Həsəd, paxıllıq

پرسش: 

 

Ruhumuzdan həsədin kökünü kəsmək üçün hansı əlac yolunu tövsiyə edirsiniz?

 

پاسخ:

Həsədin, paxıllığın uzaqlaşması üçün hər şeydən öncə başqalarında olan nemətlərin Allahın bəxşişi olmasını və bundan narazılığın əslində Allahın işindən narazılıq olmasını düşünün. ikincisi isə, düşünün ki, həsəd, paxıllıq ən böyük həlakedici xəstəliklərdəndir. Bu xəstəlik Adəmin övladı Qabili öz qardaşını öldürməyə sürüklədi, həmçinin Yusifin qardaşlarını Yusifin haqqında cinayət törətməyə vadar etdi. Yusifin qardaşlarından heç biri bu cinayətlərdən daimi çətinlikdən başqa bir şey əldə etmədilər. Demək, daha yaxşı olar ki başqalarına həsəd, paxıllıq etmək əvəzinə Allahdan istəyək ki, (özümüz də çalışaq) o şəxslərdəki nemətlərdən, yaxud daha yaxşısını bizə bəxş etsin.