Yol göstərmələr

پرسش: 

Yol göstərmələr

پاسخ:

♦♦♦ Təqribən 3 ay öncə pis ya yaxşı keçmişimdən tövbə etdim. Maraqlıdır ki, əvvəlki tövbələrimin əksinə olaraq məndə böyük bir inqilab baş verdi. Əvvəllərdə Cənab Haqqa qarşı qəlbimdə vəsf edilməyəcək dərəcədə eşq və məhəbbət yarandı. Məndə bir tərpəniş oldu və başdan-başa eşq yanğısı vücudumu bürümüşdür. Lakin, dayanmadan öz yoluma davam etməyimə, daha çox səy göstərməyimə baxmayaraq bu eşq tədricən azaldı. Indi sizdən mənə yol göstərməyinizi istəyirəm. Bunun səbəbi nədir? Həmin gözəl halın davamlı olması üçün nə edim?

◊◊◊ Bəzi əxlaqi çatışmamazlıqlar, insanın özünün də sadəliklə onu ayırd edə bilməyəcəyi qədər gizlidir. Bu əxlaqi çatışmamazlıq vaxt keçdikcə aşkar olur və öz pis təsirini qoyur. Əks halda Allah- taala səbəbsiz yerə hansısa neməti geri almaz: “... bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti çevirən deyildir.” (ənfal 53)
Bu gizli, zərif nöqtələri tapmaq üçün nəfsə nəzarət daha da dəqiq şəkildə yerinə yetirilməlidir. Həmçinin qəlbinizin dərinliklərində axtarış aparmaqla öz rəftarınızdakı gizli amilləri tapmanız lazımdır. Hər halda dua və təvəssül bütün problemlərin həll olunması üçün bir açardır.