Altıncı dərs

تاریخ: 
چهارشنبه, 25 دى, 1387

Şiələrin siması

Bismillahir-Rəhmanir-Rəhim

Şiələrin siması

Qarşınızdakı  yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1387/10/25 tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çıraq olacaq.

Bəhsin zərurəti

Əvvəldə qeyd olunduğu kimi indiki zamanın mədəniyyət fəzasını Məsumların (ə) zamanındakı mədəniyyət fəzası ilə müqayisə etsək çox fərq görərik. Mədəniyyət fəzasının insanların ruhiyyəsində, rəftarlarının formalaşmasında, səadət və bədbəxtçiliklərində çox mühüm rolu olduğunu nəzərə alsaq mədəniyyətlər arasındakı uyğun fasilənin azalmasına çalışmalıyıq. Gərək biz calışıb fasilələri azaldaq və zəmanəmizin mədəniyyət fəzasını peyğəmbər və Əhli-beytin (ə) mədəniyyət fəzasına bir qədər yaxınlaşdıraq. Bu bir həqiqətdir ki, hər bir cəmiyyətin mədəniyyət fəzası ona tənəffüs etmək üçün oksigen kimidir. Tənəffüs etdiyimiz havada lazım olan oksigen əvəzi zəhərli bir maddə olarsa bu insanın ölümü ilə sonuclanar. Həyat mühitindəki havanı Allah yaradıb. Amma ondan istifədə tərzi, onu pak yaxud napak saxlamaq öz əlimizdədir. Mədəniyyət fəzası da bunun kimidir. Yəni ruh da özünə münasib idrak fəzasnda inkişaf edir. İdraklar o şeylərdir biz onu dərk edir, eşidir və görürük. Yəni o şeyər ki, bizidə fikir formalaşdırır və bizdəki amalları gücləndirir. Bu fəzanın əsli pak bir fəzadır və Allah bunu bizim fitrətimizə uyğun yaradıb. Amma insanlar havanı zəhərli qazlarla bulaşdırdıqları kimi mənəvi və ruhani fəzanı da bulaşdırırlar:

ظَهَرَ الْفَسادُ فِی الْبَرِّ وَ الْبَحْرِ بِما كَسَبَتْ أَیْدِی النّاسِ

روم / 41

Bu bulaşıqlı fəzadan təsirlənib inkişaf edən nəsil ilə pak və nurani bir fəzada inkişaf edən nəsil arasında cox fərq olasıdır. Burada söhbət seçim qarşısındakı məcburilik deyil. Amma cəmiyyətin mədəniyyət fəzasınnın təsiri ilə insanın inkişaf və ya süqutu üçün zəmin yaratmağın bəzi mərhələləri insanları təsir altına salır. Şəhərlərin, kəndlərin və məhəllələrin mədəniyyət fəzası bir-biri ilə eyni deyil. Hər halda mədəniyyət fəzasının ruhumuza təsiri, oksigenin cismimizə təsirindən çox olmasa da az da deyil. Buna görə gərək calışaq sağlam mədəniyyət fəzamız olsun. Bu mədəniyyət fəzasına qərb dünyasının növbənöv öldürücü zəhələrləri daxil olub.  İnteqrasiya qloballaşır, əlaqələrin, radio dalğalarının, televizor, peyk antennalarının, internet və cib telefonlarının təsiri nəticəsində hər şey bir-biri ilə əlaqəli olub. Lazım olan iş bu fəzaya bir miqdar oksigen daxil etməkdir. Hər an mədəniyyət fəzasına daxil olan bu zəhərlərin müqabilində biz də gərək mənəviyyat və nuraniyyətlə aşıb-daşan Əhli-beyt (ə) mədəniyyətinin sağlam dalğalarını hərəkətə gətirək. Təəssüflər olsun ki, ruhani mühit də dünyanı zəhərləyən bu mədəniyyətin pis təsirindən amanda qalmayıb və günü-gündən daha çox bu zəhərli dalğaların təsirinə düşür. Əgər insan bir qədər daha yuxarı üfüqdən baxsa keçmiş, gələcək və indini birlikdə görüb müqayisə etsə, onda anlayar ki, fəza dəyişib və daha onda tənəffüs etmək olmur.  Bu zəhərli fəza qoca kişilərə o qədər təsirli olmasa da gələcək nəsli bütünlüklə xarab edəsidir. Öz növbəmizdə görə biləcəyimiz iş çalışıb sağlam mədəniyyət unsürlərin bu fikir və mədəniyyət fəzasında canlandırıb yerəşdirməkdir. Əvvəldə tövsiyə olunduğu kimi, peyğəmbər (s) və pak İmamların (ə) həqiqi ardıcıllarından olan intizarlarını açıqlayan hədisləri oxuyub yadda saxlayaq. Hətta onlara əməl etməyə güc və iradəmiz olamasa, ən azından onları bilək. Görüb eşitmək insan iradəsinə təsir qoyan ən mühüm amillərdir. Bir mədəniyyəti dəyişib yaymaq üçün ən mühüm amillər bunlardır. Bunun sübutu nizamlarda dəyişiklik, yaxud onları əvəz etmək üçün xərclənən böyük miqdarda pullardır.
İndi isə Allah-tövfiq versə bu rəvayətlərdən bir qismini nəzərdən keçirəcəyik. O rəvayətlərdən bəzisi mötəbərdir və sənədini araşdırmağa ehtiyac yoxdur. Sənədinə diqqət yetirmədən rəvayəti oxuyuruq. İstəyirəm Əhli-beytin (ə) bu fikir fəzası və dedikləri ilə tanış olaq. Görək onlar nə deyirdi, onlar üçün hansı prinsiplər aktual idi və o fəzada hansı dəyərlər gündəmdə olmuşdu? Bu əsasla demək olar  ki, bu yönümlü rəvayətlərin mütaliəsi insanı peyğəmbər (ə) və Əhli-beyt (ə) zamanında mövcud olan mədəniyyət fəzası, fikirlər və dəyərlərlə tanış edə bilər.

Şiə, yoxsa Əhli- beyt aşiqi?

Mərhum şeyx Səduqun şiəinin sifətlərin bəyan edən “Sifatuş-Şiə” adlı kitabı var. Bu kitabdakı rəvayətlər şiələr üçün Əhli-beyt (ə) tərəfindən təyin olan sifətləri bəyan edib. Yaxud möminin sifətləri müxtəlif yonlərdən bəyan olub. Eynilə bunu Mərhum Məclisi İmam Həsən Əskəri (ə) haqqında təfsirdə nəql edib. Bu fəsildə əvvəl “şiə” ilə “muhib” (Əhli- beyt aşiqi) arasındakı fərqlər bəyan edilib və şiənin fəzilətlərinə işarə olunub. Sonra ardıcıllıqla peyğəmbərdən, Əmirəlmöminindən, Fatimeyi-Zəhradan və İmam Həsən Əskəriyədək (s.ə.ə) olan məsumlardan həqiqi şiə barəsində hədislər zikr olunub. Bundan əlavə cəlbedici dastanlar da zikr olunub. Bu dastanlar öz növündə bir yenilikdir. Əvvəldə peyğəmbərin dilindən şiənin mədhi mövzusunda bir rəvayət nəql edir:

قَالَ رَسُولُ اللَّهِ(ص) اتَّقُوا اللَّهَ مَعَاشِرَ الشِّیعَةِ فَإِنَّ الْجَنَّةَ لَنْ تَفُوتَكُمْ وَ إِنْ أَبْطَأَتْ بِهَا عَنْكُمْ قَبَائِحُ أَعْمَالِكُمْ

تفسیر الإمام العسكری، ص 305

Şiə adı peyğəmbərin öz dövründə işlənib. Peyğəmbərin (ə) səhabələrindən neçə nəfəri İmam Əlinin (ə) dostları  onun şiəsi kimi tanınırdı. Misal olaraq, Salman, Əbuzər və Miqdadı qeyd etmək olar. Peyğəmbər (s) şiələrə xitabən buyurdu: Ey şiə dəstəsi, öz qədrinizi bilin. Təqvalı olun və bilin ki, behişt sizin əlinizdən çıxmaz. Yəni hökmən behiştə gedəcəksiz. baxmayaraq ki, əgər pis iş görsəniz behiştə getməyiniz təxirə salınar. Amma əgər şiə olsanız, sonda behiştə gedəcəksiniz. Çalışın behiştin ali dərəcələrini əldə etmək üçün yarışın.

Peyğəmbər (s) bunu buyuran zaman bir nəfər sual verdi: Sizin və Əmirəlmömininin (ə) dostlarından kimsə cəhənnəmə gedəcək? Diqət yetirin, peyğəmbər əvvəl şiəni mədh  etdi. Amma bu sual məhəbbəti olanlar barəsindədir. Çoxumuz belə təsəvvür edirik ki, “şiə” və “Əhli- beytə məhəbbəti olan” bərabərdir və hər kim Əhli-beyti (ə) sevirsə deməli şiədir. Bu rəvayətdə deyilir “şiə” və “Əhli-beyt aşiqi” fərqlidir. Həzrət buyurdu: Bəli, bizim və Əlinin (ə) dostlarından cəhənnəmə gedən kəslər var!

قَالَ مَنْ قَذِرَ نَفْسُهُ بِمُخَالَفَةِ مُحَمَّدٍ وَ عَلِیٍّ

Əgər sevənlər, özlərini bizimlə müxalifətə bulaşdırsalar hamılıqla əzab olunasıdırlar. Bizim əmrlərimizə müxalif olan kəs günaha düşüb,  insanlara zülm edib və şəriətin əmrləri ilə müxalif olub. Belə kəslər qiyamətdə bulaşıq və çikin halda məhşərə daxil olacaq. Daxil olanda peyğəmbər və Əmirəlmöminin (ə) ona xitab edər: Sən çox çirkinsən, və Mövlanla birgə qalmağa layiq deyilsən. Həm də Hurul-eynlərə layiq deyilsən. Bu çirkinliklə məlaikələrlə həmdəm ola bilməzsən. Çirkinliklərin pak olmayınca o məqama çatmazsan. Yəni gərək günahların bağışlana. Onu cəhənnəmin üst təbəqəsinə, yəni az əzab olan yerə apararalar ki, orada günahları yuyula və vücudunun qızılı saflaşa. Bunlar bir qrupdur. Amma digər bir qrup da var. Bu qrupun işi bir az asandır.

مِنْهُمْ مَنْ یُصِیبُهُ الشَّدَائِدُ فِی الَْمحْشَرِ بِبَعْضِ ذُنُوبِهِ

Onları cəhənnəmə aparmazlar. Amma məhşər səhrasında o qədər çətinlik çəkərlər ki, günahları bağışlana. Məhşərdə aclıq və susuzluqa dözəndən sonra Əhli-beyt (ə) yaxşı şiələrdən bəzisini göndərər ki, onlara nicat verilsin.

ثُمَّ یَلْقُطُهُ مِنْ هُنَا مَنْ یَبْعَثُهُمْ إِلَیْهِ مَوَالِیهِ مِنْ خِیَارِ شِیعَتِهِم؛ كَمَا یَلْقُطُ الطَّیْرُ الْحَبَّ

Quş yerdən dən yığan kimi, şyənin yaxşısı da Əhli-beyt (ə) tərəfdən gələr və paklanmış günahkarları yığıb cənnətə apararlar.

مِنْهُمْ مَنْ یَكُونُ ذُنُوبُهُ أَقَلَّ وَ أَخَفَّ فَیُطَهَّرُ مِنْهَا بِالشَّدَائِدِ وَ النَّوَائِبِ مِنَ السَّلَاطِینِ وَ غَیْرِهِمْ

Digər bir dəstə də var. Bu dəstənin çətinliyi ikinci dəstədən də az olasıdır. Yəni onların günahı hətta məhşərdə çətinlik çəkmək həddində deyil. Onların dünyadakı çətinlikləri günahların paklanmasına səbəb olar. Amma onlardan bəzisinin günahlarının bir qismi bağışlanmamış qalıb. Allah onların ruhunu çətinliklə alar və can verən zaman çətinliklərlə üzləşib narahatçılıqlar çəkərlər və bu yolla paklanarlar:

فَیَشْتَدُّ نَزْعُهُ فَیُكَفَّرُ بِهِ عَنْهُ

Can vermənin bu çətinliyinə görə günahları bağışlanar.

فَإِنْ بَقِیَ شَیْءٌ وَ قَوِیَتْ عَلَیْهِ وَ یَكُونُ عَلَیْهِ بَطَنٌ أَوِ اضْطِرَابٌ فِی یَوْمِ مَوْتِهِ فَیَقِلُّ مَنْ بِحَضْرَتِهِ فَیَلْحَقُهُ بِهِ الذُّلُّ فَیُكَفَّرُ عَنْهُ

Onların çətinlikləri bəzən elə bir həddə çatır ki, ölüm zamanı başqalarının narahatlığına səbəb olarlar. Bir hala düşərlər ki, əzizləri də onlara yaxın getmək istəməz. Bu həqarətə görə günahları bağışlanar, dünyadan pak gedərlər.

 

فَإِنْ بَقِیَ عَلَیْهِ شَیْءٌ أُتِیَ بِهِ وَ لَمَّا یُلْحَدْ وَ یُوضَع فَیَتَفَرَّقُونَ عَنْهُ فَتُطَهَّرُ

 

Əgər günahdan azca da qalmış olsa bərzəx aləmində paklaşar. Amma bərzəx aləmində də paklanmasa, onda cəhənnəmin üst təbəqəsində paklanan kəslərdən olarlar. Buna əsasən, hər kəs bizim dostumuz olsa gördüyü ən çətin əzab cəhənnəmin birinci təbəqəsindəndir, yəni kimsə ikinci təbəqəyə getməz. Bu deyilənlərdən sonra həzrət buyurur:

 

لَیْسَ هَولَاءِ یُسَمَّوْنَ بِشِیعَتِنَا

 

Bu cəhənnəmə gedənlər “şiə” deyillər, bunlar bizə “məhəbbəti olan” kəslərdir. Şiələrdən kimsə cəhənnəmə daxil olmaz!

 

وَ لَكِنَّهُمْ یُسَمَّوْنَ بِمُحِبِّینَا وَ الْمُوَالِینَ لِأَوْلِیَائِنَا وَ الْمُعَادِینَ لِأَعْدَائِنَا

 

Bunlar ya bizim dostlardır, ya da ki, dostlarımızın dostları. Yaxud da bizim düşmənlərin düşmənləridirlər. Amma “şiə” deyillər. Şiə bu aləmdən gedəndən sonra heç bir əzab görməz.

 

إِنَّ شِیعَتَنَا مَنْ شَیَّعَنَا

 

Şiə o kəsdir ki, həqiqətən də bizə ardıcıl ola.

 

وَ اتَّبَعَ آثَارَنَا وَ اقْتَدَی بِأَعْمَالِنَا

 

Bizim işlərimizi özünə nümunə  etsin, biz nə demişiksə ona əməl etsin. Davranışı bizim davranışımızla uyğun olsun, qədəmlərini biz qədəm götürdüyümüz yerə qoysun. Bu rəvayətdə “şiə” mədh olunub və “şiə” ilə “məhəbbəti olanın” fərqinə işarə olunub. Bu barədə dastanlar da nəql olunub. Nəql olunur bir nəfər həzrət rəsulun (s) yanına gəlib dedi: Təssüflər olsun sizin şiələrdən biri ( bu da bir sübutdur ki, “şiə” termini peyğəmbərin (s) öz zamnında  olub) cirkinliklərə malikdir. Qonşunun evinə baxır, şorgözlük edir.

 

 

فَغَضِبَ رَسُولُ اللَّهِ(ص) وَ قَالَ ائْتُونِی بِهِ 

 

Peyğəmbər qəzəblənib dedi: Gedin onu gətirin.

قَالَ رَجُلٌ آخَرُ یَا رَسُولَ اللَّهِ إِنَّهُ مِنْ شِیعَتِكُمْ مِمَّنْ یَعْتَقِدُ مُوَالَاتَكَ وَ مُوَالَاةَ عَلِیٍّ وَ یَبْرَأُ مِنْ أَعْدَائِكُمَا

Bir nəfər dedi: Siz əmr verirsiz onu bura gətirək. Bu onun üçün təhqir olacaq. Amma o sizin şiələrdəndir və düşmənlərinizlə düşməndir... Başqa sözlə, istədi ki, o kəsin abrını qorumaq üçün vasitəçilik edsin.

فَقَالَ رَسُولُ اللَّهِ ص لَا تَقُلْ إِنَّهُ مِنْ شِیعَتِنَا فَإِنَّهُ كَذِبٌ

Peyğəmbər buyurdu: Demə o şiədir. Həqiqətən bu yalandır.

إِنَّ شِیعَتَنَا مَنْ شَیَّعَنَا وَ تَبِعَنَا فِی أَعْمَالِنَا وَ لَیْسَ هَذَا الَّذِی ذَكَرْتَهُ فِی هَذَا الرَّجُلِ مِنْ أَعْمَالِنَا

Şiə o kəsdir ki, işləri bizim işlər kimi olsun. Siz deyənə əsasən bu kəsin gördüyü işi biz heç vaxt görmürük. Bütün əməllərində bizə ardıcıl olmadığı üçün, o şiə deyil. Bu barədə digər rəvayəti Əmirəlmöminin nəql olur:

قِیلَ لِأَمِیرِ الْمُومِنِینَ وَ إِمَامِ الْمُتَّقِینَ وَ یَعْسُوبِ الدِّینِ وَ قَائِدِ الْغُرِّ الُْمحَجَّلِینَ وَ وَصِیِّ رَسُولِ رَبِّ الْعَالَمِینَ(ع) إِنَّ فُلَاناً سَرَفَ(یا أَسْرَفَ) عَلَی نَفْسِهِ بِالذُّنُوبِ الْمُوبِقَاتِ وَ هُوَ مَعَ ذَلِكَ مِنْ شِیعَتِكُمْ

تفسیر الإمام العسكری، ص 307

Bir kişi həzrət Əliyə (ə) ərz etdi: Filan kəs sizin şiədir və kəbirə günah (böyük günah) edir.

فَقَالَ أَمِیرُ الْمُومِنِینَ(ع)  قَدْ كُتِبَتْ عَلَیْكَ كَذِبَةٌ أَوْ كَذِبَتَانِ

Həzrət buyurdu: Bu dediyin sözə görə nameyi-əməlinə bir, yaxud iki yalan yazıldı. Əgər o fərd sən deyən günahları etmişsə nameyi-əməlinə bir yalan yazıldı. Dedin o fərd şiədir, amma şiə belə iş görməz. Amma əgər o kəs belə günahlar etməyibsə və bizə də məhəbbəti yoxdursa onda iki yalan deyibsən. Çünki dedin həm günah edir, həm də sizin şiənizdir. Əgər şiədirsə bu günahlara batmaz, belə olan təqdirdə də bir yalan demisən. Deməli, bu söhbətin üç şərhi var. İkisində nameyi-əməlinə bir yalan yazıldı. Üçüncüdə isə nameyi-əməlinə iki yalan yazıldı.