Səkkizinci dərs

تاریخ: 
چهارشنبه, 9 آبان, 1397

Şiələrin siması

Bismillahir-Rəhmanir-Rəhim

Şiələrin siması

Qarşınızdakı  yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın)/8/87 9 tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çıraq olacaq.

Keçən söhbətlərimizdə şiənin vəsfi və tanıtdırılması barəsində bir neçə rəvayət bəyan olundu. Amma bəzi yerlərdə həmin məzmunlarda olan rəvayətlərdə müttəqilər vəsf olunub. Nəvf  Bəkali “müttəqin” xütbəsinə bənzəyən bir rəvayət nəql edir. Həmin xütbə “Nəhcül-bəlağədə” Həmmam üçün bəyan olunmuşdur. Nəvf Bəkali Əmirəlmömininin (ə) xüsusi səhabələrindəndir. Həzrət Əli (ə) ilə işi olan kəslərin sözün həzrətə Nəvf çatdırır və görüş icazəsi alırdı. Nəvf Bəkali çox vaxt Əmirəlmömininin (ə) kənarında olurdu.

Şiənin pak xarakteri

Nəvf nəql edir ki, bir gecə banın üstə Əlinin (ə) yanında yatmışdım, həzrət buyurdu:

یَا نَوْفُ، خُلِقْنَا مِنْ طِینَةٍ طَیِّبَةٍ؛ وَ خُلِقَ شِیعَتُنَا مِنْ طِینَتِنَا؛

بحارالأنوار، ج 65، ص 177، باب صفات الشیعة و أصنافهم.

Biz Əhli-beyt (ə) pak gilbdən və pak zatdan yaradılmışıq. Bizim şiələrimiz də o gildən xəlq olundublar. Qeyd olunmalıdır ki, “Biharın” cildlərində “zat” babında çoxlu rəvayətlər nəql olub və bu rəvayətlər barəsində müxtəlif təfsirlər zikr edilib. Bu barədə suallar da mövcuddur. Görəsən zat maddidir, yoxsa qeyri maddi? Bu zatın insanın felində, tale və səadətində nə kimi rolu var? Bir dəstə bunun “məcburilik” mənşəsi olacağını fikirləşdi. Yəni pak zatdan xəlq olunanlar təbii olaraq yaxşı işlər görüb cənnət əhli olacaq və napak zatdan xəlq olunanlar cəhənnəmlik olasıdır. Bu əqidəvi bəhslərə uyğun aşağıda “zata” aid rəvayətlər qeyd olunub. Söhbətimizdə bu mövzuda danışmağa ehtiyac yoxdur. Amma ümumilikdə bəzi şübhələrin cavabında, deyilib: İnsanın yaradıldığı zat bir güldan kimidir. Hər gülü hər güldana qoymurlar. Allah əvvəlcədən bilirdi ki, sabah bu bəndə öz ixtiyarı ilə Allaha itaət edib  övliya olasıdır. Buna görə onu gözəl və ətirli gildən yaradıb ona məxsus bir güldan ayırdı. O kəs ki küfr və günah əhli olacaqdı və Allah da bunu bilirdi, onu iylənmiş gildən xəlq etdi. Bu məsələnin insanların xoşbəxt, yaxud bədbəxt olmasına qəti təsiri yoxdur. Yəni “zat” bir qab hökmündədir. Qeyd olunan cavab bu mövzudakı suallara verilən cavablardan biri idi. Xülasə olaraq biz bu həddə bilirik ki, insanların yaranma mənşəsi bir-biri ilə eyni olmayıb. Rəvayətdə bu barədə buyurulur: Şiələr bizim “zat”dan yaradılıb. Yəni onlarla biz bir əsildənik və onların vücudunda nuraniyyət var.

فَإِذَا كَانَ یَوْمُ الْقِیَامَةِ أُلْحِقُوا بِنَا؛

Qiyamət günü onlar bizə qovuşar. Həzrət elə bir tərzdə  söhbət edirdi ki, Nəvfda sual yaransın. Nəvf soruşdu: Sizin zatdan olub Qiyamət günü sizə qovuşan şiələrin xüsusiyyətləri nədir? Şiələrdən söz düşən kimi həzrət ağladı.

قالَ یَا نَوْفُ شِیعَتِی وَ اللَّهِ الْحُلَمَاءُ الْعُلَمَاءُ بِاللَّهِ وَ دِینِهِ الْعَامِلُونَ بِطَاعَتِهِ؛

Həzrət şiələrin xüsusiyyətlərini sadaladı. Bu xüsusiyyətlər barəsində izaha ehtiyac var:


Mövlanın (ə) kəlamında şiə

Əvvəlcə həzrət buyurur:

الْحُلَمَاءُ؛

Şiələr dözümlü və səbirli insandırlar. Diqqət edin: Hər məsumdan nəql olan  rəvayətdə məxsus sifət xatırladılır. Belə görünür ki, hər rəvayətdə qeyd olan sifət rəvayəti deyən və qulaq asanın şəraitinə uyğun olub. Yəni dinləyicinin qafil olduğu nöqtələrdən onu xəbərdar etmək lazım olub. Bildiyiniz kimi həzrət Əlinin (ə) zamanında müsəlmanların bir-biri ilə çox fərqi var idi. Belə bir şəraitdə Salman, Əbuzər, Miqdad və bu kimi digər şiələr kütlə düşüncəsinin təzyiqi qarşısında dözüm göstərərək xüsusi müqavimətə malik olmalı idilər. Bu çətin şəraitdə sabitqədəm qalıb cəmiyyətdən təcrid olmamaqla öz halını hifz etmək istəyən kəs gərək çox səbirli olsun. Hər halda cəmiyyət bunların fikrini bəyənmir və müqavimət çox çətin olur. Bəlkə də birinci “dözümlü” olmaq xüsusiyyətinin qeyd olunmasında məqsəd onların haqq məzhəbdə və düz yolda sabitqədəm qalmalarıdır. İkinci nöqtə:

الْعُلَمَاءُ بِاللَّهِ وَ دِینِه؛

Onlar həm Allahı, həm də Allahın dinini yaxşı tanıyan kəslərdir. Üçüncü nöqtə:

الْعَامِلُونَ بِطَاعَتِهِ وَ أَمْرِهِ؛

Birinci məsələ elm idi. İkincisi isə əməldir. Onlar dini yaxşı tanımaqdan əlavə ona yaxşı əməl edirlər. Dordüncüsü nöqtə:

الْمُهْتَدُونَ بِحُبِّهِ

Bu məsələ Quranda da var: Allahı sevirlər və Allah da onları sevir. (“Maidə”, 54) Hər kəs Allahı sevməyin yolunu tanımır, dərk etmir və ona  çatmır. Hətta elmi siması olan cox insanlar deyir: Allaha məhəbbətin heç bir mənası yoxdur. Allaha məhəbbətin mənası yəni Allahın rəhmətini sevmək!  
Belə buyururlar:

وَ الَّذِینَ آمَنُوا أَشَدُّ حُبًّا لِلّهِ

بقره، 65

Yəni Allahın rəhmətini çox istəyirlər. Bu məsələ görünənlərin əksinədir.

Əmirəlmöminin buyurur: Bizim şiələr Allaha sevgiyə nail olmuş kəslərdir. Allaha məhəbbət hamıya nəsib olmur. Diqqət edin, misal üçün deyirik: Həzrət Abbası çox istəyirik. Bunu anlamaq olur. Həzrət Abbas o fədakarlıqları ilə doğrudan da sevilməlidir. Amma Allahı sevmək nədir? Necə ola bilər insanın Allaha məhəbbəti ola? Allahın məqamı o qədər uca və zehnimizdən o qədər uzaqdır ki, biz Ona məhəbbət barəsində düzgün anlayışa malik ola bilmərik. Bizim Əmirəlmömininə (ə) məhəbbətimiz var və onun bariz xüsusiyyətlərindən biri bu idi ki, onun da Allaha məhəbbəti var idi. Daha onun Allahı nə qədər və necə sevdiyin dərk etmirik. Buna ağlımız bəs etmir. İmam və peyğəmbərə (ə) məhəbbətin bir səbəbi onların Allaha olan məhəbbətidir. Bəs biz özümüz Allahı necə sevməliyik? Bunun üçün bir qüdsi hədisə nəzər salaq: Qüdsi hədisdə belə nəql olur ki, Allah həzrət Musaya buyurdu: Ey Musa! Elə iş gör insanlar məni sevsin və məni xalq üçün məhbub et. Həzrət Musa dedi: Allahım, nə iş görüm insanlar səni sevsin? Allah ona göstəriş verdi ki, Mənim nemətlərimi xalqa xatırlat. Onlar başa düşsün mən onlara nə qədər nemət vermişəm. Adəm övladının fitrəti belədir. Kimsə ona xidmət etsə onu çox istəyəsidir. Yəni mənim nemət və ehsanlarımı xalqa xatırlatsan o zaman məni sevəcəklər. Qəlbdə Allah məhəbbətinə yer olmasını, qəlbin bu ləyaqətə necə çatmasını buradan anlamaq olur.

Möminin qəlbi Rəhmanın ərşi


Aydın olan budur ki, bizimlə Allahı sevənlər arasında çox məsafə var. Biz bir ovuc daş yoxud da parça dəmiri sevirik. Quran buyurur:

زُیِّنَ لِلنّاسِ حُبُّ الشَّهَواتِ مِنَ النِّساءِ وَ الْبَنِینَ وَ الْقَناطِیرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَ الْفِضَّةِ وَ الْخَیْلِ الْمُسَوَّمَةِ وَ الْأَنْعامِ؛

آل‏عمران، 14

Bu adəm övladları yaxşı atları, luks maşınlar, qiymətli cəvahirlər və gözəl binaları sevirlər. Görəsən bizim qəlbimizin dəyəri bir dayanacaq həddindədir? Doğrudan bizim qəlbimiz nəyin yeridir? Bir luks maşın və bu kimi şeylər? Bəzən qəlbimiz bir tövləyə bənzəyir, onda inək və at gövşəyir.

لایَسَعُنی أَرْضی وَ لا سَمائی وَ لكِنْ یَسَعُنی قَلْبُ عَبْدی الْمُؤمِن

عوالی‏اللئالی، ج 4، ص 7

Mən göylərə və yerə sığmazam. Amma möminin qəlbinə sığaram. İndi mühakimə yürüdün: Dayanacaq və tövlə ilə ilahi ərş arasında nə qədər fərq var?

قَلْبَ الْمُومِنِ عَرْشُ الرَّحْمَنِ

بحارالأنوار، ج 55، ص 39، باب العرش و الكرسی

İnsan qəlbinin ilahi ərş olması həqiqətinə inam özü bir kamal sayılır. Sonra bir qədər iradə və zəhmətlə qəlb Allah ərşinin onda yerləşməsi üçün hazır olur. Buna əsasən belə yerdə deyirlər:

الْمُهْتَدُونَ بِحُبِّهِ،أَنْضَاءُ عِبَادَةٍ،أَحْلَاسُ زَهَادَةٍ؛

İlahi məhəbbətə yol tapan kəslərin qəlbi ilahi məhəbbət yeridir. İbadətin təsirindən arıqlayıblar. Zöhdləri səbəbindən fasiləsiz  evdə olurlar. Hər yerə getmir, başqa təbirlə, evlərinə döşənəcək olublar.

صُفْرُ الْوُجُوهِ مِنَ التَّهَجُّدِ؛ عُمْشُ الْعُیُونِ مِنَ الْبُكَاءِ؛

Gecələri oyaq qalmaqdan çöhrələri saralıb. Allah xofundan  ya ilahi görüş şövqündən o qədər ağlayıblar gözləri qüsurlu olub. “Əmş” çox ağlamaq nəticəsində yaranan bir növ göz xəstəliyidir.

ذُبُلُ الشِّفَاهِ مِنَ الذِّكْرِ؛ خُمُصُ الْبُطُونِ مِنَ الطَّوَی؛ تَعْرِفُ (یا تُعْرَفُ) الرَّبَّانِیَّةُ فِی وُجُوهِهِمْ؛

Dodaqları daim Allah zikri ilə məşğul olduğu üçün quruyub. Qarınları acından yığılıb. Qəlb gözü açıq olanlar şiələrə nəzər saldıqda ilahi cilvələr müşahidə edirlər.

وَ الرَّهْبَانِیَّةُ فِی سَمْتِهِمْ؛ مَصَابِیحُ كُلِّ ظُلْمَةٍ؛ رَیْحَانُ كُلِّ قَبِیلٍ؛

Bunların davranışı rahiblərin və tərki-dünyaların davranışına bənzəyər. Dünya ləzzətlərinə və mülk toplamağa maraqlı deyillər. Onlar hər bir qaranlıqda işıq kimi nur saçırlar. Hər məclisdə gül əziz olan kimi bunlar da hər cəmin içinə daxil olsalar gül kimi əzizdirlər.


Keçmişdəkilərə təqlid

 

لَا یُثْنُونَ مِنَ الْمُسْلِمِینَ سَلَفاً وَ لَا یَقْفُونَ لَهُمْ خَلَفاً

Bu sifətlər zaman və müsahibin şəraitinə uyğun olan xüsusiyyətlərdəndir. Bildiyiniz kimi, İslamın ilkin dövründə və peyğəmbər dünyadan köçəndən sonra, xüsusilə peyğəmbərin qaynataları bir-birinin ardınca xilafətə mənsub olduqda cəmiyyətin mədəniyyət durumu elə formalaşmışdı ki, xalq Əli (ə) ilə beyət etmək istəyərkən şərt qoyub dedilər: Sən keçmişdəkilər kimi rəftar edəcəksənsə sənə beyət edirik. Yəni birinci və ikinci xəlifənin rəftarları xalqa höccət olmuşdu. Həzrət Əli (ə) qəbul etməyib buyurdu: Mən kitab və sünnəyə əsasən əməl edirəm. Mən bildiyim həqiqətlərə əməl edirəm.
Belə bir mədəniyyət durumu bunu göstəricisidir: Peyğəmbərdən sonra xalq elə bir tərzdə tərbiyə olmuşdu ki, peyğəmbərin yerində oturmuş qoca kişiləri müqəddəs sayırdılar. Yayılmış bu yeni məzhəbin yəni Sələfiliyin əsası “biz keçmişdəkilərin yolunu gedirik” düşüncəsidir. Sırf keçmişdəkilərin rəftarı onlar üçün hər şeyin dəlilidir.

Əmirəlmöminin (ə) buyurur: “Bizim şiələr keçmişdəkilər barəsində ifrata varmır və keçmişdəkiləri müqəddəs saymırlar.”

لَا یُثْنُونَ مِنَ الْمُسْلِمِینَ سَلَفا؛

Bu bir xəbərdarlıqdır ki, bəzən keçmişdəkilərin rəftarı səhv olub, düz olmayıb. Sonra həzrət buyurur:

لَا یَقْفُونَ لَهُمْ خَلَفاً؛

Əllamə Məclisi bu cümlənin təfsirində deyib: Bizim şiələr Sələfilərin əqidə və eyb axtarmaq xüsusiyyətindən üzaqdırlar. Onların ölçüsü həqiqət, Quran və sünnədir. Şiələr nə sələfə, nə də xələfə pərəstiş edir. Onlar bunu nöqsan bilib deyirlər: Biz Quran və sünnəyə tabeyik. Allah necə deyibsə, o cür də əməl etməliyik. İstəyir köhnə olsun istər təzə, istər qoca olsun, yaxud da cavan.

شُرُورُهُمْ مَكْنُونَةٌ؛

Yəni insanlar onların şərrindən amandadırlar.

وَ قُلُوبُهُمْ مَحْزُونَةٌ؛

Bu cümlə müzakirə olunmalıdır. Çox rəvayətdə “mömin həmişə hüzünlüdür” cümləsi işlədilib. Bu sözlə günümüzün psixoloqlarının sözü arasında bir növ ziddiyət müşahidə olunur. Bildiyiniz kimi, bugünkü psixoloqların hədəfi şad insanlar yetişdirməkdir. Onlar insanın hüzünlü olmasını təbii saymırlar. Onlar bu hüznü özünə qapanma və xəstəlik amili sayırlar. Belə ki sağlam insan şad olmalıdır deyirlər və bunun ardıyca cəmiyyətdə müxtəlif rəftarlar yayır, bu rəftarları alqışlayırlar. Deyirlər musiqi, rəqs və bu kimi digər şeylər şadlıq yaratmaq üçündür. Amma dini yönümdən hüzn çox gözəl sayılıb, təriflənir. Əlbəttə bu rəvayətdə hüznün gizli olmasına təkid olunur. Yəni şiənin hüznü onun qəlbindədir və onu aşkarlamır. Rəvayətlərdə bu hüznün heç bir vəchlə dünyəvi işlərlə əlaqəsinin olmaması izah olub. Şiələr əllərindən çıxan dünya nemətlərinə görə, yaxud başlarına gələn hər hansı bir müsibətə görə heç vaxt hüznlü olmurlar. Onların hüznü axirətə aid işlərdə  biganəlikləri, yaxud ilahi rəhmət və görüşdən ayrılığa görədir.

وَ هَبْنی صَبَرْتُ عَلی حَرِّ نارِكَ فَكَیْفَ أَصْبِرُ عَنِ النَّظَرِ إِلی كَرامَتِك؛

Bu şiələrin hüznüdür. Bu hüzün səadət və Allaha yaxınlıq yolunda geri qalmalarına xatirdir. Bu hüzün fəal və müsbət hüzündür. Bu hüzün insanı işə yönəldən hüzündür. İnsan “niyə geridə qaldım” deyib hüzünlü olmasa calışmağa meyl etməz. Hər zaman insan öz mövqeyindən razı oldu daha çalışmır. İnsan öz vəziyyətindən narazı olan zaman bir qədəm götürür. Yəni insan olanlarına baxıb deyir ki, bunlar azdır. Bu çatışmamazlığa görə o narahat və hüzünlü olur. Bu hüzün ibadət və Allaha bəndəçilikdə ucalmaq istəyən möminin imanına lazımlıdır. Amma onu digərlərinə bilindirmir. Çünki özünü köstərənlərdən deyil və çalışır hüznü qəlbində qalsın. Amma zahirdə dodaqları təbəssümlüdür və insanlarla gözəl davranır. Elə bir həddə ki, kimsə onun hüzünlü olduğunu hiss etmir.


Nəfsin iffəti

أَنْفُسُهُمْ عَفِیفَةٌ؛

İffət dedikdə  məqsəd təkcə cinsi məsələlər deyil. “Əfife” yəni insanın izzəti-nəfsi olsun. Qane olsun və dünya şəhvətlərinin ardınca getməsin. Dünya şəhvətlərinin ardınca getməməyin mənası yəni bu şəhvətləri böyük bir hədəf və istək saymasın, hökmən onları əldə etməyə çalışmasın. Onlar iffətlidirlər. Yəni ilahi hökmlərə riayət edirlər. Onlar izzəti-nəfsə malikdir. Həm cinsi məsələlərdə, həm də mal və namus məsələlərində digərlərinin malına təcavüz etməz, xalqın namusuna pis gözlə baxmazlar.

حَوَائِجُهُمْ خَفِیفَةٌ؛

Çox sadə yaşayırlar. Bir tikə çörəklə, sadəliklə hayat sürürlər. Hökmən rahat yaşayışa, bahalı xalça, luks maşın, böyük evə malik olmaq istəmirlər. Onlar həyatlarını yola verə biləcək zəruri həddə qanedirlər.

أَنْفُسُهُمْ مِنْهُمْ فِی عَنَاءٍ وَ النَّاسُ مِنْهُمْ فِی رَاحَةٍ؛

Özlərinə çətinlik yaratmaq bahasına olsa belə xalqın rahatçılığına çalışırlar. Bu nöqtə bir otaqda qalan iki tələbədən tutmuş dünyəvi baxımdan uca məqamda olub dövlət idarə edən kəslərin hamısına aid olur. Həzrət buyurur: Bizim şiələr özlərini zəhmətə salmaq bahasına diğərlərini rahatlığa çıxarırlar.

أَنْفُسُهُمْ مِنْهُمْ فِی عَنَاءٍ وَ النَّاسُ مِنْهُمْ فِی رَاحَةٍ.

فَهُمُ الْكَاسَةُ الْأَلِبَّاءُ؛

Bələ təsəvvür yaranmasın ki,  onlar sadədir və aldanırlar. Bəziləri elə bilir hər hansı bir zəhməti öz üzərinə götürən kəs aldadılıb. Amma o çox aqil insandır. O ancaq Allah rizası üçün işləri öz üzərinə götürüb. Həzrət buyurur: Bunlar fəal və aqildirlər.

الْكَاسَةُ الْأَلِبَّاءُ؛ وَ الْخَالِصَةُ النُّجَبَاءُ؛

Sadə deyillər və başqaları onları aldada bilmir. Pak və xalis insandırlar. Heç saxtalıqları yoxdur. Hamıya sədaqətlidirlər. Necədilərsə elədirlər. Alicənab, şərafətli və böyük insandırlar. Sadəlövh deyillər, aldanıb digərlərinin təsiri altına düşən deyillər.

فَهُمُ الرَّوَّاغُونَ فِرَاراً بِدِینِهِمْ؛

Onlar dinlərini qorumaq üçün bəzən cəmiyyətdən uzaqlaşarlar.

إِنْ شَهِدُوا لَمْ یُعْرَفُوا وَ إِنْ غَابُوا لَمْ یُفْتَقَدُوا؛

Hamımız az-çox cəmiyyətdə diqqət mərkəzində olmaq istəyirik. Hətta azyaşlılar da özlərini göstərmək istəyir. Buna görə bəzən qışqır-bağır salır, bəzən uçurub-dağıdırlar. İnsanın özünü göstərmək hissi uşaqlıqdan onun vücudunda olan bir istəkdir. İnsan istəyir hər kəsdən çox tanına və onun şəklini divarlara vurub tərifləyələr. Bu Adəm övladında olan ruhiyyədir. Amma Əhli-beyt (ə) məktəbində yetişib dini tərbiyə görən kəslər hər  işdə öncə Allah razılığını tələb edir. Özünü göstərmək məsləhət olmayan yerdə, o özünü göstərməyə ehtiyac duymur.

İddiasızlıq

Alimlərdən birinin başına gələn əhvalat belədir: O bir şəhərə mühacirət edib xeyli vaxt idi orda yaşayırdı. Oranın alimləri onun alim olduğunu bilmirdi. Bir gün bu şəhərin alimlərindən biri başqa bir şəhərə getmişdi. Onu qarşılayandan sonra ondan öz şəhərində olan mühacir alim barəsində soruşur və deyirlər, “siz onun elmindən bəhrələnə bilirsiniz?” Qonaq deyir ki, məgər o elm adamıdır? Diqqət edin: Bir elm əhli uzun muddət bir şəhərdə yaşamasına baxmayaraq hətta alim olduğunu izhar etməyib. Amma bunun əksinə, bəziləri bilmədiklərini bildikləri kimi qələmə vermək istəyir. Həzrət buyurur: Şiələrimiz tanınıb şöhrət tapmaq tələsinə düşməyib. İnsanların içərisində tanınmasalar, bu onlara çətin gəlməz.

إِنْ شَهِدُوا لَمْ یُعْرَفُوا؛ إِنْ غَابُوا لَمْ یُفْتَقَدُوا؛

Bir dəstənin içində olanda kimsə onları tanımaz. Bir gün gözə dəyməsələr, kimsə onların əhvalını sormaz. Çünki onlara bir əhəmiyyət vermirlər. Onlar özlərinə ictimai bir məqam düzəldib özlərini göstərçmək üçün calışmırlar. Şiələr belə şeylərə bağlı deyil:

إِنْ شَهِدُوا لَمْ یُعْرَفُوا وَ إِنْ غَابُوا لَمْ یُفْتَقَدُوا.

Mən Qum Elm Hövzəsində elə insan tanıyıram ki, əgər istəsəydilər elmi baxımdan hövzədə beş nəfər seçələr bu insan o beş nəfərdən biri idi. Amma onun zahirini görəndə kənddən təzə gəldiyini düşünür. Əllamə Təbatəbai (Allah ondan razı olsun) onlardan biri idi. Biz onu birinci dəfə gördükdə belə təsəvvür etdik ki, o kənd axundudur. Başında balaca əmmamə, aram yol gedirdi. Səs-küysüz, salavatsız, sakitcə bir kənarla gedərdi. Səsi də çox yavaş idi.

Sonra həzrət (ə) buyurur:

أُولَئِكَ شِیعَتِیَ الْأَطْیَبُونَ؛ إِخْوَانِیَ الْأَكْرَمُونَ؛

Bunlar şiələrimin ən pakıdır. Mənim ən əziz qardaşlarımdır.
Sonra həzrət dərindən bir nəfəs alır və onlarla görüşə şövqlü olduğunu izhar edir:

أَلَا هَاهْ شَوْقاً إِلَیْهِمْ

Mən onlarla görüşü çox arzulayıram.

Burada nəzərə çarpan bir nöqtə var. Bəyan olsa yaxşı olar. Məsumların (ə) buyurduğu bəzi sifətlər zamanın və dinləyicinin tələblərinə uyğun olub. Bəzi vaxtlar bu sifətlər zehndən çox uzaqdır. İnsanlar ona diqqətsizlik edir və bu sifətlərin üstünlük olmasını təsəvvür belə etmirlər. Bəlkə də bu sifətləri nöqsan sayırlar. Həzrətin bu sifətlərə təkidlə yanaşmasının mənası budur ki,  gərək hamı belə olsun. Təsəvvür edin Ayətullah Bürucerdi (Allah ondan razı olsun) bütün dünyada tanınırdı. İnsanlar ona ehtiram göstərirdi. Onun əl-ayağını öpürdülər. Onun ayağının altındakı torpağı təbərrük götürməyin belə yeri var idı. Bu rəvayət o dəmək deyil ki, xalq onu tanımamalı idi. Mühüm budur o şöhrət ardıyca deyildi. Mən onun dərsində öz dilindən eşitdim: Mən indiyə kimi rəyasət fikrinə düşməmişəm. Mərcə alim olmaq ardıyca getməmişəm, bu mənə yükləndi. Yəni mənim boynuma vəzifə gəldiyini isbat etdilər. Buna görə məcbur olub qəbul etdim. Diqqət edin: İnsanı hamı tanısa və ona hörmət bəsləsə bu eyb deyil. Eyb budur ki, insan özü bu istəkdə ola, yəni özünü məhşur edib göstərməyə çalışsın. İnsanlar arasında şöhrət qazanmaq üçün hər şeydən keçsin.