Xəbər: 306 Tarix: 27/10/1389

Əllamə Misbah Yəzdi: “Bu gün dini mövzuları araşdırmaq hamıya vacibdir.” Ayətullah Misbah Yəzdi bəyan etdi ki, İslam üsul-idarəsinin güclənməsi və inqilabi dəyərlərin genişlənməsi ilə eyni zamanda onun düşmənləri tam silahlanaraq bu üsul-idarənin məhvi üçün ayağa qalxmışdır.

Əllamə Misbah Yəzdi: “Bu gün dini mövzuları araşdırmaq hamıya vacibdir.”

Ayətullah Misbah Yəzdi bəyan etdi ki, İslam üsul-idarəsinin güclənməsi və inqilabi dəyərlərin genişlənməsi ilə eyni zamanda onun düşmənləri tam silahlanaraq bu üsul-idarənin məhvi üçün ayağa qalxmışdır.

Xəbər: 306 Tarix: 1389/10/27

Əllamə Misbah Yəzdi: “Bu gün dini mövzuları araşdırmaq hamıya vacibdir.”

Ayətullah Misbah Yəzdi bəyan etdi ki, İslam üsul-idarəsinin güclənməsi və inqilabi dəyərlərin genişlənməsi ilə eyni zamanda onun düşmənləri tam silahlanaraq bu üsul-idarənin məhvi üçün ayağa qalxmışdır. O qeyd etdi ki, geniş araşdırmalar və şübhələrin cavablandırılması ruhanilərin vəzifəsidir. Xüsusilə Qum Elm Hövzəsi bu məsuliyyəti daşıyır. Təəssüf ki, hövzə bu istiqamətdə ehtiyacları təmin etmir.
Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı məlumat verir ki, imam Xomeyni adına Təhsil və Araşdırma İnstitutunun rəisi seçilmiş araşdırmaçıların təltifi mərasimində Allaha şükür edərək dedi: “İnsan bir nemətin əhəmiyyətini o zaman bilir ki, onun olmamasını təsəvvür edib, iki hal arasında müqayisə aparıb qiymət versin.”
Əllamə Misbah Yəzdi İmam Xomeyni adına Təhsil və Araşdırma İnstitutunun fəaliyyət tarixinə işarə edərək dedi: “İnsan keçmiş dövrdəki imkanları bu günün imkanları ilə müqayisə etdikdə əldə edilən böyük nemətlərin əhəmiyyətini anlayır və Allaha şükür edir.” Ustad söhbətinə belə davam etdi: “İslam inqilabından bir neçə il öncə bu müəssisə “HaqqYolunda” (“Dər rahi-həqq”) adı altında, bircə otaqda fəaliyyət göstərirdi. Həmin zamanlar işimiz üçün bir qərərgah olması böyük arzu idi. Biz bugünki imkanlara çatacağımızı həmin dövrdə təsəvvür edə bilməzdik.”
Cənab Ustad işarə etdi ki, Allah nemətlərin insana çatmasında vasitələrə görə də şükr etməyi sevir. Bunun ardınca dedi: “Bu əsasla hazırkı imkanlarımıza görə həzrət imam Rahilə, böyük rəhbərlik məqamına və yardım göstərmiş digər əzizlərə təşəkkürümüzü bildiririk.” Əllamə Misbah Yəzdi təhsil və araşdırmaların yanaşı gedişinə işarə ilə araşdırmaların genişləndirilməsi üzərində xüsusi dayandı və dedi: “Bu gün ruhanilərin vəzifəsi ikiqat ağırlaşıb. Çünki imkanlarımız artıqca düşmənlərimizin informasiya vasitələri ilə hücunları da güclənib. Hazırda dinə qarşı şübhələrlə hücum selinə şahidik.”
Ayətullah Misbah Yəzdi İslam üsul-idarəsinin, inqilabi dəyərlərin güclənməsi ilə yanaşı düşmənlərin də hücumlarının artdığını qeyd etdi: “Geniş araşdırmalar və şübhələrin cavablandırılması əsasən hövzənin, xüsusi ilə Qum Elm Hövzəsinin vəzifəsidir. Təəssüf ki, bu işdə qüsurlar var.”
Ustad müxtəlif mədəniyyətlərin mövcudluğuna işarə ilə dedi: “Çox vaxt sual ünvanlayanın mədəniyyət və dünya görüşü ilə cavab verənin mədəniyyət və dünyagörüşü fərqli olur. Belə bir vəziyyətdə sual verən şəxs cavab aldıqda belə qane olmur. Demək, sual verən tərəfin mədəniyyəti ilə tanış olub, onun sualını həmin mədəniyyəti nəzərə alaraq cavablandırmaq lazımdır.”
İmam Xomeyni adına Təhsil və Araşdırma İnstitutunun rəisi qeyd etdi ki, hətta hövzənin əsas istiqamətləri olan fiqh və üsul sahəsində təlaşlara ehtiyac var. O dedi: “Dini mövzularla məşğul olmaq vacibi-kifayidir. Yəni, yetərli cavablar verildikdə vəzifə öhdədən götürülür. Amma cavablar yetərli deyilsə, bu iş vacib-eyni olur, yəni, hamıya vacib olur. Bu gün təkcə İnstitutumuzun mövcud ixtisasları üzrə yox, fiqh və üsul sahəsində də ehtiyaclar ödənməyib və mövzuların araşdırılması vacibi-eynidir.”
Əllamə Misbah Yəzdi ixlasın, saf niyyətin roluna işarə ilə dedi: “Maddi təmənnalar olan yerdə təkcə əməl dəyərdən düşmür, həm də nəticə yetərli olmur. Bəziləri bunu xürafat sayır. Amma ayə və rəvayətlərlə yanaşı təcrübədə də ixlasın təsirinə şahid oluruq. Bu baxışa inanmalıyıq. Xüsusi ilə din sahəsində ona diqqət yetirilməlidir.”
Fəaliyyətləri ilə seçilən araşdırmaların təltif mərasimi dey ayının 21-də İmam Xomeyni adına Təhsil və Araşdırma İnstitutunun akt zalında keçirildi. Araşdırmaçıları şəxsən Əllamə Misbah Yəzdi təltif etdi.
Mərasimdə həm də institutda ərsəyə gəlmiş iki kitab (“Məqtəli camei seyyidüş-şühəda”, “Elmun-nəfsi fəlsəfi”) Ustad tərəfindən iştirakçılara təqdim olundu.

SON
 

 

آخرین محتوای سایت

کتاب صوتی «راهیان کوی دوست» منتشر شد
کتاب صوتی «راهیان کوی دوست» در پایگاه اطلاع‌رسانی آثار حضرت‌آیت‌الله مصباح یزدی ـ‌رضوان‌الله علیه‌ـ...
درس‌هایی سرنوشت‌ساز از ابعاد شخصیتی شهید مطهری‌‌رضوان‌‌الله‌‌علیه
بِسْمِ اللَّهِ الرَّحْمٰنِ الرَّحِیمِ السَّلَامُ عَلَیكَ یا أَبَا صَالِحٍ الْمَهْدِی، أَحْسَنَ...
جدا کردن انسان‌ها از دین؛ بزرگترین خیانت به بشریت!
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
نوجوانی؛ فرصتی بی‌نظیر جهت تقویت ارتباط با امام زمان‌عجل‌‌الله‌‌فرجه‌‌الشریف
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُ للهِ رَبِّ العَالَمِین وَصَلَّی اللهُ عَلَی...
آموزه‌هایی از سیره رفتاری و مبارزاتی شهد نواب صفوی
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
امامت؛ ستون جاویدان هدایت بشریت
بسم الله الرحمن الرحیم الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَنَا مِنَ الْمُتَمَسِّکِینَ بِوِلاَیَهِ...
روش‌ صحیح در طلب حاجت از اهل‌بیت‌صلوات‌‌الله‌‌علیهم‌‌اجمعین
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
جلسه چهارم؛ آیات متشابه؛ ابزار فتنه‌‌انگیزان برای گمراهی امت اسلامی
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...