Dördüncü dərs

Şiələrin siması

Bismilahir-Rəhmanir-Rəhim
Şiələrin siması
Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1387/08/15 tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çıraq olacaq.
Təhlükə hissi
Neçə məclisdir ki, Əhli-beytdən (ə) nəql olunan üstün mömin və şiələrin sifətlərini bəyan edən rəvayətləri oxuyuruq. Çünki belə hiss olunur ki, bu əsrdə şeytani qüvvələr çox-çox fəal olub. Dünyanın aldadıcı simaları ilə, əxlaqi fəsadlar ən pis formada qərb ocaqından diğər ölkələrə axmaqdadır. Əgər bu axın davam etsə günah amilləri daha çox əl altında hazır olacaq. Biz də tədricən öz dini mədəniyyətimizi və Əhli-beyt (ə) buyruqlarını unudacağıq. İlahi və rəhmani amillər zəifləyib rəngini itirəcək. Bu vəziyyət olduqca nigaranedicidir. Bizim bu söhbətlərdə əsas hədəfimiz budur ki, şeytani tərəfdən olan pis amillərin təsiri altına daha az düşək və imkan həddində cəmiyyətdə müsbət rol oynaya bilmək üçün özümüzü hazırlayaq. Dinsiz və küfr xarakterli mədəniyyətlərin zülməti qarşısında Əhli-beytin (ə) nurlu kəlamlarına pənah aparmaqdan başqa bir yol yoxdur. Əlbəttə oxuduğumuz rəvayətlər bunun üçün deyil ki, səhəri gün eynən onlar kimi əməl edək. Əxlaqi rəvayətlərdə də fiqhi rəvayətlər kimi ümumi və xüsusi, hakim və məhkum və daxil olan və daxil olunuan var. Bu rəvayətləri bunun üçün oxuyuruq ki, bizim düşüncə fəzamız Əhli-beytin (ə) buyruqları fəzasına daha da yaxın olsun. Biz onlar kimi dəqiqliklə əməl edə bilmərik. Bizim bu rəvayətləri oxumaqda məqsədimiz Əhli-beyt (ə) mədəniyyətində olan dəyərlərlə tanışlıqdır.

“Cəfərin (ə) səhabələri azdır”
عَنْ أَبِی الصَّبَّاحِ الْكِنَانِیِّ قَالَ قُلْتُ لِأَبِی عَبْدِ اللَّهِ (ع) إِنَّا نُعَیَّرُ بِالْكُوفَةِ فَیُقَالُ لَنَا جَعْفَرِیَّةٌ
بحارالأنوار، ج 65، ص 166، باب 19، «صفات الشیعه و أصنافهم و ذم‌الإغترار»
İmam Sadiqin (ə) şagirdlərindən olan Əbil-Səbbah ehtimalən Mədinədə İmamın hüzuruna gedib deyir: Ağa, biz Kufədə guşənişin olmuşuq. Xalq bizi ayrı dəstə sayıb deyirlər ki, bunlar cəfəridirlər. Belə ki, bizi müsəlmanlardan ayrı bilirlər. Əbil-Səbbah gileylə deyir ki, bizi “təyir”, yəni məzəmmət edirlər. Məlum olur ki, o zaman Kufədə şiə az olub. Ab-hava elə olub ki, Cəfərilər diğərlərindən fərqli və ayrı hesab olunarmışlar.
فَغَضِبَ أَبُو عَبْدِ اللَّهِ(ع)
Həzrət, Əbil-Səbbahın bu sözünə görə narahat olub, qəzəblənir. Həzrət şiələrin məzəmmətinə görə narahat olmur, əksinə həzrət buna görə narahat olur ki, özünü Əhli-beytə (ə) bağlayıb bu adla tanınan dəstə buna layiq deyildilər. Əgər bu adla tanınan qrup saleh və seçilmiş fərdlər olsaydı həzrət qəzəblənməzdi.
ثُمَّ قَالَ إِنَّ أَصْحَابَ جَعْفَرٍ مِنْكُمْ لَقَلِیلٌ
Yəni çox nahaq yerə sizə Cəfəri deyirlər. Cəfərin səhabləri sizin aranızda çox azdır.
إِنَّمَا أَصْحَابُ جَعْفَرٍ مَنِ اشْتَدَّ وَرَعُهُ وَ عَمِلَ لِخَالِقِهِ
Tərəddüdsüz, Cəfərin səhabələri o kəslərə demək olar ki, son dərəcə təqvalı və pəhrizkar olsunlar, Allah üçün çalışsınlar. Belələri “Cəfəri”dir. Problem bundadır ki, sizə Cəfəri deyirlər, amma həqiqətdə siz Cəfəri olmaq ləyaqətinə malik deyilsiniz.
Şiə
Mərhum Səduqun (r) “Şiənin sifətləri” adlı kitabı var. O kitabda Əbu-Bəsirdən belə bir rəvayət nəql olunub:
قَالَ الصَّادِقُ(ع) شِیعَتُنَا أَهْلُ الْوَرَعِ وَ الِاجْتِهَادِ وَ أَهْلُ الْوَفَاءِ وَ الْأَمَانَةِ وَ أَهْلُ الزُّهْدِ وَ الْعِبَادَةِ
بحارالأنوار، ج 65، ص 166، باب 19، «صفات الشیعه و أصنافهم و ذم‌الإغترار»
Həzrət şiənin sifətlərini belə bəyan edir ki, şiələr pəhrizkar və çalışqandırlar. Hədisdəki “ictihad” kəlməsinin lüğət mənası nəzərdə tutulur. Nümunə olaraq Əmirəlmömininin uyğun buyuruğu:
أَعِینُونِی بِوَرَعٍ وَ اجْتِهَاد
نهج‏البلاغه، ص 416، نامه 45
Yəni şiələr çalışqandır. Tənbəl insan deyillər və vəzifələrini həyata keçirmək üçün çalışırlar.
وَ أَهْلُ الْوَفَاءِ وَ الْأَمَانَةِ
Onların bariz keyfiyyətləri budur ki, vəfalı və əmanətdardırlar. Əgər söz versələr sözlərinə dəqiq əməl etmək üçün çalışarlar. Onlara bir əmanət tapşırılsa çalışarlar ki, əmanəti hifz etsinlər və xəyanətkar olmasınlar.
Gecənin zahidləri
Həzrət ardıyca buyurur:
وَ أَهْلُ الزُّهْدِ وَ الْعِبَادَةِ
Bizim şiələrimiz zöhd və ibadət əhlidir. Sonra ibadətlərdən bəzisinin adını xüsusi çəkir:
أَصْحَابُ إِحْدَى وَ خَمْسِینَ رَكْعَةً فِی الْیَوْمِ وَ اللَّیْلَةِ
Gecə-gündüz əlli bir rəkət namaz qılan səhabələr. On yeddi rəkət vacib namaz və otuz dörd rəkət nafilə namazı.
الْقَائِمُونَ بِاللَّیْلِ
Gecələr ibadət üçün qalxarlar.
الصَّائِمُونَ بِالنَّهَارِ
Gündüzlər oruc tuturlar. Belə deyil ki, şiələr hər zaman orucdurlar. Söhbət bundan gedir ki, şiələr oruc tutmağa diqqətlidir və oruc onlar üçün bir dəyərdir.
یُزَكُّونَ أَمْوَالَهُمْ وَ یَحُجُّونَ الْبَیْتَ
Onlar mallarının zəkatını verər, həcci yerinə yetirərlər.
وَ یَجْتَنِبُونَ كُلَّ مُحَرَّمٍ
Bütün günahlardan çəkinərlər. Haramlardan çəkinməyin zərurəti vacibləri yerinə yetirməkdir. Çünki vacibin tərki günahı da haramlardan biridir. Siz cavanlar əgər əvvəlcədən qərarlaşdırıb təvəssül, Allaha təvəkküllə günahlardan uzaq olmaq istəsəniz inşaallah Allahın lütfünə çatıb, müvəffəq olarsınız, bütün günahlardan çəkinəsiz. Amma insan süst yanaşıb deyərsə ki, bəzi günahlar elə bir şey deyil və həmin günahları yüngül sayarsa heç vaxt bütün günahları tərk etməyə nail olmaz. Bu şiələr üçün adi haldır ki, bütün günahlardan pəhriz edirlər.
Şiənin pak zatı
Zahirən İmam Əlinin (ə) xüsusi şagirdlərindən birinin adı Nəvf olub. Bir sıra rəvayətlərdən məlum olur ki, o bəzən gecələr də həzrət Əlinin (ə) yanında beytutə saxlayırdı. Nəvf İmam Əlidən (ə) çox rəvayət nəql edib. Bu rəvayətlər olduqca zəngindir. Rəvayətlər barəsində diqqətlə düşünmək lazımdır. Çünki bu rəvayətlərin çoxu qarşı tərəfin halına uyğun nəql olunub və əvvəlcə qarşı tərəfin tutumunu yoxlayır. Onun xüsusiyyətlərini, dərk etmə qabiliyyətini, şüurunu, iman və mərifətini müəyyənləşdirir və halına münasib olaraq onunla söhbət edir. Hər sözü hər formada hər kəsə demir. Əmirəlmömininin (ə) Nəvfa buyurduğu rəvayətlərdəki cümlələr zəngin və əhatəlidir.
قَالَ لِی عَلِیٌّ(ع) یَا نَوْفُ خُلِقْنَا مِنْ طِینَةٍ طَیِّبَةٍ
بحارالأنوار، همان
Biz Əhli-beyt (ə) pak bir qaynaqdan xəlq olunmuşuq. Bir qisim rəvayətlərdə hər bir insanın bir qaynaqdan xəlq olunduğu deyilir. Onun yaranışının ilkin maddəsi xüsusi ünsürlərdəndir. Bəlkə də “tinət” (ilkin yaranış cövhəri) maddi ünsürlərdən daha üstün mana daşıyır. Mümkündür bəzi insanlarda belə bir sual yarana ki, tinətin (ilkin yaranış cövhəri) insan həyatına nə təsiri var? Tinətcə pak, yaxud napak olmağın rəftarlarda, ixtiyarlarda və seçimlərdə nə təsiri var? Bu geniş bir mövzudur və barəsində söhbət olunmalıdır. Amma biz burada çalışırıq ki, daha çox əxlaqi və ruhi təsiri olan söhbətlər edək.
Həzrət buyurdu: Biz Əhli-beyt pak tinətdən xəlq olmuşuq və bizim şiələrimiz də bizim tinətimizdən xəlq olublar.
فَإِذَا كَانَ یَوْمُ الْقِیَامَةِ أُلْحِقُوا بِنَا
Bizim tinətdən xəlq olunduqları üçün qiyamət günü bizə qovuşarlar.
Əməl edən alimlər
قَالَ نَوْفٌ فَقُلْتُ صِفْ لِی شِیعَتَكَ یَا أَمِیرَ الْمُؤْمِنِینَ
Nəvf demədi ki, pak tinətdən yaranmaq nədir və bunun nə təsiri var. Əksinə, “Sizin tinətdən yarandığını söylədiyiniz şiələr kimlərdir?”-deyə soruşdu.
فَبَكَى لِذِكْری شِیعَتِهُ
İmam (ə) şiələri yada salıb ağladı.
وَ قَالَ یَا نَوْفُ شِیعَتِی وَ اللَّهِ الْحُلَمَاءُ، الْعُلَمَاءُ بِاللَّهِ وَ دِینِهِ، الْعَامِلُونَ بِطَاعَتِهِ وَ أَمْرِهِ، الْمُهْتَدُونَ بِحُبِّهِ
Şiələr elm və helm əhlidir. Allaha arifdirlər və Allahın dinini tanıyırlar. Allah hökmlərini yaxşı tanıyır və Onun əmrlərini dəqiqliklə həyata keçirirlər.
Rəbbani zahidlər
أَنْضَاءُ عِبَادَةٍ، أَحْلَاسُ زَهَادَةٍ
Bu vəsflər şiənin sifətlərindən bəzilərini xatiırladır.
Bu o demək deyil ki, biz hamımız belə olmaq üçün çalışaq. Bu sifətlərin zikrində hədəf şiələrin dünya ləzzətlərini və maddiyatı qiymətli saymamasını bilməyimizdir. Bu nurani cümlələrin xülasəsi budur.
أَنْضَاءُ عِبَادَةٍ
Bunlar ibadətdən arıqlayıblar.
أَحْلَاسُ زَهَادَةٍ
Özlərini hər yerdə göstərib, hər aşın noxudu olmaq istəmirlər. Yalnız elə bir iş görmək istəyirlər ki, Allah onlardan razı olsun. Allahın razılığına görə evdə oturmalı olsalar, cəmiyyətdə tanınmaz qalsalar və onlara heç kəs qiymət verilməsə, buna əhəmiyyət verməzlər. Şiələr insani meyllərinə nəzarət edirlər. Onlar nəfsin hökmü altında deyillər.
صُفْرُ الْوُجُوهِ مِنَ التَّهَجُّدِ
Gecələri oyaq qalmaqdan rəngləri saralıb.
عُمْشُ الْعُیُونِ مِنَ الْبُكَاءِ
Onların gözləri ağlamaqdan qüsur tapıb.
ذُبُلُ الشِّفَاهِ مِنَ الذِّكْرِ
O qədər Allah zikri deyiblər ki, dodaqları quruyub.
خُمُصُ الْبُطُونِ مِنَ الطَّوَى
Yemək yeməkdən o qədər cəkiniblər ki, qarınları yığılıb.
تُعْرَفُ الرَّبَّانِیَّةُ فِی وُجُوهِهِمْ وَ الرَّهْبَانِیَّةُ فِی سَمْتِهِمْ
Onların üzünə baxan zaman Allahı xatırlayarsan. Onların siması ilahi və rəbbanidir. Onlar təbiətcə rahiblər və dünyanı tərk edənlər kimidir. Onlar davranışlarından dünyapərəstlərə bənzəmirlər.
مَصَابِیحُ كُلِّ ظُلْمَةٍ
Bütün qaranlıqları öz nurları ilə işıqlandırırlar. Azgınlıqları, zəlalət və bidətləri aradan qaldırb diğərlərinə düzgün yol göstərirlər.
وَ رَیْحَانُ كُلِّ قَبِیلٍ
Hər toplumun icində gül kimi acıblar. Yaxşılıqları aydındır. Həyatlarının gözəl qoxusu diğərlərinə çatır.

Təzkiyə və düşüncə əhli
لَا یُثْنُونَ مِنَ الْمُسْلِمِینَ سَلَفاً وَ لَا یَقْفُونَ لَهُمْ خَلَفاً
Bu xüsusiyyət o dövrdə olan cərəyanlardan birinə aiddir. Uyğun yönəlmə bu gün də müsəlmanların bir qrupunda güclü şəkildə mövcuddur. Bildiyiniz kimi, bu gün “sələfilər” adlı bir dəstə “biz gərək keçmişdəkilər kimi rəftar edək” şüarı ilə meydana girib. Onlar iddia edir ki, rəvayət və peyğəmbərin əməllərindən başqa nə varsa bidət və şirkdir. Bu dəstə peyğəmbərin (s) təvəllüdünü qeyd edib şadlıq məclisi qurmağı bidət və şirk sayır. İmam Əli (ə) buyurur: Şiələrimiz keçmişdəkilərə kor-koranə vəzyyətdə tabe olmur və keçmişdəkilər hər nə edibsə bunlar da onu təkrarlamırlar. Onlar aydın dəlil əhlidir. Onlar araşdırıb haqqı görəməklə ona əməl edərlər.
شُرُورُهُمْ مَكْنُونَةٌ وَ قُلُوبُهُمْ مَحْزُونَةٌ
Onların qəlbi hüzünlüdür və kimsə onlardan zərər görməz. Həzrət demir ki, onların üzü qəmgindir. Yəni onların cöhrəsi qəmgin deyil, zahirləri şad və xürrəmdir. Amma etdikləri günahlar, əldən çıxan yaxşı fürsətlər və digərlərinin etdiyi günahların qarşısını ala bilmədikləri üçün onların qəlbləri hüzünlüdür.
أَنْفُسُهُمْ عَفِیفَةٌ وَ حَوَائِجُهُمْ خَفِیفَةٌ
Onlar iffətli və həyalıdır. Dünya istəkləri çox azdır.
أَنْفُسُهُمْ مِنْهُمْ فِی عَنَاءٍ وَ النَّاسُ مِنْهُمْ فِی رَاحَةٍ
Xalqın rahatlığı üçün özlərini əzyyətə salarlar. Bəziləri kimi öz yüklərini başqalarının çiyninə qoyub özləri rahat olmazlar. Bu xüsusiyyətlərin bizim həyatımızda sadə nümmunələri var.
فَهُمُ الْكَاسَةُ الْأَلِبَّاءُ
Şiələr çox fəal, düşüncəli və tədbirli olmaqla yanaşı həm də fərasətlidir. Onlar ağah və diqqətlidir, aldanmazlar. Düşünüb, ağıllarını işlədərlər.
وَ الْخَالِصَةُ النُّجَبَاءُ
Xalis və təmizdirlər. Necə deyərlər, min oyundan çxmırlar. Onlar çoxsifərli deyil, safdırlar. Bu gün dünyada yayılmış neçəsifətlilik, yaxşının yanında yaxşı, günahkarın yanında günahkar olmaq qaydasının əksinə rəftar edərlər. Həqiqi şiələrdən hər kəsin ya qrupun xoşu gəlməz.
فَهُمُ الرَّوَّاغُونَ فِرَاراً بِدِینِهِمْ
Oğru və quldurların dinlərinə hücüm edib onu oğurlamaması üçün hər hansı bir siyasətlə dinlərini götürüb qaçarlar. Dinləri üçün təhlükə olan mühitdən sakitcə, problem yaratmadan uzaqlaşarlar.
إِنْ شَهِدُوا لَمْ یُعْرَفُوا
Əgər bir dəstə insanın içində olsalar tanınmış və məşhur deyillər.
وَ إِنْ غَابُوا لَمْ یُفْتَقَدُوا
Əgər bir gün məsçiddə ve diğər yerdə gözə dəyməsələr kimsə onların barəsində sormaz və onlara etina etməz.
أُولَئِكَ شِیعَتِیَ الْأَطْیَبُونَ وَ إِخْوَانِیَ الْأَكْرَمُونَ
Onlar mənim şiələrimin ən paklarıdır. İmam ağlaya-ağlaya bunları dedi. Dərin nəfəs alıb ah cəkdi. Axırda isə bunu buyurdu:
أَلَا هَاهْ شَوْقاً إِلَیْهِمْ
Belələrini görməyi cox arzulayıram.

Canan bəyəndiyin bəyənərəm
Əgər bu sifətlər ancaq bir rəvayətdə gəlmiş olsaydı deyə bilərdik ki, bəlkə bu rəvayətlərin sənədi düz deyil, yaxud ona cox etina etmək olmazdı. Amma bəlkə də yüzlərlə bu məzmunda rəvayətlərdə bəyan olunur ki, şiələrin, təqvalıların, Allahın layiqli bəndələrinin və salehlərin ən böyük xüsusiyyəti dünyaya ürək bağlamamaqdır. Qəlb dünyaya bağlanan zaman bəşər zinət və ləzzətlərə əhəmiyyət verir. Növbənöv yeməklər, rəngarəng paltarlar, müxtəlif miniklər, bəzəkli ev, xalça və mebellər. Bu zinətlər tamam olan da deyil. Bunlar sanki düzlu sudur. İnsan hər nə qədər içsə daha da təşnə olar. Amma şiələr o kəslərdir ki, dünyadan ancaq ehtiyacları həddində istifadə edərlər. İşlərini yola verib yaşayışlarını təmin edəcək həddə. Mümkündür çox dünya malı əllərinə gəlsin, amma bu mal əllərində çox qalmaz. Dünya malı bir əllərinə gələr, o biri əlləri ilə infaq edərlər. Bütün bu sifətlərin bir təsdiqləyici və bir inkarçı mehvəri var. İsbatedici mehvər, ilahi vəzifələrə diqqət yetirməkdir. Meyar budur ki, indi Allah məndən nə istəyir? Allah razı salacaq nə edim?
İnkaredici mehvər belədir: Onu təhsildən, təqvadan, ibadət və diğərlərinə xidmətdən saxlayan şeydən, yəni dünyaya bağlanmaqdan çəkinə. Buna bariz misal günahlardır. Allah haram etdiyi şeyləri heç vaxt bəyənməz. Çünki bəyənsəydi əvvəlcədən haram etməzdi. Digər mərhələdə isə, məkruhlar və şübhəlilərdir. Onlar sonrakı dərəcələr üçün nəzərdə tutulub. Ümumi mehvər Allaha itaət və Ona yaxınlaşmaqdır. Bunların kölgəsində Allahın məxluqlarına xidmət də gerçəkləşir.