Yol və yol göstərən

Yol və yol göstərəni tanımaq (Quran maarifi 4 və 5)

 

Bu kitab Qurani-kərimin mövzular əsasında təfsir dərslərinin davamıdır. Kitab İmam Xomeyni Araşdırma və Tədris İnstitutunun əsərlər toplusu bölməsinin səyləri ilə toplanmış, redaktə olunmuşdur. Kitab ilk dəfə 1376-ci ilin payızında 3000 tirajla, uyğun müəssisənin nəşriyyatı tərəfindən çap olunmuşdur.
Yol və yol göstərəni tanımaq bölməsinin Quran maarifinin digər bölmələrindən, xüsusi ilə “Quranda insanşünaslıq” bölməsindən sonra gəlməsinin səbəbi budur ki, uyğun bölmədə sübut olunur ki, insan yaranmışların ən şərəflisidir və onun yaranışında məqsəd öz seçimi ilə həqiqi səadət yolunu getməsidir. Bu yerdə səadət yolunun və bu yolda olan bələdçilərin tanınmasının zəruriliyi barədə söhbət olunmalıdır. Bu səbəbdən növbə yol və yol göstərəni tanımaq mövzüsunun açıqlanmasına çatır.
Yolu tanımaq bölməsində aşağıdakı mühüm mövzular açıqlanmışdır:
Yolu tanımaq vasitələri: insan həqiqi səadət yolunu hiss, ağıl və təcrübə kimi insana aid vasitələrlə kamil şəkildə taniya bilməz. Bu səbəbdən uyğun yolun vəhy nuru ilə insana göstərilməsi qaçılmazdır.
Peyğəmbərlərin göndərilməsindəki hədəflər: Bu hədəflər aşağıdakılardan ibarətdir:
Xalqın “təşrii” hidayəti, xalqa təlim, təhriflərin, həqiqət üzərində aparılmış dəyişikliklərin islahı, dini ixtilafların aradan götürülməsi, mühakimə və hakimlik, xatırlatma, qorxutma və müjdə, zülm və fəsadla mübarizə.
Peyğəmbərlərin insan növündən olması: Nə üçün peyğəmbərlər mələklərdən deyil və onların bəşər olması necə mənalandırılır və insanların hidayətində hansı təsirləri qoyur?
Möcüzə: Nübüvvət iddiasını sübut etmək üçün möcüzənin zəruriliyi, möcüzənin həqiqəti və mahiyyəti, peyğəmbərin ən əhəmiyyətli möcüzəsi olaraq Quranın möcüzə olması mövzusuna işarə.
İsmət: ismətin (məsumluğun) şamil olduğu dairə (mərtəbələr və şəxslər), peyğəmbərlərin məsumluğu barədə mövcüd şübhələrə cavab.
Dinlərin fərqləri və birgə nöqtələri: İlahi dinlər hökmlərin xırdalıqlarında bir-birləri ilə fərqlidirlər; lakin bütün peyğəmbərlərin çağırışının ruhu “İslam”dır. Bu arada araşdırılan digər mövzu dinlər arasındakı ixtilafların səbəbinin nə olmasıdır. Bu isə ümumi olaraq ibarətdir: zülm və üsyan; dinin təhrifi, dəyişdirilməsi.
Yol göstərəni tanımaq bölməsində mühüm mövzular aşağıdakılardan ibarətdir:
Quranın tarixin mehvərinin hökumətlər, xalq, yaxud iqtisadiyyat kimi insana aid maddi işlərdə yox, mənəviyyatda olmasını xatırlatmaq;
Quranın tarixi hadisələrin mehvəri tövhiddir və peyğəmbərlər bu hadisələrin qəhrəmanlarıdır;
Quranın insanın insanlığını yalnız onun mənəvi cəhətlərində görməsi nöqtəsini öyrənməyə təkid;
Qurani-kərimdə peyğəmbərlərə aid olunan ayələr 3 qisimdir:
1. Peyğəmbərlərin özlərinə aid ayələr;
2. Peyğəmbərlər ilə xalqın qarşılıqlı əlaqəsinə aid olan ayələr;
3. Peyğəmbərlərin qövmlərinə, onların həyatlarında baş verən dəyişikliklərə və onların sonuna aid olan ayələr.
Bu üç qismin hər biri xüsusi və ümumi olaraq iki hissəyə bölünür. Bu kitabda ixtisarla olduğu üçün yalnız uyğun üç qismin ümumi yönləri araşdırılmışdır; misal olaraq peyğəmbərlərin özlərinə aid olan ayələr mövzusunda hər bir nəbi yaxud rəsulun xüsusi əhvalatı yox, bütün peyğəmbərlərə aid olan ümumi əhvalatlardan danışılmışdır. Həmçinin xalqla peyğəmbərlər arasındakı qarşılıqlı əlaqə mövzusunda hər bir peyğəmbərin öz qövmü ilə rabitəsindən yox, ümumi olaraq qövmlərin peyğəmbərlərlə rabitəsindən danışılmışdır.
Xatəmiyyət (sonunculuq) mövzusu: Xatəmliyin mənasının açıqlanması, xatəmliyin sübut olunması və bu mövzuda olan şübhələrin aradan qaldırılması.
Peyğəmbərin məqamları (s): Vəhyin çatdırılması, təbliği, vəhyin təfsiri, mühakimə, hökumət.
Məsum imamların məqamları (ə): vəhyin təfsiri, mühakimə, hökumət.
Bu kitabda da ustadın digər kitabları kimi Qurani-kərim ayələrindəki nöqtələrdən gözəl və yerində istifadə oxucunu heyran edir, vəcdə gətirir. Bütün mövzularda söhbətin ayənin aid olduğu dairədən xaric olmamasına çalışılmışdır. Hətta mövzunun müxtəlif hissələrinə aid olan rəvayətlər də ayələrin dəlil olması meyarı ilə qəbul edilib, dəyərləndirilmişdir. Həmçinin ayələrin mövzusu və mənasının nəyə dəlil olması ilə bağlı əqli dəlillər vasitəsi ilə sübut ya inkar edilmişdir.