Çətinliklər zamanı dua, səbr

پرسش: 

Çətinliklər zamanı dua daha yaxşıdır, yoxsa səbr edib, razı qalmaq?

پاسخ:

♦♦♦ “Biharın” 14-cü cildi, səhifə 39-da belə bir rəvayət var:
عن أبی عبدالله علیه السلام قال:
أوحى الله تعالى إلى داود علیه السلام:
إن خلادة بنت أوس بشرها بالجنة، وأعلمها أنها قرینتك فی الجنة، فانطلق إلیها فقرع الباب علیها، فخرجت وقالت: هل نزل فی شئ؟ قال: نعم، قالت: و ماهو؟ قال: إن الله
تعالى أوحى إلی وأخبرنی أنك قرینتی فی الجنة وأن أبشرك بالجنة، قالت أو یكون اسم وافق اسمی؟ قال: إنك لانت هی، قالت: یانبی الله ما أكذبك، ولا والله ما أعرف من نفسی ماوصفتنی به، قال داود علیه السلام: أخبرینی عن ضمیرك وسریرتك ماهو؟ قالت: أما هذا فسأخبرك به، أخبرك أنه لم یصبنی وجع قط نزل بی كائنا ما كان، وما نزل ضر بی حاجة وجوع كائنا ماكان إلا صبرت علیه ولم أسأل الله كشفه عنی حتى یحوله الله عنی إلى العافیة والسعة، ولم أطلب بها بدلا، وشكرت الله علیها وحمدته، فقال داود علیه السلام: فبهذا بلغت مابلغت، ثم قال أبوعبدالله علیه السلام: وهذا دین الله الذی ارتضاه للصالحین.
İndi belə bir sual yaranır ki, müsibətlər, çətinliklər və sayir bu kimi hadisələr qarşısında dua edib yalvarmaq, yoxsa sükut edib, razı qalıb, şükür etmək daha yaxşıdır? Çətinliklərin uzaqlaşmasını istəmək bəyənilmiş və fəzilətli olsa belə hansı məqamda dua olunmalıdır deyə sual olunur. Əgər çətinliklər qarşısında səbr edib, razı qalmaq daha yaxşıdırsa bəs nə üçün peyğəmbərlər çətinliklər zamanı dua edirdilər? Misal üçün həzrət Əyyub buyurur: “Ey rəbbim həqiqətən mən çətinliklə üzləşmişəm və Sən rəhimlilərin ən rəhimlisisən.”
(ربّ انّی مسّنی الضّرّ و انت ارحم الرّاحمین)
Həzrət Musa buyurur: “Ey rəbbim həqiqətən mən, mənə nazil edəcəyin xeyirə ehtiyaclıyam.”
(ربّ انّی لما انزلت الیّ من خیر فقیر)

◊◊◊ Suala cavab verərkən bir neçə nöqtəni qeyd etməyi faydalı bilirəm:
1. Əgər müsibətin və ya çətinliyin uzaqlaşmasını istəyərkən səbirsizlik və ah-zar etsək, bu kamillik hesab olunmaz, həmçinin insan üçün səbir sayılmaz.
2. İlahi hikmət və təqdirlə müxalif olmayacagı halda, bəlanın uzaqlaşmasını istəsək bu istəyimiz səbirlə ziddiyyət daşımaz.
3. Daha çox itaət və ibadət üçün zəmin yaranmasına görə bəlanın uzaqlaşmasını istəsək bu halda istəyimiz təkcə səbirlə yox hətta razılıq və təslimlə də ziddiyyət daşımaz.
4. Əgər başqalarına dua etmək, ilahi nemətlərə şükür və Allahla minacat kimi daha yaxşı işlə məşgul olmaq duanın tərk olunmasına səbəb olarsa bu zaman duanın tərki daha fəzilətli hesab olunar. Girami peyğəmbərdən nəql olunur: “Hərkəs Allaha ibadət etdiyi üçün dua edə bilməzsə Allah ona dua edənlərə əta etdiyindən daha fəzilətlisini bəxş edər.” (“Təfsirul- əskəri”(ə))
5. Ümumi tövsiyə belədir: insan müqəddəs şəriətdə olan bütün göstərişlərə (xüsusilə Qurani-kərimdə qeyd olunanlara) münasibətdə himmətli olmalı və halına uyğun olaraq bəzən dua, bəzən minacat, bəzən isə zikir edib, Allahı yada salmalı.