Təkəbbür, pislilklərin başlanğıcı

تاریخ: 
پنجشنبه, 7 آبان, 1383

Təkəbbür, bütün pisliklərin qaynağı

Bismillahir-Rəhmanir-Rəhim

Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1383/08/07 tarixində (1425-ci il ramazanın 13-ü ilə eyni gündə) Ayətullah Xameneinin (sayəsi üzərimizdən əskik olmasın) dəftərindəki söhbətindən seçmələrdir.
Şərafətli ramazan ayının günlərində Əhli-beytin (ə) qiymətli kəlamlarını əlimizdə tutur və Allah-taaladan bu kəlamları nicat vasitəmiz etməsini diləyirik.
“Qasiə” xütbəsi “Nəhcül-bəlağənin” xütbələr babının axırlarında yerləşir. Onun əsas mehvəri çirkin nəfsani sifət “təkəbbür” və bu sifətin fərdi və ictimai bədbəxtçiliklərdəki roludur. Bəlkə də xütbənin “Qasiə” adlandırılmasının ən münasib izahı budur ki, “Qasiə” vuran deməkdir. Yəni bu xütbə özünü digərləindən üstün bilən təkəbbürlüləri hədələyir. Xütbə təkəbbürlüləri hədələdiyi üçün “Qasiə” adlanıb. “Qasiə” xütbəsi Həzrət Əlinin (ə) ömürünün axırında bəyan olub. Həzrət (ə) bu xütbədə öz müxatəblərini şiddətlə danlayaraq onları günahlandırıb buyurur: “Siz meydan oxumaq və tüğyan etməkdə ifrata getdiniz. Cahilliyyət təəssübünə və axmaqlığına qayıtdınız. İslami dəyərləri ayaq altına aldınız.”
Xütbənin məzmunundan məlum olur ki, həzrət Əli (ə) təkəbbürü bu cərəyanların anası olaraq görür və elə ağır təbirlər işlədir ki, insan təəccüb edir. İllərlə Əmirəlmömininin (ə) minbərində böyümüş kəslərin, (onların çoxu Həzrətdən (ə) qabaq Rəsulullahın (s) moizələrində olmuşdular) bu əxlaqi və ictimai fəsada necə düçar olduğunu gördükdə təəccüb edirik. Bu gün bizim cəmiyyətin İmam Əlinin (ə) dövründəki cəmiyyətdən yaxşı olması məlum deyil. Həzrət (ə) o cəmiyyəti danladı ki, sizdə fəsad çoxalıb, haqsızlıq edirsiz, cahiliyət dövründəki dəyərləri dirildirsiniz və İslam əhkamlarını yaddan çıxarıbsınız. Gərək Əmirəlmömininin (ə) buyruqlarından öz zamanımız üçün dərs alaq. Əxlaqi fəsadların çoxunun kökü insanın özünü böyük görməsindədir. Bundan əlavə ictimai fəsadların çoxu bu şeytani xislətdən qaynaqlanır. Bu xütbənin bəyan olma səbəbi peyğəmbərdən sonra gələn ikinci və üçüncü nəslin, eləcə də peyğəmbəri görməyənlərin əksərinin tədricən etnik, irqi və qəbilə təəssübünə yiyələnməsidir. Pis cahilanə sifətlərdən sayılan qəbiləçilik ruhu və əcdadlarla öyünmək tədricən o zamanın cavan müsəlmanları arasında yayılırdı. Millətçilik və irqçilik geri qalmış cəmiyyətlərdə bir formada, inkişaf etmiş cəmiyyətlərdə isə digər bir formada mövcud olub və hal-hazırda da mövcuddur. Bu gün qərblilərin üstünlük axtarışında olmalarının kökü nədədir? Çünki onlar öz irqlərini üstün bilir və buna görə də şərqdə nə qədər alim, təhqiqatçı və böyük ixtiraçı olsa belə onlara dəyər vermirlər. Bizim dövrümüzün ən böyük fəsadı sionistlər tərəfindən Fələstində törədilən fəsaddır. Bu fəsadın kökü nədir? Onlar özlərini üstün irq, seçim haqqına malik qrup sayırlar.
«قالوا نحن ابناء الله و احبائه»
“Biz Allahın dostlarıyıq və başqa insanlar bizə xatir yaranıblar” – deyirlər. Bu da bir növ təkəbbürdür. Əmirəlmöminin (ə) öz xütbəsini belə gözəl cümlələrlə başlayır ki, böyüklük Allaha məxsusdur. İstəyir ki, zehnlər hazırlana və özünü böyük görmə ruhiyyəsi tərk edilə. Haçana kimi insanda təkəbbür, özünü bəyənmə və üstünlük tələb etmə varsa fərdi səadətə və axlaqi paklanmaya yiyələnə bilməz. Belə bir ruhiyyəyə malik cəmiyyət də səadətin üzünü görməyəsidir. Əmirəlmöminin (ə) buyurur:
«بسم الله الرحمن الرحیم. الْحَمْدُ لِلَّهِ الَّذِی لَبِسَ الْعِزَّ وَ الْكِبْرِیَاءَ وَ اخْتَارَهُمَا لِنَفْسِهِ دُونَ خَلْقِهِ وَ جَعَلَهُمَا حِمًى وَ حَرَماً عَلَى غَیْرِهِ وَ اصْطَفَاهُمَا لِجَلَالِهِ وَ جَعَلَ اللَّعْنَةَ عَلَى مَنْ نَازَعَهُ فِیهِمَا مِنْ عِبَادِهِ»
Böyklük və izzət libası geymiş Allah həm də layiqdir. Ədəbiyyatçılar belə bəyana istiarə deyir. İzzət və böyüklük libasa bənzədilib. Əlbəttə? Allah-taala istər cismani, istər mənəvi libas geyinməkdən uca və pakdır. Onun libasa ehtiyacı yoxdur. Bu ədəbi bir təbirdir. Biz libası o şey barəsində işlədirik ki, libas onu geyinəni kamil örtmüş olsun. Buna görə də izzət və böyüklük Allahın zatı üçün bir libasa oxşadılıb. Bu o deməkdir ki, Allahla bağlı elə bir şey fərz etmək olmaz ki, o izzətin özü olmasın. Allah vücudunun bütün şənləri əzəmətli və böyükdür. İzzət və böyüklük Allahın vücudunu örtür. İzzət və böyüklük Allaha məxsus sifətlərdəndir. Yəni Allahdan başqa heç bir kəsdə bu sifətlərə iddia haqqı yoxdur. Bütn mövcudat və məxluq Allah qarşısında zəlildir.
«خشعت الاصوات للرحمان،»
طه: 108.
Allahdan digərlərinə aid etdiyimiz izzətlər nisbi, yaxud naqisdir, kamil deyil. Allahdan başqa hamının izzəti qeyri-həqiqi və alınmadır. Hətta peyğəmbərlərin və övliyaların da izzəti alınmadır. Həqiqi və əsil izzət Allaha məxsusdur. Heç kəsin qarşısında təslim olmayan təkcə Allahdır və heç kəs Allaha qalib gələ bilməz. Əlbəttə, Allah özünə məxsus olan şeylərin hamısından bir qədərin öz övliayalarına mərhəmət edir. Qeyb elmi də Allaha məxsusdur.
«یا من لا یعلم الغیب الا هو»
Amma istədiyi həddə Öz övliyalarına əta edir.
«فلا یظهِرُ علی غَیبه اَحدا الا من ارتضی من رسول‏»
جن: 27 و 26
Bu da düzdür: “İzzət bütövlükdə Allaha məxsusdur.”
Amma bu da var: “İstədiyini izzətə çatdırır; izzət Allaha Onun rəsuluna və mominlərə məxsusdur.
Deməli, izzət Allaha məxsusdur deyilərkən nəzərdə tutulan kamil, mütləq, əsl və həqiqi izzətdir. Amma Allahın izni və Onun ətası ilə digərlərinin bu sifətə bir həddə sahib olmasının eybi yoxdur.
«تُعِّزُ من تشاء و تذل من تشاء»
آل عمران: 26
“Kibriya” mütləq və həqiqi böyüklük mənasındadır. Yəni elə bir əzəmət ki, ondan uca böyüklük mövcud olmasın. İzzət və mütləq böyüklük (kibriya) Allaha məxsusdur. Amma bəzən insan cəhalət ucbatından Allaha məxsus olan sifəti özünə aid edir. Bizim hamımız az-cox buna dücar olmuşuq. Necə ki Allahın cox işlərini özümüzə aid edirik. Çünki mərifətimiz azdır:
«قال انما اوتیته علی علم عندی»
Qarun dedi: “Mən bu sərvətləri öz elm və tədbirimlə əldə etdim.” İnsanların çoxuna fəqirlərin hüququna riayət edin deyilərkən, cavab verirlər: “Biz canımız-qanımızla, alın tərimizlə bu sərvətləri toplamışıq. İndi verək başqaları yesin?!” Amma unudurlar ki, bu sərvətləri onlara Allah verib. Təsəvvür edirik ki, ruzini, işi, elm və qüdrəti özümüz əldə edirik. Bir qisim insanlar bəzən qürurun təsiri altında bundan da yuxarı həddə çatıb deyirlər:
«انا رَبكم الاعلی»
نازعات: 24
“Mən Firon sizin rəbbinizəm.” Özü də ki adi rəbb yox, ən üstün rəbb. Rübubiyyətin ən üstün mərtəbəsi mənimdir – deyir. Bəziləri qüdrətə çatan kimi, yaxud qarşısında kimsəni görmədikdə tüğyan edirlər.
«ان الانسان لیطغی»
Məsələnin kökü elə burdadır.
«أن رآه استغنی»
Adəm övladı özünü ehtiyacsız görən zaman cəhalət və qürurdan və yaxud kütlükdən onda belə bir təsəvvür yaranır ki, çox böyükdür. Heç məlum da deyil məndən böyük kimsə olsun! Əgər Allah bizə elə bir qüdrət versə ki, kimlərsə bizim əmrimiz altında olub bizə itaət etsin bu gedişlə bir neçə gündən sonra biz də dahi bir şəxsiyyət olduğumuza inanacağıq. Əgər vəzifəmiz artarsa və bizim bir imzamızla qoşunlar hərəkətə gəlib İraqa, Əfqanıstana hücum edərsə, daha nə istəyirik?! Təəccüb doğuran qüdrətimiz var! Bir imzamızla qoşunlar hücum edib qırdı, bombardıman etdi.
Əgər insan özündə böyülük hiss edib bu böyüklüyü özününkü bilərsə bu halda əsl həqiqətdə Allaha məxsus bir şeyi qəsb etmiş olur. Əslində həqiqi böyülük Allaha mənsubdur. Nə qədər ki, bu böyülük var, kimsə Allahın qarşısında nə deyə bilər? Hər nə var Onun mülküdür. Hər kimin hər nəyi varsa Ondandır. Əgər külək də coşsa ki, mən də böyüyəm onda bu fəsad mənşəsi olar. Bəzən rəvayətdə təkəbbürlə bağlı külək sözündən istifadə edilib. Bu külək şeytanidir. Deməli, Allah qarşısında özünü izzətli bilib böyük sayan kəs əslində Allaha döyüş elan edib və Allaha məxsus şeyi qəsb edib. Belə bir hala düşmüş kəs ilahi lənət və nifrinə tuş gəlir.
«الحمدلله الذی لبس العزَّ و الكبریاء واختارهما لنفسه»؛
Allah izzət və böyüklüyü özünə aid edib. Xəlq etdiklərinə bundan bir pay verməyib. Digərlərində zühur edən izzət ilahi izzətdir. Düzdür ki, izzət Allah və rəsulu üçündür. Bu da düzdür ki, Allah istədiyinə izət verir. Amma bunlar o demək deyil ki, öz izətinin qarşısında məxluqlara da izzət vermiş olsun.
«و جعلهما حمیً و حرماً علی غیره»
Bu nöqtə qırmızı xətdir və bu xətti keçməyə heç kəsin haqqı yoxdur. Yəni gərək heç kəs Allahın izzət və kibriyalıq çevrəsinə daxil olmaya. Əgər kimsə ayağını o tərəfdən bu tərəfə qoymaq istəsə Allaha müharibə elan edib və onun haqqını qəsb etmiş olur.
«و اصطفاهما لجلاله»؛«و جعل اللعنه علی من نازعه فیهما من عباده»
Allah izzət və kibriyalığı öz cəlal və əzəməti üçün secdi. Əgər bəndələrdən kimsə Allahla döyüşə qalxsa, bunlardan nəyisə özü üçün iddia etsə Allahın lənəti ona tuş gəlir