Birinci dərs

Maarif müqəddiməsi

Bismillahir-Rəhmanir-Rəhim Bismillahir-Rəhmanir-Rəhim

Birinci dərs

Maarif müqəddiməsi

Əmirəlmömininin (ə) buyurduğu kimi, Qurani-kərim sonsuz bir okeandır və onun dərinliyinə məsumlardan (ə) başqasının çatmaq imkanı yoxdur. Amma eyni zamanda, həm Quran, həm də məsumlar xalqa tövsiyə verirlər ki, Quran ayələri haqqında düşünsünlər, tədəbbür etsinlər.
Qurani-kərim buyurur: “Sənə bərəkətli bir kitab nazil etdik ki, ayələri haqqında düşünsünlər.” (كِتابٌ اَنْزَلْناهُ اِلَیْكَ مُبارَك لِیُدبّروا آیاتَه) Bu “Sad” surəsinin 29-cu ayəsidir. Amma deyilənlə kifayətlənməyib yenə də buyurur: “Məgər Quran haqqında düşünmürlər, yoxsa qəlblərinə qıfıl vurulub?” (اَفَلا یَتَدَبَّرُونَ القُرآنَ اَمْ عَلی قلوب اقفالها) Bu isə “Məhəmməd” surəsinin 24-cü ayəsidir.
Qurani-kərimə müraciət, onun ayələri haqqında düşünməklə bağlı həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) xeyli tövsiyələr var. Xüsusilə ictimai fikirdə dolaşıqlıq yarandıqda, müsəlmanlar arasında şübhələr ortaya çıxdıqda ciddi tövsiyə olunur ki, hökmən Qurana müraciət edilsin: “Fitnələr qaranlıq gecə parçaları kimi sizi ağuşuna alanda Quranı yaddan çıxarmayın.” (اِذْا اِلْتَبَسَتْ عَلَیْكُمْ الفِتَن كَقِطَع اللَّیْلِ المُظْلِمِ فَعَلَیْكُمْ بِالقرآن) Bu rəvayət “Üsuli-Kafi” kitabında (c. 2, s. 238) verilmişdir.
Bir çox rəvayətlərdə var ki, Quran haqqında kamil elm Peyğəmbər (s) və məsum imamlara (ə) məxsusdur. Onlar Quranın həqiqi müəllim və təfsirçiləridirlər. Quran özü də bunu təsdiqləyir.
Peyğəmbərin (s) vəsfində deyilir ki, ona kitab və hikmət öyrədildi. Amma bundan öncə tilavət və təzkiyə məsələləri qeyd olunur. Sonra məlum olur ki, Quranın təlimi tilavətdən fərqli bir işdir və Peyğəmbər (s) üçün bir vəzifədir. Yəni Quran ayəsi həzrətə nazil olanda xalqa tilavət etməlidir ki, sözlərini öyrənsinlər, sonra təzkiyə - paklanma istiqamətində işə başlanılsın. Peyğəmbərin (s) başqa bir vəzifəsi Quranı xalqa öyrətməkdir. Amma təlim təkcə oxumaq deyil. Burada məqsəd Quranın mənalarını xalqa anlatmaqdır. Yəni xalqın müstəqil şəkildə anlamadığını onlara anlatmaq. Bu mövzu “Bəqərə” surəsinin 239-cu ayəsində nəzərdən keçirilir.
“Nəhl” surəsinin 44-cü ayəsində buyurulur: “Biz bu Quranı sənə nazil etdik ki, sən onun ayələrini xalqa aydınladasan.” (وَ اَنْزَلْنا اِلَیْكَ الذِّكْرَ لِتُبَیِّنَ لِلنّاسِ ما نُزِّلَ اَلَیْهِمْ)
Aydın olur ki, bəzən Quran ayələrinin şərhə ehtiyacı var. Peyğəmbərin (s) vəzifəsi onları aydınlatmaqdır. Aydınlatmaq isə tilavətdən fərqli bir işdir. Biz şiələr bu əqidədəyik ki, Peyğəmbərin (s) bu məqamı məsumlar üçün də nəzərdə tutulmuş məqamlardan biridir . Başqa bir dəlilə əsasən, Quran müəllimliyi məqamı Peyğəmbər (s) və məsum imamların (ə) məqamlarındandır. Hazırda bu barədə danışmaq nəzərdə tutulmayıb.
Eyni zamanda görürük ki, Peyğəmbər (s) və imamlar (ə) Qurana müraciət etməyi tapşırır. Tövsiyə olunur ki, bir rəvayətin düzgünlüyünə şübhə etdikdə onu Quranla tutuşduraq. Rəvayətlər külliyyatında kitabla tutuşdurmaq adında xüsusi bir fəsil var. Rəvayətləri dəyərləndirərkən onların Qurana uyğunluğu bir meyar sayılır. Demək bir rəvayətin başqa rəvayətdən üstünlüyünü bilmək üçün onu Quranla dəyərləndirmək zəruridir. Rəvayəti ayə ilə dəyərləndirmək üçün ayənin məfhumunu dəqiq bilmək lazımdır. Ola bilər ki, ayənin özü rəvayət vasitəsilə dərk edilsin. Belə bir şübhə var ki, rəvayətlərə müraciət etmədən Quran ayələrini mənalandırmaq olmaz. Amma bu şübhə yersizdir. Qurani-kərimin özündə, Peyğəmbər (s) və məsum imamların (ə) buyuruğunda bizə tapşırılır ki, Quran ayələri barədə düşünək. Təəssüflər olsun ki, bu istiqamətdə məsuliyyətsizlik göstərilib və məsələyə səthi yanaşılıb. Hətta elm hövzələrində Quran və təfsir dərsləri zəifləyərək səhnədən çıxmaq üzrə idi. Nəhayət, Qum elm hövzəsində mərhum ustad Əllamə Təbatəbai Quran təfsirini hövzədə yenidən canlandırmaq tövfiqi əldə etdi. Bu iş Əllamənin ən böyük iftixarlarındandır. Mərhum Əllamənin “Təfsir əl-mizan” əsəri İslam maarifini tanımaq sahəsində ən üstün ədəbiyyatlardandır və biz bu işinə görə mərhum ustada borcluyuq.
Hər halda Allah və Peyğəmbər (s) tərəfindən bizim üçün təyin olunan vəzifə budur ki, Quran ayələri haqqında düşünək. İlahi kitab haqqında düşünməklə Allahın bu dəyərli xəzinədə qoyduğu incilərdən faydalanaq.
Bu gün həmd olsun Allaha ki, Quranın təlim və təfsirinin əhəmiyyəti cəmiyyətə müəyyən həddə aydındır. İndi Quran təfsirinə böyük maraq var. Amma bu marağı həvəslə qəbul etməklə yanaşı nigaran olmalıyıq ki, Quran təfsirində yanlışlığa yol verilməsin. Bu iş baş versə, nəinki cəmiyyət İslam həqiqətlərindən uzaqlaşar, həm də şeytan məqsədlərinə doğru yolunu azar. Bilirik ki, bu kimi hallar baş verib. Buna təəssüf edirik. Bu gün öz rəyi əsasında Quran ayələrini qəbul edən müxtəlif adlı qruplar yaranıb. Onlardan bəziləri məşhurdur, bəziləri az tanınıb. Amma uyğun istiqamətdə güclü fəaliyyətləri var. Biz ayıq olmalıyıq. Cəmiyyətin, xüsusilə gənclərin Qurana marağına sevinməklə yanaşı yanlış təfsir səbəbindən cəmiyyətin yolunu azmasından qorxmalıyıq.
Əlbəttə ki, bu sahədə bütün ağırlıq ruhanilərin üzərinə düşür. Məhz ruhanilər yaranmış boşluğu doldurmalıdır. Onlar Quran öyrənmək istəyənlərə doğru yol göstərməlidirlər. Hazırda İslam və İslam dövlətinə düşmən olanların arasında bilmədən büdrəyənlər var. Bəlkə də çoxları bilmədən belə mövqe tutub. Onlar yanlış təlim və düşüncə səbəbindən xətdən çıxıblar. Təəssüflər olsun ki, yolunu azanların bir qrupu nə zamansa ruhanilər tərəfindən də təsdiqlənib. Hər halda bu mövzuya açıq gözlə baxmalı, ehtiyatlı olmalıyıq ki, Quranın düzgün dərk yolunu onun özündən, Peyğəmbər (s) və məsum imamlardan (ə) öyrənək. Quranı öz məqsəd və düşüncələrimizə uyğunlaşdırmaqdan çəkinməliyik. Çalışmalıyıq ki, düşüncələrimizi Qurana yaxınlaşdıraq. Bu bəla Əmirəlmömininin (ə) vaxtında da olub. Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”də yaşadığı ağrılardan biri də bu mövzudur. Həzrət qeyd edir ki, bəziləri düşüncəsini Qurana yox, Quranı düşüncəsinə uyğunlaşdırır.
Həzrət Peyğəmbərin (s) vəfatından az bir müddət keçməsinə baxmayaraq, həzrət Əlinin (ə) hüzuru olan bir zamanda bu mövzuda azğınlıqlar baş verib. Həmin azğınlıqların bizim dövrümüzdə daha da genişlənməsi mümkündür.
Heç şübhəsiz, ruhanilərin əsas vəzifələrindən biri budur ki, Quranın bütün məfhumlarını ən düzgün və sabit şəkildə aydınlaşdırsınlar. Bu iş ali, orta və sadə formada cəmiyyətin ixtiyarına verilməlidir. Əgər bu iş görülməsə hazırda meydanda olan azğınlıqların başqa formalarının da intizarında olmalıyıq.
Bu gün müsəlman gənclərin böyük əksəriyyəti ciddi şəkildə və səbirsizliklə Quran məfhumlarını dərk etmək istəyir. Onlar müxtəlif ədəbiyyatlara müraciətlə məqsədə çatmaq istəyirlər. Onların bu işi sadə sayması üzürlü də sayıla bilər. Amma uzun illər elm hövzələrində böyük alimlərin ayə və rəvayətlərə məsuliyyətli yanaşmasına şahid olanlar səhvə yol versələr üzürlü sayılmaz.
Alimlər və təfsirçilərin ixtiyarımızda olan meyarlarından faydalanmaq bizim üçün vəzifədir. Biz çox çalışmalıyıq ki, Quran məfhumlarını aydın dərk edək. Biz bu məfhumları cəmiyyətə çatdırmaqla İslam və Quran qarşısındakı borcumuzu yerinə yetirə bilərik.
Bəli, Quranın məna və təfsirini dərk etmək sadə iş deyil. Bununla belə Quranı anlamaq istəyənə “sən 30 il çalışıb oxumalısan ki, Quranı anlayasan” – demək onu azğın insanların sorağınca göndərməyə bərabərdir. Quranın mənalarını anlamaq üçün üzücü zəhmətlərə ehtiyac olsa da, həmin zəhməti bir qrup öz öhdəsinə götürüb bəhrəsini cəmiyyətə təqdim etməlidir.
Cəmiyyətə verəcəklərimiz dəlillərə əsaslanan şübhəsiz şərhlər olmalıdır. Bu şərhləri nizamsız şəkildə də təqdim etmək olmaz. Pərakəndə şəkildə təqdimat həm qarşı tərəf üçün çətinlik yaradır, həm də nizamlı düşüncə sistemində faydalanmaq imkanı əldən çıxır. Bu zaman azğınların fikir sisteminə meydan açılır.
Azğın məktəblər daim çalışırlar ki, öz baxışlarını sistemli şəkildə təqdim etsinlər. Onlar öz mövzuları üçün bünövrə təyin edir, mövzuları bir-biri ilə əlaqələndirərək kompleks bir sistem ortaya qoyurlar. Bizim yolumuz düzgündür. Amma eynən müxalif tərəf kimi əlaqəli sistem yaratmalıyıq. Quran maarifi nizamlı şəkildə təqdim olunmalıdır. Belə ki, araşdırmaçılar bir nöqtədən başlayıb pilləli şəkildə İslam maarifini öyrənməli və son hədəfdə həqiqi Quran və İslam məfhumlarına nail olmalıdırlar.
Demək, biz məcburuq ki, Quran maarifini təsnif edək. Bu işi görməklə gənclərin işini asanlaşdıra bilərik. Asan təhsil onları müxalif düşüncə sistemlərinə müraciətdən çəkindirər.
Quran maarifinin mövzular üzrə təsnifatı, ayələrin mövzular üzrə qruplaşdırılması zəruri olsa da, müəyyən iradlar nəzərə çarpır.
Təsnifat üçün xüsusi bir nizam nəzərdə tutulmalıdır. Hər mövzu üzrə ayələr tapılmalı, bu ayələr qruplaşdırılmalı, sonra onlar haqqında söz deyilməlidir. Qaranlıq nöqtələrin aydınlaşdırılması üçün bu ayələrdən qaydalı şəkildə bəhrələnməliyik. Quranın Quranla təfsiri ustad Əllamənin “Təfsir əl-mizan”da seçdiyi üsuldur. Amma ayəni özündən əvvəlki və sonrakı ayələrdən ayıraraq nəzərdən keçirdikdə onun əsil məfhumundan uzaq düşmək qorxusu var. Çünki Quran ayələrinin kəlami dəlilləri bəzən özündən əvvəldə və sonrada, bəzən də başqa bir surədə tapılır. Həmin dəlilləri əldə etmədən ayəni düzgün mənalandırmaq olmaz.
Bu səhvə yol verməmək üçün, ayələri parçalayıb həqiqi mənasını itirməmək məqsədi ilə məsələyə ciddi yanaşmalıyıq. Belə olmasın ki, “la ilahə” “illəllah” ifadəsindən ayrı düşsün. Ayəni mənalandırmaq istədikdə ondan əvvəlki və sonrakı ayələri nəzərdən keçirmək və mövcud istinad nöqtələri varsa, onları zikr etmək lazımdır.
Bir ayəni özündən əvvəlki və sonrakı ayə ilə birlikdə zikr etməyin heç bir eybi yoxdur. Onları mötərizə içində də vermək olar. Belə ki, ayəyə müraciət edəndə onun bağlı olduğu nöqtələrdən xəbərsiz qalmayaq.
Bir daha təkrar edirəm ki, hər bir ayənin özündən əvvəlki və sonrakı ayələrə də diqqət yetirməliyik. Bəzən elə olub ki, bir ayə haqqında uzun müddət düşündükdən sonra ondan əvvəlki ayəyə diqqətsizlik göstərdiyimi hiss etmişəm. Hansı ki, əvvəlki ayəyə nəzər salsaydım daha kamil və fərqli nəticə alardım.
Quran maarifi və məfhumlarını qruplara bölməyə məcbur ikən ayələr də qruplaşdırılmalıdır. Yəni hər mövzu ilə bağlı sistemli şəkildə bir neçə ayə götürülməlidir. Bəs nəyə əsaslanmalı, hansı sistemi seçməliyik?
Bilirik ki, Qurani-kərimdə dünyəvi kitablardakı fəsillərə bölmə nəzərdə tutulmur. Qısa da olsa, az surə tapılar ki, yalnız bir mövzudan danışsın. Hətta bir ayədə bir neçə mövzu nəzərdən keçirilir. Ayənin məfhumu müxtəlif yönlərə malik olur. Bəzən bir ayədə həm etiqad, həm əxlaq, həm tarix, həm də şəriət yönü müşahidə edilir. Bu məsələ ayələrin qruplaşdırılmasında çətinlik yaradır. Amma eyni ayəni müxtəlif qruplarda təkrarlamaqla problemi həll etmək olar.