Quranda əxlaq;2-ci cild

Quranda əxlaq; (Quran maarifi 7) ikinci cild


Bu kitab Qurani-kərimin mövzular əsasında silsiləvi təfsir dərslərinin 7-ci bölməsidir. Kitab 3 cilddə, Höccətül-İslam Məhəmməd Hüseyin İskəndəri tərəfindən araşdırılıb, yazılmışdır. İmam Xomeyni Araşdırma və Tədris İnstitutunun nəşriyyatı h-ş 1376-cı ilin baharında bu kitabı 5000 tirajla çap etmişdir.
Əvvəldə dediyimiz kimi 6-cı bölmənin mövzusu Quranşünaslıq idi. Uyğun bölmədə sübut olundu ki, Qurani-kərimin ən ali məqsədi insanın əxlaqi baxımdan saflaşması və ucalmasıdır. İndi isə 7-ci bölmədə bu haqda daha ətraflı danışılır.
Ustadın Quranın əxlaqi mövzularında da ayələri mövzular əsasında qruplaşdırmaq üçün yeni layihəsi vardır. Bu qayda ilə əxlaq barəsində müqəddimə və fəlsəfi məsələlər açıqlandıqdan sonra Quranın tanıtdırdığı insani əxlaq 3 qisim olaraq (ilahi əxlaq, fərdi əxlaq və ictimai əxlaq) araşdırılır. Bu yolla Quranda əxlaq mövzuları bütövlükdə 4 bölməyə ayrılır: Birinci bölmədə əxlaqın mənaları və əxlaq barəsində ümumi söhbətlər (müqəddimə) araşdırılır; ikinci bölmədə ilahi əxlaqdan danışılır; üçüncü bölmədə isə fərdi əxlaq barəsində söz açılır. Bu bölmə ikinci cilddə yerləşir; 4-cü bölmədə kitabın 3-cü cildinin mövzusu olan ictimai əxlaq araşdırılmışdır.
Əxlaqın mənaları və onun barəsində ümumi söhbətlər bölməsində aşağıdakı mövzular açıqlanmışdır: Əxlaq elmində təyin olunmuş prinsiplər (insanın seçimi və təsirlənməsi prinsipləri kimi); əxlaqi anlayışların xüsusiyyətləri; Quranda ümumi əxlaqi anlayışlar; İslam əxlaq sisteminin digər əxlaq sistemləri ilə fərqləri; İslamda əxlaqi dəyərin əsası; ümumi süqut amilləri (nəfs istəkləri, dünya və şeytan) .
İlahi əxlaq bölməsində insanla Allahın rabitəsi, ilahi mərifətin dəyəri və onu əldə etməyin yolu, mərifətin qarşısını alan maneələr (hisslərə meyillik, təqlid, zənn və gümana inanmaq, maddiyyata ifrat maraq) və ilahi mərifətin psixologi təsirləri və əməldə təsirləri kimi gözəl və təsirli mövzular açıqlanmışdır. Fərdi əxlaq bölməsində (kitabın ikinci cildi) yeni fikirlərlə yanaşı olan dəyərli mövzular gözə dəyir:
İnsanın özü ilə əlaqəsinin mənası: ustad bu bölmədə öncə İslam mütəfəkkirlərinin uyğun mövzudakı nəzərlərini araşdırır və tənqid edir; misal üçün uyğun əlaqəni “ruhun bədənlə əlaqəsi”, “rəzil mənlə uca mənin rabitəsi”, yaxud “fərdi mənlə ictimai mənin əlaqəsi” kimi mənalandıran nəzərləri tənqid edir. O daha sonra yeni ideya sayılan öz nəzərini açıqlayır. Ustadın fikrincə, insanın özü ilə əlaqəsi dedikdə insan nəfsinin müxtəlif yönlərinin, tərəflərinin bir-biri ilə əlaqəsi nəzərdə tutulur.
İnsan nəfsinin əsas meylləri: Müsəlman, yaxud qeyri-müsəlman alimlər bu barədə qəti nəzər bildirmədikləri üçün ustad yaradıcılıqla yeni layihə açıqlayır. Bu layihəyə əsasən nəfs üç tərəfli bir piramidaya oxşadılır. Bu tərəflər, yönlər ibarətdir: Agahlıq və tanıma yönü, qüdrət və bacarıq (iradə) yönü, məhəbbət yönü (ən azından özünü sevmək). Əlbəttə, sonralar digər yönlərin, tərəflərin kəşf olunması və bu üç yönə əlavə edilməsi mümkündür.
Bu üç yönün hər birinin həm insan nəfsi, həm də uca Allahla bağlılığı var; Yəni onlarda “nəfsin varlığın əsasına, həqiqətinə cəzb olması” halı gizlənmişdir. Nəfs kamilləşdikdə bu hal daha çox dərk olunur. Bu üç yönün hər biri digərinə təsir qoya bilir.
İctimai əxlaq bölməsində (kitabın üçüncü cildi) ən mühüm mövzular aşağıdakılardan ibarətdir:
Ümumi söhbət: cəmiyyətə meyillilik və cəmiyyətdən qaçma barədə Quranın baxışı.
İctimai əxlaqda ümumi meyarlar: Bu meyarlar arasında ən əhəmiyyətliləri ibarətdir: Ədalət, ehsan, yaxşılıq, mənəvi faydaların, məsləhətlərin maddi mənfəətlərdən öndə olması.
Ailə: İnsanın həyat yoldaşı, övladları və ailə üzvləri ilə rabitəsi.
Cəmiyyət: Bu mövzunun daxilində Quran baxımından vilayət anlayışı, Quran baxımınadan vilayətin qadağan olunmuş nümunələri və Quran baxımından həzrət İbrahimin (ə) vilayət üçün gözəl nümunə olması barədə danışılmışdır.
Ədalət və zülm: Ədalət və zülm fəslində təbii hüquq və ictimai qərardad nəzəriyyələrinin tənqid olunması və Quranın uyğun mövzuyla bağlı nəzərini sübut etmək.
İslahat və fəsad barəsində söhbətlər: Quranın islahat sözündə hədəfi və bu sözün Qurandakı mənası.
Quarnda islami davranış qaydaları.
Beynəlmiləl əxlaq mövzusu: Müharibə etməyənlərə yaxşılıq, fərdi və dini məni müdafiə haqqı, ibtidai cihad, bu cihadın şərtləri və onda olan hədəflər, həmçinin uyğun mövzuda olan şübhələrin açıqlanması və şübhələrə cavab və sair bu kimi mövzular.
Uyğun kitabın xüsusiyyətlərindən biri də budur ki, kitabda həm şiə, həm də sünni firqəsi tərəfindən qəbul olunan dəlillərdən istifadə olunmuşdur və kitab öz iddialarını bütün müsəlmanların arasında müştərək və qəbul olunan dəlillərlərə sübut edir.