فهرست مطالب

İkinci dərs

Vəhdət və ixtilaf

Rəhman və Rəhim Allahın adı ilə

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin (Allah sayəsini davamlı etsin) 89/05/23-ü (1431-ci il mübarək Ramazan ayının 4-cü gecəsi ilə eyni vaxtda) tarixində əzəmətli Rəhbərlik məqamının dəftərindəki söhbətlərinin xülasəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi və agahlığımızı artırsın, hidayət və səadət yolunun işıqlı çırağı olsun.

Vəhdət və ixtilaf

Ötən söhbətin xülasəsi
Əvvəlki söhbətdə deyildi ki, həzrət Zəhranın (s) dəyərli xütbəsinə başlamazdan öncə “ vəhdət və ixtilaf” barəsində qısa söhbət edəcəyik. Qeyd etdim ki, bəzən vəhdətin tam bir dəyər olması və insanların heç bir qeyd-şərtsiz bir-birləri ilə birləşməsinin bəyənilmiş iş olduğu düşünülür. Lakin adətən bu hökümlərdə xatırlanmayan qeydlər olur.Bu kimi məsələlər xalq arasında bəyənilmiş, qəbul olunmuş aşkar məsələlərdir. Lakin bir qanun, dəlil kimi istifadə olunarsa müəyyən qeydlər olmalıdır. Doğru danışmağın yaxşılığı və yalanın pisliyi bu qəbildəndir; belə deyil ki, həmişə qəti şəkildə deyək: “Bütün doğrular yaxşıdır - g. Günahsız bir möminin şəhid olmasına səbəb olsa belə, və ya bütün yalanlar pisdir-, günahsız bir insanın nicat tapmasına səbəb olsa belə.” İslam baxımından belə deyil. Əgər yalan hansısa bir möminin həyatının xilas olmasına səbəb olarsa bu halda vacibdir; lakin yalan ümumi olaraq pis bir iş hesab olunur. Əslində bu məsələdə qeyd var.
Vəhdətin yaxşılığı da bu qəbildəndir. Vəhdət çox yaxşıdır, lakin dəyərli hədəf uğrunda olarsa. Əgər bir qrup insan haqqı tapdamaq üçün birləşsələr bu vəhdət həmin günah qədər pisdir. Demək vəhdət və birliyin yaxşılığı gizli bir qeydi olan aşkar məsələlərdən və bəyənilmiş fikirlərdəndir. Yəni bütün vəhdətlər yox , haqq yolunda və məntiqli bir hədəfin gerçəkləşməsi üçün olan vəhdət yaxşıdır. Vəhdət istənilən bir halda yaxşı bir iş hesab olunsaydı, bu halda peyğəmbərlər qiyam etməməli idilər. Çünki cəmiyyətin əksər hissəsi büt pərəstlər idi və onların qiyamı cəmiyyətdəki birliyi pozurdu. Bu halda demək lazımdır: belə bir ixtilaf çox bərəkətlidir və fəsadın tədricən yox olması üçüm gerçəkləşməlidir. Beləliklə, vəhdətin dəyəri mütləq və zati dəyər deyil. Haqq çərçivəsində olan vəhdət bəyənilir. Bu ötən gecə etdiyim söhbətlərin xülasəsi idi.

Məntiqli söhbət İixtilafı həll etməyin ən yaxşı yolu: Məntiqli söhbət

Belə bir sual da açıqlandı ki, əgər cəmiyyətdə ixtilaf yaransa nə etmək lazımdır? İxtilaf bəzən müəyyən işlərdə şəxsi səliqə ilə bağlıdır. Yəni tərəflərdən heç biri sabit əxlaqi, dini yaxud əqli dəyərə malik deyillər. Belə ixtilaflar o qədər də mühüm deyil. Məsələn, bir şəhərin əhalisi bir mod geyimi digər bir şəhərin əhalisi ayrı bir mod geyimi bəyənir. Yaxud keçmişdə bir formada olan binalar ( elə bir formada ki, bəzən bir bina min metir ərazini əhətə edirdi) indi isə digər bir formada olan binalar ( elə bir formada ki, bir ev tikmək üçünü 80 m ərazi lazım olur və şərayitə görə binanın quruluşu dəyişilir) bəyənilir. Bunlar çox mühüm deyil və ikinci yol, hökm onlara aid olmayanadək halal yoxsa haramlıqları yoxdur.
Bəzən ixtilaflar dinin təkidlə yanaşdığı həqiqi dəyərlərə aid olur. Peyğəmbərlər deyirlər: “ Əgər bu yolu getsəniz, bu rəftarı seçsəniz sonadək xoşbəxt olacaqsınız, yox əgər bunun əksinə əməl etsəniz sonadək bədbəxt olacaqsınız!” Burada şəxsi səliqədən söhbət getmir, buradakı məsələ çox ciddidir. Quranda deyir: “Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.”( “İnsan”,4) Əgər səhv getsəniz nəticəsi buxov, zəncir və alovlu atəşdir. Belə yerdə demək olmaz ki, məsələ çox mühüm deyil və hər kəs öz səliqəsi və zövqü ilə əməl etsin! İnsanın ağılı onu belə bir ehtimal, güman müqabilində (ehtimal zəif olsa belə) laqeyid olmağa qoymur. Çünki ehtimal olunan şey çox mühümdür. Ehtimal olunan çox mühüm olduqda bir faiz ehtimal da əhəmiyyətlidir. Əgər bu qəbil işlərdə ixtilaf olarsa düzgün yolu tanımaq zəruridir.
Əgər peyğəmbərlərin sözlərinin nəyə aid olmasında ixtilaf yaranarsa, yəni bir qrup “bizim tutduğumuz yol peyğəmbərlərin sözlərinə nümunədir”, digər bir qrup isə “bizim yol peyğəmbərlərin sözlərinə nümunədir” deyərsə ilkin qaydaya görə insan məntiq və əqli dəlillərlə bu sözlərin həqiqi nümunəsinin nəyə aid olduğunu sübut etməlidir; Çünki biz peyğəmbərlərin dediklərinin dəlil, höccət olduğuna inanırıq:”(Onları) Mmüjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın.(“Nisa”,165)
Peyğəmbərlərin yolu o qədər aydın və möhkəm dəlillərə malik bir yoldur ki, daha heç kəs bəhanə gətirə bilməz; lakin buna baxmayaraq şeytanlar saf suyu bulandırıb və zaman keçdikcə şübhələr, bidətlər yaratmaqla yolda şübhə, qaranlıq yarada bilərlər. Quranda buyurur : “Başqa kimsə yox, kitab nazil olanlar özləri açıq-aşkar dəlilləri gördükdən sonra bir-birlərinin haqlarına təcavüz etmək üçün ixtilaf yaratdılar.” ( “Bəqərə”, 213) Bir qrup qazanc yeri əldə etmək üçün qəsdən ixtilaf yaratdılar. Yeni bir firqə düzəldib, ona rəhbər olub və başqalarını sağmaq üçün “peyğəmbərin məqsədi belə idi” dedilər! Bu cür ixtilaflar yarandıqdan sonra gələcək nəsillər elə bir şəraitə düşürlər ki, haqqı ayırd etmək onlar üçün çox çətin olur. Bu şərayitdə nə etmək lazımdır? Belə bir vəziyyətdə ağıl hökm edir ki, ən yaxşı yol ixtilafda olanların hansı dəlilin doğru, hansının yanlışlan olmasını bilmək üçün birlikdə əqli dəlillər əsasında müzakirə etmələridir.
Lakin qeyd etdik ki, bir qrup bilərəkdən ixtilaf yaradırlar və haqqın aşkara çıxmasını istəmirlər. Batil firqələrdən olan böyük şəxslərin bir çoxları mövzünü aydınlaşdırmaq üçün müzakirə etməyə hazır deyillər; Çünki onlar həmin şübhələrdə maraqlıdırlarin olmasını istəyirlər ki, onların sayəsində mürid toplasınlar. Bu kimi ixtilaflarla qarşılaşdıqda unutmamalıyıq ki, bu hiyləgərlərin ardıcıllarının arasında doğrudan da haqq tələbində olanların mövcudluğu əhəmiyyətlidir. Lakin bu şəxslər səhv etmişlər. Onlara etimad göstərib, batil yollarına inanmışlar. Mən yetmiş neçə illik ömrümdə bu qrupa aid olan bir çox şəxslərlə rastlaşmıuşam. Müxtəlif islami, məsihi və sayir dini firqələrin, qrupların arasında elə şəxslər var ki, əgər İslam və Əhli-beyt məzhəbinin yeganə haqq məzhəb olması onlara sübut olsa şübhəsiz, onu qəbul edərcəkdilər. Mən demirəm hamı belədir; səhv olmasın; Əhli-beyt (ə) və şiələrlə bilərəkdən xüsusi düşmənçilik edənlər də var. O qədər inadkardılar ki, əgər hansısa bir kitabda şiənin xeyirinə olan bir rəvayət, yaxud əhvalat görsələr, növbəti çapda onu pozacaqlar. Bu nə qədər çirkindir?! Bu tarixə, tarixi sənədlərə, həqiqətə və bəşəriyyətə xəyanətdir!


Haqq qarşısında təslim, səadətin sirri

İnşaallah bizdə belə inadkarlıq olmaz, lakin hər halda haqqın qarşısında duracağımızdan qorxub Allaha pənah aparmalıyıq! Quranda buyrulur: “ Bu axirət evini yer üzündə hakimliksültə axtarmayan, fəsad və tüğyan istəməyənlərə verəcəyik. Və son təqvalılar üçündür.” (“Qəsəs”, 83) Əgər bu şeytani xisləti cavanlıqdan özümüzdə dəyişməyə çalışsaq, həmişə haqqa tabe olmağı öyrənsək, haradasa səhv etdiymizi bildikdə “səhv etdim” desək, and olsun Allaha heç bir ziyan görmərik. Bunu yoxlayın! Daha izzətli olacaqsınız; lakin şeytan mane olur. Bəzən səhv etdiyimizi bilsək də əl çəkmir, israrlı oluruq. Bu xasiyyət cəmiyyətin başçılarında, rəhbərdə olarsa daha çox fəsad törədər.
Beləliklə, inadkar insanlar da var. Quranda buyurulur: “Küfr edənləri qorxutzmağın yaxud qorxutzmamağın eynidir -. iİman gətirməyəcəklər. Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir və onların gözlərində pərdə var. Və onlar üçün böyük əzab var.” (“Bəqərə”, 6,7) Yasin sürəsində isə buyurur: “ Biz onların önlərindən və arxalarından səd çəkib və onları örtdük. Ona görə də görmürlər. Onlar üçün birdir: onları qorxudsan da, qorxudmasan da iman gətirməyəcəklər. Sən ancaq nəsihət verici Qurana tabe olan, Rəhmandan gizlində qorxan kəsi qorxuda bilərsən” (“Yasin”, 9,10,11) Belə də deyil ki, hamı dəlil və məntiq qarşısında təslim olsun; lakin hamının inadkar olmasını da düşünməməliyik. Bəlkə də xalqın əksəriyyəti həqiqəti tanıdıqda ona iman gətirənlərdəndir. Bir qədər səhlənkarlıq etmişik və həqiqətləri başqalarına lazım olduğu kimi çatdırmamışıq. Bu növ ixtilaflarda doğru və məntiqli yol budur ki, dəlil və məntiqlə, qarşı tərəfin təəssübünü oyatmayacaq formada haqqın nə olduğunu bildirməyə çalışaq. Onlar da bəşər övladıdırlar. Əgər bir şəxs məntiqlə və mülayim şəkildə danışarsa biz səhvlərimizi qəbul edərik; lakin əvvəlcədən tünd, kobud danışarsa (bəzən təhqir də edirlər) biz bu şəxsin qarşısında müdafiə mövqeyi tutacağıq. Əgər xalqla məntiqlə və düzgün şəkildə danışsaq bir çox ixtilaflar həll olar. Mərhum Ayətullah Behcət (Allah ondan razı qalsın) bir münasibətlə buyurudular : “Bu düz deyil ki, biz əvvəlcədən sünni məzhəbinə aid olan bir şəxslə onun narahatlığına səbəb olacaq məsələlər barəsində tünd və bərk danışaq.” O buyururdu: Ən yaxşı yol budur ki, biz onlara fiqhdə böyük alimlərdən dördünə (Əbuhənifə, Şafei, Malik və Əhməd İbin Hənbəl) ardıcıl olduqlarını deyək. Əbu Hənifə və Malik İmam Sadiqin şagirdi olmuşlar. Özləri də bununla fəxr edirdilər. Əbu Hənifədən belə nəql edirlər ki, o dedi: “Ffiqhdə Cəfər İbn Məhəmməddən fəqih olanını görmədim.” Başqa bir yerdə deyir: “Əgər o iki il (İmam Sadiqin yanında iki il şagirdlik edib)olmasaydı Nəman həlak olardl.” Nəman Əbu Hənifənin adı olub. Şagirdə təqlid etmək ustada təqlid etməyə mane olurmu? Biz bu şəxslərin ustadlarına təqlid edirik, siz isə şagirdə təqlid edirsiz. Nə üçün siz şiə məzhəbini digər məzhəblərlə yanaşı mötəbər saymırsınız? Bu sözdən sonra qəbul etməkdən başqa bir yolları qalmır. Şagird ustadın ondan çox üstün olduğunu və hər nəyinin ondan olduğunu etiraf etdiyi bir halda şagirdə təqlid icazəli, ustada isə icazəsiz olurmu?! Heç bir məntiq bunu qəbul etmir.
Bu həmin yoldur ki, Şeyx Mahmud Şəltut onu açıqladı və Misirdə şiə məzhəbini mötəbər bildi. Bu mərhum Ayətullah Bürucərdinin (Allah ondan razı olsun) bərəkətlərindən idi ki, Darut-təqribi təsis etdi. Əgər bu məsələ açıqlansa və onlar Əbu Hənifə ilə yanaşı İmam Sadiqi də mötəbər bilməyə hazır olsalar bu şiəni rəsmi tanımaq deməkdir. Bu səbəb olacaq ki, onların ölkəsində bizim kitablarımız qaçaqçılıq vəziyyətindən xaric olsun. Əgər onlar Əhli-beyt maarifi ilə tanış olsalar həqiqət tələbində olan fərdlər tədricən şiə olacaqlar. Bir çox şəxslər var ki, həqiqət ardıycadırlar, lakin şeytan onlara mane olur. Əgər biz yolu maneələrdən təmizləsək onlar yolu görəcəklər. Müxtəlif ölkələrə səfərlərimdə bir sıra şəxslərlə rastlaşdım ki, onların Əhli-beytə olan marağı bizimkilərin marağından az deyildi. İndoneziyada misirli bir şeyxlə görüşdüm. Bu şəxs Əhli-beyt haqqında çıxış etdi. Ona dedim ki, deyəsən siz misirlilər Əhli-beytə maraqlısız. O dedi: “Biz Əhli-beytə şeyda və aşiqik!” Əgər biz düzgün yolla təbliğ etsək şiə maarifini onlar üçün doğru şəkildə çatdırsaq şübhəsiz bir çoxları şiə olacaqlar; lakin biz səhlənkarlıq edirik. Biz məzhəbimizin və şəriətin sahibinə cavab verməliyik.

 

İnadkarlarla münasibətdə ədəblə yanaşı məntiqli söhbət

İnadkarlar, yaxud bu şəxslərin təbliğatlarının təsirinə düşüb öz məzhəblərinin haqq və şiə məzhəbinin batil olmasına əmin olanlarla bağlı vəzifəmiz nədir? Əgər biz haqqı açıqlayıb, batil məzhəblərin batilliyini sübut etməkdə səhlənkarlıq etsək Allaha, peyğəmbərə, insanlığa, şəhidlərə, keçmişdə və gələcəkdəkilərə xəyanət etmiş oluruq. Bu halda bizdə əməli baxımdan haqqın qarşısında maneələr şeytanlardan olarıq. “ Həqiqətən, onlar (həmin şeytanlar) onları yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.” (“Zuxruf”,37) Həqiqəti açıqlamasaq onlar sui-istifadə edib deyərlər: “Deməyə sözləri olsaydı deyərdilər və özlərini müdafiə edərdilər.” Beləliklə uyğun şəxslər qarşısında vəzifəmiz nədir?
Vəhdətin qorunması məsələsi əsasən bu hala aid olur. Əgər biz bu şəxslərlə tünd, acı və təəssüblə rəftar etsək hansı nəticələr gözlənilir? Bunun nəticəsi budur ki, inadkarların inadı artacaq və cəhalət səbəbindən batilə düçar olanlara bizdən üz çevirməyə bəhanə tapılacaq. Onlar belə deyəcəklər: “Həqiqət onlarladırsa, nə üçün kobudluq edib, söyüş söyürlər?! Həqiqət onlarla olsaydı, onu dəlillərlə açıqlayardılar.” Belə bir rəftarımız bizim batil olduğumuzu hesab etmələrinə səbəb olacaq. Beləliklə, təəssüblü rəftar, yəni hansısa bir məsələni qeyri-elmi şəkildə və savaş rühiyyəsi ilə açıqlamaq əks nəticə verməsə də, gözlənilən nəticəni verməyəcək. Yalnız məntiqli söz nəticəli olur. Məntiqli sözün qarşısı alınmamalıdır. Məntiqli sözün qarşısında durmaq üçün heç bir məntiqli dəlil yoxdur; lakin təəssüblü, düşmənçilik və kin yaradan rəftarın nə əqli, nə də şəri dəlili var.
Mümkündür ki, belə deyilsin: “Bəzi ziyarətnamələrdə müəyyən şəxslər lənətlənmişlər və biz həmin ziyarətlərə əsasən uyğun lənətə aid olanları lənətləyirik.” Lakin bu rəvayətlər və ziyarətlərdə deyilməyib ki, gedin minarənin üstünə çıxın, yaxud mikrafon götürüb lənət deyin! Başqalarının qarşısında onların qıcıqlanması və nəticədə şiələrin başqa yerlərdə problemlərlə qarşılaşmasına səbəb olacaq işlər görməyə heç bir ehtiyac yoxdur; bu işlərin səbəbindən şiələrin qanları halal bilinir, onlara teror edirlər və bütün inkişaflardan uzaq qalırıq! Bu işin hansı əqli və şəri dəlili var?! Bəli Quranda da bir çox yerlərdə müəyyən şəxslər açıq-aşkarcasına lənətlənmişdir: “Məhz onlar Allahın lənətlədikləridir və lənət edənlərin lənətləri onlara olsun!” (“Bəqərə”, 159) Bu Quranın lənətidir, lakin yüzlərlə məsələdə eyni fikirdə olduğumuz, qarşılıqlı olaraq müqəddəs saydıqlarımıza hörmət etdiyimiz və yalnız bir neçə məsələdə ixtilafda olduğumuz şəxsləri qıcıqlandırıb özümüz üçün ən böyük düşmənə çevirməyə ehtiyac yoxdur! Bu iş üçün hansı əqli dəlil var?! Bütün bunlarla yanaşı elmi məclislərdə, sağlam mühitdə təəssübdən kənar, elmi araşdırmalarla həqiqətləri araşdırıb hansı tarixin düzgün hansının səhv olmasını bilmək üçün özümüzə haqq veririk. Əgər bu işi etməsək bugünkilərin dili ilə elmə, dinin dili ilə isə Allaha, peyğəmbərə, imama, şəhidlərə və həqiqətə xəyanət etmiş olarıq. Əgər bu həqiqətlər açıqlanıb sübut olunmasa gələcəkdəkilər həqiqəti haradan anlasınlar?! Mən və siz dini məclislərdə, məscidlərdə, hüseyniyələrdə və rövzə məclislərində, bayramlarda danışarkənvə... haqqı bildik. Əgər bunlar olmasaydı həqiqəti haradan biləydik?! Əgər bu vəzifəni yerinə yetirməsək əmanətdarlıq etməmiş və haqqı yiyəsinə çatdırmamış oluruq. Əqidəvi, dini və məzhəbi nəticəsi olan əqidəvi və tarixi məsələləri araşdırmaq əqli və şəri vəzifədir. Bu yolun, üslubun üstündən xət çəkilməməlidir; lakin qarşı tərəfin hörmətini saxlamalı və səbəbsiz yerə hisslərini qıcıqlandırmamalıyıq. Haqqın sübut olması üçün heç bir faydası olmayan səbəbsiz sözlər danışmayaq; bu sözlər inadkarların inadını artırır və adətən günahsız şəxslərin ölümünə səbəb olan düşmənçiliklər yaradır.
Şiəlik tarixi göstərir ki, nə qədər şiə ayrı bir şəhərdəki şiənin dediyi sözlərin nəticəsində bu nadan yaxud inadkar fərdlər tərəfindən şəhadətə çatdırılmışdır. Dini baxımdan yox, öz-özlüyündə bu iş məntiqli işdir ki, insan öz canı kimi ona əziz olan dostlarını və əzizlərini ölümə verəcək işlər görsün?! Beləliklə, bizim iki vəzifəmiz vardır, bunlar bir-birləri ilə qatışdırılmamalıdır; birincisi budur: Elə bir iş görməyək ki, şübhəyə düçar olmuş, Allah göstərməmiş inadkar olanlar bizə qarşı qıcıqlansınlar və düşmənlikləri şiddətlənsin; bu olur vəhdətin qorunması. İkinci vəzifəmiz budur ki, elmi məclislərdə həqiqətləri açıqlayıb sübut etməkdən çəkinməyək.
Əbəqatul-Ənvar kitabının mərhum sahibinin Hindistandakı işi və mərhum Əllamə Əmininin (Allah onların ikisindən də razı olsun) Əl-Ğədir kitabını yazması ilə nəcəfdə gördüyü iş son əsrdə şiə məzhəbinin dirçəlməsi və onun haqq olmasının sübütü üçün görülən ən böyük xidmətlərdəndir. Bu iki alicənab şəxs necə də böyük xidmətlər və fədakarlıqlar etdilər! Bu iki kitabı yazanadək nə qədər çox acı tikələri utmalı oldular! Əllamə Əmininin Əhli-beytə və Əmirəl-mömininə elə bir məhəbbəti var idi ki, Əmirəl-möminin adını eşidən kimi gözlərindən yaş axardı! Lakin kitabında hətta bir yerdə olsun belə Əhli- sünnənin hörmət bəslədiyi şəxslərə qarşı hörmətsizlik etmədi; əksinə hər yerdə bu şəxslərin adının sonrasında “Allah ondan razı qalsın” cümləsini yazmışdır. Bu üslubla insan həm həqiqəti açıqlayır, həm də müxaliflərin əlinə bəhanə vermir və nəticədə həqiqət tələbində olnalar həqiqəti qəbul edirlər. Gərək şeytanın bizim, şiə ilə sünni arasında çəkdiyi pərdə götürülsün. Gərək elə bir iş görək ki, onlar bizim kitablarımızı mütaliə etməyə və bizi də müsləmanlardan bilməyə hazır olsunlar; əlbəttə şiə ilə sünninin arasındakı bu maneənin formalaşmasında bəzi şiələrin ölçülməmiş rəftarları da bir qədər rol oynayır. Biz əgər özümüzü şiə məzhəbini yayıb onun haqq olduğunu gələcəkdəkilərə çatdırmaqda üçün məsüliyyətli biliriksə gərək bir tərəfdən əqli, məntiqi və tarixi dəlillərlə bunu sübüt edək, digər bir tərəfdən isə əhli-sünnənin daha çox həssas olduqları şəxslərə (qıcığlanmalarına səbəb olacaq) etirazlar etməyək. Dəlillər o qədər aydındır ki, mərhum Mamusta Şeyxul- islami (xibrələr məclisində kürdüstanın şəhid nümayəndəsi) deyirdi: “Mənim əqidəm belədir və açıq-aşkar deyirəm ki, hər kəs həzrət Zəhraya cəsarət göstərsə kafirdir!” Beləliklə, şiə məzhəbinin haqq olmasını və eyni zamanda digər müxalif məzhəblərin batilliyini sübut etmək bizim heç nə ilə əvəz olunmayacaq əsas şəri vəzifələrimizdəndir. Lakin bu işin özünəməxsus şərtləri vardır: Uyğun şəxslərlə münasibətdə ədəb qaydalarını gözləmli və onların qıcıqlanmasına səbəb olacaq işlərdən çəkinməliyik. Əgər belə etməsək aramızdakı hicab möhkəmlənər və ixtilaf birliyin yerini tutar, nəticədə isə müsəlmanlar bir-birlərinə daha çox yaxınlaşıb, düşmənlərin qarşısında bir ola bilməzlər.
Allah bizə və sizə tövfiq versin, inşaallah