Xəbər: 307 Tarix: 28/10/1389

Ayətullah Əllamə Misbah Yəzdi: Ayətullah Xameneinin varlığı hazırkı əsrin ən böyük ictimai nemətidir  Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı xəbər verir ki, İmam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi dedi: “Hazırkı əsrin ictimai nemətləri arasında Ayətullah Xameneinin varlığından böyük nemət yoxdur.

Ayətullah Əllamə Misbah Yəzdi: Ayətullah Xameneinin varlığı hazırkı əsrin ən böyük ictimai nemətidir

 Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı xəbər verir ki, İmam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi dedi: “Hazırkı əsrin ictimai nemətləri arasında Ayətullah Xameneinin varlığından böyük nemət yoxdur.

Xəbər: 307 Tarix: 28/10/1389

Ayətullah Əllamə Misbah Yəzdi: Ayətullah Xameneinin varlığı hazırkı əsrin ən böyük ictimai nemətidir
Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı xəbər verir ki, İmam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi dedi: “Hazırkı əsrin ictimai nemətləri arasında Ayətullah Xameneinin varlığından böyük nemət yoxdur.
Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalının verdiyi məlumata əsasən, Əllamə Misbah Yəzdi 13 dey günü “Rüşd elm mədrəsəsi”nin tələbə və müəllimləri ilə görüşdə dini rəhbərləri tanımağın əhəmiyyətindən danışıb. Ustad buyurub ki, üstün şəxsiyyətləri qeyb dövründə müəyyən nişanələrlə tanımaq olar: “Biz inanırıq ki, milyonlarla şiənin rəhbərliyi bir alimin əlində cəmləşəndə Allah onu tək qoymaz. Bu xoşgümanlığımızın dəlilləri var. Bəzi hadisələrdə sübuta yetib ki, rəhbərin baxışı başqa nəzər sahiblərinin baxışından üstün olub.”
Qum Elm Hövzəsinin əxlaq Ustadı sözünü belə davam etdirib: “Hazırkı dövrdə ən böyük ictimai nemət Ayətullah Xameneinin varlığıdır. Agah və məsuliyyətli insanlar gözəl bilirlər ki, inqilab tarixinin həssas anlarında rəhbər olmasaydı nələr baş verərdi. Rəhbərlik xibrə məclisi üzvləri də Allahın bir nemətidir. Allah-Taala öz nemətini insanlara çatdırmaq üçün seçilmiş insanları vasitə qərar vermişdir. Bu fərdlərdən bəziləri insanların ilahi nemətlərdən bəhrələnməsi üçün vasitədirlər. Müxtəlif dərmanlar, elektrik enerjisi və digər istehsallar ölənədək insanın ixtiyarındadır.”
Ayətullah Misbah Yəzdi əlavə etdi: “Mənəvi nemətləri insanlara ötürən şəxslər üstün bir qrupdur. Çünki bu qəbil nemətlər nəhayətsizdir. Dindar olmaq neməti də mənəvi nemətlərdəndir. Bu nemətin əbədi təsirləri var. İnsanlar bilavasitə və ya bir neçə vasitə ilə alimlərdən bəhrələnir. Alimlər də öz növbəsində vasitəli və vasitəsi şəkildə peyğəmbərlərdən və imamlardan bəhrələnmişlər.”
Xibrə məclisinin üzvü buyurdu: “Dinin bəyanı və təbliği öncə peyğəmbərlər və imamların, sonra isə alimlərin işidir. Amma bütün bunlara əməl etmək xalqın öz öhdəsinədir. Xalq özü nümunələr seçməklə vəzifəsini yerinə yetirməlidir.
Qum Elm Hövzəsinin əxlaq Ustadı ictimai məsələlərdə düzgün nümunələrin tapılmasını çətin bir iş kimi qeyd etdi. O buyurdu: “Təqvalı, siyasi məsələlərlə tanış, ictimai təbəddülatlarda araşdırma aparmış və nəticə çıxarmış fəqihlərə üz tutmaq lazmıdır.”
Rəhbərlik xibrə məclisinin üzvü demokratik cəbhənin ruhaniləri cəmiyyətə rəhbərlik üçün münasib saymamasına cavab olaraq dedi: “Demokratik hərəkat ardıcılları müxtəlif bəhanələrlə ruhanilərin yalnız dini işlərlə məşğul ola biləcəyini qabardırlar. Təəssüflər olsun ki, bu yanlış baxış bəzi siyasətçilərdə də müşahidə olunur və zaman-zaman ruhaniyyətin məqamına zərbə olub.”
Cənab Ustad imam Rahilin və böyük rəhbərlik məqamının cəmiyyətə rəhbərlik istiqamətində parlaq fəaliyyətlərini önə çəkərək buyurdu: “Ruhaniyyətlə bağlı bu şübhələrin ən yaxşı cavabı imam Rahilin və böyük rəhbərlik məqamının cəmiyyətə necə rəhbərlik etməsidir. Aydın olur ki, diplom və geyimi siyasətdə meyar saymaq olmaz və bunlar insana müdiriyyət səlahiyyəti vermir.”
Ustad İslam cəmiyyətinə müdiriyyət üçün həm fəqihlik, həm təqva, həm də siyasətçiliyin zəruri olduğunu vurğulayaraq dedi: “Cəmiyyətə rəhbərlik üçün təkcə fəqih olmaq bəs etmir. Digər tərəfdən sədaqət və təqvası olmayanın mütəxəssisliyi məqbul deyil. Yaxşı bir mütəxəssis xəyanətkar da ola bilər. Ayətullah Misbah Yəzdi Bəzi mərcə alimlərlə rəhbərlik arasındakı baxış fərqinə münasibət bildirərkən dedi: “Rəhbərdə fəqihlik və təqvadan əlavə siyasi məsələlərə münasibətdə bəsirət var. Amma fəqihlər üçün siyasətdə mütəxəssis olmaq bir o qədər də vacib deyil.”
Ustad ictimai məsələlərdə bəsirət sahibi olmaq üçün təqva və ağılı təsirli sayaraq dedi: “Əgər təqva olmasa insan nəfs istəkləri ardınca gedər. Amma təqvalı insanın lazımınca məlumatı yoxsa, onun baxışları yanlış olar.”


SON
 

 

آخرین محتوای سایت

ارزشمندترین مرتبه جهاد!
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
اهداف و آرمان‌های حضرت امام چیزی غیر از اهداف و آرمان‌های اسلام نبود
بعد علمی شخصیت حضرت امام‌رضوان‌الله‌تعالی‌علیه رادیو قم: بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم....
فروتنی با مؤمنان و سرسختی با کافران؛ ویژگی مؤمنان راستین
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...
ارزش زیارت امام خمینی‌رضوان‌الله‌عليه
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...