Xəbər: 309 Tarix: 03/11/1389

Əllamə Misbah Yəzdi: “İslam ilahi dinlərin məcmusu və qiyamətədək yeganə qurtuluş yoludur. Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı məlumat verir ki, imam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi bildirib: “İslam peyğəmbərinin (s) besətindən sonra yeganə qurtuluş yolu İslam dinidir və bu din bütün ilahi dinlərin məcmusudur.  

Əllamə Misbah Yəzdi: “İslam ilahi dinlərin məcmusu və qiyamətədək yeganə qurtuluş yoludur.

Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı məlumat verir ki, imam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi bildirib: “İslam peyğəmbərinin (s) besətindən sonra yeganə qurtuluş yolu İslam dinidir və bu din bütün ilahi dinlərin məcmusudur.

 

Xəbər: 309 Tarix: 03/11/1389

Əllamə Misbah Yəzdi: “İslam ilahi dinlərin məcmusu və qiyamətədək yeganə qurtuluş yoludur.
Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalı məlumat verir ki, imam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi bildirib: “İslam peyğəmbərinin (s) besətindən sonra yeganə qurtuluş yolu İslam dinidir və bu din bütün ilahi dinlərin məcmusudur.
Cənab Ayətullah Misbah Yəzdinin əsərləri portalının verdiyi məlumata əsasən, Əllamə Məhəmmədtəqi Misbah Yəzdi 25 dey günü xarici tələbələrlə görüşdə İslam hökmlərinin kompleksliyinə işarə ilə deyib: “İslam digər səmavi dinləri kamilləşdirir və bu din peyğəmbərin besətindən qiyamət gününədək bütün bəşəriyyətin yeganə qurtuluş yoludur.”
Ustad qeyd edib ki, Allahı tanıdıqdan sonra ən böyük nemət ilahi peyğəmbərləri tanımaqdır. O deyib: “Peyğəmbərlik mövzusu bütün ilahi dinlərdə qəbul edilir. Bütün bəşəriyyət Allah tərəfindən peyğəmbərlərin göndərildiyinə inanır. İnsanlar qəbul edirlər ki, peyğəmbərlər onların hidayəti üçün göndərilmişdir. Bu səbəbdən də digər din ardıcılları ilə söhbətdə peyğəmbərliyin həqiqət olduğunu sübut etməyə ehtiyac yoxdur.”
Qum Elm Hövzəsinin əxlaq Ustadı əlavə edib: “Quran bütün peyğəmbərlərin dəvətini prinsipcə eyni sayır. Dini təlimlərdə hər bir peyğəmbər insanları özündən sonrakı peyğəmbərin gəlişi ilə müjdələyir.”
Rəhbərlik xibrə məclisinin üzvü Qurandan qəti dəlillər göstərərək bütün ilahi dinlərə imanın zəruriliyini qeyd edib belə buyurdu: “Amma ilahi peyğəmbərlərdən insanların əlində qalan kitablarla bağlı fikir ayrılığı var. Yəhudilər həzrət Məsih və İslam peyğəmbərini (s) inkar edirlər. Məsihilər İsanı Allahın oğlu sayırlar. Quran isə həzrət İsanı da Musa və başqa peyğəmbərlər kimi Allahın elçisi olaraq qəbul edir. Həzrət İsanın insanları Əhməd adlı peyğəmbərin gəlişi iulə müjdələdiyi qeyd olunub.”
İmam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi ilahi dinlər arasındakı ixtilaflara işarə ilə dedi: “Peyğəmbərlərin sayından əlavə onların dəvətinin mahiyyəti ilə bağlı ixtilaflar var. Məsihilər üç üqnuma – ata, oğul və ruhul-qüdsə etiqad edirlər. Bu mövzunu nə müsəlmanlar, nə də yəhudilər qəbul edir. Yəhudilərin də ağıla sığmayan etiqadları var. Onlar inanırlar ki, Tövrat enəndə Allah səmadan enib həzrət Yaqubla güləşdi. Həzrət Yaqub Allahı yerə yıxdı və onun sinəsi üstə oturdu... Belə bir ağılsız iddianı nə müsəlmanlar qəbul edir, nə də məsihilər.”
Ayətullah Misbah Yəzdi bu qəbil məsələləri Tövrat və İncildə təhrif kimi qeyd edərək buyurdu: “Bu gün məsihilərin əlindəki İncil və yəhudilərin əlindəki Tövrat səmadan enən kitablar deyil. Bu kitablar təhrif edilmişdir. Müsəlmanlar həzrət Musa və İsanı peyğəmbər olaraq sevərək qəbul etsələr də, mövcud kitablarıtəhriflər səbəbindən təsdiqləmirlər.”
Ustad əlavə etdi: “Bu gün məsihilərin əlində olan İncil adlı kitab həzrət Məsihə gəlmiş İncil deyil. Bugünki İncillər Dörd Həvari tərəfindən tərtib olunmuşdur və bu dörd kitab arasında ziddiyyətlər var. Bu dörd İncildən başqa İncillər də var. Onları kilsə özü etibarsız sayır.”
Rəhbərlik xibrə məclisinin üzvü qeyd etdi ki, həqiqi Tövrat və İncillə Quran arasında heç bir ziddiyyət olmayıb. O qeyd edib: “Bugünki Quranın Cəbrail vasitəsilə Allah tərəfindən nazil edilmiş Quran olduğuna dəlillər var. Biz Qurana istinadən bütün ilahi peyğəmbərlərə ehtiramla yanaşırıq. Əgər onların kitabları təhrif edilməsəydi kitablarını da müqəddəs sayardıq.”
Ayətullah Misbah Yəzdi ilahi dinlərin sabit əsaslara malik olduğunu qeyd etdi. Bildirdi ki, zaman və məkanla bağlı cüzi əhkam dəyişiklikləri olub. O dedi: “Hər bir peyğəmbərin şəriəti öz dövrünə münasib olub. Quran xəbər verir ki, qədim peyğəmbərlərin bir sıra göstərişləri özündən sonrakı peyğəmbər tərəfindən qüvvədən salınıb.”
Cənab Ustad əlavə edib: “İslamda da bəzi dəyişikliklər olub. Yəhudilik və məsihilikdə qadağan edilmiş bəzi işlər İslamda icazəlidir. Amma bu dəyişikliklər çox cüzidir və şəraitlə bağlıdır.”
Hövzənin əxlaq Ustadı əlavə edib: “Bu fərqlər dini dəyişmək mənasında deyil. Müsəlmanların etiqadına əsasən, imam Mehdinin (ə.c.) zühurundan sonra həzrət Məsih də yerə qayıdar və imamla birlikdə zülmün qarşısını alar. Həmin vaxt həzrət Məsih də imam kimi namaz qılacaq. Hansı ki, öz dövründə başqa şəkildə ibadət edib. Bu o demək deyil ki, dində dəyişiklik baş verib. Əksinə, Məsihin ibadəti hər iki dində namazın mövcudluğunu göstərir. Sadəcə ayrı-ayrı dövrlərdə ibadətlər formaca fərqlənmişlər.
İslam qiyamət gününədək bəşəriyyətin qurtuluşu üçün Allahın açdığı qapıdır. Cənab Əllamə Misbah Yəzdi qeyd etdi ki, Allah İslam peyğəmbərini son peyğəmbər qərar verdi. Bu əsasla inanırıq ki, İslam peyğəmbərinin (s) besətindən sonra qurtuluş yolu axtaran şəxs İslam üz tutmalıdır.”
Rəhbərlik xibrə məclisinin üzvü İslam dininin imtiyazlarına işarə ilə dedi: “İslamın iki mühüm imtiyazı var: təhrif olmaması və hökmlərinin sabitliyi. İslama əsasən, bütün peyğəmbərlər eyni bir yolu gedirlər. Hətta bütün digər dinlərin adı da İslam olub.”
Ayətullah Misbah Yəzdi əlavə edib: “İslam prinsipcə bütün ilahi göstərişlərə tabe olmaqdır. Hələ İslamdan qabaq da digər ilahi dinlərdə belə bir əsas olub. Amma o biri dinlərdə təhrif olunmuş prinsiplər İslamda qorunub. Hansı ki, həmin prinsiplər digər ilahi dinlərdə unudulmuşdur.
Quran Allahın bəşəriyyətə ən böyük nemətidir.
Qum Elm Hövzəsinin əxlaq Ustadı qeyd edib ki, Allahın bu gün bəşəriyyət üçün ən böyük neməti Quran kimi təhrifdən qorunmuş səmavi kitabın mövcudluğudur. O deyib: “Quranın təhrifdən hifz olunması Allahın vədidir. Tövrat və İncildə həyata keçirilən təhriflər Quranda da baş versəydi, bəşəriyyətin hidayəti üçün yol qalmazdı.
İmam Xomeyni adına Təhsil və Araşdırmalar İnstitutunun rəisi sonda İslam düşmənlərinin Quranı təhrif etmək cəhdlərinə işarə ilə dedi: “Quranın min ildən artıq yaşı olan nüsxələrinin dünyanın məşhur muzeylərində saxlanılması göstərir ki, Quranda heç bir təhrif olmayıb və bir-birindən fərqlənən iki Quran tapmaq qeyri-mümkündür.”

SON

 

آخرین محتوای سایت

ارزشمندترین مرتبه جهاد!
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
اهداف و آرمان‌های حضرت امام چیزی غیر از اهداف و آرمان‌های اسلام نبود
بعد علمی شخصیت حضرت امام‌رضوان‌الله‌تعالی‌علیه رادیو قم: بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم....
فروتنی با مؤمنان و سرسختی با کافران؛ ویژگی مؤمنان راستین
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...
ارزش زیارت امام خمینی‌رضوان‌الله‌عليه
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...