٍ كَشَجَرَةٍ خَبیثَةٍ اجْتُثتْ مِنْ فَوْقِ الْأَرْضِ ما لَها مِنْ قَرار) “Pis söz isə yerdən qoparılmış, kökü olmayan pis bir ağaca bənzəyir”[1]. Quran buyurur ki, əgər bir ağacın kökü olmasa, bu xəbis (pis) ağacdır və sabit ola bilməz. Bu budaq və yarpaqlar o zaman sabit olub, təsir göstərə və rol oynaya bilər ki, möhkəm kökə malik olsun. Amma kök xarab olsa, onlar öz vəzifələrinə düzgün əməl edə bilməyəcəklər. Bir neçə gün müvəqqəti təsir qəbul edib quruyur və kənara yıxılırlar. (اجْتُثتْ مِن فَوْقِ الأَرْضِ مَا لَهَا مِن قَرَار) Onlar yerdən qoparılmış kökü olmayan və qərarsız ağaclardır. Buna görə, təməl prinsipləri əhəmiyyətsiz saymaq olmaz. Əlbəttə, bütün qüvvələrimizi təməl prinsiplərə sərf edək, desək belə, kimsə bizə qulaq asmaz. Lakin bu məqama diqqət yetirilməlidir ki, bütün qüvvəmizi təcrübi işlərə də həsr etməməliyik. Bilməliyik ki, təcrübi işlər başqa prinsiplərə əsaslanır. Onlar öz məqamında həll olunmalıdır ki, düzgün nəticələr əldə edilsin. Əgər belə olmasa, bu mübarək ayənin bir nümunəsi olacaqdır: ((كَشَجَرَةٍ خَبیثَةٍ اجْتُثتْ مِنْ فَوْقِ الْأَرْضِ ما لَها مِنْ قَرار “Yerdən qoparılmış, kökü olmayan pis bir ağaca bənzəyir.”

Hədəfi təyin edin!

Müasir lüğət və ədəbiyyata əsasən, təməl prinsiplər elmlərin fəlsəfəsidir. Qəbul edilmiş üslub və ümumi qanunları müxtəlif elmlər üçün açıqlayır və elmi prinsiplər bu qaydalara əsasən tənzimlənir. Bu prinsiplərə aid edilə biləcək termin, “elmlərin fəlsəfəsi” və ya “əlavə edilmiş fəlsəfə” terminidir. Misal: (bəlkə bu növ misallar daha dəqiq olar) İqtisadiyyat elmində bəzi prinsiplər var ki, xüsusi düsturlar əsasında açıqlanır. Onun nəticə verməsi tam aydındır və heç bir irada yer yoxdur. Praktikada da təcrübə ilə sübut etmək olar ki, bu qaydalar nəticə verir. İqtisadiyyat prinsiplərilə tanış olan şəxslər bu qaydalardan bəzisini fikirlərində canlandıra bilərlər. Təklif və tələb prinsipi kimi. Lakin sözümüz burdadır ki, biz bu prinsipləri hansı fəzada və nə üçün icra etməliyik? Bu prinsiplər deyir ki, bu qaydaları rəhbər tutlaraq əməl etsəniz, illik gəlir artacaq, iqtisadi inkişaf, nisbətən sosial rifah hasil olacaqdır və bu kimi digər şeylər. Amma sual yaranır: Bunlar iqtisadiyyat sahəsindən kənarda, yaxud iqtisadiyyat sahəsinin özündə uzunmüddətli olarsa insan üçün zərərlidir, ya yox? Bu sualın cavabını iqtisadiyyat elmi açıqlamır. Misal üçün, iqtisad elmi spirtli içkilərin satışının halal ya haram olması barədə bir söz demir. Yalnız bunu deyir: “Bir mala tələb olan zaman, əgər həmin mal ən ucuz qiymətlə istehsal edilsə sizə ən yüksək gəlir gətirəcək. Siz bazar axtarışında olun, görün əhali hansı malı almaq istəyir. Sonra araşdırın, görün o malı hansı vasitə ilə, hansı müqəddimə ilə, hansı alətlərlə düzəltmək olar ki, daha ucuz başa gəlsin və daha az maya dəyərinə malik olsun. Siz bu zaman daha çox qazanc əldə edə bilərsiniz. İqtisad elmi bu düsturları sizə təqdim edir. Daha geniş səviyyədə də düsturlar göstərir. Məsələn, Qum bazarında, yaxud əhali arasında ticarətçilərin daha çox qazanc əldə etməsi üçün dövlət hansı iqtisadi siyasəti izləyir? Ekspertlər təkliflər verirlər və deyirlər: “Siz bu qaydalara uyğun rəftar etməlisiniz”. İqtisad sözü gedən malın necəliyinə aid bir söz demir. O düsturlarda dini dəyərlərin heç biri nəzərə alınmayıb. Yaxud bu işdən qaynaqlanan ruhi nəticələr göstərilməyib. Əksinə, insanda dünyaya vurulmaq hissini təbii olaraq inkişaf etdirir. Yəni, insan daim düşünür ki, daha az kapital qoysun, qənaət etsin və daha çox qazanc, gəlir və pul ehtiyatına malik olsun. Təbii olaraq hərislik və bağlılıq artır. Əlbəttə, bu dəyərin vücuda gəlməsi ümumi deyil. Bütün bunlar mənəvi dəyərlərlə birgə olduqda, İslam cəmiyyətinə xidmət göstərib, İslamın inkişafı yolunda sərf oluna bilər. Mənim məqsədim budur: iqtisadiyyat nə bu iş yaxşıdır və onun müsbət təsirləri var deyir, nə də deyir ki, bu iş pisdir və onun mənfi təsirləri var. Əksinə, sizə bir düstur verir və deyir ki, əgər belə işləsəniz bu nəticəni əldə edəcəksiniz. Amma bizim hədəfi təyin edən bünövrəmiz olsa, aydınlaşar ki, iqtisadiyyatı nə üçün istəyirik? Bizim cəmiyyət iqtisadi inkişafı nə üçün istəyir? İqtisadi inkişaf nəyə xidmət edir? Bu məqamda bütün sözü gedən düsturlar o hədəflərə xidmət üçün istifadə olunur. Əgər bu hədəf xoşagəlməz, artım və lovğalıq hədəfi olsa, yenə də bu düsturlar öz işini görür. Yəni onlar sizə xidmət edəcəklər və nəticə də verəcəklər. (أَلْهَاكُمُ التكَاثُرُ) “(Ey qafil insanlar!) [2] Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki...” və (اعْلَمُوا أَنمَا الْحَیاةُ الدنْیا لَعِبٌ وَ لَهْوٌ وَ زینَةٌ وَ تَفاخُرٌ بَیْنَكُمْ وَ تَكاثُرٌ فِی الْأَمْوالِ وَ الْأَوْلاد) “(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir.” [3] Bunlar Quranın məzəmmətlə xatırlatdığı nöqtələrdir. Burada iqtisadiyyat elminin bir günahı yoxdur. İqtisadiyyat elmindən sui-istifadə və ya müsbət istifadə edən bizik. Ondan müsbət istifadə etmək üçün özülünü düzgün qurmalıyıq. Bu işi görmək üçün “iqtisadiyyat fəlsəfəsi”nə möhtacıq. Mən eşitmişəm ki, ( özümün bu barədə ətraflı və dəqiq məlumatım olmadığı üçün, düz yaxud yalan olduğunu deyə bilmərəm) İranda universitet təsis olandan indiyədək “iqtisadiyyat fəlsəfəsi” adlı ixtisas olmayıb. Hətta bu mövzuda müəyyən dərs də olmayıb. Bəzi Qərb ölkələrində “iqtisadiyyat fəlsəfəsi” fakultəsi var. Lakin bizim ölkəmizdə iqtisadi prinsiplərə istər inqilabdan əvvəl, istərsə də sonra diqqət yetirilməyib. İslam iqtisadiyyatı üzrə işləyənlər isə lazımi qədər – demirəm ki, qətiyyən, bəlkə lazımi qədər - təməl prinsiplərə toxunmayıblar. Bu misalı nümunə olaraq vurğuladım. Belə ki, təməl prinsiplər bizim həyatımızda mühüm rola malikdirlər. Təməl prinsiplər dolaşıq terminlərlə açıqlamaqla və bəzən də təfəkkürdən çox uzaq fərziyyələrlə yanaşı olduqda, biz belə deməməliyik: “Bu müzakirələr nəyə yarayır?! Bu fəlsəfəni hazırlamağın nə faydası var?! Elə bir iş görün ki, sabah nəticə ala bilək!”

Vilayəti-fəqih prinsiplərinin az işlənməsi

Belə düşünürəm ki, bu gün bizim qarşımızda iki əsas məsələ var. Bu məsələlər humanitar elmlərin bünövrəsinə əsaslanır və biz bünövrə mövzusunu düzgün həll etməmişik. Bu zəmində kifayət qədər iş görülmədiyi üçün bu iki məsələ qərarlaşmalı olduğu yerlərdə, yəni dövlət qulluqçuları, qərar qəbul edənlər və qanun çıxaranlar arasında öz yerini tutmayıb. Mənim fikrimcə, bu nöqsan və boşluğun səbəblərindən biri, bunların təməl prinsiplərində az iş görülməsidir. Mənim məqsədim bu deyil ki, əgər bu iş görülsəydi, bütün problemlər həll olunardı. Əksinə, demək istəyirəm ki, bu boşluğun səbəblərindən biri, təməl prinsiplərinin az işlənməsidir. Nəhayət, naqis səbəblər toplandıqda, tam səbəb də hasil olur. Sözü gedən iki məsələnin biri “vilayəti-fəqih” məsələsi, digəri isə, bu günlər müzakirəyə qoyulmuş “hicab, iffət, yaxşıya dəvət və pisdən çəkindirmək” məsələsidir.
Ölkəmiz “Vilayəti-fəqih” ölkəsi kimi tanınmışdır və bu məsələnin müzakirəyə ehtiyacı yoxdur. Bütün dünya bunu bilir. Daxildə, hər yerdə söhbət “Vilayəti-fəqih”dən gedir. İslam İnqilabının qələbəsinin əvvəlindən də, bizim şüarımız “Vilayəti-fəqihin əleyhinə olanlara ölüm olsun” idi. Bu şüar əhali arasında geniş yayılmış şüar idi. Bu məsələdə şübhə yeri yoxdur. Xalqımız nə istəyirdi və əsas etibarilə bu inqilab niyə baş verdi? İnqilab xeyməsinin mehvəri və sütunu nədir? İnsaflı bir şəxsin, hətta uzaqdan-uzağa olsa belə, bu inqilaba baxıb onun xeymə sütununun “vilayəti-fəqih”dən ibarət olmasına şəkk edəcəyini düşünmürəm. Hətta kafir və bütpərəst olmasına baxmayaraq, insafı olan şəxs bu rejimə kənardan nəzər salsa, bu rejimin əsasının və bu rejimi gücləndirən şeyin “vilayəti-fəqih” olmasına şəkk etməyəcək. Təcrübi işdə də vilayəti-fəqihin bu rejimin sabitliyi və vəhdətini qoruyan və problemlərini həll edən amil olduğu görünür. Bu məqamın təcrübə arenasında da insaflı şəxs üçün şəkk yeri saxladığını düşünmürəm. İlk gündən xalqın şüarı “Vilayəti-fəqihin əleyhdarlarına ölüm” olduğu, sonradan konstitusiya, onu rəhbər tutaraq çoxlu qanunların parlament və Mədəni İnqilab Ali Şurasında və bu kimi orqanlarda qəbul edildiyi belə bir fəzada, hər bir məsul şəxsin bu qanunu himayə etməyə borclu olduğu təbiidir. Ən azı, konstitusiyaya vəfalı olacağına and içərkən bilməlidir ki, bunun bir maddəsi “Vilayəti-fəqih” məsələsidir. Deməli, bütün məsul şəxslərin özlərini “Vilayəti-fəqihi” dəstəkləməyə borclu olduqlarını bilmələri təbiidir.

Xüsusi istedada malik olanlar və Vilayəti-fəqih

Rəsmi və qeyri-rəsmi məsul şəxslər, ruhani və qeyri-ruhani olmalarından asılı olmayaraq, ölkənin görkəmli şəxsləri “Vilayəti-fəqih” məsələsinə ciddi yanaşırlarmı? İstəyirəm ki, cənablar bu məsələ barədə düşünsünlər. (قُلْ إِنمَا أَعِظُكُم بِوَاحِدَةٍ أَن تَقُومُوا لِلهِ مَثْنَى وَفُرَادَى ثُم تَتَفَكرُوا) “De: Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə iki-iki, bir-bir durun, sonra da bir dərindən düşünün,” [4] Biz doğrudanmı “Vilayəti-fəqihə” münasibətdə məsuliyyət hiss edirik və onu ciddi sayırıq? Yoxsa belə düşünürük ki, təkcə şüar demək kifayətdir? Bizim xalqımız son nəfəsinədək Vilayəti-fəqihə arxa durmağa hazırdır və bunu əməli olaraq da sübut etmişlər. Mənim sualım ictimaiyyətin daha görkəmli şəxslərinədir. Onlar doğrudanmı bu həqiqətə inanclıdırlar? -“Biz əvvəldən Vilayəti-fəqihi qəbul etmirdik, indi də qəbul etmirik!” sözünü aşkar olaraq deyən şəxslər qarşısında bizim vəzifəmiz aydındır. Lakin tam olaraq Vilayəti-fəqih himayəçisi sayılan şəxslər həqiqətən ona inanclıdırlarmı? Onların bir dəstəsi, bəlkə də sədaqətlə danışır və deyirlər: “Bu maddə konstitusiyada əks olunduğu üçün ona etiqadım var”. Bu sözdən məlum olur ki, o belə demək istəyir: “Mən bu məsələyə qəlbən inanmıram. Amma hər halda İranın konstitusiyasında gəlmişdir. Biz də iranlı olduğumuz üçün bu konstitusiyanı qəbul etməliyik. Təbii olaraq, bu maddəni də konstitusiyada gəlmiş digər maddələr kimi qəbul edirik”. Sevindirici haldır ki, bu sözləri deyənlər ən azı sözlərini sədaqətlə deyirlər və kələk gəlmirlər. Əlbəttə, bu sözə də irad var. Məsələn, konstitusiya dəyişə bilər. Sonralar bunun dəyişilməsi təklifini verə bilərik. Yaxud başqa formalarda onu dəyişə bilərik. Onda bu maddədən azad olacağıq? Amma hazırda konstitusiyanın bir hissəsi olduğu üçün qəbul edirik. Digər tərəfdən isə, bəzi şəxslər var ki, belə deyirlər: “Bu maddəni qəbul edirik”. Çox da ciddi deyirlər və iddialıdırlar. Lakin yalan deyirlər. Bunu işlərinin qaydaya düşməsi üçün deyirlər. Səs toplamaq üçün deyirlər. Lakin əməldə göstərirlər ki, bu maddəyə etinasızdırlar. İqtidarı ələ keçirdikdə, artıq Vəliyyi-fəqih tanımırlar. Cəmiyyətdə belə şəxslər, bir nəfər də olsa var. Bir nəfər peyda oldusa, bir milyona qədər artma qabiliyyətinə malikdir. Hazırda biz bir nəfər üzərində bəhs edirik. Əgər belə bir şəxs olsa, mənası mütləq budur ki, İslam və İranın düşmənidir? Yəni vətəninə və bu rejimə xəyanət etmək istəyir? Belə olmsı mümkündür, amma ümumi deyil. İslama ya İrana xəyanət, onlarla düşmənçilik etmək qəsdi də ola bilər. Onun problemi bu ola bilər ki, sözü gedən maddəni səmimi qəlbdən qəbul etməyib. Bir şəxsə bir movzunu zorla inandırmaq olmaz ki. Gərək bu mövzunun müqəddiməsi, bu məsələnin qəti nəticəsi olan suğra və kubralar (məntiqi dəlillər) onun üçün aydınlaşmalıdır.
Bəzən ümumi siyasi müzakirələrdə sağçı və xəstə bir-birilə qarışdırılır. Bütün bəhslər də məntiqi dəlillərə əsaslanmır. Əksinə, müzakirələrin bir çoxu mühazirədir. Məsələn: Vilayəti-fəqih məsələsi müzakirə olunan zaman bəzi şəxslər belə deyirlər: “Bəli! İmam Xomeynidən (r) yaxşı kim ola bilər?” Bu sözün mənası budur ki, mən bu şəxsə etimad göstərirəm. Bu və bunun kimi etiqadlar Vilayəti-fəqih maddəsinə etiqad deyil. “İmam Xomeynidən (r) yaxşı kim ola bilər?” anlamı ilə Vilayəti-fəqihi sübut etmək möhkəm dəlil deyil. Əgər fərz etsək ki, onun adı Sultan olub, amma həmin işləri görüb - eyni xasiyyətə malik olsaydı, pis adam olacaqdı? Məqsədim budur ki, bəzən bir şəxs İmam Xomeyniyə (r) ona görə rəğbət bəsləyir ki, Vəliyyi-fəqihə itaətin şəri baxımdan vacib olmasına bir dəlili var. Bəzən də bu rəğbət siyasi məsələlərə görədir. Məsələn: Öz-özünə deyir ki, “Allaha həmd olsun ki, İmam Xomeyni (r) gəldi. Bu gözəllikdə insan – belə ki, insan onun cəmalını ziyarət etdikdə, həzz alır - məlun şahın yerinə gəldi. Vəliyyi-fəqih elə bu deməkdir!” Həqiqətdə İmam da belədir. Onun adını eşitmək insanın ürəyini işıqlandırır. Lakin Vəliyyi-fəqih budurmu? İslamda bir maddəmiz var ki, məsum imam səhnədə olmadığı dövrdə imama itaət etmək baxımından Vəliyyi-fəqihə itaət edilsin. Bunu sübut etmək üçün biz nə qədər iş görmüşük? Nə qədər iş görmüşük ki, bunun ilahi bir vəzifə olduğunu, namaz və oruc kimi vacibliyini sübut edək? Əlbəttə, şəriətin Vəliyyi-fəqihə itaəti təyin etdiyi sahələr nəzərdə tutulur. Vilayəti-fəqihin mövqeyi siyasi və hökumət işləri sahəsindədir, fərdi sahələrdə deyil. Mütləq vilayət bu deməkdir ki, bütün siyasi və hökumət işlərində ona itaət vacibdir. Evimdə mən nə iş görüm, nə yeyim, hansı paltarı geyinim, bunların Vəliyyi-fəqihə aidiyyatı yoxdur. Vəliyyi-fəqih hakim, əmr sahibi və İmam Zamanın (əc) canişini ünvanında bir əmr versə, həqiqətən biz bu əmrə itaəti namaz qılmaq kimi vacib sayırıqmı? Biz beləyikmi? Bizim xalqın əksəriyyəti belədirlər. Daha doğrusu inqilab bunun əsasında baş verdi. Bizim xalqımız şahın əsgərləri qarşısında öz yaxalarını açırdılar, sinələrini qabağa verirdilər və deyirdilər: “Vur! Çünki İmam Xomeyninin (r) əmri ilə gəlmişəm!” İmam Xomeyni (r) buyurmuşdu: “Nə olur olsun, təqiyyə haramdır”. Xalq da İmamın (r) əmrinə itaət etməyi vacib bilirdi. Halbuki, hələ konstitusiya və İslam hökuməti mövcud deyildi. Amma onlar, Vəliyyi-fəqih yolunda ölməklə fəxr edirdilər. Bu etiqad ümumi xalq kütləsində mərkəzləşmişdir. Lakin həqiqətdə biz də Vəliyyi-fəqihə itaət etməyi bu cür vacib sayırıqmı? Yaxud hazırkı şəraitdə onun itaətindəyikmi? Reallıq budur ki, Vilayəti-fəqih üçün canfəşanlıq edənlərin bir çoxu həqiqətdə düz danışmırlar. Onlar Vəliyyi-fəqihin əmrinə itaət etməyə hazır deyillər. Onun əmrləri qarşısında öz zövqlərinə əməl etməyə çalışırlar. Hətta özlərinin İslam barədəki düşüncələrini onun düşüncələrindən üstün bilirlər. Niyə? Bunlar İslam düşmənləridirlərmi? Xeyr. Bu Allah bəndələri namaz qılırlar, oruc tuturlar, İslam üçün zəhmət çəkirlər, İslamla heç bir düşmənçilikləri yoxdur, hətta İslama çox bağlı şəxslərdirlər. Bunlar İranın düşmənləridir? Əsla. Onda problem nədir? Problem budur ki, onlar Vəliyyi-fəqihin əmrinin doğrudan da vacib olmasına inanmayıblar. Bu inam harada peyda olur? Allaha etiqad da bir dəlildən peyda olur. Vilayəti-fəqih ölkədə rəvac tapmış şüar oldu. İmam Xomeyni (r) kimi şəxsiyyət də onu vurğuladı. Buna görə, xalqın bir çoxu tez qəbul etdilər. Lakin məntiq əhli olan və danışarkən sözlərinin əsaslı olmasını istəyən şəxslər bunun dəlilini axtarırlar. Bu dəlil onların ixtiyarında olmayıb. Bir tərəfdən bizim həyat şəraitimiz uyğun deyildi, digər tərəfdən isə mən və sizlər diqqətlə düşünülməsi lazım olan bu dəlilləri bəyan etməkdə səhlənkarlıq etmişik. Hər halda insafla qeyd etməliyik ki, inqilabdan ötən otuz neçə il ərzində bu rejimin əsas prinsipləri olduğu kimi açıqlanmayıb. Belə ki, əgər bir şəxs həqiqətən qəti bir dəlillə o barədə mütaliə etmək, inam və yəqinə çatmaq istədikdə bu bəyanatlar onun üçün əlçatmaz olmamalıdır. Buna görə də, bir çox dövlət məmurlarının bu məsələyə səmimi qəlbdən inanmamalırına təəccüblənmək lazım deyil. Onlar yaxşı, müsəlman, İranın xeyrini istəyən, bu İslam hökumətinin xeyrini istəyən şəxslərdirlər. Lakin Vəliyyi-fəqihə itaətin vacib olduğuna səmimi qəlbdən inanmayıblar.
Biz bu nöqsanı aradan qaldırmalıyıq. Vilayəti-fəqih haqqında çoxlu kitablar yazılmışdır. İnqilabın əvvəlindən indiyədək bu maddə barədə çoxlu müzakirələr olmuşdur. İmam Xomeyni (r) inqilabdan öncə bu bəhsi başladı. Lakin mən ehtimal edirəm ki, bu məsələ fiqhi bir məsələ olaraq, bir sıra bünövrələrə qayıdır. Bu bünövrə və təməl prinsiplər həll olunmayıb. Fiqh elmində Vilayəti-fəqih məsələsini müzakirə etdiyimiz zaman, son olaraq Ömər ibn Hənzələnin məqbulə və Əbu-Xədicənin mərfuə hədislərilə kifayətləndik. Burada da yalnız “hakim” sözünün hansı anlama gəldiyi kimi bəhslərə qane olduq. Bu söz ümumi sayılır, ya yox? Bu təhkimdir, yoxsa hökumət? Hakim qazi mənası daşıyır, yoxsa Vəliyyi-əmr (əmr sahibi)? Sonda bir hamilik üçün güman toplusu əldə edilir. Bu da, “murdara dəymiş şeyi yuyanda, ondan ayrılan su murdardır ya yox” kimi bir fiqhi məsələyə çevrilir. Bu bir ya iki rəvayəti olan fiqhi məsələdir. Amma biz bunun təməl prinsiplərini həll etmiş olsaydıq, o təməl prinsiplər əsasında məsələnin həlli daha asan olardı və daha dəqiq nəticə verərdi. O zaman bu məsələni elə açıqlaya bilərdik ki, heç bir insaflı şəxs bu mövzuda şəkk etməzdi. Gizli məqsədi olan şəxslər həmişə şəkk edə bilərlər. Onlar açıq-aşkar şeyləri də inkar edirlər. Onlardan heç bir şey gözlənilmir. Bizim məqsədimiz insaflı və haqq axtaran şəxslər üçün dəlil, sübut hazırlamaqdır. O şəxslər ki, əgər onlara tutarlı dəlil göstərilsə qəbul edərlər. Elə bir dəlil ki, əgər bir şəxs inkar etsə, onun inadkar olmasının göstəricisi olsun və onun haqqa təslim olmaq istəməməsini bildirsin.
Bu, bizim təməl prinsiplərə əhəmiyyətlə yanaşacağımız və kökləri aydınlaşdıracağımız təqdirdə, budaq prinsiplərin daha asan həll olunmasımasını göstərən bir misal idi. Budaq prinsiplər köklərdən qidalanır, bəhərlənir və tez nəticə verir. Əməl və praktika məqamında da öz əsərini verəcəkdir. Amma kök süst olarsa, onun budaqları, yarpaqları və meyvələri də zəif və fəsadlı olacaqdır. Sonra da quruyacaq, yıxılacaq və təsir etməli olduğu yerdə isə qüdrətsiz olub təsir göstərə bilməyəcək.

Hicab və iffət təməl prinsipləri mövzusunda az çalışma

Digər məsələ isə bu günlər müzakirə olunan yaxşıya dəvət, pisdən çəkindirmə, hicab və iffət məsələləridir. Hicabın İslamın zəruri məsələlərindən olmasında heç bir şəkk yoxdur. Heç insaflı bir müsəlman tanıyırsınız ki, hicabın İslamın zəruri məsələsi olmasına şəkk etsin? Şiə fəqihləri qadınların naməhrəm kişi qarşısında öz bədənlərini örtmələrinin vacib olması barədə icma ediblər (yekdil qərar veriblər). Məşhur fətvaya əsasən, üz və əllər istisna edilib. Bəzi fəqihlər üz və əlləri də örtməyi vacib bilmişlər. Mərhum Ayətullah Bürucerdi (r) vacib ehtiyat bilirdi. Amma, məşhur fətva budur ki, üz və əllər istisnadır. Şiələrə görə, hicab məsələsi öz-özlüyündə müzakirə predmeti deyil. Əgər müzakirə olunası şey varsa, budur ki, üz və əlləri örtmək vacibdir ya yox? Digər tərəfdən, yaxşıya dəvət və pisdən çəkindirməyin də vacibliyi barədə şəkk yeri yoxdur. Bu bizim fürui-dindəndir. Üsuli-dindən olan Allaha və Peyğəmbərə (s) imandan sonra, fürui-din gəlir. Furui-dindən biri də yaxşıya dəvət və pisdən çəkindirməkdir. Bu məsələ haqqında kimsə şəkk edirmi?! Bu barədə bizim çoxlu hədislərimiz var. Nümunə olaraq, İmam Baqir (ə) buyurur: (إِن الْأَمْرَ بِالْمَعْرُوفِ وَ النهْیَ عَنِ الْمُنْكَرِ فَرِیضَةٌ عَظِیمَةٌ بِهَا تُقَامُ الْفَرَائِض) [5] Həqiqətən yaxşıya dəvət və pisdən çəkindirmək böyük vacib əməldir. Vacib əməllər onunla bərpa edilir. Əgər bu hədisin mütləq mənasına baxsaq, yaxşıya dəvət və pisdən çəkindirmənin namazdan da vacib olduğunu deməliyik. Çünki əgər yaxşıya dəvət və pisdən çəkindirmə olmasa namaz da tərk ediləcək. Burada da şübhə yoxdur ki, bizim bunun kimi vacibimiz yoxdur. Bəzi fiqhi məsələlər də, yaxşıya dəvət və pisdən çəkindirmə zəminində yer alır. Məsələn: əgər yaxşıya dəvət və pisdən çəkindirmədə vurmaq və yaralamaq lazımdırsa, hamıya vacibdirmi? Burada da məşhur fətva var ki, sözlə yaxşıya dəvət və pisdən çəkindirmədən başqa məqamlarda, şəri hakimin icazəsi lazımdır. Bu da fiqhi baxımdan müzakirə olunası məqamdır. Əgər bir şəxs desə ki, bu məqamda da Vəliyyi-fəqihin icazəsinə ehtiyac yoxdur, onda bu söz nadir sözdür. Nadir fətvalar olan bəzi başqa fiqhi məsələlər kimi. Hər halda, yaxşıya dəvət və pisdən çəkindirmənin vacib olması və heç vaxt boyundan götürülməməsi məsələsi müzakirə predmeti deyil. Onda məsələ nədir? Bəzən onun ətrafında bəzi şübhələr yaradılır ki, bu şübhələri kökündən həll etmək lazımdır. Təməl prinsiplərin rolunun aydınlaşması üçün başqa bir misal çəkmək istəyirəm. Bəzən biz hədislərə müraciət etdikdə, görürük ki, fiqhin bir qolu olaraq heç bir qaranlığı yoxdur. Əgər cüzi məsələlərdə ixtilaf olsa da, digər fiqhi məsələlər kimidir. Yaxşıya dəvət və pisdən çəkindirmə məsələsində hətta bircə dənə diqqət çəkən zəif ixtilafın olduğunu güman etmirəm. Lakin bəzi şübhələr mövcuddur. Məsələn, əgər bir şəxs küçədən keçərkən saçı çöldə qalmış qadın görsə,onu pisdən çəkindirməlidirmi? Belə olan halda, səhərdən axşama qədər başqa bir iş görülməməlidir. Küçədən keçən hər bir şəxs ardıcıl olaraq pisdən çəkindirməlidirmi? Ümumiyyətlə vacib olan pisdən çəkindirmə necə icra edilməlidir? Əgər təsadüfən –səhərdən axşamadək deməyək - bir qadına dedi: “Saçınızı örtün! Çölə belə çıxmaq haramdır”. O da cavab olaraq desə: “Sənə nə dəxli!” Yenidən deyilsə: “Xanım, şəri hökmdür”. O da cavabında desə: “Belə olmağı mənim ürəyim istəyir”. Bir neçə dəfə təkrar etdi, söyüş və təhqirdən başqa bir nəticə görmədisə, bu halda bizim vəzifəmiz nədir? Bunlar fərzi məsələlər deyil. Əksinə, belə şeylər çox baş verib. Əgər yadınızdadırsa, bəsicilərin bir neçəsi yaxşıya dəvət və pisdən çəkindirmə yolunda şəhid olublar. Bundan sonra yaxşıya dəvət və pisdən çəkindirmə azalmışdır. İslahatçıların iqtidarda olduğu zaman, Tehranın özündə bir neçə bəsiciyə yaxşıya dəvət və pisdən çəkindirməyə görə hücum etdilər və onları öldürdülər. (إِن الذینَ یَكْفُرُونَ بِآیاتِ اللهِ وَ یَقْتُلُونَ النبِیینَ بِغَیْرِ حَق وَ یَقْتُلُونَ الذینَ یَأْمُرُونَ بِالْقِسْطِ مِنَ الناسِ فَبَشرْهُمْ بِعَذابٍ أَلیمٍ) “Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!” [6] Bu məsələləri bu hədislə necə həll edək? Əlbəttə, fəndə ustad olanlar hədislərin özündən və digər yerlərdə isə, fiqhin ümumi qanunlarına riayət etməklə məsələlərin xırdalıqlarından hökmü əldə edə bilirlər. Mərcəi-təqlidin işi elə budur. Onlardan sual soruşduğunuz zaman fətva verirlər. Onların fətvası da, fiqhi mənbələrə və İslamdan olan ümumi qaydalara əsaslanır. Lakin mənim dediyim budur ki, mən və siz fiqhlə tanışlığı olan tələbə kimi bu məsələyə cavab vermək istəyirik. Fərz edin ki, praktika keçirik və bu suala cavab vermək istəyirik: “Bu hadisə qarşısında dövlətin vəzifəsi nədir?” Nə cavab verəcəyik? Əgər peyk antenləri, televiziya, disk və bu kimi sair texniki amillər əl-ələ verib sərhədləri yardılar. Yaxud sübut oldu ki, bir dəstə muzdur pul alır və çərşənbə axşamı və cümə axşamı gecə Tehrandan Quma gəlir və nifrət oyadan halda küçələrdə qurulmuş məclislərdə iştirak edir və muzdlarını alıb gedirlər. Mənim və sizin vəzifəniz nədir? Dövlətin vəzifəsi nədir? Gündəmdə olan bu məsələni də qeyd etdim ki, ilk dediyim, təməl prinsiplərə bir şahid olsun.

Dəyərlərin qorunması və dövlətin vəzifələri

Bəzi şəxslər televiziyaya çıxdılar, telefonla müsahibələrdə və proqramda iştirak etdilər və dedilər: “Yaxşıya dəvət və pisdən çəkindirmə xalqın vəzifəsidir”. Fəqihlər buyurdular: “Məqsəd dillə yaxşıya dəvət və pisdən çəkindirmədir. Kim vəzifə və məsuliyyət hiss etsə, camaata dillə xəbərdarlıq etsin”. Heç kəsin də onlarla işi yoxdur. Kimin məsuliyyəti varsa, öz mərcəi-təqlidinin fətvasına uyğun əməl etsin. Əgər çətinlik və sıxıntı, yaxud başqa bir məsələ qarşıya çıxsa, mərcəi-təqliddən soruşmaq lazımdır. O nə buyursa, əməl etsin. Bizim bunlarla bir işimiz yoxdur. Lakin biz dövlət olaraq, polis qüvvələrinin vasitəsilə xalqa təzyiq göstərmək istəsək, bunun qanuni əsası olmalıdır. Mən istəyirəm ki, onların sözlərini nəql edim və işin problemini görəsiniz Nə üçün bunlar həll olunmayıb? Onlar deyirlər: “Dövlətin bir sıra, təhsil, tərbiyə, ticarət, səhiyyə və s. bu kimi xidməti vəzifələri var. Vəzifəsinə uyğun olaraq, xalqa xidmət göstərməlidir. Bu dövlətin işlərinin bir hissəsidir. Dövlət vəzifələrinin digər hissəsi təhlükəsizlik məsələləri, başqa bir hissəsi isə mədəni məsələlərdir. Mədəni məsələlər üçün dövlətin Mədəniyyət və İslam Maarifi Nazirliyi var. Onun müəyyən qanunları var. Nazirlik mətbuat, teatr, film, və s. bu kimi şeyləri qanunun icazə verdiyi həddə tənzimləməli və proqramlaşdırmalıdır. Bu vəzifələrin də, polis qüvvələrinə aidiyyatı yoxdur. Bunlar idarə işləridir və öz çərçivəsində yerinə yetirilməlidir. Bunlar mədəni işlər sayılır. Xidməti işlər də, polis qüvvələrinə və silah işlədilməsinə aid deyil. Qalır təhlükəsizlik məsələləri. Dövlət, ölkənin təhlükəsizliyini təmin etməyə borcludur. Təhlükəsizlik problemlə üzləşdiyi yerdə, polis qüvvələrindən istifadə etmək lazımdır. Əgər bir qadın küçədə hicaba riayət etmədi, ölkənin asayişi pozulurmu? Xeyr! Onda polisə də aid deyil!” Siz deyirsiniz: “Bəzən ola bilsin ki, işin arxasında bir fitnə var”. Onlar deyirlər: “İşin arxasında fitnə qəsdi olduğu və ölkənin asayişinin pozulacağı sübuta yetdiyi, yaxud güman edildiyi halda polis qüvvələrindən istifadə etmək lazımdır. Lakin adi halda desək ki, “polis küçədə gördüyü hər bir hicabsız xanımın qarşısını almalı və onu həbs etməlidir”, bu polis qüvvələrinin işi deyil. Bu iş, təhlükəsilik işi sayılmır.
Bura qədər dediklərim nümunə idi, mənim sözüm deyil. Təsadüfən bu müsahibələrdən bir hissəsinə qulaq asmışam. Radio və televiziyadan istifadə etmək vaxtım məhduddur. Lakin bəzən bəzi şeylər qulağıma çatır. Sözü gedən şəxs təkidlə qeyd edirdi ki, bu məsələ mədəni məsələdir. Mədəni işlər isə polis qüvvələrinə aid deyil. Əgər xüsusi hallarda təhlükəsizlik məsələlərilə əlaqələnsə, polisin də vəzivəsinin bir hissəsinə çevrilir. Amma adi halda belə deyil. Bəzi cavanlar var ki, şəhvət və həvəslərinə görə, şəriətin icazə vermədiyi işləri görürlər. Lakin bu məsələ asayişi pozmur. Buna görə də, polis müdaxilə etməməlidir.
Sözü gedən proqramda bu sözə verilən cavab, mənim fikrimcə qaneedici deyildi. Cavablardan biri bu idi: “Mədəni İnqilab Şurası iffət qanununu qəbul edib”. Cavab verildi: “İslam ölkəsinin vəzifəsi budur ki, qanuna əməl etsin. Qanun deyir, təhlükəsizlik məsələləri polis qüvvələrinə aiddir, mədəni məsələlər isə mədəniyyət işçilərinə. Siz məqalə yazın, müzakirə edin, radio və televiziyada bu haqda proqramlar icra edin. Bizim heç bir iradımız yoxdur və bunun xərcini də ödəyərik. Lakin hicaba riayət etmədiyi üçün polis qüvvələrinin əlinə silah alıb kiminsə qarşısını almasının da qanuni əsası yoxdur”. Təəssüflər olsun ki, mənim eşitdiyim cavabların heç biri bu söz qarşısında kəskin cavab deyildi. Ən mühüm cavab bu idi ki, bu Mədəni İnqilab Şurasının qanunudur və prezidentin özü də bu şurada sözü gedən qanunla razı idi. Amma, “dövlətin vəzifəsi xidmət etmək, mədəni işlər görmək və təhlükəsizliyi təmin etməkdən ibarətdir. Polis qüvvələri təhlükəsizliyi qorumağa borcludurlar. Bu iş təhlükəsizliyə aid deyil”. Bu söz qarşısında hansı cavab verilməlidir? Mənim fikrimcə, problem burdadır ki, biz aşkara olaraq təkidlə deməmişik ki, İslam Respublikasının vəzifəsi İslam dəyərlərini qorumaqdan ibarətdir. İslam dəyərlərinin qorunması məsələsi, konstitusiyanın müqəddiməsində göstərilmişdir. Prezidentin and içməsində də qeyd olunub ki, İslam İnqilabının dəyərlərinə riayət edəcəyinə və qoruyacağına and içir. Başqa qaydalar da var ki, onlardan da istifadə etmək olar. Lakin bizim dediyimiz budur ki, dövlətin vəzifəsi təkcə təhlükəsizliyi təmin etmək deyil, İslam dəyərlərini də qorumaq dövlətin vəzifəsidir. Bu elə bir məsələ deyil ki, təkcə bizim dövlətə aid olsun. Əksinə, dünyanın bütün dövlətlərində, hətta laik dövlətlərdə belə, təhlükəsizlik qüvvələrinin vəzifələrindən biri ümumi iffəti və cəmiyyətin dəyərlərini qorumaqdır. Əlbəttə, ümumi iffətin normaları fərqlidir. Onlar bir şeyi dəyər bilirlər, biz başqa bir şeyi. Lakin bu bir əsasdır.
Bu xatirəni bir dəfə nəql etmişəm. Kanadada bir polşalı müəllim deyirdi: “Mən Kanadaya təzə gəlmişdim. Hava isti idi. Pencəyimi çıxarıb parkda gəzirdim. Bir neçə addım getmişdim ki, birdən bir polis atla gəlib mənim qarşımı kəsdi və dedi: “Pencəyini geyin”. Dedim: “Hava istidir. Nəsə olub?” Dedi: “Bu ümumi əxlaqa ziddir”. Əlbəttə, bu hadisə 40 il öncəyə aiddir. O dövrdə, ümumi iffəti qorumaq dövlətin vəzifəsi idi. Bunun icraçısı da polis qüvvələri idi. Bizim ölkəmizdə, şah dövrü – İslam Respublikası dövrünü demirəm - ramazan ayının birinci gecəsi olan kimi, polis idarəsinin rəisi elan edirdi ki, ramazan ayında bütün restoranlar gündüzlər tətil edilməlidir. Əgər belə etməsələr, cəzalandırılacaqlar. Nə üçün? Əgər restoranlar açıq olsaydı, ölkənin asayişi pozulacaqdı?! Polis idarəsinin rəisi niyə belə elan verirdi? Təbii olaraq, İslam Respublikasının polisindən də hər il belə bir vəzifə gözlənilir. Burada deməliyik ki, bu polisin vəzifəsi deyil, çünki asayişə problem yaranmır?! Söz burdadır ki, əslində bu prinsip, təməl prinsipdir. Bu siyasi fəlsəfəyə əsaslanır. Biz aşağıdakı prinsipləri həll etməliyik:
Nə üçün bu vəzifələr dövlətin üzərindədir? Bu vəzifələr haradan dövlətin öhdəsinə düşmüşdür? Ümumiyyətlə, dövlətlə xalqın vəzifələrinin sərhədi haradadır? Dövlət hansı işləri, xalq hansı işləri görməlidir?
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!
1. “İbrahim” surəsi, 26-cı ayə.
2. “Ət-Təkasur” surəsi, 1-ci ayə.
3. “Əl-Hədid” surəsi, 20-ci ayə.
4. “Səbə`” surəsi, 46-cı ayə.
5. “Təfsilu vəsail əş-şiə”, c-16, s-119.
6. “Ali-İmran” surəsi, 21-ci ayə.