İmanın dəyəri

Məsumların dilində imanın dəyəri

 

 


Məsumların dilində imanın dəyəri

Qarşınızdakı  yazı Ayətullah Misbah Yəzdinin (səyəsi üzərimizdən əskik olmasın)  87/7/24 tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çırağ olacaq.

İman səadət açarıdır

İslam dininin ən zəruri təlimlərindən  biri  budur ki, insanın həqiqi səadəti onun imanına bağlıdır. İmana lazım olan isə saleh əməllərin həyata keçrilməsidir. İman hər nə qədər möhkəm və güclü olarsa insanın əməli bir o qədər saleh olar. İman hər nə qədər zəif olarsa insanın xeyir əməlləri də bir o qədər zəifləyəsi, hətta bəzən günaha düçar olasıdır. Əvvəlki söhbətlərdə Quran ayələrindən istifadə etməklə bu barədə danışıldı. Ayələrdə güclü imanın mərtəbələri və imanın şərti olan əməllər tanıtdırılır. Digər ayələrdə imanı olmayan insanın xeyir əməllərinin onun əbədi səadəti üçün bir fayda verməyəcəyi bəyan olunur. Bu xeyir əməl sahibinə Allah-taala elə bu dünyada dünya nemətləri ilə əvəz verəsidir. Amma həmin şəxs bu dünyadan həqiqi, əbədi axirət dünyasına köçdükdə əliboş qalasıdır. Əgər kimsə Quran ayələrini nəzərdən keçirsə iman və saleh əməlin səadət üçün meyar olduğunu bəyan edən yüzlərlə ayə ilə rastlaşar:

“Ancaq iman gətirib yaxşı işlər görən...”(“Şuəra”, 227; “Sad”, 24”; “İnşiqaq”, 25)

“İman gətirib yaxşı işlər görən şəxslər...”(“Bəqərə”, 25, 82, 227; “Ali-İmran”, 57)

Bundan əlavə digər ayələrdə buyurulur ki, iman olmadan küfrə düçar olaraq görülən hər hansı xeyir işdən əməl sahibinə fayda olmaz.


Güləkdə kül

İki ayə bu mövzunu aşkar bəyan edir:

Birinci ayə “İbrahim” surəsindədir. Ayədə buyurulur: “Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (axirət mükafatı) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət! (“İbrahim”, 18) Küfr etmiş kəslərin əməlləri tufana tapşırılmış kül kimidir. Yəni belə kəslərin əməlləri şiddərtli küləkdə göyə sovrulan bir ovuc kül kimidir. Cəkdikləri bütün zəhmətlər və gördükləri bütün işləri külək aparasıdır. Onlara bir şey qaytarılmayacaqdır. Onlar nəyəsə çatmaz və onlardan istifadə edə bilməzlər. (Zalikə huvəl-zəlalul-bəid) Bu cox uzaq azğınlıqdır. Yəni hec zaman hidayətə çatmayacaqlar.

Küfr - əsil zülmət

İkinci ayə “Nur” surəsindədir. Ayədə buyurulur: “Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir - susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun (heç) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər.) Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (hesab günü əməllərin toplanması, zamanın keçməsi və əməl sahiblərinin çoxluğu hesabın vəd olunan vaxtda tez yerinə yetirilməsinə mane olmur). (“Nur”, 39)

Digər bir ayədə buyurulur: “Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar (altda qalıb batan şəxs) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o əlini çölə çıxarsa ( gözünün qabağında tutsa) onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir). Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır. (“Nur”, 40) Bu iki ayədə kafir və onun əməli iki şeyə oxşadılıb. Birincisi, susuz insan, o biyabanda su axtarır və uzaqdan ilğım görüb onu xəyalında su təsəvvür edir. Tələsik suya tərəf qaçır ki, susuzluğunu yatırsın. Ora çatan zaman, görür, su yox imiş. Burda zərif bir nöqtə var ki, oraya catan zaman su görməz. Amma Allahı orda onun əməllərini nəzərdən kiçirib cəza verən halda tapar. Diğər bir bənzətmə çox dərin bir dəryaya bənzətmədir. Dəryanın dərinliyi səbəb olur ki, onun dibində olan kəsə nur çatmaya. Bu qaranlıqdan əlavə dəryanın üzərində böyük dalğa var, onun da üzərinə diğər dalğa minib. Bu iki dalğanın üzərini isə qara buludlar tutub. (Zulumatun bəzuha fəvqə bəzin.) Növbənöv zülmətlər bir-birinin üzərinə minib və nurun nüfüz etməsi üçün yer qoymayıblar. Belə bir vəziyətə düşən kəs hətta öz əlini də görmür. Çünki, nəsə görmək üçün nur yoxdur. (Və mən ləm yəcəlillahu ləhu nurən fəma ləhu min nur.) Allahın nur vermədiyi kəs haradan nur tapa bilər?  Küfr zülmətdir. Nur isə imandan olduğu üçün kafirin onda payı yoxdur.

Ümumilikdə bilirik ki, bu mövzu  bütün ilahi dinlərdə aydın və zəruri hesab olunur: İnsanın həqiqi səadəti axirət səadətidir. Axirət səadəti isə Allaha olan imana bağlıdır. Xeyir əməl o vaxt faydalı olur ki, imandan qaynaqlansın. Əgər kimsə imansız xeyir əməl etsə nəticəsini bu dünyada görəsidir və ondan sonra başqa bir şey yoxdur. “...Və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır”. (“Şura”, 20) “Axirətdə bir nəsiblərinin olmayacağını qəti bilirdilər...”. (“Bəqərə”, 102)

وَمَا لَهُ فِی الآخِرَة مِنْ خَلاَقٍ

Qırılmaz ip (Ürvətul-vusqa) neməti

Əvvəlki məclislərimizdə Quran ayələrində bu mövzunu araşdırdıq. İndi isə münasib olar ki, bu məfhumu rəvayətlər baxımdan nəzərdən keçirək. Bu işin neçə faydası var: Birinci faydası vilayət nemətinin şükrüdür. Nemətin şüküründə birinci mərtəbə insanın həmin nemətdən  düzgün istifadəsidir. Əhli-beyt (ə) vilayətin və Əhli-beyt (ə) maarifini  böyük nemət bilən bizlərin bu nemətə verdiyi birinci qiymət budur ki, onun nə olduğunu öyrənək. Əhli-beyt (‌s) maarifinə əl catdığı halda ondan istifadə etməmək zülmdür. O ki qaldı, mütaliələrimizin böyük hissəsi Əhli-beytdən (ə) qeyrilərinin yaxud Əhli-beyt (ə) düşmənlərinin sözləri osun, bu xəcalətə bais olası bir işdir. Bu bəhsin birinci faydası Allahın lütfü ilə hədislərlə bir qədər tanış olmağımızdır. İkinci fayda haqqında: Dövrümüzdə azdırıcı fikir dalğaları bütün cəmiyyətləri, o cümlədən, İslam cəmiyyətlərini ağuşuna alıb. Əsrimizdə etiqad, dəyərlər və dini maarif müxtəlif yollarla daim şeytan hücumlarına məruz qalır. Bizə onların müqabilində sığınacaq   vuruşmaq üçün silah lazımdır. Əhli-beyt (ə) buyuruqlarından başqa güclü, möhkəm, qırılmaz ip (Ürvətul-vusqa) varmı  ki, ona pənah aparıb şeytanın hücumlarından hifz olaq?! Digər bir nöqtə budur: Müxtəlif təbii, ictimai və xüsusi ilə şeytani amillər, cin və insandan olan şeytanlar daim bəşərə təlqin edir ki, onun həqiqi istəyi, axtardığı maddi ləzzətlərdir. Şeytanlar onu maddi ləzzətlərin mənşəsi olan şeylərədoğru çağırırlar. Məsələn, yemək, geyim, məskən, avtomobil, həyat yoldaşı, zinət vəsilələri, məqam, ad-san, o cümlədən ayətullah, doktor, professor titulları. Bəzi vaxtlar Adəm övladı elə bir həddə tənəzzül edir ki, bunlardan dəyərli nəyinsə olduğuna inanmır. Əgər ondan soruşsalar nə dəyərlidir, çox fərasətli olsa deyəsidir ki, can sağlığı. Amma qəlbinin dərinliyində dəyəri pul və bu xarakterli şeylərdə bilir. “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.” (“Ali-İmran”, ayə 14) Amma əqli dəlillər, yaxud ayə və rəvayətləri dinləməklə ona aydın olsa ki, ilahi hidayət, iman, məhəbbət və Əhli-beytə (ə) mərifət nuru Allahın böyük nemətidir, bunları cox da mühüm saymaz. Allah bizə çoxlu nemətlər verib. Biz salamatlıq, yaxşı zövcə, ev və digər maddi nemətlərin şükrünü yerinə yetirdiyimiz kimi,  iman nemətini bizə bəxş etdiyi üçün də Allaha şükür etməliyik. Amma biz bu məsələyə ciddi yanamaşmırıq. Çünki elə düşünürük ki, əsil nemət maddi nemətdir və maddi nemətdən qeyrisi o qədər də mühüm deyil. Bəzən bu hal insanda elə bir dərəcəyə catır ki,  o bu ayəyə nümunə olur: “...Nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: “Rəbbim məni əziz tutmuşdur”(Hər bir işə izn vermişdir). (“Fəcr”, ayə 15) Əgər Allah ona maddi nemətlət əta etsə deyər ki, Rəbbim məni əziz etmişdir. Amma Allah onun ruzusin azaldarsa, problemlər, müsibətlərlə üzləşərsə onda deyər:  “Rəbbim məni alçaltdı”. (“Fəcr”, 15)  Elə düşünər ki, Allah ona maddi nemət verməyibsə digər nemətlər nemət deyil. Amma iman, vilayət, mərifət, Allaha  və Əhli-beytə (ə) məhəbbət dünyadakı maddi nemətlərlə müqayisə olunası nemət deyil. Dünyanın yaranışından dünyanın sonuna kimi məxluqlara verilmiş və verilən bütün nemətləri toplayıb  tərəzinin bir tərəfinə qoysalar, iynə ucu boyda ilahi mərifətin bütün o nemetlərdən qiymətli olduğu bilinər. Əhli-beytə (ə)  bir damla məhəbbət bütün bu nemətlərdən üstündür. Məhşur bir rəvayətdə deyilir ki, bir səhabə İmamın (ə) xidmətinə yetişib öz fəqirliyindən ona şikayətləndi. Həzrət cavabında ona buyurdu: “Sən çox varlısan.” O təəccübləndi və and içdi ki, mənim heç nəyim yoxdur və çoxlu borcum var. Həzrət yenə də öz buyuruğunu təkrarladı. Səhabə yenə də təəccüb etdi. İmam ona buyurdu: “Hazırsanmı ki, sənin ixtiyarına çoxlu var-dövlət verilə, əvəzində Əhli-beytin (ə) məhəbbəti alına?” Dedi: “Allah eləməsin.” Həzrət buyurdu: “Demək, sən çox varlısan. Səndə elə bir sərvət var ki, bütün nemətlərə dəyər. Bəs necə deyirsən ki, bir şey yoxumdur?!” (“Biharul-ənvar”, c.64, s.147) İmam mənəvi nemətlərin maddi nemətlərdən daha dəyərli olmasını ona çatdırmaq istədi. Allah verən imanın nə olduğunu, bu imanın necə cəvahir olduğunu anlayan kəs dünyanın bütün nemətlərini əldən versə belə narahat olmaz. Əlbəttə, bu məsələyə inam çətin olduğu kimi, ona əməl daha çətindir. Buna görə də ayə və  rəvayətlərə diqqətli olmaq lazımdır. Ayə və rəvayətlərə diqqətli olsaq biz iman və onun qisimlərini, təqva, Əhli-beytə (ə) məhəbbət, vilayət və şiəliyin dəyərini dərk edib ixtiyarımızda nələr olduğunu görərik. Bu qaydaya əsasən imanın dəyərini bilmək üçün Əhli-beytin ‌(ə) nurani bəyanatlarının bir qismindən istifadə edəcəyik. Bu yolla anlayacağıq ki, Allah necə dəyərli cəvahiri əvəzsiz şəkildə ixtiyarımızda qoyub. Elə bir nemət ki, onu əldə etmək üçün zəhmət çəkməsək də, aləmin bütün nemətlərindən qiymətlidir. Bu məsələni daha yaxşı dərk etmək üçün rəvayətlərdən istifadə etməklə  bir mövzunu  açıqlayaq ki, imanın əsli, möminin dəyəri və imanın mərtəbələrin tanıyaq. Sonra görək belə bərəkətləri və əsərləri olan iman hansı imandır və onu necə kəsb etmək olar? Bilirik ki, bir dəstə iman iddası etsə də Allah və rəsulu onların iman iddiasını qəbul etmir. Quran buyurur: “Bədəvilər dedilər: “Biz (səmimi qəlbdən) iman gətirdik.” (Ya peyğəmbər, onlara ) De: “İman gətirməmisiniz” (“Hucurat”, 14)

Bəzi ərəblər dedi, biz iman gətirdik. Amma Allah dərhal peyğəmbərə (s) buyurdu: Onların cavab ver ki, iman gətirməyibsiniz. “...Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) “İslamı qəbul etdik” deyin. Çünki iman hələ sizin qəlbinizə daxil olmayıb...”(“Hucurat”, 14)  Deməli,  anlamalıyıq ki, həqiqi iman nədir və onun hansı şərtləri var. Biz deyirik mömin və şiəyik, vilayətimiz var. Görəsən Əhli-beyt (ə) bizi şiə kimi qəbul edir, yoxsa  şiə kimi tanımır? Bizim rəvayət kitablarının bir bölməsi adətən iman və küfr bəhsinə məxsus olunub. İman və küfr barəsində, möminin vəsfini və şiənin sifətlərini bəyan edən minlərlə rəvayət onda cəmlənibdir. Bu məsələ bizim böyüklərimizin uyğun mövzuya diqqətinin göstəricisidir. Biz nümumə üçün hər bir mövzu haqqında hədis oxuyacaq və inşaallah Allah tövfiq versə onlar bərəsində izah verəcəyik.


İman - vəsf olmayan həqiqət

Bir rəvayətdə imanın əzəməti, möminin məqəm və dəyəri elə bir həddə göstərilir ki,  ümumiyyətlə onun həqiqətini anlamaq olmur. Buyurulur:

لَا یَقْدِرُ الْخَلَائِقُ عَلَى كُنْهِ صِفَةِ اللَّهِ عَزَّ وَ جَلَّ

“Xəlayiq” “Əlif və lam” ilə olan “məhəlli cəmdir”. Zahirən ümümilik göstəricisidir. Yəni xəlq olunmuşların heç biri Allahın sifətlərinin həqiqətin dərk edə bilməz. Hamı bu asası qəbul edir ki, Allahın zatını tanımaq olmaz. Rəvayətin ardında buyurulur:

فَكَمَا لَا یُقْدَرُ عَلَى كُنْهِ صِفَةِ اللَّهِ عَزَّ وَ جَلَّ فَكَذَلِكَ لَا یُقْدَرُ عَلَى كُنْهِ صِفَةِ رَسُولِ اللَّهِ(ص) وَ كَمَا لَا یُقْدَرُ عَلَى كُنْهِ صِفَةِ الرَّسُولِ(ص) فَكَذَلِكَ لَا یُقْدَرُ عَلَى كُنْهِ صِفَةِ الْإِمَامِ(ع) وَ كَمَا لَا یُقْدَرُ عَلَى كُنْهِ صِفَةِ الْإِمَامِ(ع) كَذَلِكَ لَا یُقْدَرُ عَلَى كُنْهِ صِفَةِ الْمُؤْمِن                                                                         

بحارالأنوار، ج 64، ص 65، باب فضل‌الإیمان و شرائطه

Necə ki Allahı düzgün tanımaq olmaz, peyğmbəri də tanımaq olmaz. Necə ki peyğəmbəri tanımaq olmaz, İmamı da düzgün tanımaq olmaz. İmamı düzgün tanımaq olmadığı kimi, mömini də tanımaq olmaz. Ehtiyac var ki, bu hədis üzərində çox dayanaq. Bəndənin nəzərinə görə bu təbir imanın uca mərtəbəsini və məqamını tanıtdıran ən yaxşı təbirdir.

Mömin Kəbədən möhtərəmdir

İmam Sadiq (ə) digər bir rəvayətdə buyurur:

الْمُؤْمِنُ أَعْظَمُ حُرْمَةً مِنَ الْكَعْبَة

همان، ص 71

Möminin ehtiramı Kəbədən çoxdur. Bu barədə digər ətraflı rəvayət İslam peygəmbərindən (s) nəql olunub. Peyğəmbər (s) Məscidul-həramda üzünü qibləyə tutub buyurdu:

مَا أَعْظَمَكَ وَ أَعْظَمَ حُرْمَتَكَ عَلَى اللَّه

همان

Sənin Allah yanındakı məqamın çox əzəmətlidir. Sonra buyurdu: “Ancaq möminin Allah yanındakı ehtiramı səndən çoxdur.” Ardınca buyurdu: “ Sənin bir ehtiramın var. Ancaq möminin üç ehtiramı var. Həm öz hörməti, həm canının hörməti, həm də abrı. Bu cəhətlərə görə möminin ehtiramı Kəbədən çoxdur. Möminin hörmətinin Kəbənin hörmətindən artıq olmasını bəyan edən diğər coxsaylı rəvayətlər də mövcuddur.

Allah möminin ruhunu cismindən cxararkən tərəddüd edir?

Hər namazdan sonra oxunası müstəhəb duaların birində belə nəql olunub:

إِنَّ رَسُولَكَ الصَّادِقَ الْمُصَدَّقَ صَلَوَاتُكَ عَلَیْهِ وَ آلِهِ قَالَ إِنَّكَ قُلْتَ مَا تَرَدَّدْتُ فِی شَیْ‏ءٍ أَنَا فَاعِلُهُ كَتَرَدُّدِی فِی قَبْضِ رُوحِ عَبْدِیَ الْمُؤْمِنِ یَكْرَهُ الْمَوْتَ وَ أَكْرَهُ مَسَاءَتَه

مستدرك‏الوسائل، ج 5، ص 78

Bu mətn neçə rəvayətdə verilib, o cümlədən İmam Baqirdən (ə) nəql olunur:

قَالَ یَقُولُ اللَّهُ عَزَّ وَ جَلَّ مَا تَرَدَّدْتُ فِی شَیْ‏ءٍ أَنَا فَاعِلُهُ كَتَرَدُّدِی عَلَى الْمُؤْمِنِ

همان، ص 66

Allah-taala buyurur ki, Mənim heç bir işdə tərəddüdüm yoxdur. Hər şeydə hansı daha yaxşı olduğunu şəksiz bilib onu edirəm. Amma bir şeydə tərəddüd edirəm... Burda “tərəddüd” kəlməsinə acıqlama verilməlidir. Bizim böyüklərimiz Allah bağlı “tərəddüdə” izahlar veriblər. Bu izahlardan əldə olunan  nəticə budur ki, bəzən bir işin görülməsi ilə tərkindəki xeyir bərabərdir; bu halda iki işdən müəyyən birini görmək zərurət doğurmur. Belə bir halda tərəddüd yarandığını deyə bilərik.

Amma o nədir ki, Allahın onda tərəddüdü var? Allah buyurur: “Mən mömin bəndə ilə görüşü sevirəm. Yəni onun ruhunu cismindən çıxarmaqla. Amma mömim ölümü sevmir. O istəyir ki, dünya həyatı davam etsin və dünya həyatı Allaha daha çox yaxınlaşmaq üçün vasitə olsun. Bu rəvayətdə Allah-taala buyurur:

مَا تَرَدَّدْتُ فِی شَیْ‏ءٍ أَنَا فَاعِلُهُ كَتَرَدُّدِی عَلَى الْمُؤْمِنِ، ‌ لِأَنِّی أُحِبُّ لِقَاءَهُ وَ یَكْرَهُ الْمَوْتَ

Mən (Allah) möminlə görüşü sevirəm. Amma o ölümü sevmir. (fəəzvihi ənhu) O, əcəli sevmədiyi üçün Mən onun əcəlini təxirə salıram.

Allah mominin həmdəmi

Bu rəvayətin axırında buyurulur:

وَ لَوْ لَمْ یَكُنْ فِی الْأَرْضِ إِلَّا مُؤْمِنٌ وَاحِدٌ لَاكْتَفَیْتُ بِهِ عَنْ جَمِیعِ خَلْقِی

Bilirik ki, bu aləmin və insanın yaradılışının hikməti yaranmışa veriləcək ən ustün rəhmətə tutumun mövcud olmasıdır. İnsan xəlq olmayanadək qiyamətdə mömin insana veriləcək xüsusi rəhməti qəbul edə biləcək həddə tutumlu varlıq yox idi. İnsan yaradıldı ki, bütün insanlar arasından kimlərsə Allahın uca dərəcəli rəhmətini qəbul etmək üçün layiq olsun. Bu rəvayətdə Allah-taala buyurur:

وَ لَوْ لَمْ یَكُنْ فِی الْأَرْضِ إِلَّا مُؤْمِنٌ وَاحِدٌ لَاكْتَفَیْتُ بِهِ عَنْ جَمِیعِ خَلْقِی

Əgər aləmdə cəmi bir mömin olsaydı və digər bütün məxluqlar aradan getsəydi, o möminin varlıqı ilə Mənim yaradılışda olan hədəfim gerçəkləşərdi. Başqalarının yoxluğunu bir mömin ödəyərdi. Burada  belə bir sual  yaranır ki, əgər bir mömin bu aləmdə tək yaşamaq istəsə onu vahimə basar. Rahatçılıq əldə etmək üçün özünə həmdəm olan bir kəs tapmasa tənhalıqdan çox narahat olacaq. Allah-taala bizim özümüzlə müqayisədən əldə etdiyimiz uyğun təsəvvürü rədd edib buyurur ki, tənha möminə Mən həmdəm olaram və onu heç bir vahimə bürüməz. Mənimlə elə bir şəkildə həmdəm olar ki, tənhalıqdan sıxılmaz!

وَ جَعَلْتُ لَهُ مِنْ إِیمَانِهِ أُنْساً لَا یَحْتَاجُ فِیهِ إِلَى أَحَدٍ

Mömin Allahın qonağıdır

Digər nadir bir rəvayəti İmam Kazimin (ə) qardaşı İshaq bin  Cəfər, həzrətin vasitəsi ilə atalarından, həzrət peyğəmbərdən nəql edir. Həzrət buyurur:

عَزَّ وَ جَلَّ عَبْداً مِنْ عِبَادِهِ یَوْمَ الْقِیَامَةِ فَیَقُولُ عَبْدِی مَا مَنَعَكَ إِذْ مَرِضْتُ أَنْ تَعُودَنِی

بحارالأنوار، ج 64، ص 69، باب فضل‌الإیمان و شرائطه

Allah-taala qiyamət günü bəzi bəndələrini danlayar. Bu təbirdə incə bir nöqtə var ki, möminlərdən bəzisi əzab və cəhənnəmdən o qədər də nigaran deyil. Onların çox qurxduğu şey Allahın onlardan şikayətlənməsidir. Böyüklərdən nəql olunub ki, vəfatlarından sonra ondan soruşdular: Sizinlə necə davrandılar? Onlar cavablarında narahatlıqla söylədilər ki, nə üçün fılan sözü dedin və yaxud fılan işi gördün deyə bizdən gileyləndilər. Bu rəvayətdə buyurulur: Allah qiyamət günü bəndəsindən gileylənib onu danlayaraq deyər: Mənim bəndəm, niyə mən xəstələnəndə mənim görüşümə gəlmədin? O bəndə təəccüb edər və deyər: Qadir Allah sən xəstələnmək və ağrı çəkmək sifətlərindən paksan. Allah buyurar: Mömin qardaşın xəstələndi ancaq sən onunla görüşə getmədin. İzzət və cəlalıma and olsun ki, mömin qardaşına dəyməyə getsəydin Məni orada tapardın.

ثُمَّ لَتَكَفَّلْتُ بِحَوَائِجِكَ فَقَضَیْتُهَا لَكَ

Şəxsin zehnində belə bir fikir yarana bilər ki, mənim işim, yaxud hər hansı bir problemim olduğundan xəstə möminin ziyarətinə gedə bilmədim. Lakin Allah-taala belə cavab verir: Əgər mömin qardaşının görüşünə getsəydin, onun hörmətinə xatir Mən Özüm sənin istəklərini yerinə yetirərdim. Sənin əziyyət çəkməyin lazım deyildi.

لَتَكَفَّلْتُ بِحَوَائِجِكَ فَقَضَیْتُهَا لَكَ وَ ذَلِكَ مِنْ كَرَامَةِ عَبْدِیَ الْمُؤْمِن

Allah  möminin görüşünə getməyi özü ilə görüş hesab edir

Bu rəvayətə bənzər digər rəvayətdə buyurulur ki, bir kəs mömin qardaşının ziyarətinə getsə və heç bir dünyəvi niyyəti olmasa,  Allah bir mələk nazil edər və mələk ondan soruşar: Nəyə görə gəlibsən? O cavabında deyər ki, mömin qardaşımı görmək üçün gəlmişəm. Allah-taala buyurar:

إِیَّایَ زُرْتَ وَ ثَوَابُكَ عَلَیَّ

بحارالأنوار، ج 71، ص 345، باب تزاور الإخوان و تلاقیهم

Sən həqiqətdə Məni görməyə gəlibsən və səni qarşılamaq Mənim öhdəmədir.