Üçüncü dərs

تاریخ: 
شنبه, 9 آبان, 1383

İblisin əhvalatından ibrət

Bismillahir-Rəhmanir-Rəhim
Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın) 1383/08/09 tarixində (1425-ci il ramazanın 15-i ilə eyni gündə) Ayətullah Xameneinin (sayəsi üzərimizdən əskik olmasın) dəftərindəki söbətindən seçmələrdir.
«...فَاعْتَبِرُوا بما كَانَ مِنْ فِعْلِ اللَّهِ بِإِبْلِیسَ‏»
Ey insanlar! İblisin özünü böyük saymasının müqabilində Allahın ona etdiklərindən ibrət götürün.
«إِذْ أَحْبَطَ عَمَلَهُ الطَّوِیلَ وَ جَهْدَهُ الْجَهِیدَ»
Şeytan uzun illər boyu etdiyi ibadətləri puça çıxardı.
«عَنْ كِبْرِ سَاعَةٍ وَاحِدَةٍ»
Bir an təkəbbür etməsi buna səbəb oldu. Bəzən mümkündür insan çoxlu yaxşı iş görüb və illərlə düz yolun yolcusu olsun. Amma sonda bir işlə onların hamısın külə çevirsin. Burda buyurulur ki, bir anın təkəbbürü bütün yaxşı əməllərin küləyə verilməsinə bais oldu. O qədər əməl nə idi?
«وَ كَانَ قَدْ عَبَدَ اللَّهَ سِتَّةَ آلَافِ سَنَةٍ»
İblis altı min il Allaha ibadət etmişdi. Bu illər hansı illərdən idi? Görəsən o illər bizim illər kimi 365-gün və hər günün müddəti 24 saat idi, yoxsa fərqlənirdi? “Nəhcül-bəlağə”də belə nəql olunur:
«لَا یُدْرَی أَمِنْ سِنِی الدُّنْیَا أَمْ مِنْ سِنِی الْآخِرَةِ»
Yəni məlum deyil həmin 6 min il adi dünya ilidir, yoxsa axirət ili - hər günü 1000 dünya ilinə bərabər il. Küfr və təkəbbür bütün əməlləri birdəfəyə batil edir. Əgər bir müsəlman 70 il ibadətdən sonra ömrünün son anında mürtəd olarsa 70 il ibadəti bada gedir.
«وَ قَدِمْنا إِلی‏ ما عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْناهُ هَباءً مَنْثُوراً»
فرقان: 23
Küfr etmiş kəslərin əvvəllər gördükləri yaxşı işlərin sorağına getdik və onların hamısını “həbaən mənsurən” etdik. Yəni havaya səpələnən toz kimi.
«فَمَنْ ذَا بَعْدَ إِبْلِیسَ یَسْلَمُ عَلَی اللَّهِ بِمِثْلِ مَعْصِیَتِهِ»؛
İblisin bir bu qədər ibadəti bir saat təkəbbür ucbatından puç oldusa, görəsən təkəbbürlü kəs salamat qalar?! Heç zaman belə bir şey yoxdur.
«مَا كَانَ اللَّهُ سُبْحَانَهُ لِیُدْخِلَ الْجَنَّةَ بَشَراً بِأَمْرٍ أَخْرَجَ بِهِ مِنْهَا مَلَكاً»
Çoxlu ibadətlərinə görə İblis mələklər sırasında saya salınırdı. Allah onu bir saat təkəbbürə xatir behiştdən xaric etdi. Bu halda ibadəti min ilə çatmayan Adəm övladını təkəbbürünə görə cəzalandırmayacaqmı?!
«إِنَّ حُكْمَهُ فِی أَهْلِ السَّمَاءِ وَ أَهْلِ الْأَرْضِ لَوَاحِدٌ»
Allah-taalanın “küfr və şirk bütün əməlləri puç edir” hökm və sünnəsində insan və cin, yer əhli və göy əhli arasında fərq yoxdur.
«وَ مَا بَیْنَ اللَّهِ وَ بَیْنَ أَحَدٍ مِنْ خَلْقِهِ هَوَادَةٌ فِی إِبَاحَةِ حِمًی حَرَّمَهُ عَلَی الْعَالَمِینَ»
Əgər Allah bir şeyi bütün insanlara haram edib qırmızı xətt cəkibsə, daha bu qırmızı xətti keçmək icazəsini heç bir bəndəyə vermir. Allah deyir gərək heç kim təkəbbür etməyə. Bu zaman istisnasız olaraq kimsə Allahın kibriyalıq ridasından ötrü vuruşmamalıdır. İlahi sünnə, vəzifəli olanların hamısı üçün birdir. Əlbəttə, mümkündür məsləhətə xatir bəzi günah, bəzi haramlar xüsusi bir zamanda, xüsusi bir qövm üçün olub. Biz İblisin başına gəlmiş bu bəladan qorxmalıyıq. İblis 6 min il ibadət etmişdi. Amma məlum deyil bizim ibadətlərimizdən necə ilin ibadəti qəbul olub. Bu halda biz daha çox təhlükədəyik. Bu gün də İblisin yolunu gedənlərin həmin təhlükələrə düçar olduğunu görürük. Bu qürur və təkəbbürlər bəzilərinin ilahi hökmlərə şəkk eməsinə bais olub. Onlar deyir bu hökümlərin istifadə tarixi var və artıq onların vaxtı keçib. Yaxud da deyirlər ki, bunlar Allah hökmü deyil və ya peyğəmbər səhv edib. Bu gün belə sözləri mürtədlərdən eşidirik. İblis üçün olan təhlükədən biz Adəm övladları üçün də var. Qürur, həvəsbazlıq və davamlı günah insanı kafir olmaq həddinə çatdırır.
«ثُمَّ كانَ عاقِبَةَ الَّذِینَ أَساؤُا السُّوای‏ أَنْ كَذَّبُوا بِآیاتِ اللَّهِ وَ كانُوا بِها یَسْتَهْزِؤُنَ»
روم: 10
İndi də görürük ki, İslamın günahlara görə tətbiq etdiyi cəza hökümlərini lağa qoyurlar. Deyirlər ki, bu zəmanadə daha kimsənisə çubuqla vurmaq olmaz. Cubuq eşşəyə vurulmalıdır. Beləcə Allahın şallaq hökmünə lağ edirlər. Bu kəslərin İslam iddiası da var. İblis də demirdi ki, Allah mən Səni qəbul etmirəm və Sənə pərəstiş etmirəm. İblis Allaha dedi mən heç kəsin Sənə etmədiyi ibadəti edərəm. Qürur və özün böyük görmənin ucbatından Adəm övladı elə bir günə düşə bilər ki, Allah dininə lağ etsin. Bu gün belə nümumələri müşahidə edirik.
Sonra Əmirəlmöminin (ə) buyurur:
«فَاحْذَرُوا عِبَادَ اللَّهِ عَدُوَّ اللَّهِ أَنْ یُعْدِیَكُمْ بِدَائِهِ»
Şeytan itaətsizlik və Allah müxalif olmaqdan əlavə digərlərini də azdıracağına and içdi. O and içmədi ki, mən Adəm övladlarını ibadət etməyə qoymayacağam. And içdi ki, onları yoldan azdıracağam. Yəni elə bir iş görəcək ki, onu kimi olasunlar və Allah ilə üz-üzə dayansınlar və şeytanın yolunu getsinlər. Şeytanın sizləri öz dərdinə düçar etməsindən qorunun.
«وَ أَنْ یَسْتَفِزَّكُمْ بِنِدَائِهِ»؛أَنْ یُجْلِبَ عَلَیْكُمْ بِخَیْلِهِ وَ رَجِلِهِ»؛
O sizi öz getdiyi yola səsləyir. Piyada və süvari ordularını sizin sorağınıza göndərir. İblisin çoxsaylı dəstələri var.
«إِنَّهُ یَراكُمْ هُوَ وَ قَبِیلُهُ مِنْ حَیْثُ لا تَرَوْنَهُمْ‏»
اعراف: 27
Siz şeytanı görmürsünüz amma o sizi görür. Ayələrdə buyrulur ki, şeytanın nəsli və övladları var və onlar da onun həmin yolunun yolçusudurlar. Bundan əlavə insanların içindən köməkçi və dostları var və bəzən onlar cinlərdən olan şeytanlardan da təhlükəlidir.
«شَیاطِینِ الْإِنْس وَ الْجِنِ‏»
انعام: 112
O kəslər ki, şeytanın vilayətini qəbul edir.
«إِنَّما سُلْطانُهُ عَلَی الَّذِینَ یَتَوَلَّونَهُ وَ الَّذِینَ هُمْ مُشْرِكُون‏»
نحل: 100
Onlar şeytanın köməkçiləri sırasında qərar tutur və eynən şeytanın rolunu oynayırlar.
“Fələmri” kəlməsi şeytanın düşmənliyinin əhəmiyyətini bəyan edir. Bəzi vaxtlar bizi nəsihət edib deyirlər ki, filan işi görmə, pis dostdan uzaq ol və sair. Biz bu nəsihətlərə elə də ciddi yanaşmırıq. Xüsusilə əgər o iş özümüz sevən işlərdən olarsa. Şeytan da insanı onun öz meyli olan sahadə aldadır. Əmirəlmöminin (ə) bizim bu ruhiyyədə olduğumuzu bilir. O bizim bu işə, çox ciddi yanaşmadığımızdan agahdır. Buna görə də şeytanın düşmənçiliyi üzərində bu qədər təkid edib ki, bir az özümüzə gələk. Əmirəlmöminin (ə) öz canına and içir:
«لَقَدْ فَوَّقَ لَكُمْ سَهْمَ الْوَعِیدِ وَ أَغْرَقَ إِلَیْكُمْ بِالنَّزْعِ الشَّدِیدِ وَ رَمَاكُمْ مِنْ مَكَانٍ قَرِیبٍ»
O zaman adətən tir-kamanla düşmənə hücum olunurdu. Oxçu hədəfdən uzaq olduqda oxun hədəfə dəyməməsi ehtimalı çox olur. Amma fasilə az olarsa bu ehtimal çox azdır. Şeytan kamana bir ox qoyub və yayı sonacan çəkib. Çünki kamanın yayı nə qədər çox çəkilsə ox o qədər uzağa gedər. Əmirəlmöminin (ə) buyurur ki, şeytan kaman və oxu hazır tutub. O sizi sox yaxından nişan alıb və yayı son həddə çəkib. Bu ox atılan zaman hökmən hədəfə dəyəsidir. İndi belə bir ehtimal verirsiz ki, şeytanın əlindən qaca biləsiniz və onun oxu sizdən yayına? O bizə tərəf atıcılıqda neçə illərin təcrbəsinə malikdir. Qocalıq onu süstləşdirməyib, onun əlləri əsmir.
«فَقَالَ رَبِّ بِما أَغْوَیْتَنِی لَأُزَیِّنَنَّ لَهُمْ فِی الْأَرْضِ وَ لَأُغْوِیَنَّهُمْ أَجْمَعِینَ‏»
حجر: 39
Əvvəla, cəsarətlə öz azğınlığını Allaha aid edir ki, Sən məni azdırdın. Yəni Sən Adəmə səcdə əmri verməsəydin, mən öz ibadətimlə məşğul idim. Amma Sən dedin get Adəmə səcdə et. Mən də inadkarlıq ucbatından bu azğınlığa düçar oldum. İndi ki bu bəlanı başıma gətirdin Adəm övladlarının hamısını azdıracağam. Pis işləri onlar üçün zinətləndirəcəyəm.
«قَذْفاً بِغَیْبٍ بَعِیدٍ وَ رَجْماً بِظَنٍّ غَیْرِ مُصِیبٍ»
Şeytan bu sözlə qaranlığa bir daş atdı. Onun yəqini yox idi ki, hamını azdıra biləcək. Bu öxun hədəfə dəyməsi üçün heç bir dəlil yoxdur. Amma bu söz bəzi insanlar barəsində sadiq oldu.
«صَدَّقَهُ بِهِ أَبْنَاءُ الْحَمِیَّةِ وَ إِخْوَانُ الْعَصَبِیَّةِ وَ فُرْسَانُ الْكِبْرِ وَ الْجَاهِلِیَّةِ»
Təkəbbürlü və təəssüblü kəslər öz əməlləri ilə İblisin gümanını doğrultdular. Şeytanın təkəbbür miniyinə süvar olub çapanlar İblisin zənnini həqiqətə çevirdilər. Buyurulur:
«حَتَّی إِذَا انْقَادَتْ لَهُ الْجَامِحَةُ مِنْكُمْ‏»
İndiyə kimi ümumi danışıq idi. Amma şeytanın dastanının sizinlə nə əlaqəsi? Siz əvvəl şeytana itaət məqamında deyildiniz. Şeytana “yox” dediniz. Amma bu “yox” demək davamlı olmadı və yavaş-yavaş süstləşdiniz. Şeytan qarşınsındakı istiqamətiniz zəiflədi.
«حَتَّی إِذَا انْقَادَتْ لَهُ الْجَامِحَةُ مِنْكُمْ»؛«وَ اسْتَحْكَمَتِ الطَّمَاعِیَّةُ مِنْهُ فِیكُمْ»؛
Şeytanın əleyhinə baş qaldıranlar yavaş-yavaş təslim oldular. İblis gördü ki, siz üsyankarsınız və onun ardınca gedirsiniz. Onun tamahı itiləşdi. Əvvəlcədən ona itaət edənlər heç. Amma şeytanı lənətlədiyiniz halda yavaş-yavaş siz də təslim oldunuz.
«فَنَجَمَتِ الْحَالُ مِنَ السِّرِّ الْخَفِیِّ إِلَی الْأَمْرِ الْجَلِیِّ اسْتَفْحَلَ سُلْطَانُهُ عَلَیْكُمْ وَ دَلَفَ بِجُنُودِهِ نَحْوَكُمْ»
Şeytan burda ciddi qərara gəldi ki, bütün gücünü toplayıb sizinlə ciddi mübarizəyə qalxsın və sizi yoldan azdırsın. Siz öz dəyərlərinizdən əl çəkib, İslam hökümlərinə münasibətdə qeyrətsizləşib, inqilab hədəflərinə münasibətdə süstləşən zaman, şeytanın sizə tamahı çoxaldı və ordusunu rəsmən sizə tərəf yönəltdi.
«فَأَقْحَمُوكُمْ وَلَجَاتِ الذُّلِّ وَ أَحَلُّوكُمْ وَرَطَاتِ الْقَتْلِ»؛«وَ أَوْطَئُوكُمْ إِثْخَانَ الْجِرَاحَةِ طَعْناً فِی عُیُونِكُمْ وَ حَزّاً فِی حُلُوقِكُمْ وَ دَقّاً لِمَنَاخِرِكُمْ وَ قَصْداً لِمَقَاتِلِكُمْ وَ سَوْقاً بِخَزَائِمِ الْقَهْرِ إِلَی النَّارِ الْمُعَدَّةِ لَكُمْ»؛
Sizin yolunuz üstə tələlər qurdu ki, həlakedici ucrumlara düşəsiniz. O öz nizələri ilə sizin gözlərinizi hədəfə aldı. Müharibələrdə oxu rəqibin gözünə vurduqda rəqibin işi bitmiş olurdu. Çünki kor olub müqavimət göstərə bilmirdi. Şeytan və ordusu rəhm etmədən hər tərəfdən sizə hücuma keçib qılıncları boğazınıza dirədilər.
«وَ دَقّاً لِمَنَاخِرِكُمْ»؛«وَ قَصْداً لِمَقَاتِلِكُمْ»؛«وَ سَوْقاً بِخَزَائِمِ الْقَهْرِ إِلَی النَّارِ الْمُعَدَّةِ لَكُمْ»
Döyüşdə bir kəs üçün ən son həqarət və bədbəxtçilik bu idi ki, onun burnunu torpağa sürtərdilər. Şeytan elə bir iş gördü onların burnu torpağa sürtüldü. Səslərinizi boğazlarınızda batırdı. O sizi qətlə yetirmək qərarına gəldi. Karvançılar dəlilik edən dəvəni ram etmək üçün onun burnuna çubuq salıb dəvənin cilovunu bu çubuğa bağlayırlar. Bu cubuğu tərpədəndə dəvə ram olurdu. Həzrət buyurur: “Şeytan onun istədiyi yoldan çıxmamağınız üçün sizin başınıza belə bir bəla gətirdi.”
«فَأَصْبَحَ أَعْظَمَ فِی دِینِكُمْ حَرْجاً وَ أَوْرَی فِی دُنْیَاكُمْ قَدْحاً مِنَ الَّذِینَ أَصْبَحْتُمْ لَهُمْ مُنَاصِبِینَ وَ عَلَیْهِمْ مُتَأَلِّبِینَ»
Siz qarşınızdakı düşməni əlində qılınc görən zaman diqqətinizi tam toplayırsız. Amma siz Şeytanı görmürsünüz. Deməli, Şeytan, sizinlə üz-üzə, əlində silah olan düşməndən daha təhlükəlidir. Şeytanın təhlükəsi təkcə axirət üçün, yaxud din üçün deyil. O sizi dünyada da zəlil edəcək. Siz nəfs istəkləri və günah ardınca gedib şeytana itaət edən zaman düşmənin qarşısında təslim olub əl qaldıracaq həddə alcalırsınız. Sanki Amerikanın qarşısında baş əyirsiniz. Sonda şəhvət ardınca getmək təkcə axirəti bada vermir, dünyada da sizi alçaldır. Bu Şeytanın sizin başınıza gətirdiyi bəladır