Birinci dərs

Rəhman və Rəhim Allahın adı ilə.


1

Qarşınızdakı yazı, Ayətullah Misbah Yəzdinin Ayətullah Xameneinin dəftərxanasındakı çıxışından seçmələrdir. Çıxış 29.11.2006-cı ildə baş tutub. Ümid edirik ki, bu göstərişlər bizim hidayət və səadət yolumuza nur saçan çıraq olsun.
İmam Əli (ə) buyurub:
“عِبَادَ اللَّهِ إِنَّ مِنْ أَحَبِّ عِبَادِ اللَّهِ إِلَیْهِ عَبْداً أَعَانَهُ اللَّهُ عَلَى نَفْسِهِ فَاسْتَشْعَرَ الْحُزْنَ وَ تَجَلْبَبَ الْخَوْفَ”[1] .
Bu xütbədə Həzrət Əli (ə) Rəhman Allahın bəndələrinin sifətlərini bəyan edir və buyurur: “Ey Allah bəndələri! Allah yanında sevimli bəndələrdən biri o şəxsdir ki, Allah ona nəfsinə qələbə çalmaq üçün yardım etsin”. Bu cümlədən bir çox rəvayətlərdə geniş izah olunmuş bəzi nöqtələr əldə olunur.
Bu zəmində bəzi suallar var ki, ümumilikdə onların cavabları isbata ehtiyacı olmayan müddəalardan sayılır. Suaların nəzərdən keçirilməsi münasibdir. Ən azı, onların bir hissəsinin adı xatırlanmalıdır.
“Nəfs” nə deməkdir? İnsan özü ilə necə mübarizə aparmalıır? Biz öz nəfsimizlə nə üçün mübarizə aparmalıyıq? Nəfslə mübarizə üçün insanın öz qüdrəti kifayət etmir ki, insan Allahdan da kömək istəsin? Nə üçün Allah bizi elə yaradıb ki, özümüz öz nəfsimizə qələbə çala bilmirik? “Allah bir şəxsə kömək etsin ki, o şəxs öz nəfsinə qələbə çalsın” nə deməkdir?
Cavabında deyirik: Bizim daxilimizdə bəzi qüvvələr var ki, hərəkətlərimizi yönləndirirlər. Bizim hərəkətimiz ümumi olaraq iki cəhətə malikdir. Bir hərəkətin lazım olması və yerində addımlamağın mümkünsüzlüyündən ibarət əsas (prinsip), tam olaraq insanın ixtiyarında deyil. Heç kəs deyə bilməz ki, mən yerimdə, olduğum kimi qalmaq istəyirəm! Bu aləm hərəkət aləmidir. Dünyaya gələn uşaq, ömrünün sonunadək uşaq olaraq qala bilərmi? İstər-istəməz bu uşaq öz təbii həyatında inkişaf edir və böyüyür. Bəzən də xəstələnir və yolu enişli olur. Deməli, hərəkət prinsipcə ixtiyari deyil. Lakin hərəkətin cəhəti və hara, hansı səmtə getmək, Allah yaxud şeytana tərəf getmək bizim öz ixtiyarımızdadır. Bizə cəhət verən və o tərəfə, bu tərəfə aparan isə amillərdir. Bu amillər bizdə bəzi istəklər yaradır. Bir şeyi istəyirik. Bu bizim itirdiyimizdir. Onun itirilməsilə çatışmazlıq hiss edirik. Onu tapmaq üçün arxasınca gedirik. Bəzən bir şeyi xoşlamır, hərəkət edirik və ondan uzaqlaşırıq. Bizim daxilimizdə bəzi şeylər var ki, bizdə bir şeyə meyl ya nifrət icad edir. Bir şeyə məhəbbəti ya bir şeydən ikrahı bizə təlqin edir. Bizim daxilimizdə olan bu istəklər ki var, bu istək prinsipi də ixtiyari deyil. Belə deyil ki, insanın pis qoxudan xoşu gəlsin və ya ləzzətli yeməkdən acığı gəlsin. Əgər insanın iybilmə hissi varsa, pis iydən acığı gəlir və yaxşı iydən xoşu gəlir. Lakin bizim istəyimiz olan bir şeyin arxasınca, yaxud bizi öz istəyimizdən və ya xoşlamadığımız şeydən uzaqlaşdıran səmtə getmək bizim ixtiyarımızdadır. Biz o işin arxasınca gedirik ki, ondan xoşumuz gəlir. Yaxud, ən azı, acığımız gələn şeylərdən uzaqlaşırıq.
Buna əsasən, hamı bir cür hərəkət etməlidir. Hamı sevdiyi şeylərin arxasınca getməlidir. Onda nə üçün biri yaxşı, digəri pis yolu gedir? Niyə biri itaət, digəri günah yolunu tutur? Çünki bizim çoxsaylı istəklərimiz var. Bu istəklər əməl məqamında bir-birinə maneə törədirlər. Əgər birinin arxasınca getsək, digərindən məhrum oluruq. Gərək birini seçək. Əgər müvəqqəti, məhdud xoşa gələnlərin ardınca getsək, ani və ötəri ləzzətlərə aldansaq, bədbəxtliyə sürüklənəcəyik. İlahi qadağalar belə məqamlar üçündür. Allah deyirsə, bu işi etmə, yəni onun ötəri ləzzətinə aldanma. Biz adətən qəflətdə olur, ani ləzzətin arxasınca gedirik, göz və qulağımızı bağlayırıq. Bədbəxtlik amilləri bizim özümüzdəndir. Bizim bütün vücudumuzdan deyil, bizim vücudumuzun bir hissəsindəndir. Nəfs, bizi uca və yüksək istəklərdən saxladığı üçün, əxlaqi terminlərdə “nəfsi-əmmarə” adlanır. “إِنَّ النَّفْسَ لَأَمّارَةٌ بِالسُّوءِ” [2] (Nəfs pis işlər görməyi əmr edər.) Bu amil dünya və axirət bədbəxtçiliyinin amilidir. Buna termin olaraq nəfs deyilir. Bunun qarşısında “əql” terminindən istifadə edilir. Düzü bu, əxlaqa xüsusi termindir. Hər yerdə nəfs bu mənada deyil. Necə ki, əql hər yerdə bu mənada deyil. Yalnız dəyərlər məqamında işlənir. Mənfi dəyərlərin amili nəfsdir, müsbət dəyərlərin amili isə əqldir. Əql və nəfsin müharibəsi dedikdə, məqsəd budur ki, bizim daxilimizdə iki növ istək var. Onlar bir-birilə ziddiyyətdədirlər və daimi olaraq xaricdən təhrik edilirlər. Bu nəfslə mübarizə aparılmalıdır. Nə üçün deyirik ki, nəfsimizlə mübarizə aparmalıyıq? Çünki bu amillər bizim daxilimizdədirlər. Bizim daxilimzdə bəzi amillər var ki, bizi günah tərəfə sövq edir və cəhənnəmə daxil olmağımıza bais olur. Məhəmməd (s) peyğəmbər buyurur: “اعدىٰ عدوّك نفسك التى بین جنبیك” [3] “Ən qəddar düşmənin sənin daxilində olan nəfsindir”. Sənin düşməndən acığın gəlir. Düşmənlə mübarizə aparırsan ki, onun şərindən rahat olasan. Halbuki, öz daxilindən qəflətdəsən! İnsan səadətə çatması üçün, öz nəfsini ayaq altına almalıdır. Onu öz yerində oturdana qədər onunla mübarizə etməlidir. “زُیِّنَ لِلنّاسِ حُبُّ الشَّهَواتِ مِنَ النِّساءِ وَ الْبَنِینَ وَ الْقَناطِیرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَ الْفِضَّةِ وَ الْخَیْلِ الْمُسَوَّمَةِ وَ الْأَنْعامِ وَ الْحَرْثِ ذلِكَ مَتاعُ الْحَیاةِ الدُّنْیا” [4] (Qadınlar, uşaqlar, qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) Bunlar dünya həyatının keçici zövqüdür) İnsanlarda qadına, uşağa, dünya və onda olanlara qarşı meyl qərar verilib.
İndi isə sual budur: Allah bizi nə üçün belə yaradıb ki, bizim daxilimizdə belə amillər olmuş olsun? Bizi şəhvətlər, qəflətlər və tənəzzülə tərəf sövq etsin? Cavab budur: Allah elə bir varlıq yaratmaq istəyib ki, onun ixtiyarı, seçim imkanı olsun. Yaxşı və pisdən hansını istəyirsə onu seçsin. Allah birtərəfli hərəkət edən və yolları yaxşıya doğru olan o qədər mövcudlar yaradıb ki, heç bir əskik yeri yoxdur. İmam Əlinin (ə) mələklərin yaradılması haqqında maraqlı buyruqları var. Həzrət (ə) təbirlərinin birində buyurur: “Bütün asimanlarda bir inək dərisi qədər yer yoxdur ki, orada bir mələk ibadətlə məşğul olmasın”. Yəni aləmdə boşluq yoxdur. Allah o qədər mələk yaradıb ki, heç bir yer boş qalmayıb. Allahın mələk yaratması mümkün olan bütün yerlərdə, yaradılış baş verib. Lakin indi Allah elə bir varlıq yaratmaq istəyir ki, mələklər belə onun xidmətçisi olsunlar. O varlıq elə bir məqama yetişsin ki, Allah bu məqamı öz xilafəti adlandırır. Elə bir varlıq ki, o iki amilə malikdir. Bir amil onu Allaha tərəf, digər amil isə onu şeytana tərəf sövq edir. O öz ixtiyarı ilə şəhvətini ayaqlayıb Allaha doğru hərəkət etsin. Əgər insanda şəhvət amili olamasaydı, o heç vaxt nəzərdə tutulan kamilliyə çata bilməzdi. Çünki yolu birtərəfli olacaqdı. Birtərəfli yol isə çox da dəyərli deyil. Bizim bu məqama çatmağımız üçün bu amilləri bizim vücudumuzda yerləşdirdiyinə görə, Allaha çox şükür etməliyik. Biz əgər diqqətli olsaq, hətta şeytanın da yaradılmasına görə Allaha şükür etməliyik. Əgər şeytan olmasaydı, ilahi övliyalar o məqamlara çata bilməzdilər. Əgər şeytan vəsvəsə etməsə, möminin əməli o qədər də dəyərli olmaz. Deməli, biz belə yaradılmışıq ki, o yüksək məqamlara çataq. Əgər xeyir və səadətə sövq olunmağımıza kömək edən amillərin hər birinə təslim olsaq, bizim xeyrimizədir. Allahın yaratdığı günahsız mələklərin işinin biri elə budur ki, bizə kömək etsin. “وَ یَسْتَغْفِرُونَ لِلَّذِینَ آمَنُوا رَبَّنا وَسِعْتَ كُلَّ شَیْء رَحْمَةً وَ عِلْماً فَاغْفِرْ لِلَّذِینَ تابُوا وَ اتَّبَعُوا سَبِیلَكَ” [5] (Və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla”.) Allahın müqərrəb mələklərinin işlərindən biri də budur ki, möminlər üçün bağışlanma diləsinlər və dua etsinlər. Onların əfv edilməsini Allahdan istəyirlər. Allah da buyurub: “Kim mənim tərəfimə gəlsə və yaxşı əməl etsə, Mən onu on qat hesablayaram. Lakin pis yola gedənləri həmin işləri miqdarında cəzalandırılacaqlar”. “مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ امثالها و مَنْ جاءَ بِالسَّیِّئَةِ فَلایُجْزى إِلاّ مِثْلَها” [6] (Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli (özü) qədər cəza verilər.) Bunlar bəşərin xeyrinə olan ilahi yardımlardır.
Hər halda, bu amillərin mövcud olması da bir nemətdir ki, elə bir zəmin yaransın ki, biz onlara müxalif olmaqla Allaha tərəf gedək və ilahi yaxınlıq məqamına çataq. Elə bir məqam ki, mələklər də ona çata bilmirlər. Əksinə, onlar bütün yaxınlıq məqamları ilə yanaşı, möminlərin xidmətçisidirlər. Deməli, nəfsin istəklərini ödəmək, bizi Allahdan uzaqlaşdırır. Nəfslə mübarizə etməliyik ki, layiq olduğumuz səadət və kamilliyə çata bilək.
İndi isə, bu suala cavab verməliyik: Bizim öz nəfsimizə qələbə çalacaq qədər qüdrətimiz var ya yox? Bizim vücudumuzun bir hissəsi olan, şər sayılan nəfsimizlə necə mübarizə apara bilərik? Bizi xeyrə dəvət edən qüvvələrlə bizi şərə səsləyən qüvvələri necə məğlub edib onlara qələbə çala bilərik? Bu aləmdə yaşamağın şəraiti belədir ki, bunlar Allahdan yardım diləməkdən başqa yolla məğlub olmurlar. Əlbəttə, bu aksiomun başqa sirri də budur ki, biz özümüzdən bir şeyin olmadığını başa düşək. Əgər insan özünü daima şeytanı yerə vuran bir pəhləvan görsə, özü ilə qürrələnər. Bu qürur süqutun ilk addımı, hətta bədbəxt olmuş hər bir şəxsin süqut rəmzidir. Onların birincisi iblisdir. Qürur və təkəbbür iblisin şənindədir. Özümüzün bir məqama çatdığımızı hiss etsək, deməli süqut yolunun əvvəlindəyik. Allaha yaxınlığın mənası budur ki, heç bir şey olmadığımızı başa düşək. Əgər mənəvi qüvvəmizin qələbəsi və həmişə asanlıqla şeytana qalib gəlməyimiz istənilsəydi məğrur olardıq. Allah öz hikmətilə bizi elə yaradıb ki, əgər nəfsimizin şeytanına qələbə çalmaq istəyiriksə, əlimizi Ona tərəf uzatmalıyıq və Ondan yardım diləməliyik. Bizim kamilliyimiz bundadır ki, özümüzdən bir şeyin olmadığını başa düşək. Bizə öyrədiblər ki, həmişə və bütün istəklərinizdə Allahdan yardım diləyin və Ondan başqasından yardım diləməyin. Gündə ən azı on dəfə deməliyik: “إِیّاكَ نَعْبُدُ وَ إِیّاكَ نَسْتَعِین” [7] Ərəb ədəbiyyatında belə deyilib: “تقدیم ما حقّه التأخیر یفید الحصر” Yəni ərəb dilində təbii olaraq sonra gəlməsi vacib olan şeyin (məsələn, tamamlıq) önə keçməsi həsr olunmanı çatdırır. Deməli, ayənin mənası belədir: “İlahi, biz yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik”. Daha heç kəs bir işə qadir deyil və Sənin iznin olmadan heç bir iş baş verə bilməz.
İki ayə var ki, tam olaraq tövhidə işarə edir. Biri bu ayədir: “Hətta ölmək istəsən, Allahın izni olmadan ölə bilməzsən”. “وَ ما كانَ لِنَفْس أَنْ تَمُوتَ إِلاّ بِإِذْنِ اللّه” [8] (Allahın izni olmayınca heç kəsə ölüm yoxdur.) Ölümün də sənin ixtiyarında deyil. Ölmək istəsən, Allahın izni ilə ölməlisən. Əgər Allah istəməsə, ölmək üçün nə etsən belə, ölə bilməyəcəksən. Digər ayə isə mənəvi məsələlərə aiddir və belədir: “وَ ما كانَ لِنَفْس أَنْ تُؤْمِنَ إِلاّ بِإِذْنِ اللّه” [9] (Heç kəs Allahın izni olmadan iman gətirə bilməz) İman gətirmək üçün də Allah icazə verməlidir. Allahın izni olmadan, Onun istəyinin əksinə olaraq heç bir şəxs iman gətirə bilməz. Bilməliyik ki, iş Allahın əlindədir. Bizim əsas işimiz ondan diləməkdir.
Deməli, bizim mübarizə aparılası bir nəfsimiz var və bu yolda bizə Allahdan başqası yardım etmir. Əgər Allahın bizə öz nəfsimizə qələbə çalmaq üçün, yardım etməsinə layiq olsaq, onda Allahın sevimli bəndələrindn biri olacağıq.
Qeydlər:
1. “Nəhc əl-bəlağə”, 87-ci xütbə.
2. “Yusuf” surəsi, 53-cü ayə.
3. “Ali-imran” surəsi, 14-cü ayə.
4. “Bihar əl-ənvar”, c-67, s-64.
5. “Ğafir” surəsi, 7-ci ayə.
6. “Ənam” surəsi, 160-cı ayə.
7. “Fatihə” surəsi, 5-ci ayə.
8. “Ali-İmran” surəsi, 145-ci ayə.
9. “Yunus” surəsi, 100-cü ayə.