Yeddinci dərs

تاریخ: 
چهارشنبه, 2 بهمن, 1387

Şiələrin siması

Bismillahir-Rəhmanir-Rəhim

Şiələrin siması

Qarşınızdakı  yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 2/11/87   tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çıraq olacaq.

Keçən söhbətimizdə bir tərəfdən şiələri mədh edən və Əhli-beytə (ə) məhəbbətin fəzilətlərini sadalayn rəvayətlərdən bir qismi bəyan olundu. Bu rəvayətlər digər tərəfdən özlərini şiə adlandırıb amma şiə olmağa layiq olmayan kəsləri məzəmmət etdi. Qeyd edildi ki, İmam Həsən Əskəriyə (ə) aid olan təfsirdə maraqlı bir yenilik baş verib. Hər bir İmamdan şiələrə məxsus məzmunda rəvayət və ya hekayə nəql olunub.

İmam Riza (ə) və şiəlik  iddiasında olanlar

Bu haqda digər bir rəvayətə diqqət yetirin:

لَمَّا جَعَلَ الْمَأْمُونُ إلَی عَلی بنِ موسَی الرِّضَا(ع) وَلایَةَ الْعَهْد

تفسیرالإمام‏العسكری، ص 312

İmam Riza (ə) canişin məqamına təyin olunduqdan sonra bir gün İmam Rizanın (ə) qapıçısı həzrətə dedi:

إِنَّ قَوْماً بِالْبَابِ یَسْتَأْذِنُونَ عَلَیْكَ یَقُولُونَ نَحْنُ شِیعَةُ عَلِیٍّ(ع)

Bir dəstə gəlib deyir ki, biz Əlinin (ə) şiələriyik və İmam Rizanın (ə) xidmətinə yetişmək istəyirik. Həzrət buyurdu: Mənim işim var, onları yola sal.

فَصَرَفَهُمْ، فَلَمَّا كَانَ مِنَ الْیَوْمِ الثَّانِی جَاءُوا وَ قَالُوا كَذَلِكَ مِثْلَهَا

Həmin qrup səhəri gün yenə gəlib dünənki sözlərini təkrar etdilər: Biz bir dəstə Əli (ə) şiəsiyik və İmam Rizanın (ə) ziyarətinə gəlmişik. Həzrət yenə də buyurdu: Onları geri qaytar!

إِلَى أَنْ جَاءُوا هَكَذَا یَقُولُونَ وَ یَصْرِفُهُمْ شَهْرَیْنِ

Onlar iki ay hər gün gəlib öz istəklərini təkrar edirdilər və həzrət buyururdu: Mənim işim var, de getsinlər. Onlar naümid oldular.

ثُمَّ أَیِسُوا مِنَ الْوُصُولِ؛ قَالُوا لِلْحَاجِبِ قُلْ لِمَوْلَانَا إِنَّا شِیعَةُ أَبِیكَ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ(ع) وَ قَدْ شَمِتَ بِنَا أَعْدَاؤُنَا فِی حِجَابِكَ لَنَا

Onlar həzrətin qapıçısına dedilər ki, İmama de: Axı biz Əli ibn Əbutalibin şiələriyik. Biz iki aydır gəlirik və siz icazə vermirsiniz. Bu düşmənlərin şadlanmasına səbəb olub.

وَ نَحْنُ نَنْصَرِفُ هَذِهِ الْكَرَّةَ وَ نَهْرَبُ مِنْ بَلَدِنَا خَجِلًا وَ أَنَفَةً مِمَّا لَحِقَنَا

Biz buradan gedirik. Amma öz şəhərimizdən də çıxacağıq. Çünki bu söhbət oradakı insanlara çatsa deyəcəklər ki, hökmən onlar böyük günah sahibidirlər deyə ağa onları qəbul etməyib.

وَ عَجْزاً عَنِ احْتِمَالِ مَضَضِ مَا یَلْحَقُنَا بِشَمَاتَةِ الْأَعْدَاءِ

Get ağaya de: Bizim kiçilməyimizlə düşmənlərimizin şadlanması acısına  dözə bilmərik.

فَقَالَ عَلِیُّ بْنُ مُوسَى الرِّضَا(ع) ائْذَنْ لَهُمْ لِیَدْخُلُوا

İş bu yerə catan zaman həzrət buyurdu: De gəlsinlər.

فَدَخَلُوا عَلَیْهِ فَسَلَّمُوا عَلَیْهِ فَلَمْ یَرُدَّ عَلَیْهِمْ وَ لَمْ یَأْذَنْ لَهُمْ بِالْجُلُوسِ

Onlar gəldilər, salam verib ehtiram göstərdilər. Amma həzrət onlara etina da etmədi, hətta əyləşmək üçün icazə də vermədi. Diqqət edin: Burada onların tənbeh olunması lazımı həddə çatdı. Beləcə, ayaq üstə qaldılar.

فَقَالُوا یَا ابْنَ رَسُولِ اللَّهِ مَا هَذَا الْجَفَاءُ الْعَظِیمُ وَ الِاسْتِخْفَافُ بَعْدَ هَذَا الْحِجَابِ الصَّعْبِ

Gələn dəstə dedi: Ey Allah rəsulunun (s) oğlu, iki ay intizardan sonrakı görüşdə bizi bu sayaq yüngül və alçaq saymağının sirri nədir?

أَیُّ بَاقِیَةٍ تَبْقَى مِنَّا بَعْدَ هَذَا؟

Bizimlə  bu rəftardan sonra daha kimsə şiəlikdə qalmaz.
Həzrət buyurdu, bu ayəni oxyubsunuz?

وَ ما أَصابَكُمْ مِنْ مُصِیبَةٍ فَبِما كَسَبَتْ أَیْدِیكُمْ وَ یَعْفُوا عَنْ كَثِیرٍ

Sizə çatan hər bəla öz rəftarlarınızın nəticəsidir.
Onlar daha çox narahat olub dedi: Məgər biz hansı günahın sahibiyik ki, belə tənbeh olunmalıyıq? Həzrət cavabında buyurdu:

مَا اقْتَدَیْتُ إِلَّا بِرَبِّی عَزَّ وَ جَلَّ فِیكُمْ وَ بِرَسُولِ اللَّهِ وَ بِأَمِیرِ الْمُؤْمِنِینَ وَ مَنْ بَعْدَهُ مِنْ آبَائِیَ الطَّاهِرِینَ (ع) عَتَبُوا عَلَیْكُمْ فَاقْتَدَیْتُ بِهِمْ

Mən sizinlə qəzəblənməyi Qurandan öyrənmişəm. Mənim atalarım da belə olub. Onlar dedi: Məgər biz nə günah etmişik?

قَالَ لِدَعْوَاكُمْ أَنَّكُمْ شِیعَةُ أَمِیرِالْمُؤْمِنِینَ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ(ع)

Siz böyük yalan danışdınız. Şiə olduğunuzu iddia edirsiz, amma şiə deyilsiz. Bu yalan iddiaya görə gərək cəzalanasınız.


Kimdir şiə?

وَیْحَكُمْ إِنَّمَا شِیعَتُهُ الْحَسَنُ وَ الْحُسَیْنُ وَ أَبُوذَرٍّ وَ سَلْمَانُ وَ الْمِقْدَادُ وَ عَمَّارٌ وَ مُحَمَّدُ بْنُ أَبِی بَكْرٍ

Həzrət əvvəlcə İmam Həsən və Hüseyni (ə), sonra Salman və Əbuzərdən Məhəmməd ibn Əbu-Bəkrə kimi xatırlayıb buyurdu ki, şiə onlardır. Burada həzrət onların xüsusiyyətlərini sadalayır:

الَّذِینَ لَمْ یُخَالِفُوا شَیْئاً مِنْ أَوَامِرِهِ

Onlar Əlinin (ə) ən kicik əmrləri ilə  müxaliflik etmədilər.

وَ لَمْ یَرْكَبُوا شَیْئاً مِنْ فُنُونِ زَوَاجِرِهِ

Hər nəyi qadağan etdisə onlar da onu tərk etdilər. Yəni həqiqətən Əliyə (ə) itaətkar idilər.

فَأَمَّا أَنْتُمْ إِذَا قُلْتُمْ إِنَّكُمْ شِیعَتُهُ وَ أَنْتُمْ فِی أَكْثَرِ أَعْمَالِكُمْ لَهُ مُخَالِفُونَ

Amma siz şiə olduğunuzu iddia etsəniz də rəftarlarınızın çoxu Əlinin (ə) rəftarlarından fərqlidir və onun əmrlərinin əksinədir.

مُقَصِّرُونَ فِی كَثِیرٍ مِنَ الْفَرَائِضِ

Siz hətta vacibləri yerinə yetirməkdə məsuliyyətsizsiniz.

مُتَهَاوِنُونَ بِعَظِیمِ حُقُوقِ إِخْوَانِكُمْ فِی اللَّهِ؛ تَتَّقُونَ حَیْثُ لَا یَجِبُ التَّقِیَّةُ وَ تَتْرُكُونَ التَّقِیَّةَ حَیْثُ لَا بُدَّ مِنَ التَّقِیَّةِ؛

Siz Allah yolunda olan digər qardaşlarınızın böyük hüququnu əda etmirsiz. Təqiyyə etməli olmadığınız yerdə təqiyyə edir, təqiyyə etməli olduğunuz yerdə təqiyyə etmirsiniz. Yəni siz qəlbinizin istəklərinin ardıncasınız. Bilməlisiniz harada  təqiyyə etməli, harada etməməlisiniz.

فَلَوْ قُلْتُمْ إِنَّكُمْ مُوَالُوهُ وَ مُحِبُّوهُ وَ الْمُوَالُونَ لِأَوْلِیَائِهِ وَ الْمُعَادُونَ لِأَعْدَائِهِ لَمْ أُنْكِرْهُ مِنْ قَوْلِكُمْ؛

Əgər siz desəydiniz bizim Əliyə məhəbbətimiz var və Əlinin (ə) dostları ilə dost və düşmənləri ilə düşmənik, onda mən sizə deməzdim ki, yalan danışırsınız. Bəli, siz Əli və Əlinin (ə) dostlarını çox istəyirsiniz və düşmənləri ilə düşmənsiniz. Amma şiə olmaq üçün bu bəs etmir. Bundan əlavə gərək sizin rəftarınız Əlinin (ə) rəftarı ilə uyğunlaşsın. Təkcə “biz Əlini (ə) çox istəyirik” deməyiniz şiə olmaq üçün kifayət etmir.

وَ لَكِنْ هَذِهِ مَرْتَبَةٌ شَرِیفَةٌ ادَّعَیْتُمُوهَا؛ إِنْ لَمْ تُصَدِّقُوا قَوْلَكُمْ بِفِعْلِكُمْ هَلَكْتُمْ؛ إِلَّا أَنْ تَتَدَارَكَكُمْ رَحْمَةٌ مِنْ رَبِّكُمْ؛

Siz etdiyiniz iddianın əhli deyilsiz. Əgər rəftarınızı bu iddianızla uyğunlaşdırmağa başlamasanız, yəni əgər əməliniz dediyinizi təsdiq etməsə həlak olasısınız. Əlbəttə, Allah sizə rəhm etsə həlak olmazsınız. Yoxsa batdığınız bu günahla, yəni şiəlik  iddiası ilə əzaba layiqsiniz.

قَالُوا یَا ابْنَ رَسُولِ اللَّهِ فَإِنَّا نَسْتَغْفِرُ اللَّهَ وَ نَتُوبُ إِلَیْهِ مِنْ قَوْلِنَا

Dedilər: Agacan biz şiəlik  iddiası etdiyimiz üçün tövbə qılırıq.

بَلْ نَقُولُ كَمَا عَلَّمَنَا مَوْلَانَا

Bundan sonra siz öyrətdiyiniz kimi deyərik: Əlini (ə) çox istəyirik və düşmənlərini düşmən sayırıq, olsun ki, doğruçulardan olaq.

 

Əhli-beytə (ə) məhəbbəti olanların məqamı

قَالَ الرِّضَا(ع) فَمَرْحَباً بِكُمْ یَا إِخْوَانِی

Onlar elə deyən zaman həzrət buyurdu: Xoş gəlmisiniz mənim əzizlərim.

وَ أَهْلِ وُدِّی؛ ارْتَفِعُوا ارْتَفِعُوا ارْتَفِعُوا؛

Bizə məhəbbəti olan kəslər, gəlin yuxarı, gəlin yuxarı, gəlin yuxarı. Həzrət üç dəfə onlara “gəlin yuxarı” deyərək öz yanına apardı, özü ilə yanaşı əyləşdirdi.

حَتَّى أَلْصَقَهُمْ بِنَفْسِهِ ثُمَّ قَالَ لِحَاجِبِهِ

Sonra həzrət qapıçısından soruşdu: Bunlar neçə dəfə gəlib siz qaytarıbsınız? Qapıçısı dedi: Altmış dəfə. Həzrət altmış dəfə getdi və qayıdıb bunlara salam verib və xoş gəldiniz dedi! Həzrət bununla onların altmış dəfə müraciət etmələrini cavablandırdı.

قَالَ لِحَاجِبِهِ كَمْ مَرَّةً حَجَبْتَه؛ قَالَ سِتِّینَ مَرَّةً فَقَالَ لِحَاجِبِهِ فَاخْتَلِفْ إِلَیْهِمْ سِتِّینَ مَرَّةً مُتَوَالِیَةً فَسَلِّمْ عَلَیْهِمْ وَ أَقْرِئْهُمْ سَلَامِی؛

Həzrət ikinci dəfə Hacibə dedi: Neçə dəfə bunları daxil olmağa qoymadın? Hacib dedi: Altmış dəfə. Sonra həzrət buyurdu: Altmış dəfə get-gəl və bunlara salam ver və mənim də salamımı çatdır. Sonra həzrət buyurdu:

وَ تَفَقَّدْ أُمُورَهُمْ وَ أُمُورَ عِیَالَاتِهِمْ؛ فَأَوْسِعْهُمْ بِنَفَقَاتٍ وَ مَبَرَّاتٍ وَ صِلَاتٍ وَ رَفْعِ مُعَرَّاتٍ؛ 

Bunların işləri ilə maraqlan,  nə ehtiyacları varsa kömək et, bütün ehtiyacların təmin ödə.

Bu dastan heyrətləndiricidir. İnanmaq olmur ki, şiələrə ilahi rəhmət cilvəsi, mehribanlığı ilə tanınan İmam Riza (ə) zahiri qüdrətə, yəni canişinlik məqamına çatdıqdan sonra ehtiyaclı şiələrlə bu şəkildə davranıb onları görüşə buraxmaya. Həzrətin bu rəftarı çox həyrətləndirici görünür. Doğrudan da Əlinin (ə) şiələriyik deməklə Əlinin (ə) dostlarıyıq demək arasında nə fərq var?! Əlbəttə, həzrət hamı ilə belə davranmadı. Bu dastan bir istisnadır və tərbiyəvi bir sirri var. Həzrət onları tanıyırdı. Onların çatışmamazlığını, süstlük və zəifliklərini bilirdi. Həzrət bilirdi ki, onlar bəzi vacib işlərdə məsuliyyətsizlik edir və din qardaşlarının haqqını əda etmirlər. Əhli-beyt (ə) din qardaşlrının hüququna münasibətdə çox həssasdır. Buna görə sadə bir moizə ilə onları diğərlərinin hüquqlarına riayət etməyə və vacib əməlləri yerinə yetirməyə rəğbətləndirmək olmaz. Həzrət onları bir növ malicə etmək istəyirdi. Məsələn, bəzən xəstəni müalicə üçün iki ay xəstəxanada saxlayırlar. Amma bəzən birbaşa nüsxə yazırlar. Həzrət bunları saxladı ki, müalicə alsınlar. Həzrətin bu rəftarı ilə onlar elə susadılar ki, özləri də böyük günaha batdıqlarını və hökmən müalicə lazım olduğunu qəbul etdilər. Məsələ ehtiyac duymaqda, həzrətin buyuruğunu qəbul etməyə hazır olmaqda idi. Onların günahlarını və vacibləri yerinə yetirməkdə məsuliyyətsizliyini bir nəsihətlə islah etmək olmurdu. Digər tərəfdən onlar Əhli-beytə məhəbbət ilə Əli (ə) şiəliyi arasında çox fərq olduğundan agah oldular. Onlar bu mərhələni keçmək üçün çox çalışmalı olduqlarını bildilər. Digər tərəfdən həzrət Əhli-beytə (ə) məhəbbətin də necə böyük məqam olduğunu onlara göstərdi. Əvvəldə deyildi: Onlar “biz Əhli-beyti (ə) sevənlərik” deyəndən sonra həzrət buyurdu: Onların problemlərini həll edin və ailələrinə baxın. Onları qucaqlayıb dedi: Siz bizə məhəbbət əhlisiz yaxın gəlin.
Həzrət onlara çox gözəl davrandı. Bununla həzrət bildirmək istədi ki, Əhli-beytə (ə) məhəbbət nə qədər qiymətlidir. Əlbəttə, bununla kifayətlənmək olmaz. Gərək çalışıb həqiqi şiə olaq.

İddia yoxsa əməl?

Digər rəvayət “Üsuli-Kafidə” Cabirin dili ilə İmam Baqirdən (ə) nəql olunub: Cabir Əhli-beytin (ə) xüsusi səhabələrindən sayılr. Cabir Əhli-beytdən, (ə) İmam Baqir (ə) və İmam Sadiqdən (ə) çox aydın rəvayətlər nəql edib. Bu rəvayət də onlardan biridir.

أَ یَكْتَفِی مَنِ انْتَحَلَ التَّشَیُّعَ أَنْ یَقُولَ بِحُبِّنَا أَهْلَ الْبَیْتِ

الكافی، ج 2، ص 74

Əvvəlcə həzrət Cabirə buyurdu: Özlərin şiə hesab edənlərin təkcə, “peyğəmbər Əhli-beytini (ə) və Əlini (ə) çox istəyirik” demələri bəs edər? Sonra həzrət buyurdu:

فَوَ اللَّهِ مَا شِیعَتُنَا إِلَّا مَنِ اتَّقَى اللَّهَ وَ أَطَاعَهُ؛

Diqqət edin, məsum İmam Allaha and içib buyurur: And  olsun Allaha, Allaha itaət edib təqvalı olan kəsdən başqa kimsə bizim şiəmiz deyil.

وَ مَا كَانُوا یُعْرَفُونَ یَا جَابِرُ إِلَّا بِالتَّوَاضُعِ وَ التَّخَشُّعِ وَ الْأَمَانَةِ

Sonra həzrət təqvalı və Allaha itaət edən şiəyə məxsus sifətləri sadalayır: Həqiqi şiələr təvazö və xüşu əhlidirlər, əmanətə xəyanət etməzlər. Bunu hamı dərk edir ki, belələri həm insanlar qarşısında təvazökardır, həm Allah qarşısından xüşuya malikdirlər və işlərində düzgünlüyü gözləyirlər.

و كَثْرَةِ ذِكْرِ اللَّهِ وَ الصَّوْمِ وَ الصَّلَاةِ وَ الْبِرِّ بِالْوَالِدَیْنِ وَ التَّعَاهُدِ لِلْجِیرَانِ مِنَ الْفُقَرَاءِ وَ أَهْلِ الْمَسْكَنَةِ وَ الْغَارِمِینَ وَ الْأَیْتَامِ؛

Şiənin digər nişanəsi qonşulara diqqətli olmaq, fəqir, yetim və borclulara kömək etməkdir. Şiənin digər nişanəsi doğru danışıqdır. Çoxsaylı rəvayətlərimiz deyir bizim şiələrimizi və dostlarımızı düz danışıq və düz əməllə tanıyın. Bu əmanətdarlıq və düzlüyə təkiddir.

قَالَ جَابِرٌ فَقُلْتُ یَا ابْنَ رَسُولِ اللَّهِ مَا نَعْرِفُ الْیَوْمَ أَحَداً بِهَذِهِ الصِّفَةِ؛

Cabir dedi: Ey Allah rəsulunun (s) övladı! Biz bu sadalanan sifətlərə kamil surətdə malik bir nəfər belə tanımırıq.

فَقَالَ یَا جَابِرُ لَا تَذْهَبَنَّ بِكَ الْمَذَاهِبُ؛ حَسْبُ الرَّجُلِ أَنْ یَقُولَ أُحِبُّ عَلِیّاً وَ أَتَوَلَّاهُ ثُمَّ لَا یَكُونَ مَعَ ذَلِكَ فَعَّالًا؟

Həzrət buyurdu: Fikrin ora-bura getməsin, diqqət yetir. Məgər bu bəs edərmi bir kəs deyə Əliyə (ə) məhəbbətim var, amma rəftarı Əli (ə) kimi olmaya? Əli (ə) özünü peyğəmbərə şagird bilirdi. Demək, Əliyə (ə) məhəbbətim var deyən kəs bunun əvəzinə deyə bilər ki, Məhəmmədə (s) məhəbbətim var.

ثُمَّ لَا یَتَّبِعُ سِیرَتَهُ وَ لَا یَعْمَلُ بِسُنَّتِهِ مَا نَفَعَهُ حُبُّهُ إِیَّاهُ شَیْئاً؛

Ola bilər kimsə desin peyğəmbərə məhəbbətim var, amma onun yoluna tabe olmasın? Bu məhəbbətin nə dəyəri var?

مَا نَفَعَهُ حُبُّهُ إِیَّاهُ شَیْئاً، فَاتَّقُوا اللَّهَ؛

İnsanın həyatına təsir etməyən məhəbbətin faydası yoxdur. Özünüzü aldatmayın, təqvalı olun ki, təqvanın sayəsində sizin qəlbiniz Əhli-beyt (ə) məhəbbətinə layiq olar.. Məgər hər qəlb Əlini (ə) həqiqi sevməyi bacararmı? Əsil məhəbbət o qəlbdədir ki, o qəlb pakdır və qəlbin paklanması təqvanın təsirindəndir. Günaha batan qəlb Əhli-beyt (ə) məhəbbətini yavaş-yavaş əldən verər.

فَاتَّقُوا اللَّهَ وَ اعْمَلُوا لِمَا عِنْدَ اللَّهِ؛ لَیْسَ بَیْنَ اللَّهِ وَ بَیْنَ أَحَدٍ

Təqvalı olun və Allah üçün çalışın. Burada İmam bu nöqtəni təkid etmək üçün digər bir təbirdən istifadə edib buyurur: Allahın kiminləsə qohumçuluğu yoxdur. Hər kəs yaxşı bəndəlik etsə Allah yanında əziz olasıdır. Peyğəmbər (s) və Əlinin (ə) Allah yanında əziz olmasının səbəbi bəndəlik vəzifələrini yaxşı yerinə yetirdiklərinə xatirdir.

لَیْسَ بَیْنَ اللَّهِ وَ بَیْنَ أَحَدٍ قَرَابَةٌ. أَحَبُّ الْعِبَادِ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ وَ أَكْرَمُهُمْ عَلَیْهِ أَتْقَاهُمْ وَ أَعْمَلُهُمْ بِطَاعَتِهِ

Allah yanında daha cox təqvası və daha çox itaəti olan kəs daha əzizdir.


Yaxınlıq yolu bəndəlikdir

یَا جَابِرُ وَ اللَّهِ مَا یُتَقَرَّبُ إِلَى اللَّهِ تَبَارَكَ وَ تَعَالَى إِلَّا بِالطَّاعَةِ؛

Allaha and olsun, Allaha yaxınlıq ancaq itaətlə hasil olar.

وَ مَا مَعَنَا بَرَاءَةٌ مِنَ النَّارِ؛ وَ لَا عَلَى اللَّهِ لِأَحَدٍ مِنْ حُجَّةٍ؛

Biz kiməsə cəhənnəm odundan qurtuluşa zəmanət verə bilmərik. Sizə məhəbbətim var deyib, ürəyin istəyəni etsən amanda olmazsan. Heç kəsin Allah qarşısında  dəlili yoxdur. Heç kəs Allaha deyə bilməz: atam, anam və yaxud dostum belə olduğü üçün Sənə itaət etmədim. Allah hər kəsdən öz gücü həddində məsuliyyət istəyib və heç kəsin Allah qarşısında bəhanəsi yoxdur. Sonra həzrət buyurur:

مَنْ كَانَ لِلَّهِ مُطِیعاً فَهُوَ لَنَا وَلِیٌّ؛ وَ مَنْ كَانَ لِلَّهِ عَاصِیاً فَهُوَ لَنَا عَدُوٌّ؛ وَ مَا تُنَالُ وَلَایَتُنَا إِلَّا بِالْعَمَلِ وَ الْوَرَعِ؛

Allaha itaət edən kəs bizim vilayətimizdədir. Əgər bir kəs Allaha qarşı üsyankar və günahkardırsa, doğrudan da  düşmənimizdir. Əgər həqiqi vilayət istəyirsinizsə, Allah üçün əməl edin və itaətdə təqvalı olun. Yoxsa səhlənkarlıq və avaraçılıqla heç bir vilayət əldə olunmaz. Məhəbbət iddiası heç işə yaramaz. Həqiqi məhəbbətin yeri pak qəlbdir. Qəlb günaha batmayan zaman pak olur. Əgər günaha düşsəniz yubanmadan tövbə etməklə qəlbinizə düşmüş qara ləkəni paklayın. Belə etsəniz o qəlb Əhli-beytə (ə) məhəbbətli olmağa layiq olar. Əgər bir qəlbdə azca Əhli-beytə (ə) məhəbbət qalsa həqiqətən cəhənnəm odundan nicat tapasıdır. Günahlar mərhələ-mərhələ qəlbi elə qaralda bilər ki, bu məhəbbət məhv olar. Diqqət edin: Əhli-beytə məhəbbət elə bir cəvahirdir ki, bunun bir zərrəsi cəhənnnəmin şölələnən atəşini söndürə bilir. Bu cəvahiri hər kəsə vermirlər. Gərək qəlb pak olsun və qəlbin paklığı həqiqətən də təqva və Allaha itaətə bağlıdır.