Allahşünaslıq

Quran maarifi 1: Allahşünaslıq


Quran maarifi 1: Allahşünaslıq

(Səhifə 222, 1-ci çap hicri- şəmsi 1376-cı il)

“Quran maarifi” cənab ustadın Qurani-kərimin ayələrini mövzülar əsasında qruplara ayırdığı kitablardan ibarətdir. Bu toplu onun yeni yaradıcılıq əsərlərindən hesab olunur. Cənab ustad öncə elm hövzəsinin əsas dərsləri arasına təfsir dərsini yerləşdirməyin lazım olduğunu təkid etməklə yanaşı hövzədə təfsir yazmaq və təfsir dərsi keçməyin bayraqdarı, öncülü olan mərhum Əllamə Təbatəbainin xidmətlərini qeyd edir, qədirdanlıq bildirir. O, Qurani-kərimin bütövlükdə təfsirinin dərs kimi keçilməsini çətin sayır, eyni zamanda Quran təfsirinin yalnız müəyyən hissələrinin tədris olunmasını da kifayət bilmir və bunu faydasız hesab edir. O, ayələrin mövzülar şəkilində qruplara ayrılmasını yeganə mümkün və faydalı yol bilir. Əlbəttə, bu qruplaşdırma gözəl bəyanlı, məntiq nizamına uyğun və dərs kitabları ilə münasib olmalıdır.
Qurani-kərim ayələrinin mövzülar şəkilində qruplaşdırılmasında cənab ustad ayələri əqidələr, hökmlər, əxlaq, yaxud insan və onun yönləri mehvərində qruplara ayıran əvvəlki layihələrlə müqayisədə gözəçarpan üstünlüklərə malik yeni layihə təklif edir. Barəsində danışılan ayələrin mövzüları bütün aləmə varlıq verən Allah mehvərində qruplaşdırılmışdır.” Allah göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı...” (“Rəd”, 17) ayəsindən ilham almaqla mövzü müəyyən nöqtədən başlanır və hər bir mərhələdə mövzü tamamlandıqdan sonra ardıcıl olaraq növbə daha aşağı mərhələlərə (bu mərhələlər bir- birləriylə bağlıdırlar) çatır. Nəticədə hər bir mövzu ilə əvvəlki mövzu arasında məntiqli rabitə yaranır. Bu qayda ilə cənab ustadın mövzular əsasındakı təfsir dərslərində mövcüd mövzular aşağdakı ardıcıllıqdadır:
1. Allahşünaslıq: Bu mövzu Allahı tanımaq barəsində söhbətlə başlanır və Allahın işləri barədə ümumi, daha sonra isə izahlı söhbətlə başa çatır.
2. Cahanşünaslıq: Varlıq aləminin yaranışı Allahın işlərindən biridir və bu səbəbdən uyğun bölmədə olan mövzular əvvəlki bölmə ilə əlaqəli olur. Sonda deyilir ki, aləmdəki bütün varlıqların yaranışı Allahın ən şərafətli məxluqu olan insanın yaranışıından qabaq olmuşdur.
3. İnsanşunaslıq: Bu bölmədə sübut olunur ki, insan biryönlü varlıq deyil. Onun dünyadakı həyatı axirət həyatı üçün bir müqəddimədir və o bu səfərdə kamillik və əbədiliyə qovuşmağın yoluna, üslubuna ehtiyaclıdır.
4. Yolu tanımaq: Bu bölmədə səadətə qovuşmağın düzgün yolunu tanımaq barədə söhbət edilir. Risalət, nübüvvət və imamət məsələləri bu mövzuya aid olur. Bu qayda ilə mövzu özündən sonrakı mövzu ilə əlaqələnir.
5. Yolgöstərəni tanımaq: Hidayət yolunun yol göstərənlərinin sifət və xüsusiyyətləri və onların hidayətinin necəliyi bu bölmənin mövzusudur. Bu bölmənin sonrakı bölmələrlə əlaqəsi əvvəlki səmavi kitablar mövzusunun açıqlanmasıdır. Bu isə Quranşunaslıq mövzusunu ortaya qoyur.
6. Quranşünaslıq: Bu bölmədə Quran öz dilindən tanıtdırılır. Bu burada Quranın hədəfi olan saflaşdırma və yol göstərmədən söhbət getdiyi üçün Quranın saflaşdırma və insan tərbiyəsi mövzusu üçün zəmin yaranır.
7. Quran əxlaqı, yaxud Quranda insan tərbiyəsi: Bu məqamda Quranın əxlaqi baxışları açıqlanır və sübut olunur ki, ibadət, Allaha bəndəlik insan tərbiyəsi üçün, insan yetişdirilməsi üçün yeganə iksirdir.
8. Quranın ibadi proqramları: Bu bölmədə fərdi və ictimai proqramlar daxil olmaqla Quranın ibadi proqramlarına işarə olunur.
9. Quranın fərdi hökmləri.
10. Qurandakı ictimai hökümlər: Bu bölmənin müqəddiməsində cəmiyyət və tarix Quran baxımından araşdırılır.
Beləliklə, Quran maarifi varlığın ilkin nöqtəsindən başlanır və Allah mehvərindən çıxmadan, yaranış, tədbir mərhələlərinə çatır. Sonda insanın arzusu olan ideal cəmiyyətin xüsusiyyətlərini açıqlamağla tamamlanır.
Bu əsərin məna baxımından əhəmiyyətini və dərs baxımından zənginliyini nəzərə almaqla ilk üç bölmə cənab Məhəmməd Əbdül-Monem Əl-Xaqaninin qələmi ilə ərəbcəyə tərcümə olunmuşdur. Bu kitabın ərəbcəyə tərcüməsinin naşirləri, Qumun Darul-hadi və Livanın Darul-islamiyyə nəşriyyatları onu dəfələrlə çap etmişlər.
Həmçinin bu külliyatın ilk bölməsi (Allahşünaslıq) cənab M.C. Xəlili tərəfindən “The learnings of the glorious Quran” adıyla ingiliscəyə tərcümə olunmuşdur. Tərcümə miladi 1994-ci ildə İslam Təbliğat Təşkilatının səyləri ilə çap edilib, yayımlanmışdır. Eyni zamanda insanşünaslıq bölməsi höccətül-islam vəl-müslimin Seyid Vəliyyəl-Həsən Rəzəvi tərəfindən Ordu dilinə tərcümə olunmaqdadır.
Qeyd edək ki, Quran maarifi əsərinin ilk üç bölməsi, yəni Allahşunaslıq, Cahanşünaslıq və İnsanşünaslıq bölmələri, həmçinin 7-ci bölmə yəni “Quranda əxlaq” cənab ustadın əsərlərinin külliyyatında “Meşkat” adı ilə də çap olunmuşdur.
Qurani-kərimin mövzular əsasında təfsiri dərslərinin birinci bölməsi olan Allahşünaslıq bölməsində bu qəbildən olan mühüm mövzular araşdırılmışdır:
Quranda Allahın varlığı üçün əqli dəlil: Burada əqli dəlillərin nəticəsinin gizli “hasil olan” (kəsb olunan) mərifət olması və Quranın belə bir mərifətlə kifayətlənməyib, “özümüzdə olan” (hüzuri) mərifəti xatırlatması barədə danışılır. Bu münasibətlə “Quranda fitri Allahşünaslıq” mövzusu açıqlanır;
Tövhid: tövhid məfhumu mərtəbələri və həddi “la ilahə illəllah” pak kəlməsində zahir olunmuşdur. Tövhidin beş mərtəbəsi var: Vücudun vacibliyində vəhdət, xaliqlikdə vəhdət, təbii rübubiyyətdə (idarəçilikdə) vəhdət, şəri rübubiyyətdə (idarəçilikdə) vəhdət və pərəstişdə vəhdət. Bu məqamda qeyd olunmuşdur ki, iblis uyğun beş mərtəbədən yalnız şəri rübubiyyətdə vəhdəti qəbul etməmişdir. Başqa bir nöqtə budur ki, tədbirdə vasitəçilik əgər Allahın izni ilə olsa, tövhidin hədləri ilə təzad daşımır;
Allahın ümumi işləri: yalnız Allah bütün varlığı müstəqil olaraq yaradıb idarə edir; lakin bu səbəb qanunu ilə təzad daşımır, bu münasibətlə “Quranda səbəb-nəticə prinsipi” mövzusu açıqlanır;
İlahi qüdrət və iradənin genişliyi;
Allahın işlərdə hədəfi: Allahla bağlı hədəfin mənası və bu hədəfin nə olması uyğun bölmənin mövzüsüdür. Sonda bu nəticə əldə olunur ki, aləm və insanın yaranışında hədəf kamil insanın yaranmasıdır;
İzn və ilahi qəza-qədər
Qeyd edək ki, Allahşünaslıq, Cahanşunaslıq və İnsanşunaslıq bölmələri bir cilddə çap olunmuşdur.