Beşinci dərs

Şiələrin siması

Bismillahir-Rəhmanir-Rəhim

Şiələrin siması

Qarşınızdakı  yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1387/08/22    tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çıraq olacaq.

Belə təsəvvür edirik ki, bizim zehni fəzamızla Əhli-beytin (ə) zehni fəzası fərqlidir. Fikir və arzularımızın mehvəri Allah-taalanın, peyğəmbər və Əhli-beytin (ə) möminlərdən, xüsusilə şiələrdən olan intizarından çox uzaqdır. Gərək rəvayətləri oxumaqla Əhli-beytin, (ə) səhabə və şagirdlərinin hansı fəzada düşündüyünü bilək. Onların dostlar və şiələrdən hansı intizarları olduğunu öyrənək?!

Şiələrin bir-biri ilə rabitəsi

عَنْ مُحَمَّدِ بْنِ عَجْلَانَ قَالَ كُنْتُ مَعَ أَبِی عَبْدِ اللَّهِ (ع) فَدَخَلَ رَجُلٌ فَسَلَّمَ

بحارالأنوار، ج 65، ص 168، باب 19، «صفات الشیعه و أصنافهم و ذم‌الإغترار»

Məhəmməd ibn Əclan deyir ki, bir gün İmam Sadiqin (ə) xidmətində idim. Bir nəfər içəri daxil olub salam verdi. Həzrət ondan soruşdu:

كَیْفَ مَنْ خَلَّفْتَ مِنْ إِخْوَانِكَ؟

Yanında olduğun dostlarımızın halı, o  məntəqədəki şiələrin əhvalı necədir?

فَأَحْسَنَ الثَّنَاءَ وَ زَكَّى وَ أَطْرَى

O çox tərifləyib soylədi: Yaxşı dostlarımız var, cox yaxşı insandırlar... Şirin dilini işə salıb dostları həddindən çox mədh etdi.

فَقَالَ كَیْفَ عِیَادَةُ أَغْنِیَائِهِمْ لِفُقَرَائِهِمْ

İmam dedi: Onları bu qədər tərifləyirsən, onların varlıları fəqirlərinə nə qədər kömək edib baş çəkirlər? Dedi: Az!

قَالَ فَكَیْفَ مُوَاصَلَةُ أَغْنِیَائِهِمْ لِفُقَرَائِهِمْ فِی ذَاتِ أَیْدِیهِمْ

Varlıar öz ixtiyarlarında olan pulların hansı miqdarını fəqirlərə verir?

فَقَالَ إِنَّكَ تَذْكُرُ أَخْلَاقاً مَا هِیَ فِیمَنْ عِنْدَنَا

Dedi: Ağa, sizin dediyiniz şeylər bizim dostlarda yoxdur.

قَالَ كَیْفَ یَزْعُمُ هَؤُلَاءِ أَنَّهُمْ لَنَا شِیعَة

İmam buyurdu: Əgər belə deyilsə bəs necə iddia edirlər ki, bizim şiədirlər?
Burada şiələrin bir-biri ilə əlaqəsi üzərində çox təkid edilib. Gərək bir-birlərini unutmayalar. Varlılar kasıblara baxmalıdır. Şiələr gərək belə olsunlar.

Şiənin ibadəti

Digər bir rəvayəti İmam Sadiq (ə) İmam Səccaddan (ə) nəql edir:

عَنْ حُمْرَانَ بْنِ أَعْیَنَ عَنْ أَبِی عَبْدِ اللَّهِ (علیه‌السلام) قَالَ كَانَ عَلِیُّ بْنُ الْحُسَیْنِ(علیه‌السلام) قَاعِداً فِی بَیْتِهِ إِذْ قَرَعَ قَوْمٌ عَلَیْهِمُ الْبَابَ

بحارالأنوار، ج 65، ص 169، باب 19، «صفات الشیعه و أصنافهم و ذم‌الإغترار»

İmam Sadiq (ə) buyurur ki, bir gün Həzrət Səccad (ə) evdə əyləşmişdi, qapı döyüldü.

فَقَالَ یَا جَارِیَةُ انْظُرِی مَنْ بِالْبَابِ

Həzrət kənizə dedi: Get gör evin qapısındakı kimdir? Qulluqçu gəlib soruşdu, siz kimsiz?

فَقَالُوا قَوْمٌ مِنْ شِیعَتِكَ

Dedilər: Biz sizin şiələrdənik.

فَوَثَبَ عَجَلًا حَتَّى كَادَ أَنْ یَقَعَ

Həzrət sevinclə ayağa qalxdı...

فَلَمَّا فَتَحَ الْبَابَ وَ نَظَرَ إِلَیْهِمْ رَجَعَ

Həzrət qapıni açıb onların üzünə baxıb geri qayıtdı və evdəkilərə dedi: Bunlar bizim şiəmiz olduğlarını yalan deyirlər, bunlar şiə deyillər.

فَأَیْنَ السَّمْتُ فِی الْوُجُوهِ؟ أَیْنَ أَثَرُ الْعِبَادَةِ؟ أَیْنَ سِیمَاءُ السُّجُودِ؟

Nə üçün onların üzündə ibadət və səcdə əsəri zahir deyil?

إِنَّمَا شِیعَتُنَا یُعْرَفُونَ بِعِبَادَتِهِمْ وَ شَعَثِهِمْ قَدْ قَرَحَتِ الْعِبَادَةُ مِنْهُمُ الْآنَافَ وَ دَثَرَتِ الْجِبَاهَ وَ الْمَسَاجِد

Əgər bunlar şiə olsaydılar ibadətlərindən və pərişanlıqlarından tanınardılar. Həzrət Yəhya (ə) barəsində nəql olunur o çox şiddətlə göz yaşı axıdardı. Həzrət Zəkəriyya (ə) moizə etmək istəyəndə əvvəlcə məclisə baxardı ki, Yəhya (ə) orda olmasın. Əgər Yəhya (ə) məclisdə olsaydı, Zəkəriyya (ə) cəhənnəm və əzabdan danışmazdı. “Əmaliye-Səduq” kitabında deyilir: Bir gün Yəhya (ə) sütunun arxasında əyləşmişdi. Həzrət Zəkəriyya moizə etmək istədi və Yəhyanı görmədi. Fürsəti qənimət bilib xalqa moizə etməyə başladı: Qarşıda insanı hansı günlər gözləyir, əzab nədir və sair. Moizənin yarısında Yəhya (ə) fəryad çəkib dözümünü itirdi. Biyabana tərəf baş götürdü. Çoxlu göz yaşı axıtmaqdan gözlərinin altı yara olmuşdu. Anası yundan iki parça düzəldib onun gözlərinin altına qoyurdu ki, ağalayan zaman gözlərinin suyu bu parçalara hopsun...

ر.ك: الأمالی للصدوق؛ المجلس الثامن، ص 28

Burada buyurur:

قَدْ قَرَحَتِ الْعِبَادَةُ مِنْهُمُ الْآنَافَ

İbadət səbəbindən burunları yara olub. Ola bilsin torpağa qoyulan buruna baş ağırlıq etdiyindən o yara olur. Yaxud Allah qorxusundan ağladıqları üçün burunun iki kənar tərəfi, yara olsun.

دَثَرَتِ الْجِبَاهَ وَ الْمَسَاجِدَ

Alınları və səcdə yerləri çoxlu səcdə etməkldən solub və qabar olub.

خُمُصُ الْبُطُونِ

Qarınları çökəyə düşüb.

ذُبُلُ الشِّفَاهِ

Dodaqları quruyub.

قَدْ هَیَّجَتِ الْعِبَادَةُ

İbadət bədənlərini qurudub.

وَ أَخْلَقَ سَهَرُ اللَّیَالِی وَ قَطْعُ الْهَوَاجِرِ جُثَثَهُمُ

Gəcələr oyaq qalıb çəkdikləri ah-nalə bədənlərinin zəifləməsinə bais olub.

الْمُسَبِّحُونَ إِذَا سَكَتَ النَّاسُ

Bütün insanlar sukut etdiyi vaxt onlar təsbih deyir, Allahı yad etməkdən qəflətdə deyillər.

وَ الْمُصَلُّونَ إِذَا نَامَ النَّاسُ

İnsanlar yatıb istirahət edən zaman onlar hələ təzə namaza qalxar.

وَ الْمَحْزُونُونَ إِذَا فَرِحَ النَّاسُ

Vəzifələrinə əməl etməkdə məsuliyyətsizlik etdikləri üçün insanlar şad olan zaman onlar  qəmlənərlər.

یُعْرَفُونَ بِالزُّهْدِ كَلَامُهُمُ الرَّحْمَةُ

Rəhmət və mehribanlığın əsəri danışıq və əməllərində görünər. Bu sifətlər onlarda olmadığı üçün həzrət onlara daxil olmağa icazə vermədi. Bu cür rəftarın izahında demək olar ki, tərbiyə üsülları müxtəlifdir. Bəzən bu cür davranış elə əsər qoyur ki, əgər saatlar və günlərlə dəlil və moizələr bəyan olunsa belə təsirli olmazdı. Belə davranışlar qarşı tərəfi şoka salır: Necə də səhv edirmişik! Biz hara və məsumların intizarları  hara! Burada bir nöqtə var. Həmin,  baxıb geri qayıtmaqla İmam (ə) onların ruhuna elə bir təsir qoyur əgər neçə-gündüz əyləşib onlara moizə etsəydi bu əsər olmayacaqdı. Bu üsul xüsusi bir tərbiyə növüdür. Əlbəttə, bu üsul bəzi fərdlər üçündür. Bunun mənası bu deyil hamı ilə belə davranış olar və yaxud hamı ilə belə olmalıdır.

Qiyaməti xatırlama

Başqa bir rəvayəti Məhəmməd ibn Hənəfiyyə nəql edib:

لَمَّا قَدِمَ أَمِیرُ الْمُؤْمِنِینَ (ع) الْبَصْرَةَ بَعْدَ قِتَالِ أَهْلِ الْجَمَلِ

بحارالأنوار، ج 65، ص 170، باب 19، «صفات الشیعه و أصنافهم و ذم‌الإغترار»

İmam Əli (ə) Cəməl döyüşündən sonar Bəsrəyə daxil olan zaman Əhnəf ibn Qeys onu dəvət etdi. Həzrət üçün qonaqlıq, yemək hazırladı. Bir nəfəri göndərdi ki, həzrət səhabələri ilə gəlsin. Cümlənin tərzindən anlaşılır ki, “yəni siz öz dostlarınızdan kimi istəsəniz gətirin.”

فَأَقْبَلَ ثُمَّ قَالَ یَا أَحْنَفُ ادْعُ لِی أَصْحَابِی

Həzrət özü gəldi və sonra buyurdu: Ey Əhnəf, get mənim səhabələrimə de, gəlsinlər. O kimlərin gələcəyini gözləyirdi? Gözəl libaslarda qoşun başçıları, komandirlər, mühüm şəxsiyyətlər!

فَدَخَلَ عَلَیْهِ قَوْمٌ مُتَخَشِّعُونَ كَأَنَّهُمْ شِنَانٌ بوالی

Lakin bir neçə nəfər arıq, solğun bənizli şəxsin gəldiyini gördü.

فَقَالَ الْأَحْنَفُ بْنُ قَیْسٍ یَا أَمِیرَ الْمُؤْمِنِینَ مَا هَذَا الَّذِی نَزَلَ بِهِمْ؟

Ev sahibi təəccüb etdi və dedi: Ağa, bunların başına nə iş gəlib? Niyə bunlar belə olublar?

أَ مِنْ قِلَّةِ الطَّعَامِ أَوْ مِنْ هَوْلِ الْحَرْبِ؟

Bunlar yeməyin azlığından və aclıqdan bu hala düşüblər, yoxsa döyüş iztirabı, çətinlik və qorxudan?

فَقَالَ صَلَوَاتُ اللَّهِ عَلَیْهِ لَا یَا أَحْنَفُ

Həzrət buyurdu: Yox, səbəb bunlar deyil. O suruşdu: Bəs nədir? Burda həzrət geniş bir söhbət edir. Sanki həzrət belə bir fursətin yaranacağı intizarında imiş ki, bu sözləri əbədi moizə kimi yadigar qoysun.

فَقَالَ صَلَوَاتُ اللَّهِ عَلَیْهِ لَا یَا أَحْنَفُ إِنَّ اللَّهَ سُبْحَانَهُ أَجَابَ أَقْوَاماً تَنَسَّكُوا لَهُ فِی دَارِ الدُّنْیَا تَنَسُّكَ مَنْ هَجَمَ عَلَى مَا عَلِمَ مِنْ قُرْبِهِمْ مِنْ یَوْمِ الْقِیَامَةِ

Ey Əhnəf, Allahın bəzi bəndələri, dünyada ikən, tezliklə gələcək bir günün fikrini çəkirlər. O günü hələ ki görməyiblər, amma inanırlar o gün gələsidir və nigarandırlar.

یَخَافُونَ یَوْمًا تَتَقَلَّبُ فِیهِ الْقُلُوبُ وَالْأَبْصَارُ

نور / 37

فَحَمَلُوا أَنْفُسَهُمْ عَلَى مَجْهُودِهَا

Bütün güclərini o gün üçün işlədirlər. Ona xatir bütün cətinliklərə can qoyur və zəhmət çəkirlər.

وَ كَانُوا إِذَا ذَكَرُوا صَبَاحَ یَوْمِ الْعَرْضِ عَلَى اللَّهِ سُبْحَانَهُ تَوَهَّمُوا خُرُوجَ عُنُقٍ یَخْرُجُ مِنَ النَّارِ یُحْشَرُ الْخَلَائِقُ إِلَى رَبِّهِمْ تَبَارَكَ وَ تَعَالَى وَ كِتَابٍ یَبْدُو فِیهِ عَلَى رُءُوسِ الْأَشْهَادِ فَضَائِحُ ذُنُوبِهِمْ

Yadlarına düşəndə ki, bir gün “ərz ələllah” günüdür, Allahın hüzurunda hazir olacaqlar, o zaman gizlənməyə bir yer tapılmaz, o gün başlarına  nə gələcəyini düşünürlər. Təsəvvür edirlər ki, o aləmdə və Allahın hüzurunda əzab evi var və oradan çoxlu əzab dalğaları xaric olur və onlara tərəf hücum edir. Bütün insanlar Allah hüzurunda toplanır. Həmin vaxt onların bütün pis əməlləri bir kitabda öz əksini tapır. Onların pis rəftarlarını bir filim kimi nümayiş etdirərlər. O işlərdən bəzisin bu dünyada onların yaxınlarından bilən olsaydı, xəclətdən əriyərdilər. O gün bütün əməllər toplanıb, bütün insanların qarşısında aşkar olar. Necə rüsvayçılıq olasıdır?

فَكَادَتْ أَنْفُسُهُمْ تَسِیلُ سَیَلَاناً

Onu təsəvvür edən zaman insanın bədənindən cıxıb axan qan kimi, onların canları cismindən çıxar. Başqa bənzətmə budur: Onların qəlbi, qorxudan ucan quş qəlbi kimi, həyəcanda olar.

أَوْ تَطِیرُ قُلُوبُهُمْ بِأَجْنِحَةِ الْخَوْفِ طَیَرَاناً

Qəlbləri qorxu qanadları ilə pərvaz edər.

وَ تُفَارِقُهُمْ عُقُولُهُمْ إِذَا غَلَتْ بِهِمْ مَرَاجِلُ الْمِجْرَدِ یا الْمِحْرَدِ إِلَى اللَّهِ سُبْحَانَهُ غَلَیَاناً

Allah qorxusu və ölümü xatırlamaqdan qaynar qazana düşüb  ağıl və huşunu itirmiş kəslər kimi olarlar. Allahın belə bəndələri var. Həzrət istəyir desin ki, Əlinin (ə) əsil səhabələri belə bəndələrdəndir.

Gecələri oyaq qalmaq

فَكَانُوا یَحِنُّونَ حَنِینَ الْوَالِهِ فِی دُجَى الظُّلَمِ

Gecə yarı qaranlıqda nalə edirlər.

كَانُوا یَفْجَعُونَ مِنْ خَوْفِ مَا أَوْقَفُوا عَلَیْهِ أَنْفُسَهُمْ

Onlara gələn qorxudan nalə və fəryad edirlər. Bu fikir və hallarının təsirindən arıq və solğundurlar. Dodaqları qurudur. Qarınları bellərinə yapşımış və boşdur. Elə bir hala düşürlər ki, onlara baxan, məst olduqlarını təsəvvür edər. Gecələr əhyə saxlayıb oyaq qalan kəsə “səmir” deyilir. Onunla birgə qalan isə “samir” adlanır. Onların gecələrdəki yoldaşı gecənin dəhşətidir. Yəni gecələrini qorxu ilə keçirirlər.

مُتَخَشِّعُونَ كَأَنَّهُمْ شِنَانٌ بوالی

Bu bənzətmə əvvəlki rəvayətdə də var idi. Elə xüzu və xuşu əhlidirlər ki, tuluq kimi quruyublar.

قَدْ أَخْلَصُوا لِلَّهِ أَعْمَالًا سِرّاً وَ عَلَانِیَةً فَلَمْ تَأْمَنْ مِنْ فَزَعِهِ قُلُوبُهُمْ

Gizli və aşkarda xeyir işlər görürlər. Amma buna baxmayaraq onların bu xeyir işləri rahatlıqlarına səbəb olmur. Yəni onlar “artıq nicat tapdıq və problemimiz yoxdur” deyib arxayınlaşmır. Qiyamət çətinliklərini unutmurlar.

بَلْ كَانُوا كَمَنْ حَرَسُوا قِبَابَ خَرَاجِهِمْ

Qiymətli malına gözətçi olub gözünə yuxu ğəlməyən kəs kimi ömürlərinin bada getməsi və ömürdən yaxşı bəhrələnməməkdən qorxurlar. Kaş ki gecələr onların halını görəydin!

وَ قَدْ نَامَتِ الْعُیُونُ وَ هَدَأَتِ الْأَصْوَاتُ وَ سَكَنَتِ الْحَرَكَاتُ مِنَ الطَّیْرِ فِی الْوُكُورِ

Gecə vaxtı səslər kəsilib, gözlər yuxuya gedib. Hətta quşlar da yuvalarında qanad tərpətmir və onlardan səs gəlmir. Bu zaman kaş ki onları görəydin!

وَ قَدْ نَهْنَهَهُمْ هَوْلُ یَوْمِ الْقِیَامَةِ بِالْوَعِیدِ عَنِ الرُّقَادِ

Amma əzab və axirətin pis olması qorxusundan bunların gözlərindən yuxu qaçıb, aramlıqlarını, rahatlıqlarını itiriblər.

كَمَا قَالَ سُبْحَانَهُ: أَ فَأَمِنَ أَهْلُ الْقُرى‏ أَنْ یَأْتِیَهُمْ بَأْسُنا بَیاتاً وَ هُمْ نائِمُونَ

اعراف / 97

Belə isə, görəsən şəhər və kəndlərinm əhalisi bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər? Kimsə “olmaya indi əzab gələr” deyə düşünsə gözündən yuxu qaçar. Bu Quran ayəsində buyurulur: Günahdan əl cəkməyən insanlar gecə yatdıqları zaman bir əzabın gəlib onları həlak etməsindən qorxmurlar. Həzrət də buyurub: Mənim şiələrim bu halı təsəvvür edirlər ki, əgər biz yatsaq ilahi əzabdan amandayıqmı!? Yuxuda olarkən onlara əzab nazil olması qorxusundan yuxuları gəlmir.

فَاسْتَیْقَظُوا لَهَا فَزِعِینَ وَ قَامُوا إِلَى صَلَاتِهِمْ مُعَوِّلِینَ

Yataqdan sıçrayıb dad çəkərək, ah-nalə ilə namaz qılırlar.

بَاكِینَ تَارَةً وَ أُخْرَى مُسَبِّحِینَ

Bəzən ağlayır, bəzən isə Allahı zikr edirlər. İbadət mehrabında ağlayıb nalə çəkirlər.

یَصْطَفُّونَ لَیْلَةً مُظْلِمَةً بَهْمَاءَ یَبْكُونَ

Qaranlıq gecələri secib və onu göz yaşları ilə keçirirlər. Bu kimi hallar keçirən insanın bədəni bu hala da düşməlidir. Təəccüb etməyin!

فَلَوْ رَأَیْتَهُمْ یَا أَحْنَفُ فِی لَیْلَتِهِمْ قِیَاماً عَلَى أَطْرَافِهِمْ مُنْحَنِیَةً ظُهُورُهُمْ

Ey Əhnəf, kaş bunları qaranlıq və zülmətli gecədə ibadət halında görəydin. Buna görə də onların qaməti əyilib.

یَتْلُونَ أَجْزَاءَ الْقُرْآنِ لِصَلَوَاتِهِمْ قَدِ اشْتَدَّتْ إِعْوَالُهُمْ وَ نَحِیبُهُمْ وَ زَفِیرُهُمْ

Bu, həzrətin şiələri vəsf etdiyi o rəvayətin təqribən yarısı da deyil. Özlərini əzaba o həddə layiq bilirlər ki, hər gecə onlara əzab nazil olacağını ehtimal verirlər.

تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ یَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا

سجده / 16

Şiə hara, biz hara?

Həzrət bunları canlandırır. Böyük ehtimal verilir ki, həzrət bunların nə üçün arıq olduğunu bəyan etmək üçün bir bu qədər açıqlamaya ehtiyaclı deyildi. Həzrət istədi bu əbədi bir moizə olsun. Bu gün, 1400 il sonra bizim qulaqlarımıza çatsın. Belə təsəvvür etməyək biz şiəlik iddiasındayıq və özümüzü İmam Zamana (ə) nökər bilib neçə rəkət namaz qılırıqsa artıq son həddə Allaha yaxınlıq tapmış, son həddə kamala çatmışıq. Bu rəvayətləri oxumaqla Allah övliyalarının bunlarla kifayətlənmədiyini bilirik. Allah istəyir hər zaman Onun bəndələri xəbərdar olduqları təhlükə və çatışmamazılıqları yadda saxlasınlar.

Allah “Ərhəmər-rahimindir”, amma mən hökmən bilməliyəm ki,  çoxlu günah, ləyaqətsizlik, həyasızlıq və naşükürlük etmişəm. Bizi başdan ayağa kimi əhatə edən bol nemətləri nə qədər hesaba alsaq görərik hətta bu nemətlərin birinin şükrünü yerinə yetirə bilmirik. Ən azı iki əsrdir iqtisadi yöndə ixtisaslaşmış, ən yüksək həddə iqtisadi nəzəriyyələrə və böyük sənət zavodları ilə yanaşı ticarət müəssisələrinə malik olan ölkələrin  nə hala gəldiyini görürük. Bu zəmanədə biz Əhli-beytin (ə) diqqətinin bərəkətləri ilə İmam Zaman (ə) ölkəsində nisbi bir rahatçılıqda yaxşı əmniyyətlə yaşayırıq. Heç bir hesab aparmırıq. Lakin bir balaca çatışmamazlıq olan kimi fəryad edib, gileylənirik. Bu yerdə Əmirəlmöminin (ə) bəzi səhabələrini vəsf edir. Əmirəlmömininin məqamının mində birini dərk etmək bizdən çox uzaqdır. Ey kaş o həzrətin səhabələrinin məqamının mində birini dərk edəydik. Belə bir həddə çatmış şiələr necə tərbiyə olub? Sübh yuxudan qalxanda nə barədə düşünürlər? Gecələr hansı ümüdlə yatağa girirlər? Fikir-zikirləri nədir? Əlinin (ə) eşqi və Əli (ə) şiəsi olmaq budur! İndi papağımızı qarşımıza qoyub fikirləşək ki, şiənin əlamətlərindən mində neçə faizi bizdə var?

Bismillahir-Rəhmanir-Rəhim

Şiələrin siması (4)