Xəbər: 303 Tarix: 13/10/1389

Əllamə Misbah Yəzdi: “Düşmənlərimizin problemləri bizim dinimizdir” Rəhbərlik xibrə məclisinin üzvü Qurani-kərimin əlaqəli ayələrinə işarə edərək dedi: “Düşmənlərimizin bizim dinimizlə problemi var, onlar təkcə maddi mənafe izləmirlər.”  

Əllamə Misbah Yəzdi: “Düşmənlərimizin problemləri bizim dinimizdir”

Rəhbərlik xibrə məclisinin üzvü Qurani-kərimin əlaqəli ayələrinə işarə edərək dedi: “Düşmənlərimizin bizim dinimizlə problemi var, onlar təkcə maddi mənafe izləmirlər.”

Xəbər: 303 Tarix: 1389/10/13

Əllamə Misbah Yəzdi: “Düşmənlərimizin problemləri bizim dinimizdir”

Rəhbərlik xibrə məclisinin üzvü Qurani-kərimin əlaqəli ayələrinə işarə edərək dedi: “Düşmənlərimizin bizim dinimizlə problemi var, onlar təkcə maddi mənafe izləmirlər.”
Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalının verdiyi məlumata əsasən, İmam Xomeyni adına Təhsil və Araşdırma İnstitunun rəisi müəssisənin məzunları ilə görüşdə ötən il ölkədə baş vermiş fitnəkarlıqlara işarə ilə deyib: “Həmin fitnəkarlıqlardan sonra bir çox yazarlar və analitiklər seçkilərdən sonrakı hadisələri təhlil etməyə başladılar. Bu yolla fitməkarlıqlarla bağlı şübhələri aradan qaldırmaq, pərdə arxasındakı müəllifləri üzə çıxarmaq nəzərdə tutulurdu. Bəziləri inanmaya bilər ki, son fitnələr uzun müddət öncədən proqramlaşdırılmış, həmin sahədə mütəxəssislər çalışmışlar.”
Əllamə Misbah Yəzdi hadisələrə elmi yanaşma, şübhələrin aradan qaldırılmasını mütərəqqi və sağlam cəmiyyətin xüsusiyyətlərindən biri sayaraq xatırlatmışdır: “Bu araşdırma fəaliyyətləri gərəklidir. Amma daha mühümü gələcəkdəki fitnələri öncədən görməkdir. Necə ki Böyük Rəhbərlik Məqamı qarşıda daha böyük fitnənin ola biləcəyini vurğuladı.”
Əllamə Misbah Yəzdi sözünə belə davam etdi: “Qarşıdakı fitnələrlə bağlı politoloqlar proqnoz verməlidirlər. Amma dini təlimlərdə də bu mövzunu işıqlandıracaq nöqtələr var.”
O buyurdu: “Təəssüflər olsun ki, bir sıra dini mövzulara ciddi yanaşılmır, həmin mövzular lazımınca dəyərləndirilmir. Məsələn, böyük şəxsiyyətlərimiz biganələr, dinimizin düşmənləri haqqında danışanda lazımınca dərk edilmirdi. Düşünürdük ki, düşmən yalnız maddi mənafe güdür, onun diqqəti neft və bazarlarımızdadır. Maksimumu budur ki, onlar müsəlmanları özlərinə tabe etmək istəyirlər.”
Əllamə buyurdu: “Bir zaman İmam Rahil (r) İslam dininin təhlükədə olması ilə bağlı ciddi xəbərdarlıqlar edirdi. Onun məqsədi mövzuya daha diqqətlə yanaşmağımız, düşmənin əslində dinimizlə müxalif olduğunu qabartmaq idi.”
Rəhbərlik xibrə məclisinin üzvü hazırda da düzgün təhlil aparılmasının çətin olduğunu vurğulayaraq buyurdu: “Necə olur ki, bir cəmiyyət başqa bir cəmiyyətin dinini dəyişmək üçün pul xərcləyir, hətta itkilərə hazır olur?”
O dedi: “Bu düşmənçilikdə maddi amillər də təsirli ola bilər. Amma Qurani-kərim düşmən üçün dinimizin problem olduğunu qeyd edir.”
Ayətullah Misbah Yəzdi qeyd etdi ki, düşmənin əslində dinimizə müxalif olduğunu anlamaqla gələcəkdə baş verəcək fitnələri proqnozlaşdırmaq olar. O belə xəbərdarlıq etdi: “İslam inqilabının əvvəllərində düşmənlərimiz, xüsusilə ABŞ öz uğursuzluqlarının nə ilə bağlı olduğunu çox araşdırırdılar. Onlar inana bilmirdilər ki, şah bu sürətlə süquta uğrasın və hakimiyyət bir ruhani tərəfindən formalaşdırılsın.”
O, İran İslam İnqilabını digər inqilablarla, hətta dini şüarlar altında baş vermiş qiyamlarla müqayisə edərək dedi: “Həmin inqilablar düşmənlər tərəfindən uğursuzluğa məhkum oldu. Amerika düşünürdü ki, İran İslam İnqilabını da eyni tale gözləyir.”
O sözünə belə davam etdi: “Amma İran İslam İnqilabı onların bütün planlarını alt-üst etdi. Onlar inqilabımızı, İslam və şiəliyi tanımaq üçün böyük pullar xərclədilər. Məsələn, Amerikada təhsil alan iranlı tələbələrin diplom işi üçün “vilayəti-fəqih”, “şiəlik”, “imam Xomeyni” kimi mövzular seçildi. Hətta İsraildə şiəşünaslıq mərkəzi yaradıldı.”
O sözünə belə davam etdi: “Hazırda da davam edən araşdırmalarında müəyyənləşdirdilər ki, İranın gücü Aşura, Məhdəviyyət, Vilayəti-fəqih məktəblərindədir. Dərhal bu müqəddəsliklərə qarşı alçaq mübarizəyə başladılar, öz işlərində bu mövzuları əsas hədəf seçdilər.”
İmam Xomeyni adına Təhsil və Araşdırma İnstitunun rəisi belə dedi: “Dini sahədə çalışan mütəxəssislər düşmənin dinimizə müxalif olduğunu çətin qavradığı bir şəraitdə tələbələrin həmin mövzunu asanlıqla dərk edəcəyini gözləmək olmaz.”
O dedi: “Təəssüflər olsun ki, bu meyl məsullarımız arasında da müşahidə edilir. Onlar düşmənçiliyi aradan qaldırmaq üçün qarşılıqlı anlaşma yolları axtarırlar.”
Əllamə Misbah Yəzdi dedi: “Həmin bu meyllər fitnələrə zəminə yaratdı. Əgər qarşıda yenə fitnə baş verəcəksə, onun da kökləri həmin təfəkkür və meyldədir.” Əllamə Misbah Yəzdi inqilabın məqsədini və düşmənlə mübarizə yolunu tanımağın zəruriliyini vurğulayaraq dedi: “Mərhum imam 50 il öncədən İslamın təhlükədə olduğunu bildirdi. İmamın xətti Allah və Seyyidüş-şühədanın (ə) xətti idi.”Əllamə dinlə mübarizədə düşmənin seçdiyi vasitələrə işarə edərək dedi: “Düşmənlər dinlə mübarizə üçün “azadlıq”, “demokratiya”, “təsameh və təsahül” kimi terminləri gündəmə gətirirlər.
Ayətullah Misbah Yəzdi dini tanıyıb ona inanmaqla bu yolda candan keçməyin zəruriliyini qeyd edərək dedi: “Bu yoldan çıxmaq olmaz. Olsun ki, bəziləri İslama xidmət üçün vəzifəni qəbul edir. Amma tədricən maddiyyata meyllənir, yolunu azır. Çoxları inqilabımızın qələbəsi üçün böyük zəhmətlərə qatlaşdı, həbsxanaya düşdü, işkəncələrə məruz qaldı. Amma inqilabdan sonra böyük sərvətlərə sahib oldular və hansı yolda hansı əzablara qatlaşdıqlarını yaddan çıxardılar.
Əllamə Misbah Yəzdi sözünü belə tamamladı: “Əvvəlcə dinimizi özümüz tanımalı və ona əməl etməliyik. Yalnız bundan sonra dini başqalarına tanıtdırmaq, insanları əmələ həvəsləndirmək olar.”
Bu nöqtəni də qeyd etmək yerinə düşər ki, imam Xomeyni adına Təhsil və Araşdırma İnstitutunun məzunlarla 20-ci toplantısı fitnəkarlığın cərəyan olaraq araşdırılması mövzusu ilə yadda qaldı. Toplantı 10 deydə institutun akt zalında keçirildi.

SON
 

 

آخرین محتوای سایت

راهکارهایی برای تهذیب و خودسازی
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...
اقسام خدمات ممکنِ پزشکان به جامعه بشریت
بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
ارزش واقعی لحظات زندگی
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...
تحصیلات دینی خواهران؛ ضرورت‌ها و موانع
بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و صلّی الله علی سیّدنا محمّد وآله الطّاهرین...
القرآن الكريم دواء أصعب الأمراض
بسم الله الرحمن الرحيم الحمد لله ربّ العالمين وصلّى الله على سيّدنا محمّد وآله الطاهرين. اللهُمّ...
کتاب صوتی «بدرود بهار» منتشر شد.
در واپسین روزهای ماه مبارک رمضان، کتاب صوتی «بدرود بهار» در پایگاه اطلاع‌رسانی آثار حضرت‌آیت‌الله...