İkinci dərs

تاریخ: 
جمعه, 8 آبان, 1383

Təkəbbür, bütün pisliklərin qaynağı (2)

Bismillahir-Rəhmanir-Rəhim

Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1383/08/08 tarixində (1425-ci il ramazan ayının 14-ü ilə eyni gündə) Ayətullah Xameneinin (sayəsi üzərimizdən əskik olmasın) dəftərindəki söbətindən seçmələrdir.
“Qasiə” xütbəsində söhbətimzin mehvəri təkəbbürün məzəmməti, fərdi və ictimai həyatda pis nəticə ilə sonuclanmasıdır. Allah-taala da əvvəl bəndələrini bu əmr vasitəsilə yoxlayıb - o zaman ki, mələklərə əmr olundu həzrət Adəmin (s) qarşısında səcdə edin. Yəni Allah məxluqlarından birinin qarşısında son həddə təvazökarlıq izhar etməklərini istədi. Baxmayaraq ki, bu məxluq zahirən əsl və yaranış maddəsi baxımından onlardan aşağı idi. Allah bu vasitə ilə təkəbbür və özünü böyük görmək ruhiyyəsindən uzaq olmalarını dilədi.
Bu xütbənin başlanğıc cümlələrinin açar sözlərindən biri “ixtibar” sözüdür. Bu söz xəbər tutmaq, imtahana çəkmək, bir şəxsi seçim qarşısında qoymaq mənalarını bildirir. Allah Quranda buyurur:
«الَّذِی خَلَقَ الْمَوْتَ وَ الْحَیاةَ لِیَبْلُوَكُمْ أَیُّكُمْ أَحْسَنُ عَمَلاً»
ملك: 2
“Allah hansınızın daha yaxşı əməl sahibi olduğunuzu yoxlamaq üçün, ölümü və həyatı yaratdı.” Yaranışda hədəf ixtiyar sahibi olan mövcudların öz vücud cövhərlərini zahir etməsidir. Əlbəttə, Allah üçün bir şey məchul deyil ki, onu imtahanla kəşf etsin. Allah mövcudları xəlq etməzdən öncə hər şeydən agah idi və mövcudların hamısının son taleyini bilirdi. Zehnimizin bu məfhumlarla tanış olması üçün onlar belə bir formada bəyan edilib. Allah-taala yaxşı və pis yol gedib həm tərəqqi, həm də tənəzzül edə bilən mövcudları imtahan edir. Quran bu mövcudların iki mühüm nümunəsini - insanı və cini tanıtdırıb.
«یا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ»
Tapşırıq, mükafat və cəzadan söhbət gedən yerdə müxatəb insan və cindir. Bu imtahanın nəticəsi nə vaxt məlum olar? Qiyamət günündə! Amma Allah-taalanın yeni məlumat kəşfinə ehtiyacı yoxdur. Çünki heç nə ona məchul deyil ki, onu məlum etmək istəsin. O bu işin zərurətlərinin adını imtahan qoyur. Necə ki müəllim hansı şagirdin müvəffəq olub yaxşı qiymət almasını və hətta hansı şagirdin birinci olacağını bilir. Lakin hamıdan imtahan götürür. Ümumilikdə həyatda qarşımıza çıxan hər bir iş imtahan vasitəsidir. Bu imtahanlar bəzi vaxtlar gözə görünən həddə böyük, tale yüklü, dönüş nöqtəsidir və əgər insan səhvə yol verərsə məlum deyil ki, bu səhvi aradan qaldırmaq mümkün olacaq. Digər bir nöqtə isə xütbənin əvvəlində “iz” və ”kibriya” kəlmələrindən istifadə olunmasıdır. Böyüklüyün izhar olması təkəbbürdür. Təkəbbürün pis sifət olmasına baxmayaraq Allahın adlarından biri “Əl-Mutəkəbbir”dir. Bu qədər pis sayılan “təkəbbür” sifətini Allah Öz sifərlərindən biri kimi necə qeyd edir?! “Təkəbbür” böyüklük göstərməkdir və Allah böyük olduğu üçün Onun böyüklük göstərməsi eyb deyil. Bu sifət bizim üçün pisdir. Çünki biz bir şey deyilik ki, böyük olaq. Biz xalis yoxsuluq. Bəzən kimdəsə bir əzəmət olur və onu izhar edir. Öz gücünü göstərən fərd buna misal ola bilər. Bu iş bəyənilməyən deyil. Allahın yaratdığı böyüklük nemətləri və vucuda gələn əzəmətli hadisələr bütünlüklə böyüklük izharı üçündür. Günəşə nur saçmaq eyb sayılmır. Allah mütəkəbbirdir amma müstəkbir deyil. Böyük olmadan özünü böyük sayana müstəkbir deyilir.
Bu xütbədə “təəssüb” və “həmiyyət” kəlmələri özünü böyük görmənin nişanəsi kimi işlədilib. Təəssüb bir şəxsin bir insana və yaxud hər hansı bir şeyə elə bağlı olmasına deyilir ki, nahaq da olsa onun müdafiəsinə qalxsın. Əgər insan haqq olduğu şeyi güclü himayə və güclü müdafiə edərsə bu bəyənilir. İnsan gərək hər zaman şəxsi yox, haqqı müdafiyə etsin. Bəzi insanlar şəxsə bağlıdır. Onlar yaxşı da olsa, pis də olsa yenə də onu müdafiə edirlər. Hal-hazırda adətən qoşun və dəstələrdəki mövcud bağlılıqlar buna misal ola bilər.
Əmirəlmöminin (ə) bu xütbədə əvvlcə İblisi misal çəkir. Bununla demək istəyir ki, mustəkbir və təəssüb göstərib Allaha qarşı çıxan ilk kəs İblis idi. Allah mələklərlə İblisi imtahana çəkdi. Əlbəttə, əsas imtahan İblis üçün idi. İblis Adəmin yaranışından altı min il əvvəl, öz yaranışının başlanğıcından daim ibadətlə məşğul olurdu. O ibadətinə görə, mələklərin sırasında yer tutdu. Hətta mələklər belə təsəvvür edirdi ki, İblis onlardandır. Bu həqiqət məxfi idi. İblisin mələklər sırasında olmaqla yanaşı mələklər kimi ibadət etdib-etməməsi yoxlanmalı idi. Dilinin altında çöp varmış?! Altı min il keçməsinə baxmayaraq, İblisin hansı yolun yolçusu olduğu üzə çıxmamışdı. Biz bir az diqqətli olmalıyıq. Deməyək ki, İslam və şiəlik yolunda altmış il can qoymuşuq daha yolumuzdan azmarıq. Allah-taala Adəmi yaratdıqdan sonra mələklərə yaratdığı məxluqun müqabilində səcdə əmri verdi. İblis də mələklərlə birgə idi.
«إِنِّی خالِقٌ بَشَراً مِنْ طِینٍ فَإِذا سَوَّیْتُهُ وَ نَفَخْتُ فِیهِ مِنْ رُوحِی فَقَعُوا لَهُ ساجِدِینَ»‏
ص: 71-72
Mələklər nə üçün torpaqdan yaranmış bir mövcud qarşısında səcdəyə düşməli idilər? Bunda nə sirr var? Onlar Allaha itaətdən ləzzət alırdı. Allah buyurduğu üçün daha dəlil soraqlamaq yoxdur. Amma İblis dedi:
«لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ»
حجر: 33
Mən bu əzəmət və keçmiş ibadətlərim, üstün məqam və ləyaqətimlə, palçıqdan yaranmış kəsə səcdə edim?! Mən ondan üstünəm və üstün mövcüd alçaq mövcud qarşısında özünü kiçiltməz. Rəvayətlərə əsasən, İblis Allaha dedi ki, məni bu səcdədən azad etsən aləmdə heç kəsin etmədiyi ibadəti edərəm. Bu səcdəni bizdən al və bunu bizdən istəmə.
«قالَ إِنِّی أُرِیدُ أَنْ أَطَاعَ مِنْ حَیْثُ أُرِیدُ»
بحار الانوار، ج‏11، باب‏2، ص‏145
Allah buyurdu: Əgər Mənə itaət edirsənsə, Mən deyən kimi et. Əgər mənim razılığımı istəyirsənsə, gərək Adəmə səcdə edəsən. Adam yaxşı işi Allah tapşırdığı üçün yox, yaxşı iş olduğu üçün etsə, bunun İslami dəyərlərlə çox fasiləsi var. İnsanın dəyəri Allaha pərəstiş etməsində, bir işi Allah dediyi üçün həyata keçirməsindədir. Yaxşıdır, yoxsa pis, mənim işim yoxdur.
Həzrət İbrahimin (s) yüz yaşına az qalmış Allah-taala ona övlad verdi. Cavan, gözəl və fövqəladə. İsmailin “Minada” başının kəsilməsi üçün göstəriş verildi. Allahın peyğəmbəri yüz il övladsız qaldıqdan sonra Allah ona övlad nəsib edib və indi övladın başını kəsməyi əmr edir. İbrahim (ə) peyğəmbər yuxusunu İsmailə danışdı.
«إِنِّی أَری‏ فِی الْمَنامِ أَنِّی أَذْبَحُكَ‏»
صافات: 102
İsmail demədi axı niyə? Mən hansı günaha yol vermişəm? Dedi:
«یا أَبَتِ افْعَلْ ما تُؤْمَرُ سَتَجِدُنِی إِنْ شاءَ اللَّهُ مِنَ الصَّابِرِینَ»
İsmail dedi: Allah hər nə buyurub itaət et. Mənim narahat olacağımdan nigaran olma. Mən də inşallah səbir edəcəyəm... İbrahim demir ki, bu ağıla ziddir və insanı öldürmək haramdır. Biz tarixdə belə çətin imtahanlarla üzləşib, bu imtahanlardan üzüağ çıxan biri ilə rastlaşmamışıq. Kərbəlada şəhidlərin ağası Hüseyn (ə) istisnadır.
Mələklər etiraz etmədi. Etirazçı ancaq İblis oldu.
«اَعْتَرَضْتَهُ الْحَمِیَّةَ»
Özündən zəif qarşısında özünü kiçiltməyin bir mənası yoxdur - alim cahil qarşısında, yaxud komandir əskər qarşısında. Bu ürf (ənənə) və ağıllı insanların metodu ilə müxalifdir. O zaman ki, Allah israr edib yox deyir və bunun bir əmr olduğun bildirir. İblis deyir:
«فَبِعِزَّتِكَ لَأُغْوِیَنَّهُمْ أَجْمَعِینَ‏»
ص: 82
Allaha müharibə elan edib and içir ki, mən bütün Adəm övladların azdıracağam.
«إِلاَّ عِبادَكَ مِنْهُمُ الُْمخْلَصِینَ‏»
ص: 83
Təkəbbür Adəm övladının işini bu yerə çəkir. Buna ciddi yanaşaq.
«ثُمَّ اخْتَبَرَ بِذَلِكَ مَلَائِكَتَهُ الْمُقَرَّبِینَ»؛«لِیَمِیزَ الْمُتَوَاضِعِینَ مِنْهُمْ مِنَ الْمُسْتَكْبِرِینَ»؛«فَقَالَ سُبْحَانَهُ وَ هُوَ الْعَالِمُ بِمُضْمَرَاتِ الْقُلُوبِ وَ مَحْجُوبَاتِ الْغُیُوبِ»؛
Allah təvazökarı müstəkbirlərdən ayırmaq üçün bu yolla mələkləri sınadı.. O Allah qəlblərdə və qeyblərdə olan sirlərə agahdır. Mənəm-mənəmlik və üsyankarlıq İblisi özündən çıxardı və o Adəm qarşısında özünü çəkdi.
«و تَعَصَّبَ عَلَیْهِ لِأَصْلِهِ»
O əslinə xatir, yəni əsil maddəsi od olduğu üçün dedi: Od torpaqdan üstündür - təkəbbürçülük etdi. Allah üçün hamı birdir - onlar bütünlüklə Allahın məxluqudur.
«فَعَدُوُّ اللَّهِ»؛«إِمَامُ الْمُتَعَصِّبِینَ»؛«الَّذِی وَضَعَ أَسَاسَ الْعَصَبِیَّةِ»؛«وَ نازَعَ الله رداء الجَبریة»؛«وَ ادَّرَعَ لِبَاسَ التَّعَزُّزِ وَ خَلَعَ قِنَاعَ التَّذَلُّلِ»؛«أَ لَا تَرَوْنَ كَیْفَ صَغَّرَهُ اللَّهُ بِتَكَبُّرِهِ»؛«وَ وَضَعَهُ بِتَرَفُّعِهِ»؛«فَجَعَلَهُ فِی الدُّنْیَا مَدْحُوراً»؛«وَ لَوْ أَرَادَ اللَّهُ أَنْ یَخْلُقَ آدَمَ مِنْ نُورٍ یَخْطَفُ الْأَبْصَارَ ضِیَاؤُهُ»؛
Nəticədə Allah düşməni İblis təəssüb əhlinin öncülü oldu. Təəssüblü fərd İblisin ardıcılıdır. Təəssüb binasının daşını İblis qoydu. Allahla müharibə edib cəbərut ridasını Ondan oğurlamaq istədi. Böyüklük libasını əyninə geyib üzdəki təvazö libasını əynindən çıxardı. Nəticədə, görmürsənmi ki, bu özünü böyük sanmanın müqabilində Allah onu nə qədər alçaltdı və axırıncı etdi? Bu yüksəklik axtarışına xatir onu xar etdi. Dünyada ilahi dərgahdan qovuldu, axirətdə isə ona cəhənnəm əzabı hazırladı. Əgər Allah Adəm övladını gözqamaşdırıcı nurdan xəlq etsəydi, İblis ona səcdə qılmaqda tərəddüd etməzdi. Amma bu zaman kimin təkəbbürlü və kimin təvazökar olduğu aydınlaşmazdı. Əgər Allah istəsəydi Adəm övladını elə xəlq edərdi ki, onun nuru gözləri qamaşdırar və ağılları heyran qoyardı.
«وَ طِیبٍ یَأْخُذُ الْأَنْفَاسَ عَرْفُهُ»؛«وَ لَوْ فَعَلَ لَظَلَّتْ لَهُ الْأَعْنَاقُ»؛«وَ لَخَفَّتِ الْبَلْوَی فِیهِ عَلَی الْمَلَائِكَةِ»؛«وَ لَكِنَّ اللَّهَ سُبْحَانَهُ یَبْتَلِی خَلْقَهُ بِبَعْضِ مَا یَجْهَلُونَ أَصْلَهُ»؛«لِلِاسْتِكْبَارِ عَنْهُمْ وَ إِبْعَاداً لِلْخُیَلَاءِ مِنْهُمْ»؛
Əgər Allah-taala insanı pis qoxulu palçıqdan yox, insanın qoxubilmə diyğularını oyadan xoş ətirli bir şeydən yaratsaydı hamı onun qarşısında baş əyər, təzim edərdi. Mələklərin də imtahanı asan olardı. Amma imtahanda maddə məchul olmalıdır. Şagird imtahanda hansı sualların olacağını bilməməlidir. O zaman ki, get oğlunun başını kəs - dedilər, o bilmirdi ki, qoyun qurbanlıq gələcək. O işin sonunacan İsmailin başını kəsəcəyini təsəvvür edirdi. Bu həzrət İbrahimin (s) təslim və bəndəçilik nişanələrindən idi. Allah-taala bu işiləri görməklə dikbaşlıq və özünü böyük görmək ruhiyyəsini saleh bəndələr və mələklərdən paklamaq istədi.