On altıncı dərs

Nur aləmi

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.06.06 tarixində (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 18-ci gecəsi ilə eyni vaxtda) böyük rəhbərlik məqamının dəftərxanasında etdiyi çıxışlarının seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.


Nur aləmi

Mələklərin müəllimi


... و اصطفاه قبل أن ابتعثه إذ الخلائق بالغیب مكنونة و بستر الأهاویل مصونة و بنهایة العدم مقرونة، علما من الله تعالى بمآیل الأمور و إحاطة بحوادث الدهور و معرفة بمواقع المقدور؛
Ötən söhbətdə qeyd etdik ki, həzrət Zəhranın (s) gözəl xütbəsinin bu hissəsindən uca Allahın maddiə aləminin yaranışından öncə, rəvayətlərdə “nur” adlanan digər bir mövcud və aləm yaratması məlum olur. “Cameə” ziyarətində oxuyuruq: “Allah sizi onun ərşinin dövrəsinə düzülmüş nurlar şəklində yaratdı; o vaxta qədər ki, bizə böyük nemət olaraq sizi bu aləmə gətirdi.” (“Mən la yəhzuruhul-fəqih”, c.2, s.613) Bir rəvayətdə həzrət Baqir (s) buyurur: “Aləmi yaratmamışdan öncə biz Allahın yanında hüzurunda nur idik. Allah məxluqları yaradanda biz təsbih dedik, onlar öyrəndilər və təsbih dedilər, biz təhlil (la ilahə illallah) dedik və onlar öyrənib təhlil dedilər, və biz təkbir dedik və onlar öyrənib təkbir dedilər.” (“Biharul-ənvar”,c.25, s.24) Bu cümlənin mənası ilə bağlı iki ehtimal mövcuddur; ehtimallardan biri belədir ki, başqaları həmin nurlar aləmində təsbih və sair şeyləri öyrəndilər və həmin yerdə öyrəndiklərinitəsbih və sair şeyləri dedilər. Digər bir ehtimal belədir ki, qiyamət gününədək hər kəs təsbih və təhlil desə, bu onların təsbih və təhlilinin bərəkətidir və bir mənada onların təsbih və təhlilindən bir əks- sədadır. Bu məna bir çox rəvayətlərdən əldə olunan həqiqətdir. Ali-Yyasin ziyarətində deyilir: “Gördüyümüz hər bir yaxşı işin səbəbi və gerçəkləşmə yolu sizsiniz.” (“Biharul-ənvar”, c.99, s.92) Bu maarif bəzi rəvayətlərdə işarə olunmuş həqiqətlərdir. Zehnimizdə yaranan qaranlıq, şübhə İmamı tanımadığımızdan doğur. Onların da bizim kimi insanlar olduğunu, bir az elimlərinin bizdən çox olduğunu güman edirik; lakin Camiə ziyarətində, “sizin yaranışınız bizim yaranışımızdanla çox fərqlidir” deyə oxuyuruq. Bir mənada onların nurlar şəkilində yaranışı ilə yaranış başa çatmışdı. Allahın sonradan yaratdığı hər bir şey ikinci dərəcəlidir. Yaranışın hədəfi mövzusunda bu barədə izah verildi. Əgər nur aləmi və Əhli-beytin nurları barəsində daha çox rəvayətlər oxumaq istəsəniz “Biharul-ənvar” kitabının (yeni çap) 25 və 26-cı cildələrinə müraciət edin.

Nurani və cismani vücudun rabitəsi

Belə bir sual oluna bilər: Allahın o aləmdə yaratdığı, və Onun dərgahında qərarlaşan və Onun ərşinin ətrafına dairə vurmuş həmin nurların hazırkı aləmdə malik olduqları maddi vücudla hansı əlaqəsi var? Biz bilirik ki, həmin nurların ən izzətlisi və gözəli, Allahın ilk məxluqu, yaranmışların ən şərəflisi həzrət Peyğəmbərin (s) nurudur. Lakin girami Peyğəmbər həzrət Adəmin yaranışından minlərlə il sonra bir isti və susuzquru və yandırıcı bir çöldə doğuldu. O yetim bir uşaq idi, yavaş-yavaş inkişaf etdi, ömrünün 40 ili dalda arxada qaldı, kamil bir kişi oldu və risalətə məbus olduseçildi. Bundan sonra danışdığı hər bir şey ona çatdırılan ilahi vəhy idi. Quranda da buyrulur: “Sən kitab və imanın nə olduğunu bilmirdin. Biz onu bir nur qərar verdik (ki, hidayətinə səbəb olsun).” (“Şura”, 52) Həmçinin “Zuha” surəsinin 7-ci ayəsində buyrulur: “SVə səni xəbərsiz olduğun halda tapıb, yol göstərdi.” Bütün bunlar bu aləmdə xüsusi bir zamanda baş verib. Bu aləmdə tədricən inkişaf edən və risalətə məbus olan bu müqəddəs varlığın aləmdən öncə yaradılmış, bütün xeyirlərin mənşəysi olan və həqiqətdə məxluqların yaranışmasından əsas hədəfi olan o nurla hansı əlaqəsi var?
Səthi baxdıqda mümkündür belə təsəvvür edək ki, torpaq bizim bədənimiz üçün ilk yaranış maddəsi olduğu kimi Allahın da “Peyğəmbərin nurunu aləmdən öncə yaratdım” deməsindən məqsəd budur ki, Peyğəmbərin yaradılışı nurdan olmuşdur; Allah bir nur xəlq etdi yaratdı ki, sonra Peyğəmbəri həmin nurdan yaratsın. Necə ki, torpaq özü nə bir şey anlayır, nə bir dəyərə malikdir., Oo nur da, torpaqdan daha yaxşı olmasına baxmayaraq, kamilliyə, qüvvəyə və şüura malik deyil. Əgər maddi mövcudlar arasında dəyərləndirmə aparmaq istəsək, gərək belə deyək: Torpaq ən aşağı mərtəbədədir, od ondan bir mərtəbə yuxarıda durur və bir qədər yuxarda nur dayanır. “İnsan torpaqdan yaranıb” deyiriksə, bu o demək deyil ki, torpaqda bütün insani kamilliklər mövcuddur; əksinə insan tədricən kamillikləri əldə edir. Həmçinin iblis alovdan yaranıb deyiriksə, bu o demək deyil ki, alovda bütün kamilliklər var. Lakin alovdan yaradılmış mövcudda torpaqdan yaradılmış mövcudda olmayan xüsusiyyətlər var; məsələn o sürətlə hərəkət edir. Odur ki, “Peyğəmbər nurdan yaradılıb” deyildikdə bəziləri elə güman edə bilərlər ki, bu nur torpaq və alovdan daha üstün, olsa da, həmçinin bu aləmdəki nurlardan daha işıqlı və incə olsa da, kamilliklərə malik deyil. Bu nur ona görə yaradılmışdı ki, sonralar peyğəmbər və pak imamların vücudu ondan yaradılsın. Necə ki, torpaq və alov yalnız ilkin maddədirlər və kamilliklərə malik deyillər, yalnız alov bir qədər daha üstündür. Bu nur da torpaq və alovdan daha üstün olsa da, lakin ilkin maddədən savayı bir şey deyil. Allah peyğəmbər və imamlara lütf edib onların ilkin maddəsini torpaqdan üstün bir şey qərar verib!
Lakin rəvayətlərdə həmin nura aid edilən vəsfləri oxuduqda bu nurun sadə nurdan daha üstün həqiqətə malik olduğunu görürük. Buyrulur: “Allah mələkləri yaratdığqda və onlar bizim nurumuzun əzəmətini gördükdə bu əzəmətin qarşısında əyildilər. Biz təsbih dedik ki, onlar məxluq olduğumuzu anlasınlar. (“Buharul-ənvar”, c.18, s.345) Sözün deyilmə tərzindən belə anlaşılır ki, mələklər onların nurlarını gördükdə Allah olduqlarını güman ediblər; onlar isə mələklərin onların bəndə olduqlarını bilmələri üçün təsbih deyiblər; bu zaman onlar da öyrənib təsbih deyiblər. Bu mənalar o nurun torpaq və alov kimi, yalnız, Peyğəmbərin bu aləmdəki cisminin yaranması üçün ilkin maddə olması fikrindən ilə çox fərqlidir. O nur elə bir nurdur ki, yaranışdan sonra bütün bərəkətlər onun kənarındadır, ona xatirdir; hətta yaxın mələklər də Allaha təsbihi onlardan öyrəniblər. (Mənim dediyim o ehtimal qəbul olunası olarsa) Təkcə mələklərin təsbihi yox, hər bir məxluqun təsbihi onların təsbihinin əks- sədasıdır.

Dost diyarının nəsim küləkləri

Bəzən insan, ruhuna mülayim küləklərin əsdiyini hiss edir. Rəvayətlərdə də deyilir: “Həyatınız boyu Allah sizin üçün nəsim küləklər göndərir; özünüzü o küləklərə verin!” (“Biharul-ənvar”, c.68, s.221) Bəzən insan hiss edir ki, ibadət etmək, namaz qılmaq, Allahı yada salmaq istəyir.diyini hiss edir. Bəzən də əksinə, ibadətə qarşı ikrah hissi duyur. Bu məsələ İslam, xüsusi ilə də şiə məktəbində belə izah olunur: Həmin mülayim küləklər rəhmət mələkləri tərəfindən əsdirilən küləklərdir və yaxşılıqlara ikrah hissi şeytanların rəzil və alçaq nəfsləri tərəfindən yayılan vəsvəsələrdir. Əgər “etdiyimiz hər bir xeyir işin səbəbi sizsiniz” cümləsinə diqqət yetirsək məlum olacaq ki, bütün yaxşılıqlar, xeyirlər Sahibəz-zəmanın (ə.f) nəzərlərinin bərəkətidir. O bu pak nurları aləmdə yayır; lakin hər kəsdə onu qəbul etmək üçün tutum yoxdur. Qəlbimiz pak olanda o nuru qəbul edə bilirik; bu zaman xeyir iş üçün bizdə əngizəstimul yaranır. Cameə ziyarətində oxuyuruq:
و جعل صلاتنا علیکم و ما خصنا به من ولایتکم طیبا لخلقنا و طهارة لانفسنا و تزکیة لنا و کفارة لذنوبنا “Əllahummə səlli əla muhəmməd və ali muhəmməd” deməyimiz, qəlbimizdə Əhli-beytə qarşı məhəbbət hiss etməyimiz səbəb olur ki, yaranışımız bu vilayət vasitəsi ilə paklaşsın. Bu vilayətə sahib olmayan şəxslərdə uyğun vücud paklığı yoxdur. Sanki nəfsimiz çirkaba bulaşıb və Əhli-beytlə (ə) əlaqə vasitəsi ilə həmin bulaşıq, çirkab aradan gedib paklaşır. طهارة لانفسنا و تزکیة لنا Bu isə bizim inkişafımıza, yüksəlməyimizə təsir edirsəbəb olur və sonra günahlarımızın kəffarəsi olur. “Vəkəffarətən lizunubina” Əhli-beytə məhəbbət nəticəsində milyardlarla insan qiyamət gününədək çirkinliklərdən paklaşır və bu məhəbbət onun günahlarının kəffarəsi olur. Görün, o alicənabların özləri nə qədər uca əzəmətə malikdirlər ki, onlara salavatın bu qədər təsiri var?! “Allah sizə elə bir məqam vermişdir ki, bütün peyğəmbərlərdən üstünsünüz. Bütün yaxın mələklərdən ucasınız. Elə bir məqamdasınız ki, heç kəs ondan yüksəyə qalxagedə bilməz. Nəinki qalxagedə bilməz, hətta ora qalxmaqgetməyin fikrinə düşməzi belə, arzusunu belə etmir!”
Sual o əzəmətli nurun maddi vücudla hansı əlaqədə olması idi. Hər şeydən öncə bunu bilməliyik ki, itaət, ibadət, inkişaf, kamillik və bunların qarşısında üsyan, süqut, əzab və sair bizim yaşadığımız bu dünyaya, aləmə aid olur. Dəyişikliklər, kamilliklər, hərəkətlər bu aləmə aiddir. Əgər Peyğəməbərin ibadət nəticəsində kamilləşib, 40 yaşında peyğəmbərliyə istedadlı olmasını deyiriksə bütün bu sözlər bu hazırkı aləmə aid olur. Nur aləmində (dünən gecə dediyim fərziyyəyə əsasən) ümumiyyətlə zaman baxımından əvvəl və sonra yoxdur ki, nəticədə belə deyə bilək: “O nur əvvəl yarandı. Daha sonra necə oldu ki, nütfə və bətindəki körpə oldu?” O nur bütün bunları əhatə edən bir vücuddur. Bu aləmdə baş verənlər onun bir şüasıdır. Həmin nurun hərəkət və dəyişikliklər aləmi olan bu aləmdəki təzahürü uyğun xüsusiyyətlərə malikdir. İbadətlər və digər şeylər nəticəsində əldə olunan bütün mərtəbələr bu dünyadakı maddi vücud üçündür. Nur aləmində olan o vücud üçün bizim vəzifələrimiz kimi vəzifələr yoxdur.
O vücud ilahi nurun güzgüsüdür. O vücudun, o nurun elm və əhatəsi var deyiriksə, bu o demək deyil ki, onun bu dünyadakı cismani və maddi vücudu, bədəni də belədir. Onun bu vücudu zahirən dünyadakı digər mövcudlar kimidir. Qalanları kimi əvvəlcə nütfə formasında olur. Sonra bətində körpə formasını alır və sonda doğulur, inkişaf edir. və nNəhayətdə dünyadan köçür. Bütün bu mərhələlər həmin nurani vücuddan olan bir şüa, işartıdır. Bu səbəbdən Peyğəmbərə salavat demək bizim vəzifəmiz olur. Bu salavat duadır; dua edirik ki, Allah xüsusi rəhmətini Peyğəmbərə (s) nazil etsin. Peyğəmbər həmin rəhmətə malikdir, yoxsa yox? Əgər məqsəd həzrətin cismani vücududursa, bu halda bizim istədiyimiz həmin rəhmət hələ ona çatmayıb və bizim duamız nəticəsində çatır. Bu məsələnin gizli pərdəarxası bir tərəfi də var. və oO budur ki, bizim duamız etməyimiz Allahın verdiyi tövfiq nəticəsində baş tuturdir. və Allah buhəmin tövfiqi həmin müqəddəs nurlara xatir bizə əta edir. Lakin bu aləmdəki amillərə görə bizim Allahın rəsulu barəsindəki duamız qəbul olur. Salavatın ən üstün zikr olmasının səbəbi budur ki, salavat hər bir kəs tərəfindən qəti olaraq qəbul olunur və onun bərəkətlərindən biri də nəfsi paklaşdırması, günahların kəffarəsi olmasıdır.


Namazın sSalavatın bərəkəti ilə namazın qəbulu olması

Təşəhhüddə “və təqəbbəl şəfaətəuhu vərfə dərəcətəuhu” deməyimiz müstəhəbdir. Biz bu duada Allahdan, peyğəmbərin (s) dərəcəsini daha da ucaltmasını istəyirik. Əgər o bütün xeyrilərə malikdirsə, bəs biz nə üçün Allahdan istəyirik ki, onun dərəcəsini daha da ucaltsın? Bu halda dua mənasız, ləğvdirəbəsdir. Bu duanın məqsədi bu aləmdə hasil olan dərəcələrdir. Biz salavatın həqiqətini bilmirik; bildiyimiz budur ki, salavat Allahın Peyğəmbərə verdiyi bir hədiyyədir və bu bizim üçün şərəf və iftixardır. Əgər dərk etsək, bizə nəsib olan ən böyük tövfiq salavat göndərməkdir. Əgər namazımız da təşəhhüddəki salavata xatir qəbul olursa, buna təəccüb etməyək; çünki Cameə ziyarətində belə oxuyuruq:
جعل صلاتنا علیكم و ما خصنا به من ولایتكم طیبا لخلقنا و طهارة لأنفسنا و تزكیة لنا و كفارة لذنوبنا.
Sual oluna bilər: Bu şeylər necə bu qədər əzəmətli olur? Cavab belədir: Allah hər tərəfdən, bütün cəhətlərdən yaranmışların ən şərəflisi olan mövcudu yaratmalıdır, yoxsa yox? Əgər istəsə yaratsın, bu yaranışın nəticəsi həmin əzəmət olacaq. Yox əgər istəməsə yaratsın, bu halda deyirik: Yoxsa Allah səxavətli deyilmipaxıldır ki, bu işi görmək istəməsin?! Əgər Allahda belə bir qüvvə varsa hansı əngizəstimul və hansı maraq səbəb olmalıdır ki, o bu işi görməsin? İndi ki, belə bir mövcud yarada bilir, əgər yaratdsa yaxşı iş görmüşdür.
الحمدلله الّذی هَدانا لِهذا وَ مَا کنّا لنهتدی لولا ان هدانا الله