Quranşünaslıq

Quran maarifi 6; Quranşünaslıq


Bu kitab cənab Höccətül-İslam vəl-müslimin Rəcəbi tərəfindən hazırlanmışdır. Kitab mövzular əsasında təfsir dərsinin 6-cı bölməsidir. Bu kitabın birinci cildi ikinci dəfə İmam Xomeyni (r) Araşdırma və Tədris İnstitutunun nəşriyyatının səyləri ilə 1380-cı ilin baharında 3000 tirajla çap olunmuşdur.

Yol göstərəni tanımaq bölməsində (Quran maarifinin 5-ci bölməsi ) möcüzələr haqda danışılmışdır. Burada ilahi kitab Qurani-kərim İslam peyğəmbərinin əsas möcüzəsi kimi tanıtdırılmış və əvvəlki səmavi kitablarla müqayisə olunmuşdur. Sonra söhbət bu yerdəcə tamamlanır ki, sonra Quranşünaslıq bölməsində bu əbədi möcüzə haqqında daha geniş söhbət açılsın.
Bu kitabda (Quranşünaslıq) fərz edilmişdir ki, oxucunun Qurana möhkəm imanı yoxdur. Yalnız, ehtimal olunanın zərərlərini uzaqlaşdırmağın əqli baxımdan vacib olması və həmçinin Quranın özünü bəşərin yeganə səadət bilməsi, onun göstərişi ilə müxalifliyin əbədi fəlakətlə nəticələnəcəyini iddia etməsi səbəbindən Quranı öz mətninin köməyi ilə tanıtdırmağa çalışılır. Bu səbəbdən uyğun kitabda Quranın tərifi və onun tanınması Quranın öz dili ilə gerçəkləşir və Quranın, möcüzə olduğunu necə sübut etməsini oxuyuruq. Kitabın mövzuları 4 hissəyə ayrılmışdır:
Birinci fəsildə Quranın adı və sifətlərindən söz açılır. Bu adlar və sifətlər əsas və ikinci dərəcəli olaraq iki qismə bölünür. Birinci qisimdə bu kimi adlar xatırladılır: “kitab”, “kütub”, “suhuf”, “bəyan”, “əhsənul-hədis”, “bəlağ”, “hikmət”, “furqan” və sair. İkinci dərəcəli adlar və sifətlər qismində isə “əliyy”, “həkim”, “əzim”, “səqil”, “kərim”, “məcid”, “mübarək”, “əziz” və sair bu kimi adlar araşdırılmışdır.
İkinci fəslin mövzusu Quranın nazil olmasıdır. Bu bölmədə nazilolma mənasından, Quranı nazil edəndən, Quranın nazil olduğu şəxsdən, nazilolmanın necəliyindən, növlərindən, zaman və saylarından danışılmışdır. Üçüncü bölmədə (Quranın Allah tərəfindən olmasına aid ) əqli dəlilləri ortaya qoyan ayələr, Quranın möcüzə olmasının müxtəlif yönləri, bir neçə şübhənin həlli, peyğəmbərin “ümmi” (təhsil almamış) olması və bu barədə bir neçə şübhənin həlli, həmçinin nəqli dəlilləri ortaya qoyan ayələr və əvvəlki peyğəmbərlərin Quranın nazilolması haqda verdikləri müjdələr barədə danışılmışdır.
4-cü bölmənin mövzusu Quranın təhrifdən, dəyişiklikdən uzaq, amanda olmasıdır. Quran təhrif olmadığı üçün tarixi, əqli və nəqli dəlillər, Quranın özündən dəlillər və Quranın təhrif olmasına etiqadlı olanların dəlilləri və bu dəlillərin tənqidi uyğun bölmənin mövzularını təşkil edir. Əlbəttə, təhrifin növləri də bu bölmənin müqəddiməsində qeyd olunmuşdur.