İnsan tərbiyəsi

Quranda insan tərbiyəsi

Quranda insan tərbiyəsi

(Səhifə sayı 256, 1-ci çap 1388-ci ilin baharı)

Cənab ustadın “Quranda əxlaq” əsərindən götürülmüş bu kitab Höccətül-İslam vəl-müslimin cənab Mahmud Fəthəli tərəfindən virtual təlimlərə uyğun şəkildə İmam Xomeyni virtual insitutunda istifadə olunması üçün 24 dərsdə hazırlanmışdır. Kitab İmam Xomeyni təlim və araşdırma müəssisəsinin nəşriytatının səyləri ilə çap edilib yayımlanmışdır.
Kitabdakı əsas mövzu başlıqları aşağıdakılardan ibarətdir:
Əxlaq elmində təyin olunmuş üsul, prinsiplər və əxlaqi anlayışlarda müxtəlif yönlər, İslam əxlaq sisteminin digər əxlaq sistemləri ilə fərqləri (səadət məsələsinə toxunmaqla), insan və İslamda əxlaqi dəyərlər, İslam baxımından ən mühüm dəyər kimi əngizə və niyyətin açıqlanması, imanın mərtəbələri və əhatə dairəsi, əxlaqi dəyərləri kəsb etməyin yolları və əxlaqi baxımdan süqutun ümumi amilləri, əxlaqi məsələlərin qruplaşdırılması, insanın Allaha mərifətinin təsirləri, nəticələri, İlahi məhəbbəti qazanmaq yolları və bu yolda olan maneələr, nəfsin xüsusiyyətləri və yönlərinə işarə etməklə əxlaq və pisxologiya, qəflətdən ayılma və nəfsə diqqətin təsirləri, güc və qüvvə axtarmaq və əbədiliyə meyl, bunların əxlaqla rabitəsi haqqında izah, ləzzət axtarmaq barəsində Quranın baxışının izah olunması, cinsi meyil və mal, övlad, gözəllik, məskən və geyim kimi işlərə meyil, ictimai əxlaqda ümumi qaydalara, prinsiplərə işarə etməklə əxlaqın və insanların ictimai həyatının izah olunması, Quranda ailə əxlaqı və hüquqlarının əsaslarının izah olunması, Quranda ictimai ədalət, əhdə vəfa və əmanətdarlıq, gözəl işlər və yaxşılığın Qurandakı nümunələrinə işarə, danışıqda İslami əxlaqı, yalan danışmağın mənfi təsirləri, onun mərtəbələri, bəzi qeyri-əxlaqi rəftarların araşdırılması.